Xəbər lenti



LDU-da Turizm Könüllüləri Təşkilatının təqdimatı keçirilib.

Lənkəran Dövlət Universitetində “İqtisadiyyat və idarəetmə” fakültəsinin təşkilatçılığı ilə Turizm Könüllüləri Təşkilatının təqdimatı olub. Dövlət Turizm Agentliyinin turizm könüllüləri təşkilatının direktoru Hüseyn Məmmədovun və Lənkəran TİM-in direktoru İlqar Əzimovun iştirakı ilə təşkil olunan görüşdə tələbələrə Turizm Könüllüləri Təşkilatının məqsədi, fəaliyyət istiqamətləri, gələcək planları, həyata keçiriləcək layihələr və inkişaf proqramları, sosial və ekoloji aksiyalar, könüllülər tərəfindən ictimai formada turistlərə yardımın təşkili və bu istiqamətdə ali təhsil müəssisələri ilə əməkdaşlığın önəmliliyi barədə məlumat verilib. Bildirilib ki, təşkilatın əsas məqsədi ona üzv ...

LDU-da gördüklərimiz təhsilimizin sabahına inam yaradır-İctimai Şuranın üzvü Nadir İsrafilov.

Bu sözləri Lənkəran Dövlət Universitetyi ilə tanışlıqdan sonra İctimai Şuranın üzvü Nadir İsrafilov bildirib.Qeyd edək ki, cəmiyyətlə Təhsil Nazirliyi arasında körpü rolunu təmin etmək məqsədi ilə yaradılan İctima Şura Lənkəranın təhsil mühiti ilə tanışlığını davam etdirir.Təhsil Nazirliyi yanında fəaliyyət göstərən İctimai Şuranın üzvlərinin Lənkəran Dövlət Universiteti (LDU) ilə bu günkü tanışlığı da maraqlı məqamlarla yaddaqalan olub.Şura üzvlərinə universitetin tədris prosesi, maddi texniki bazası, professor-müəllim heyətı ilə əyani tanışlıq imkanı yaradılıb.Universitetin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov LDU-nun bütün ictimaiyyətə ...

Macarıstan səfiri LDU-da olub.

Lənkəranda səfərdə olan Macarıstanın Azərbaycandakıfövqəladə və səlahiyyətli səfiri Viktor Szederkenyi Lənkəran Dövlət Universitetində (LDU) olub.Universitetinrektoru vəzifəsini icra edən professor Natiq İbrahimov hörmətli qonağa LDU ,burada tədris olunan ixtisaslar,son yenilklər, Avropa təhsilinə inteqrasiyaistiqamətində atılan addımlar və sair barədə ətraflı məlumat verib.Bildirib ki,universitet artıq özünün turizm tədris-təcrübəbazasını yaradıb, yardımçı təsərrüfatda sitrus və çay əkini keçirilib, xaricdənmodern laboratoriyalar alınaraq quraşdırılıb.Ən əsası isə, cari tədris ilində 2 yeni tədris korpusu vəyeni yataqxana inşa edilərək tələbələrin ixtiyarına verilib.Natiq İbrahimov LDU–nun tələbə kontingenti, maddi-texniki bazası haqqında ...

Heydər Əliyevin xatirəsi LDU-da ehtiramla yad olunub.

Lənkəran Dövlət Universitetində (LDU) Azərbaycan xalqının böyük oğlu, ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib. Mərasim iştirakçıları ilk öncə H.Əliyev xatirə parkında ulu öndərin xatirəsinə ucaldılmış abidə kompleksi ziyarət edərək önünə gül-çiçək dəstələri qoyublar.Anım mərasimi universitetin Heydər Əliyev muzeyində davam etdirilib.Tədbir iştirakçıları ulu öndərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.Tədbirdə çıxış edən LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov dahi şəxsiyyət Heydər Əliyevin şərəfli həyat yolundan və fəaliyyətindən söz açaraq, ulu öndərin Azərbaycanın müstəqillik qazanmasında, eyni ...

Elmi şura “Strateji İnkişaf Planı”nı müzakirə edib.

Lənkəran Dövlət Universitetində (LDU) keçirilən Elmi şurada gündəlikdə duran məsələlərin müzakirəsinə keçilməzdən əvvəl, başa çatmaqda olan ilin yekunlarından söz açılıb.Universitetin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov 2019-cu ili LDU-nun tarixində ən uğurlu il kimi səciyyələndirib.Bildirib ki, universitetin tarixində ilk dəfə olaraq məhz 2019-cu ildə 2 yeni tədris korpusu, 160 yerlik yataqxana inşa olunub, tədris avadanlıqları yenilənib, modern laboratoriyalar alınaraq quraşdırılıb,xarici əlaqələr genişləndirilib,müəllim, doktorant, magistrant və tələbələrin elmi yaradıcılığa həvəsi artıb,nüfuzlu elmi nəşrlərdə çıxan elmi məqalələrin sayında artım müşahidə olunub.Universitet ...

LDU-da Əhməd Ağaoğlunun 150 illik yubileyi qeyd edilib.

Lənkəran Dövlət Universitetində (LDU) Azərbaycan ictimai fikrinin böyük nümayəndələrindən biri, görkəmli publisist və tənqidçi, tanınmış hüquqşünas və şərqşünas alim Əhməd bəy Ağaoğlunun (Əhməd bəy Mirzə Həsən oğlu Ağayevin) anadan olmasının 150 illiyi qeyd edilib.“Azərbaycan dili,ədəbiyyatı və onun tədrisi metodikası” kafedrasının təşkilatçılığı ilə keçirilən seminarda tələbə və müəllimlər iştirak edib.Kafedranın dosenti Mirhüseyn Abbas “Əhməd Ağaoğlunun ictimai mühiti və yaradıcılığı” barədə geniş məruzə edib.Məruzəçi bildirib ki, Əhməd bəy Ağaoğlu ötən əsrin əvvəllərindən etibarən Azərbaycanda və onun hüdudlarından kənarda cərəyan edən mürəkkəb ictimai-siyasi ...

İnşa müsabiqəsinin qalibləri mükafatlandırılacaq.

Lənkəran Dövlət Universitetində (LDU) keçirilən “Azərbaycan dili milli varlığımızdır” adlı inşa müsabiqəsinin qalibləri bəlli olub. “Azərbaycan dili ,ədəbiyyatı və onun tədrisi metodikası” kafedrasının təşkilatçılığı ilə “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisas qrupları arasında keçirilən inşa müsabiqəsində I yeri həmin ixtisasın 3-cü tədris ili tələbəsi Mərziyə Nuriyeva, II yeri 2-ci tədris ili tələbəsi Fidan İbrahimzadə, III yeri 3-cü tədris ili tələbəsi Rabiyə Mirzəyeva tutublar.Sözügedən ixtisasın II tədris ili tələbəsi Fidan İmanzadə həvəsləndirici yerlə kifayətlənib.İnşa müsabiqəsinin qalibləri mükafatlandırılacaqlar.

Özbəkistanlı qonaqlar LDU-da olub .

Özbəkistanın Buxara vilayətinin nümayəndə heyəti Lənkərana dostluq səfəri çərçivəsində Lənkəran Dövlət Universitetində (LDU) olub. Buxara Vilayət Hakiminin müavini Vahid Hiyezovun, Vilayət Mədəniyyət İdarəsi rəhbərinin müavini Qalibcon Barotovun, Vilayət Dövlət Filormoniyasının rəhbəri Rauf Avezovun, Özbəkistan Nazirlər Kabinetinin yanında Xarici Ölkələrlə Dostluq Əlaqələri, Millətlərarası Münasibətlər üzrə Komitənin sədr müavini Firuz Bekovun və Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru, professor Erkin Nuriddinovun daxil olduğu nümayəndə heyətini universitetin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov ,müəllim və tələbələr qarşılayıblar.Universitet rəsmisi özbəkistanlı qonaqlara bölgənin yeganə ali ...

Akademik Məmməd Cəfər Cəfərovun 110 illik yubileyi LDU-da qeyd edilib.

Görkəmli ədəbiyyatşünas və tənqidçi, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü, Azərbaycanın Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Məmməd Cəfər Zeynalabdin oğlu Cəfərovun anadan olmasının 110 illiyi tamam olur. Azərbaycan Prezidenti İlham Əliyevin “Akademik Məmməd Cəfər Cəfərovun 110 illiyinin qeyd edilməsi haqqında” sərəncamına uyğun olaraq Lənkəran Dövlət Universitetində (LDU) seminar keçirilib.Universitetin baş müəllimi,folologiya üzrə fəlsəfə doktoru Mehman Əliyev seminarda “Məmməd Cəfər yaradıcılığının mövzu və problem əhatəsi” mövzusunda geniş məruzə edib. Məruzədə bildirilib ki, akademik Məmməd Cəfər Cəfərov ömrünün ...

İndoneziya səfiri tələbələrlə birgə “Azərbaycan” mahnısını ifa edib.

İndoneziyanın Azərbaycandakı səfiri Hüsnan bəy Fanani 22-24 noyabr 2019-cu il tarixində Lənkəranda keçiriləcək İndoneziyanın Mədəniyyəti Proqramı çərçivəsində diplomatik qurumun bir qrup əməkdaşı ilə birlikdə Lənkəran Dövlət Universitetində (LDU) olub.Hörmətli qonaqları LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov qarşılayıb.Universitet rəsmisi Azərbaycan və İndoneziya dövlətləri arasında əlaqələrin iqtisadi-ticarət, turizm və təhsil sahələrində inkişafından söz açıb. O, universitetin yaranma tarixi, fəaliyyət istiqamətləri haqqında ətraflı danışıb, dünyanın bir çox aparıcı ali təhsil müəssisələri, həmçinin beynəlxalq şirkət və qurumlarla əməkdaşlıq etdiklərini diqqətə çatdırıb.Natiq İbrahimov ...