Xəbər lenti



LDU-da Elmi şura imtahan sessiyasına hazırlığın vəziyyətini  müzakirə edib.

Lənkəran Dövlət Universitetində (LDU) Elmi şura yeni ildə ilk iclasını keçirib. Elmi şuranın sədri, universitetin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov ilk öncə ötən 2020-ci ildə ölkədə baş verən ən əlamətdar hadisələrin qısa xülasəsini verib, Azərbaycan ordusunun zəfər yürüşündən danışıb, eyni zamanda, Lənkəran Dövlət Universiteti əməkdaşlarının, məzun və tələbələrin Vətən müharibəsində iştirakından söz açıb.Erməni qəsbkarları ilə haqq savaşında canından keçən şəhidlərin xatirəsi ehtiramla yad edilib.Elmi şurada müzakirəyə çıxarılan əsas məsələlərdən biri “Payız semestrində tədris prosesinin yekunları, imtahan sessiyasına hazırlığın ...

Vətənə sipər oğullar.

Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov yazır.Sentyabrın 27-də başlanan, 44 gün davam edən və azğın düşmənin acı məğlubiyyəti ilə bitən Vətən müharibəsi Azərbaycan tarixinin şərəf, şöhrət, zəfər salnaməsidir. Böyük fəxarət hissi ilə deyirəm ki, bu zəfər döyüşünə Lənkəran Dövlət Universitetinin (LDU) məzunları, tələbələri, işçiləri ilk günlərdən könüllü olaraq qatıldılar, hünər və cəsurluq nümunələri göstərərək zəfər salnaməsinə imzalarını qoydular. Bu gün erməni qəsbkarlarına qarşı Azərbaycan xalqının zəfərlə başa çatdırdığı Vətən müharibəsi artıq tarixdir və fəxrlə deyə bilirik ...

İlham Əliyevin xalqa müraciəti

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə Azərbaycan xalqına müraciəti: - Əziz həmvətənlər. 2020-ci il tarixdə qalır. 2020-ci il tarixdə bizim şanlı Qələbəmiz ili kimi qalacaqdır. Azərbaycan Ermənistanı 44 gün ərzində məğlub edərək öz doğma torpaqlarını işğaldan azad etmişdir. Bu Qələbə Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaqdır. Bu, tarixi Qələbədir. Biz tarixi ədaləti bərpa etdik. Bildiyiniz kimi, 30 ilə yaxın müddət ərzində Minsk qrupu çərçivəsində danışıqlar gedirdi. Ancaq danışıqlar ...

Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimovun  yeni il təbriki.

Dəyərli həmvətənlər!Hörmətli professor-müəllim heyəti!Əziz tələbələr!Hamınızı 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü və yeni- 2021-ci il münasibəti ilə ürəkdən təbrik edirəm.Yeni-2021-ci ili bütün Azərbaycan xalqı böyük sevinc və fərəh hissi, xoş bayram ovqatı ilə qarşılayır. Bu gün qürur hissi ilə deyə bilərik ki, yola saldığımız 2020-ci il Azərbaycan xalqı üçün ən əlamətdar hadisələrlə, möhtəşəm yeniliklərlə yaddaqalan oldu. Ən əsası, 2020-ci il xalqımız üçün Zəfər, Qələbə ili oldu! Ali Baş Komandan İlham Əliyevin müdrik siyasəti, rəhbərliyi altında şanlı Azərbaycan ordusu erməni ...

LDU-da elmi seminar keçirilib.

Lənkəran Dövlət Universitetinin (LDU) İqtisadiyyat və innovativ idarəetmə kafedrasında Azərbaycan universitetləri arasında ilk dəfə olaraq “Vətən müharibəsinin sosial-iqtisdi təsirləri və post-konflikt ərazilərin inkişaf perspektivlərinin qiymətləndirilməsi” mövzusunda onlayn elmi seminar keçirilib.Seminar iştirakçıları Vətən müharibəsində canından keçən şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Sonra Azərbaycan ordusunun qəhrəmanlığını əks etdirən videoçarx nümayiş etdirilib. Elmi seminarda kafedra müdiri, prof.Telman İmanov mövzu ilə bağlı geniş açıqlama verdikdən sonra çıxışlar dinlənilib. “İşğaldan azad edilmiş ərazilərdə sahibkarlığın inkişafı və investisiya layihələrinin maliyyələşdirilməsi məsələləri” , “Yuxarı Qarabağ ...

Qürur duyuruq! Qələbəyə şahid  qardaşlar.

Sentyabrın 24-də başlayan və 44 gün davam edən, erməni qəsbkarları üzərində Azərbaycan xalqının böyük qələbəsi ilə başa çatan Vətən müharibəsi xalqımızın tarixinə qızıl hərflərlə yazılıb.Zəfər salnaməsinə izini qoyan igidlər arasında Lənkəran Dövlət Universitetinin (LDU) məzun və tələbələrinin, işçilərinin olması bütün kollektivdə qürur və fəxarət hissi yaradır. LDU-da mahiyyət və istiqamətindən asılı olmayaraq keçirilən bütün tədbirlər igidlərimizin anılması, döyüş şücaətlərinin xatırlanması ilə başlayır ki, bu da səbəsiz deyil.Çünki gənclərin vətənpərvərlik tərbiyəsi ən önəmli və vacib faktor kimi universitetimizdə daim diqqətdə saxlanılır.Qeyd ...

LDU-da prezident İlham Əliyevin doğum günü qeyd edilib.

Lənkəran Dövlət Universitetində (LDU) Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin doğum günü münasibətilə “Prezident İlham Əliyevin qətiyyətindən yaranan davamlı və dayanıqlı inkişaf yolu” mövzusunda seminar keçirilib.Tədbirə dövlət himnimizin səslənməsi ilə start verilib.Onlayn keçirilən seminarda universitetin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov bu əlamətdar günü xalqımız üçün bayram adlandırıb və bu münasibətlə tədbir iştirakçılarını, LDU-nun professor-müəllim-tələbə-işçi heyətini təbrik edib.Bildirib ki, Ali Baş Komandan İlham Əliyevin uzun illər ərzində həyata keçirdiyi məqsədyönlü və strateji hədəflərə yönələn siyasəti nəticəsində 30 ...

LDU-da respublika elmi  konfransı keçirilib.

Lənkəran Dövlət Universitetində (LDU) “İnformasiya , elm , texnologiya və universitet perspektivləri” mövzusunda doktorantların və gənc tədqiqatçıların respublika elmi konfransı keçirilib.“Microsoft Teams” platforması üzərindən onlayn formatda keçirilən konfransı universitetin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov açıb. Universitet rəsmisi konfransın bütün iştirakçılarını Ali Baş Komandanımızın rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun erməni təcəvüzkarları üzərində qazandığı möhtəşəm və tarixi qələbə münasibətilə təbrik edib.Sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən müharibəsində zəfərin qazanılması, ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda canından keçən ...

LDU daha bir Türkiyə universiteti ilə əməkdaşlıq edəcək.

Lənkəran Dövlət Universiteti( LDU) ilə Türkiyə Cümhuriyyətinin Artvin Çoruh Universiteti arasında təhsil sahəsində beynəlxalq əməkdaşlıq müqaviləsi imzalanıb. Onlayn imzalanan müqavilədə tələbə, professor-müəllim heyətinin mübadiləsi, birgə elmi-tədqiqatların aparılması, seminar və akademik görüşlərin təşkili və keçirilməsi, elmi məqalələrin nəşrlərinin mübadiləsi, həmçinin, qısamüddətli akademik proqramların həyata keçirliməsi, tələbələrə ikili dərəcələrin verilməsi nəzərdə tutulur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət edib.

Prezident İlham Əliyevin xalqa müraciəti-Əziz həmvətənlər.Böyük sevinc hissi ilə bildirirəm ki, Laçın rayonu işğaldan azad olundu. Bütün Azərbaycan xalqını bu münasibətlə ürəkdən təbrik edirəm. Laçın rayonunun işğaldan azad olunması tarixi hadisədir. Özü də bir güllə atmadan biz Laçın rayonunu qaytardıq. Düşməni buna məcbur etdik. Döyüş meydanında əldə edilmiş parlaq qələbə bu gözəl nəticəyə gətirib çıxardı ki, üç rayonumuz – Ağdam, Kəlbəcər və Laçın bizə qaytarıldı. Biz bu rayonları bir güllə atmadan, bir şəhid vermədən qaytarmışıq.Laçın rayonu ölkəmizin ən böyük rayonlarından ...