Xəbər lenti
Lənkəran Dövlət Universiteti (LDU) ilə Belarusiyanın Baranoviç Dövlət Universiteti arasında qarşılıqlı əməkdaşlıq müqaviləsi sənədlər dövriyyəsi vasitəsilə (onlayn) imzalanmışdır. Bu müqavilədə iki universitet arasında birgə elmi-tədqiqatların aparılması, akademik, təhsil, ictimai və mədəni fəaliyyətlərdə qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi nəzərdə tutulmuşdur. Müqavilə 5 il müddətinə qüvvədə qalacaqdır.
Azərbaycan Respublikası Prezidentinin hər il 27 mart tarixinin "Elm günü" kimi təsis edilməsi haqqında Sərəncamının icrası məqsədilə Lənkəran Dövlət Universitetində (LDU) “Elm günü”nə həsr olunmuş Dəyirmi masa keçirilib. Onlayn keçirilən tədbiri LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov açıb və iştirakçıları “Elm günü” münasibətilə təbrik edib. Bildirib ki, 2018-ci il aprelin 9-da Prezident İlham Əliyev cəmiyyətin inkişafında elmin əhəmiyyətini nəzərə alaraq Azərbaycan Respublikasında “Elm günü”nün təsis edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamının ölkədə elmin inkişafına təkan verdiyini, bu sahədə əsaslı ...
Əziz tələbələr, hörmətli professor-müəllim, işçi heyəti, kollektivimizin bütün üzvləri!Hamınızı - bütün LDU ailəsini elimizin ən gözəl bayramlarından biri olan , gəlişi ilə təbiətə təravət, könüllərə hərarət gətirən Novruz - Bahar bayramı münasibəti ilə ürəkdən təbrik edir, şəxsi həyatınızda və işlərinizdə uğurlar arzu edirəm. Novruz yeni gün , yeni arzular , yeni ovqat deməkdir. Baharın gəlişilə təkcə təbiət oyanmır, ruhumuz da cavanlaşır, qurub-yaratmaq həvəsimz artır, arzularımız təzələnir. Novruz milli bayramlarımızın ən gözəlidir. Heç bir bayramın gəlişi insanları Novruz qədər sevindirmir. Novruz ...
Lənkəran Dövlət Universitetində (LDU) Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə tədbirləri çərçivəsində növbəti maarifləndirici tədbir keçirilib.Onlayn keçirilən tədbiri LDU-nun Sosial məsələlər üzrə prorektoru dosent Kamran Kazımov açıb. Tədbirin olduqca vacib bir məsələyə həsr olunduğunu deyən Kamran Kazımov narkomaniyanı bütün əsrlərin ən dəhşətli sosial bəlası adlandırıb.Bildirib ki, tədbirin əsas məqsədi yeniyetmələrimizin və gənclərimizin belə zərərli vərdişlərdən uzaq durmalarına nail olmaqdır. K. Kazımov narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı ölkədə və universitetdə aparılan profilaktiki tədbirlərdən də söz açıb.Lənkəran rayonlararası ...
Nizami Gəncəvinin 880 illik yubileyi ilə əlaqədar Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamından irəli gələn tədbirlər planına uyğun olaraq Lənkəran Dövlət Universitetində (LDU) elmi seminar keçirilib.Onlayn formatda keçirilən seminarı universitetin sosial məsələlər üzrə prorektoru, dosent Kamran Kazımov açıb. Bildirib ki, Nizami Gəncəvinin yubileyləri ölkəmizdə hər zaman təntənə ilə keçirilib. Azərbaycanın klassik ədəbi-mədəni irsinə həmişə milli təəssübkeşlik və vətənpərvərlik mövqeyindən yanaşan ümummilli lider Heydər Əliyev Nizami irsinə də xüsusi diqqət yetirib və ulu ...
Lənkəran Dövlət Universiteti (LDU) Elmi şurasının növbəti iclası olub.İclası şuranın sədri, universitetin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov açıb və gündəlikdə olan məsələlər barədə qısa açıqlama edib.Elmi şura üzvləri ilkin olaraq “Payız semestrinin imtahan sessiyasının nəticələri.Əlavə təqaüd yerlərinin ixtisaslar üzrə bölünməsi haqqında” məsələni müzakirə ediblər. Bu barədə Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor vəzifəsini icra edən dosent İdrak Əsgərov məruzə edib. Məruzədə 2020/2021-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının nəticələri (bakalavr; əyani),son payız semestri üzrə müvəffəqiyyət göstəricisi (bakalavr; ...
Azərbaycan Respublikasının Təhsil Nazirinin müavini İdris İsayev və Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Pərviz Yusifov Lənkəran Dövlət Universitetində (LDU) olublar. Universitetdə tədrisin təşkili vəziyyəti ilə əyani tanışlıq məqsədi daşıyan səfər zamanı qonaqlar ilkin olaraq I saylı tədris korpusuna baş çəkiblər. LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov hörmətli qonaqları son illərdə universitetdə tədrisin əyani və təcrübi istiqamətdə təşkili sahəsində görülən işlərlə ətraflı tanış edib. Universitetin Tədris-təcrübə sahəsi və burada yeni yaradılmış şitillik təsərrüfatı qonaqlarda xoş təəssürat yaradıb. ...
Lənkəran Dövlət Universiteti (LDU) Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu – “YAŞAT” Fonduna 10 min manat vəsait köçürüb. LDU kollektivinin fonda yardım etmək təşəbbüsü universitetin Elmi şurası tərəfindən tam dəstəklənib . Elmi şurada çıxış edənlər Lənkəran Dövlət Universiteti əməkdaşlarının sosial yönümlü belə xeyriyyə aksiyalarında daim öncül sırada iştirakını müsbət dəyərləndiriblər və gələcəkdə də bu istiqamətin davam etdirilməsini vacibliyini xüsusi vurğulayıblar. Qeyd edək ki, “YAŞAT”Fondunun yaradılmasında məqsəd şəhid ailələrinin və hərbi əməliyyatlar ...
Dünən günün ikinci yarısından başlayaraq Lənkəran Dövlət Universiteti tələbələrinin universitet rəhbərliyinin göstərişi əsasında rayon polisi tərəfindən saxlanılması ilə bağlı sosial şəbəkələrdə və bəzi saytlarda həqiqəti əks etdirməyən məlumatlar, heç bir əsası olmayan yalan informasiyalar yayılır. Məsələ ilə bağlı bildiririk ki, 29.01.2021-ci il tarixdə Tələbə Güc Mərkəzi adlı qurumdan Lənkəran Dövlət Universitetinin rəsmi elektron poçt unvanına məktub daxil olub ki, universitetin müəllimi, “Əski əlifba” fənnini tədris edən İlahə Seyfullayeva kollekvium yazılarını yoxlayarkən tələbələrin biliyini aşağı balla qiymətləndirib. Universitet rəhbərliyi ...
28 yanvar 2021-ci il tarixində Türkiyə Cümhuriyyətinin Çukurova Universitetinin “Bitki Mühafizəsi” bölümünün rəhbəri professor Sadəttin Baloğlu və Adanada yerləşən “ERZA” meyvə-tərəvəz ticarət şirkətinin nümayəndəsi Erdən Zaman Lənkəran Dövlət Universitetində (LDU) olub. Türkiyəli qonaqları universitetin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov qəbul edib.Qarşılıqlı analaşma şəraitində keçən söhbət zamanı universitetlər arasında ikili əməkdaşlığın genişlənməsi, müəllim və tələbə mübadiləsi, Türkiyədə fəaliyyət göstərən peşəkar kadrların LDU-ya cəlb edilməsi istiqamətində müzakirələr aparılıb. Həmçinin, aqrar, qida məhsulları və informasiya texnologiyaları sahələri üzrə mütəxəssislərin hazırlanmasının daha ...