Xəbər lenti
06.01.2024-cü il tarixindən Lənkəran Dövlət Universitetində (LDU) 2024/2025-ci tədris ilinin payız semestrinin imtahan sessiyasına start verilib. İmtahan sessiyası əyani təhsilalma forması üzrə bakalavriat və magistratura səviyyələrinin tədris qrupları üçün 06.01.2025-ci il tarixindən 1.02.2025-ci il tarixinədək, qiyabi təhsilalma forması üzrə bakalavriat səviyyələrinin I-IV tədris ili qrupları üçün və “Maliyyə”, “Mühasibat”, “Marketinq” ixtisaslarının V tədris ili qrupları üçün 06.01.2025-ci il tarixdən 11.02.2025-ci il tarixinədək, digər V tədris ili qrupları üçün 27.01.2025-ci il tarixindən 01.02.2025-ci il tarixinədək Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin ...
Lənkəran Dövlət Universitetində Elmi şuranın son iclası keçirilib. Şuranın sədri, LDU-nun rektoru, prof. Natiq İbrahimov “Azərbaycan Hava Yolları” şirkətinə məxsus Bakı-Qroznı istiqamətində uçan sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verib, xəsarət alanların tezliklə şəfa tapmasını diləyib. Sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların xatirəsi Elmi şuranın üzvləri tərəfindən bir dəqiqəlik sükutla yad edilib.Elmi şurada müzakirə edilən ilk məsələ “2024/2025-ci tədris ilinin payız semestrinin imtahan sessiyasına hazırlığın vəziyyəti. Kollokviumların yekun nəticələri” olub. Bu barədə Tədrisin təşkili ...
Azərbaycan Respublikasının prezidenti, cənab Ali Baş Komandan İlham Əliyev Azərbaycan tarixinin ən işıqlı şəxsiyyətlərindəndir. XXI əsrin 21 ili müddətində Prezident İlham Əliyevin Azərbaycanın dövlət başçısı kimi fəaliyyətini bir ifadə ilə xarakterizə etmək olar: “Nöqtə”ni “Nida”ya çevirən Zəfər lideri! 2019-cu ildə Ermənistanın baş naziri Nikol Paşinyan hələ o vaxt düşmən tapdağında olan əzəli torpaqlarımızda-Şuşada, Cıdır düzündə “Yallı” gedərək “Qarabağ Ermənistandır” deyəndə, Ali Baş Komandanımız onun layiqli cavabını verdi, “Qarabağ Azərbaycandır!Nida!” dedi. Bu gün 200 illik dövlətçilk tariximizdə ərazi bütövlüyümüzün bərpasına nail ...
Lənkəran Dövlət Universitetində (LDU) “Yaşıl dünya, ətraf mühit naminə həmrəylik və inkişaf” mövzusunda Respublika elmi-praktiki konfrans keçirilib. Onlayn və canlı formatda keçirilən konfransın plenar iclasını LDU-nun rektoru, prof. Natiq İbrahimov açıb. Konfransın olduqca aktual mövzuya həsr olunduğunu deyən universitet rəsmisi ölkəmizdə, həmçinin universitetdə bu istiqamətdə görülən işlərdən, həllini gösləyən məsələlərdən söz açıb. Prof. Natiq İbrahimov Türkiyə Cümhuriyyətinin Ege Universiteti və Azərbaycan Universiteti ilə bu sahədə qarşılıqlı əməkdaşlığın faydalı olacağını deyib, birgə elmi layihələrin, elmi-praktik konfransların keçirilməsinin vacibliyini vurğulayıb.“Tarix və onun ...
Lənkəran Dövlət Universitetində LDU və Azərbaycan Dövlət İqtisadiyyat Universitetinin (UNEC) birgə təşkilatçılığı ilə “Elmin populyarlaşdırılması” mövzusunda tədbir keçirilib.Tədbiri giriş sözü ilə Lənkəran Dövlət Universitetinin rektoru, prof. Natiq İbrahimov açaraq cəmiyyətdə elmi dünyagörüşünün formalaşdırılmasının, təbliğinin vacibliyini qeyd edib. Keçirilən tədbirin maraqlı mövzuya həsr olunduğunu deyən rektor iştirakçıları çıxışlar ətrafında səmimi dialoqa, elmi diskussiyaya dəvət edib. Prof. N. İbrahimov LDU-da son illərdə bu istiqamətdə görülən işlərdən, elmi jurnalların nəşrindən, yeniliklərdən və qarşıda həllini gözləyən məsələlərdən danışıb. UNEC-in Elm və İnnovasiya məsələləri üzrə ...
Lənkəran Dövlət Universitetinin (LDU) İqtisadiyyatvə İdarəetmə fakültəsinin “Turizm işinin təşkili” ixtisasının tələbələri- RafiqHüseynzadə və Fidan Məhərrəmzadə Türkiyənin Afyon Kocatepe Universitetindətam təqaüdlü təhsil haqqı qazanıblar. Hüseyzadə Rafiq və Məhərrəmzadə Fidanın müsabiqə nəticəsində seçim meyarlarına uyğunolduğu müəyyən edilib və ümumilikdə tələbələr üçün 7604 Avro məbləğində təqaüdayırılıb. Qeyd edək ki,hər iki tələbə Türkiyədə Erasmus+ K131proqramı çərçivəsində bir semestr müddətində təhsil alacaq. Tələbələrimizəuğurlar arzu edirik!
Lənkəran Dövlət Universitetinin (LDU) Aqrar və mühəndislik fakültəsinin “Kompüter mühəndisliyi” ixtisasının II tədris ili tələbəsi Rəviyyə Səmədzadə Türkiyə Cümhuriyyətinin Kastamonu Universitetində tam təqaüdlü təhsil haqqı qazanıb.Qeyd edək ki, tələbəmiz Türkiyədə Erasmus+ K1 proqramı çərçivəsində bir semestr müddətində təhsil alacaq.Tələbəmizə uğurlar arzu edirik!
Lənkəran Dövlət Universitetində (LDU) Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsrolunmuş anım mərasimi keçirilib. Mərasimiştirakçıları ilk öncə H.Əliyev xatirəparkında ulu öndərin xatirəsinə ucaldılmış abidə kompleksi ziyarət edərək önünə gül-çiçək dəstələri qoyublar. Anım mərasimi LDU-nun I saylı tədris korpusunda LənkəranŞəhər İcra Hakimiyyəti və Lənkəran Dövlət Universitetinin birgə təşkilatçılığıilə keçirilən “Heydər Əliyev və bugünkü Azərbaycan” adlı birgə praktikikonfransı ilə davam etdirilib.Tədbiriştirakçıları ulu öndərin xatirəsini birdəqiqəlik sükutla yad ediblər. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səslənib.Tədbiri giriş sözü ilə LDU-nun Tədrisin təşkili vətəlim texnologiyaları üzrə ...
Lənkəran Dövlət Universitetinin rektoru, prof. Natiq İbrahimovun başçılıq etdiyi nümayəndə heyəti 03-05 dekabr 2024-cü il tarixində Rumıniyanın “Dunarea de Jos” Galati Universitetinə səfər edib. Hörmətli qonaqları “Dunarea de Jos” Galati Universitetinin rektoru prof. Marian Barbu qəbul edib. LDU-nun rektoru, prof. Natiq İbrahimov təmsil etdiyi universitetin təhsil uğurları, maddi-texniki bazanın yenilənməsi istiqamətində son illərdə görülən işlər, təhsilin modernləşdirilməsi sahəsində həyata keçirilən layihələr, qarşıda duran vəzifələrlə bağlı rumıniyalı həmkarına ətraflı məlumat verib. Öz növbəsində prof. Marian Barbu də “Dunarea de Jos” Galati ...
Lənkəran Dövlət Universitetinin nümayəndə heyəti LDU-nun rektoru, prof. Natiq İbrahimov başda olmaqla 1-6 dekabr 2024-cü il tarixində beynəlxalq təhsil əlaqələrinin genişləndirilməsi, yeni əməkdaşlıq müqavilələrinin imzalanması və gələcəkdə ikili diplom layihələrinin həyata keçirilməsi məqsədilə Macarıstan və Rumıniyaya rəsmi səfər edib. LDU nümayəndə heyətinin rəsmi səfəri 01-02 dekabr tarixlərində Macarıstanın Debrecen Universiteti ilə tanışlıqdan başlayıb. Səfərin ilk günü Debrecen universitetinin baş rektor müavini, rektor vəzifəsini icra edən prof. Dr. Károly Pető və Koordinasiya və Strategiya üzrə direktor Oksana Kiszil və başqaları Lənkəran ...