Xəbər lenti
Müqəddəsdir,əzizdir,Arzu qədər təmizdir,Alovlu qəlbimizdir,Tələbəlik illəri...İnsan həyatında elə anlar,illər var ki,onlara vida etmək çox çətin olur-tələbəlik illəri kimi.Gəncliyimizin ən qaynar çağlarını,həyatımızın ən mənalı illərini –tələbəlik həyatını yaşamaq necə xoşdursa,ona əlvida demək,ayrılmaq bir o qədər ağır olub həmişə.Elə bu günkü məzunlar da eyni hissləri yaşayır.Bütün çöhrələrdə sevinc qarışıq kövrəklik,nigarançılıq hiss olunur.Tələbələr kimi müəllimlər də kövrək görünür.İllərdir öyrəşdikləri, isnişdikləri tələbələrdən ayrılmaq onlara da asan deyil.Bu kövrəkliyə dövlət himnimizin səslənməsi son qoydu.Tələbəli-müəllimli hamının dövlət himnimizi canlı ifa etməsi möhtəşəm idi!Məzunlara ilk təbrik universitetin rektoru ...
ABŞ-ın Kaliforniya ştatının Lənkəranla qardaşlaşmış Monterey şəhərinin “Monterey-Lənkəran Dostluq Assosasiyası”nın icraçı direktoru Nensi Selfric Lənkərana səfəri çərçivəsində Lənkəran Dövlət Universitetinə baş çəkib. Xanım Nensini Monterey şəhər şurasının üzvü ,fəlsəfə elmləri doktoru Alan Haffa və Monterey universitetinin azərbaycanlı professoru,fəlsəfə elmləri doktoru Vüsal Eminli müşayət ediblər.Hörmətli qonaqları LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov qəbul edib. Qəbul çay süfrəsi arxasında, dostluq və səmimilik şəraitində keçib. Söhbət zamanı professor Natiq İbrahimov ABŞ-Azərbaycan əlaqələri çərçivəsində Monterey və Lənkəran şəhərlərinin dostluq münasibətlərini yüksək dəyərləndirib ...
Lənkəran Dövlət Universitetində (LDU) Elmi şuranın növbəti iclası keçirilib.Şura iclasını universitetin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov açıb və gündəlikdə duran məsələlər barədə şura üzvlərini məlumatlandırıb.İlk müzakirəyə çıxarılan yaz semestrinin imtahan sessiyasının gedişi olub.Bu barədə Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor vəzifəsini icra edən dosent İdrak Əsgərov məlumat verib.Məruzəçi bu sahədə vəziyyətin qənaətbəxş olduğunu, bu vaxta qədər hər hansı ciddi problemin yaşanmadığını deyib.İdrak Əsgərov kafedralar üzrə dərs yüklərinin vəziyyəti barədə də məlumat verib,bir neçə ixtisas üzrə müəllimlərə ehtiyac ...
Hindistanın Azərbaycana yeni təyin olunmuş fövqaladə və səlahiyyətli səfiri cənab Bavitlunq Vanlalvavna və xanımı Lənkərana iki günlük səfərləri çərçivəsində bu gün Lənkəran Dövlət Universitetində olublar.Hörmətli qonaqları LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov qəbul edib və onlara təmsil etdiyi ali təhsil ocağı barədə ətraflı məlumat verib.Universitet rəsmisi Hindistan səfirinə LDU-da son illərdə təhsilin yenilənməsi istiqamətində görülən işlər,yeni ixtisaslar,turizm-təcrübə bazası, tikilməkdə olan yeni tədris korpusları və yataqxana binası ,kadrların hazırlanmasındakı yenilklər barədə ətraflı məlumat verib,Hindistanın ali təhsil müəssisələri ilə qarşılıqlı ...
Lənkəran Rayon Ağsaqqallar Şurasının sədr müavini Sərhad Məmmədovun rəhbərlik etdiyi İctimai şuranın üzvləri bu gün bir araya gələrək Lənkəran Dövlət Universitetində (LDU) 2018-2019-cu tədris ilinin yaz semestrinin imtahan sessiyasının gedişini canlı izləyiblər.Şura üzvləri imtahan gedən auditoriyalarda tələbələrə öz biliklərini nümayiş etdirmək üçün yaradılan şəraitlə əyani tanış olublar.Eyni zamanda,İctimai şura üzvləri Lənkəran Dövlət Universitetinin təhsil həyatı ,burada professor-müəllim -tələbə heyəti üçün yaradılan şərait,son ildə tədrisin modern təşkili ,universitetin yenilənmiş maddi-texniki bazası,yardımçı təsərrüfatı ilə yaxından tanış olmaq imkanı qazanıblar.İmtahanların gedişi ilə tanışlıqdan ...
Lənkəran Dövlət Universitetində (LDU) Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Ümumi və ali təhsil müəssisəsi əməkdaşlığı haqqında pilot layihə”nin icrası ilə bağlı yekun konfrans keçirilib.Konfransı universitetin rektoru vəziəfəsini icra edən professor Natiq İbrahimov açıb və Respublika Təhsil Nazirliyinin “Ümumi və ali təhsil müəssisəsi əməkdaşlığı haqqında pilot layihənin tətbiqi barədə” 27 noyabr 2017-ci il tarixli əmrindən,onun icrası ilə əlaqədar görülən işlərdən söz açıb.Bildirib ki,Pilot layihənin icrası Lənkəran Dövlət Universitetilə layihəyə qatılan Astara, Lənkəran və Yardımlı rayonlarının ümumtəhsil məktəbləri arasında sıx elmi-pedaqoji əməkdaşlığın yaranmasına,metodiki ...
Lənkəran Dövlət Universitetində(LDU) 2018-2019-cu tədris ilinin yaz semestrinin imtahan sessiyası davam edir.İyun ayının 3-dən start götürən imtahan sessiyası əyani təhsilalma forması üzrə bakalavriat və magistratura səviyyələrinin tədris qrupları üçün 5 iyul 2019-cu tarixinədək,qiyabi təhsilalma forması üzrə bakalavriat səviyyəsinin tədris qrupları üçün 11 iyul 2019-cu il tarixinədək keçiriləcək.Yaz imtahan sessiyasında bаkаlаvriat səviyyəsi üzrə 27 ixtisasın 115 akademik qrupunda və magistratura səviyyəsi üzrə 19 ixtisaslaşmanın 16 akademik qrupunda, ümumilikdə, 2500 tələbə -magistrantın biliyi sınağa çəkiləcək.İmtahan sessiyasında tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi ...
Mərkəzi Avropanın ən qədim və Çexiyanın mərkəzi universiteti sayılan Karlov Universitetinin nümayəndə heyəti Lənkəran Dövlət Universitetinə (LDU) səfər edib.Nümayəndə heyətinin tərkibinə universitetin Təbiyyat fakültəsinin professorlarından Daniel Frynta Zivotopis,Milan Kaftan,Vit Kaufman,doktor Miroslav Svatora,magistr və bakalavrlar Veronika Rudolfova,İveta Stolhoferova,Barbara Kaftanova və Karlov Universitetinin tərəfdaşı olan Bakı Dövlət Universitetinin Zoologiya kafedrasının dosenti Çingiz Məmmədov daxil idilər.Qonaqlara LDU ilə ətraflı tanışlıq imkanı yaradılıb.Biologiya və kimya tədris laboratoriyaları ,fənn kabinələri ilə tanışlıq qonaqların marağına səbəb olub.Sonra hər iki universitetin Təbiyyat fakültəsinin professor-müəllim-tələbə heyətinin iştirakı ilə ...
LDU-da məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi ilə bağlı ictimai müzakirə keçirilib.
Lənkəran Dövlət Universitetində(LDU) Azərbaycan Respublikası Prezidentinin “Məhkəmə -hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 3 aprel 2019-cu il tarixli Fərmanının əhəmiyyəti” mövzusunda ictimai müzakirə keçirilib.Tədbiri universitetin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov açaraq ölkədə son dövrdə aparılan məhkəmə-hüquq sistemində aparılan islahatlardan danışıb, ölkə başçısının bu istiqamətdə imzaladığı 3 aprel 2019-cu il tarixli fərmanını yüksək dəyərləndirib.Ədliyyə Akademiyasının rektoru vəzifəsini icra edən Elçin Xələfov sözügedən fərmanı ətraflı şərh edib,məqsəd və mahiyyəti barədə geniş açıqlama verib.Ədliyyə Nazirliyi “Elektron məhkəmə” informasiya sistemi üzrə işçi qrupunun ...
Hörmətli həmkarlar,Lənkəran Dövlət Universitetinin bütün kollektivi-professor- müəllim-işçi heyəti,əziz tələbələr!Hamınızı Müsəlman dünyasının ən müqəddəs bayramlarından olan ,on bir ayın sultanı sayılan Ramazan bayramı münasibətilə ürəkdən təbrik edir,könül xoşluğu,süfrələrinizə ruzi-bərəkət,ailələrinizə firavanlıq,dövlətimizə əmin-amanlıq arzulayıram.Ramazan bayramı ona görə müqəddəs sayılır ki,müsəlmanların dini kitabı olan Qurani-Kərim məhz bu mübarək ayda nazil olub.Ramazan ilahi hikmətlər,barış, əmin-amanlıq,xeyirxahlıq ayıdır.Orucluq mərasimləri hər il ölkəmizdə humanizmin,birlik və bərabərliyin təntənəsinə çevrilir.Bu əziz bayram günündə hamınızı bir daha təbrik edir,ailələrinizə xoşbəxtlik,süfrələrinizə xeyir-bərəkət diləyirəm.Ramazan bayramınız mübarək!Qeyd edək ki, Ramazan bayramı münasibətilə universitetin rektoru ...