Xəbər lenti
Əziz həmvətənlər, Lənkəran Dövlət Universitetinin və universitetin nəzdindəki Sosal və Aqrar-Texnoloji kollecin tələbələri, professor- müəllim, işçi heyəti!1918-ci il mayın 28-də müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 106 il ötür. 28 May Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması günü Azərbaycan tarixinin şərəf, qürur salnaməsidir. Azərbaycan xalqı ilk dəfədir ki, Müstəqillik Gününü qalib xalq kimi, ərazisinin düşmən tapdağından tam azad olunduğu şəraitdə, qürurla qeyd edir. Bu gün üçrəngli bayrağımız doğma Qarabağda – Şuşada, Xankəndində, Ağdamda, Zəngilanda, Qazağın erməni tapdağından ...
Lənkəran Dövlət Universitetində (LDU) Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “Gəncləşən və müasirləşən Lənkəran Dövlət Universiteti Lənkəran şəhərinin-türk dünyasının gənclər paytaxtının simvoludur” mövzusunda hibrid formatda (canlı və onlayn) Respublika elmi-praktik konfransı keçirilir. Konfransda Lənkəran-Astara Regional Təhsil idarəsinin müdiri Bəhruz Mehdiyev, Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin müdiri Bəxtiyar Qılıncov, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin rəisi Teymur Babazadə iştirak edib.Konfransın plenar iclasını Lənkəran Dövlət Universitetinin rektoru, prof. Natiq İbrahimov açıb və belə tədbirlərin elmi mühitin formalaşmasına müsbət təsirindən, ...
Lənkəran Dövlət Universitetində (LDU) Elmi şuranın növbəti iclası keçirilib. Elmi şuranın sədri, universitetin rektoru prof. Natiq İbrahimov iştirakçıları gündəliklə tanış edib. Gündəlikdə duran məsələlərin müzakirəsinə keçməzdən əvvəl LDU-nun iki əməkdaşının təltifi həyata keçirilib. Universitetin “Xarici dillər və tərcümə” kafedrasının baş müəllimi Rəfael Heydərov ictimai və təhsil sahəsində səmərəli fəaliyyətinə və anadan olmasının 70 illiyi münasibətilə Lənkəran Şəhər İcra Hakimiyyətinin Fəxri-fərmanına və Lənkəran Dövlət Universiteti tərəfindən pul mükafatına layiq görülüb. Həmçinin LDU-nun Mətbuat xidmətinin rəhbəri Esmira İsmayılova Elm və Təhsil Nazirliyinin ...
Lənkəran Dövlət Universitetində Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lənkəran Rayon Şöbəsi və LDU nəzdində Sosial və Aqrar-Texnoloji Kolleclə birgə maarifləndirici seminar keçirilib. “Gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi və zərərli vərdişlərin fəsadları” mövzusunda keçirilən seminarı LDU rektorunun müşaviri, prof. Mikayıl Məhərrəmov açıb. Prof. M. Məhərrəmov ilk öncə universitetin rektoru, prof. Natiq İbrahimovun salamlarını seminar iştirakçılarına çatdırıb. Bildirib ki, dövlətin, millətin gələcəyi sağlam gənclikdən çox asılıdır, gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyə edilməsi, zərərli vərdişlərin fəsadlarından qorunması günün ən aktual problemlərindəndir ...
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 25 yanvar 2024 cü il tarixli sərəncamına əsasən Lənkəran Dövlət Universitetində (LDU) dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin 530-cu ildönümünə həsr olunmuş ədəbi-bədii gecə keçirilib. Lənkəran - Astara Regional Mədəniyyət İdarəsi ilə birgə keçirilən tədbir vətənimizin azadlığı, torpaqlarımızın bütövlüyü uğrunda qurban gedən şəhidlərin xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səslənib.Ədəbi-bədii gecədə Azərbaycan ədəbiyyatının sönməz günəşi, lirik şeirin böyük ustadı Məhəmməd Füzulinin əsərlərinə bəstələnmiş musiqi nömrələri, şairin yaradıcılığından ...
Lənkəran Dövlət Universitetində (LDU) “Loqos” Psixoloji və Nitq Mərkəzi ilə birgə “Sağlam ruh – sağlam nəsil ” mövzusunda elmi seminar keçirilib. Elmi seminarı giriş sözü ilə Lənkəran Dövlət Universitetinin “Pedaqogika, psixologiya və incəsənət” kafedrasının müdiri dosent Afiq Əliyev açıb. Sonra “Loqos” Psixoloji və Nitq Mərkəzinin 10 illiyinə həsr olunmuş video-çarx nümayiş olunub. “Loqos” Psixoloji və Nitq Mərkəzinin baş psixoloqu, psixologiya üzrə fəlsəfə doktoru Elmira Mirzəyeva , Lənkəran Dövlət Universitetinin “Pedaqogika, psixologiya və incəsənət” kafedrasının dosenti Ləman Verdiyeva, “Loqos” Psixoloji və ...
Lənkəran Dövlət Universitetində (LDU) “GreenAgroHack” hakaton yarışması ilə bağlı məlumat sessiyası keçirilib. Keçirilən infosessiyada 15-17 may tarixlərində keçiriləcək “17-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi” (Caspian Agro) çərçivəsində təşkil ediləcək hakatonla bağlı müzakirələr aparılıb.Məlumat sessiyası zamanı tələbələrə hakatonda iştirak üçün ən az iki fərqli universitetin tələbələrindən formalaşdırılan maksimum 5 nəfərdən ibarət (minimum 1 xanım olmaqla və ötən illərin məzun tələbələrindən 1 nəfər mentor qismində) komandalar şəklində qruplaşacağı barədə məlumat verilib.Həmçinin fərdi müraciət edən şəxslər olduğu halda bütün müraciətlər bitdikdən sonra təşkilat ...
Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü Lənkəran Dövlət Universitetində (LDU) bayram ovqatı ilə qeyd edilib. LDU-nun rektoru, prof. Natiq İbrahimov başda olmaqla universitetin professor-müəllim-tələbə heyəti Lənkəran şəhərinin mərkəzində H.Əliyevin adını daşıyan xatirə parkına gələrək ulu öndərə hörmət və ehtiramlarını bir da bildiriblər. Ümummili liderin abidə kompleksinin önünə təzə-tər çiçəklər düzülüb.Qeyd edək ki, bu gün LDU-da keçirilən dərslərdə H. Əliyevin həyat və fəaliyyətindən ətraflı söz açılıb, Azərbaycan dövlətçiliyinin qorunmasındakı misilsiz xidmətlərindən, başladığı böyük missiyanın siyasi kursunun ...
Lənkəran Dövlət Universitetində (LDU) akademik Həsən Əliyev adına Coğrafiya İnstitutu ilə birlikdə “Qlobal iqlim dialoqu” adlı Dəyirmi masa keçirilib. “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən tədbiri LDU-nun rektoru, prof. Natiq İbrahimov açıb və Dəyirmi masanın olduqca vacib məsələyə-qlobal iqlim dəyişiliklərinin doğurduğu problemlərə həsr olunduğunu bildirib. AR ETN akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun baş direktoru prof. Zakir Eminov çıxışında dünyada və ölkədə, həmçinin təmsil etdiyi qurumda bu istiqamətdə görülən işlərdən, elmi araşdırmalardan söz açıb.Coğrafiya İnstitutunun əməkdaşlarından ...
15-19 aprel tarixlərində Refresh layihəsi çərçivəsində Danimarka Texniki Universitetinə koordinator(UNEC) və tərəfdaş universitetlərin nümayəndələrinin iştirakı ilə səfər həyata keçirilib. Həmin səfərlə bağlı 6 may 2024-cü il tarixində Lənkəran Dövlət Universitetinin Coğrafiya və onun tədrisi metodikası kafedrasının baş müəllimi Cavidan Əliyev məlumatlandırma sessiyası keçirib. Məlumatlandırma sessiyasında universitetin müəllim və tələbə heyəti iştirak edib.Sözügedən səfərin iştirakçısı Cavidan Əliyev səfərin əsas məqsədi, əldə olunan yeni məlumatlar, alternativ və bərpa olunan enerji sahəsi üzrə hazırlanan yeni layihələr, onların əhəmiyyəti haqqında ətraflı məlumat verib, bununla ...