Xəbər lenti



LDU-da “Regionlarda elm və təhsilin inteqrasiyası” mövzusunda  dəyirmi masa keçirilib

Lənkəran Dövlət Universitetində (LDU) 2025-ci ilinAzərbaycanda “Konstitusiya və suverenlik ili” elan edilməsi, həmçinin akademikHəsən Əliyev adına Coğrafiya İnstitunun 80 illik yubileyi ilə əlaqədar“Regionlarda elm və təhsilin inteqrasiyası” mövzusunda dəyirmi masa keçirilib.Tədbiri giriş sözü ilə LDU-nun Elm və innovasiya məsələləri üzrə prorektorudos. Elvin Əliyev açıb və iştirakçılara dəyirmi masanın elmi mahiyyəti, məqsədvə vəzifələri, əhəmiyyəti barədə açıqlama verib, belə elmi görüşlərin tələbə vəmüəllimlər üçün vacib olduğunu bildirib. AR ETN akademik Həsən Əliyev adınaCoğrafiya İnstitutunun Baş direktor vəzifəsini icra edən dos. Zaur İmrani ...

Azərbaycanda daha çox bu universitetlərin məzunları iş tapır - ARAŞDIRMA (Milli.Az)

Müasir dövrdə ali təhsil müəssisələrinin fəaliyyətinin əsas göstəricilərindən biri onların məzunlarını əmək bazarına nə dərəcədə uğurla inteqrasiya edə bilməsidir. Universitetlərin yalnız diplom təqdim edən qurum deyil, real iş bacarıqlarına malik mütəxəssislər hazırlayan strateji mərkəz kimi çıxış etməsi, onların cəmiyyətə və iqtisadi sistemə verdiyi töhfənin başlıca meyarına çevrilib. Bu səbəbdən son illərdə ali təhsil müəssisələrinin qiymətləndirilməsində məzunların işlə təmin olunma göstəriciləri xüsusi əhəmiyyət kəsb edir.Region universitetlərində isə məzunların məşğulluq üzrə reytinqləri aşağıdakı kimidir:Sumqayıt Dövlət Universiteti - 43.2%Lənkəran Dövlət Universiteti - 47.5%ADPU ...

LDU-da  “Ustad dərsi”

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən həyata keçirilən “Ustad dərsi” layihəsinin ilk tədbiri Lənkəran Dövlət Universitetində (LDU) baş tutub.LDU-nun əsasən pedaqoji ixtisaslarında təhsil alan tələbələrinin, professor-müəllim heyətinin iştirak etdiyi tədbiri giriş sözü ilə universitetin sosial məsələlər üzrə prorektoru vəzifəsini icra edən dos. Ramiz Şəmmədov açaraq bildirib ki, layihənin əsas məqsədi pedaqogika sahəsində qabaqcıl təcrübəyə malik təhsil işçilərinin silsilə ustad dərslərini təşkil etmək, müəllimlərin, o cümlədən tələbələrin pedaqoji səriştələrinin artırılmasına və təcrübə mübadiləsinin formalaşmasına dəstək olmaqdır.Azərbaycan Təhsil işçiləri ...

TEC-in elmi seminarları keçirilib

LənkəranDövlət Universitetinin Elmi hissəsi ilə birlikdə müəyyən edilmiş icra planınauyğun olaraq Tələbə Elmi Cəmiyyətinin (TEC) 2024-2025-ci tədris ili üçünUniversitetin ayrı-ayrı fakültələri üzrə Elmi seminarları keçirilib. Seminarlar“Elmi tədqiqat işlərindən sonra nəticələrin şərh edilməsi, tezis və məqalələrinhazırlanması və təqdim olunması” mövzusuna həsr olunub. Keçirilmiş seminardafakültə dekanları, fakültənin professor-müəllim heyəti, Tələbə Elmi Cəmiyyətininuniversitet üzrə sədri, fakültə sədrləri, üzvləri iştirak ediblər.TEC-infakültə sədrləri seminarın mövzusu və fəaliyyət istiqaməti haqqında məlumatlarıtədbir iştirakçılarına çatdırıblar. Aqrar və mühəndislik fakültəsi üzrə fakültə dekanı dos. Balayar Şahbazovvə dekan müavini dos. ...

LDU-da maarifləndirici sessiya keçirilib

Təhsil Tələbə Krediti Fondu regionlarda təhsil tələbə kreditlərinin verilməsi qaydaları ilə bağlı məlumatlandırıcı sessiyalara start verib. Lənkəran Dövlət Universitetinin (LDU) 1 saylı tədris korpusunun akt zalında təşkil edilən tədbirdə tələbələr, müəllimlər və müvafiq struktur bölmələrinin əməkdaşları iştirak ediblər. Tədbiri Lənkəran Dövlət Universitetinin Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru vəzifəsini icra edən dos. Zaur Məmmədov açaraq görüşün mahiyyətini açıqlayıb, Təhsil Tələbə Krediti Fondunun əhalinin həssas təbəqəsinə yaratdığı təhsil imkanlarından danışıb. Təhsil Tələbə Krediti Fondunun baş mütəxəssisi Mirşahin Abdullayev mövzu ...

LDU-da  “Heydər Əliyev-Müstəqilliyimizin memarı” mövzusunda esse müsabiqəsi keçirilib

Lənkəran Dövlət Universitetinin (LDU) Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin 102 illik yubileyinə həsr olunmuş "Heydər Əliyev - Müstəqilliyimizin Memarı" mövzusunda esse müsabiqəsi keçirilib.Müsabiqədə iştirak edən tələbələrə yaradıcılıq bacarıqlarının nümayişi üçün 1 saat vaxt verilib. Bu müddət ərzində tələbələr Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyəti, dövlətçilk siyasəti və s. ilə bağlı fikirətini yazıya alıblar. Münsiflər heyətinin qərarına görə LDU-nun tələbələrindən Aysun Məmmədli 1-ci, Aysel Həsənova 2-ci, Zəhra Böyükağayeva 3-cü yeri qazanıblar. Qaliblərə diplomlar ...

LDU-da şahmat turnirinə yekun vurulub

Lənkəran Dövlət Universitetində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş şahmat turniri yekunlaşıb.Gərgin və maraqlı keçən yarışda LDU-nun tələbələrindən Tural Vəliyev I, Ümman Nəbiyeva II, Səkinə Abbaszadə III yeri tutublar. Qaliblər diplom və medallarla təltif olunublar. Xatırladaq ki, yarışın əsas məqsədi tələbələr arasında intellektual idman növlərinə olan marağı artırmaq və asudə vaxtlarını səmərəli təşkil etməkdir.

LDU-da “İrsə Səfər: 102 ilin izində” mövzusunda  intellektual yarış keçirilib

Lənkəran Dövlət Universitetində (LDU) Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “İrsə Səfər: 102 ilin izində” adlı intellektual yarışa yekun vurulub.İki mərhələdə keçirilən intellektual yarışda 12 komanda iştirak edib. Komandaların iştirakçıları müxtəlif elm sahələri, o cümlədən, milli dövlətçiliyimizin tarixi ilə əlaqədar bilik bə bacarıqlarını nümayiş ediblər. Olduqca gərgin keçən bilik yarışmasında “Ceteris Paribus” komandası 1-ci, “One Minute” 2-ci, “Viktoriya” 3-cü yeri tutub. Qalib komandalar diplom və medallarla təltif olunub.Qeyd edək ki, ...

Lənkəran Dövlət Universitetində Beynəlxalq elmi-praktiki konfrans keçirilib

Lənkəran Dövlət Universitetində (LDU) Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş Beynəlxalq elmi-praktiki konfransın iştirakçıları ilk öncə ulu öndərin xatirə abidə kompleksini ziyarət edərək önünə təzə-tər çiçəklər qoyublar.“Meşəçilk və biomüxtəlifliyin ərzaq təhlükəsizliyinə və əhali sağlamlığına təsiri” mövzusunda keçirilən Beynəlxalq elmi-praktiki konfransın işinə ümummilli lider H. Əliyevin və Azərbaycanın ərazi bütövlüyünün qorunması uğrunda canlarından keçən şəhidlərin xatirəsinin 1 dəqiqəlik sükutla anılması ilə start verilib. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səslənib.Konfransı giriş sözü ilə LDU-nun rektoru, prof. ...

LDU-da elmi seminar keçirilib

Lənkəran Dövlət Universitetində (LDU) “Qərbi Azərbaycanın tarixi, mədəni irsi və azərbaycanlıların tarixi torpaqlarından deportasiyası: tarixi gerçəkliklər və müasir yanaşma” mövzusunda elmi seminar keçirilib. Seminarı giriş sözü ilə LDU-nun “Tarix-coğrafiya və incəsənət” fakültəsinin dekanı dos. Afaq Qasımova açaraq Qərbi azərbaycanlıların son bir neçə əsr ərzində ata-baba yurdlarında üzləşdikləri deportasiyalar barədə məlumat verib, soydaşlarımızın geri qayıdışı prosesində gənclərin rolunun önəmindən danışıb.“Tarix və onun tədrisi metodikası” kafedrasının müdiri dos. Kamal Mahmudov “Azərbaycanlıların tarixi torpaqlarından, Qərbi Azərbaycandan deportasiyası”, dos. Emin Məlikov “Ermənilər tərəfindən azərbaycanlılara ...