Xəbər lenti



“Miqrasiya könüllüsü” .

Fevralın 28-də Lənkəran Regional Dövlət Miqrasiya Xidməti İdarəsi Miqrasiya Könüllülərinin 2020-ci il -“Könüllülər ili” üçün nəzərdə tutulmuş Tədbirlər Planına uyğun olaraq Lənkəran Dövlət Universitetində tələbələr üçün maarifləndirici tədbir keçirib.İdarənin inspektoru Zaur Əlişov Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2020-ci ilin “Könüllülər ili” elan edilməsini ölkəmizdə könüllü gənclərin fəaliyyətinə verilən ən yüksək dəyər adlandırıb.Bildirib ki,Dövlət Miqrasiya Xidməti gənclərlə təmaslarını artırmaq, könüllü əhatəsini genişləndirərək onları bu sahə ilə daha yaxından tanış etmək, dövlət idarəetməsi üzrə məlumatlandırmaq, bununla şəxsi inkişafları, gələcək karyera imkanları ...

“Xocalı soyqırımı-Unutmadıq!Unutmarıq”.

Lənkəran Dövlət Universitetində (LDU) Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biri olan Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı silsilə tədbirlər keçirilib.Bu gün universitetdə bütün fakültələrdə ilk dərslər Xocalı faciəsinə, soyqırım qurbanlarının xatirəsinə həsr edilib. Universitetin kitabxanasında faciənin dəhşətlərini əks etdirən kitab, məcmuə, buklet, qəzet, foto-şəkillərdən ibarət sərgi təşkil olunub.Səhər saatlarında LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov başda olmaqla universitetin professor-müəllim- tələbə heyəti Lənkəran şəhərinin mərkəzində soyqırım qurbanlarının xatirəsinə ucaldılmış abidə kompleksi ziyarət edərək şəhidlərin ruhuna ehtiram əlaməti ...

LDU-da koronovirusla bağlı tədbir keçirilib.

Lənkəran Dövlət Universitetində (LDU) koronavirus epidemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində maarifləndirici tədbir keçirilib. Lənkəran Rayon Mərkəzi Xəstəxanası ilə birgə keçirilən tədbirdə xəstəliyin profilaktikası, ondan qorunma yolları, müalicəsi ilə bağlı tələbə və müəllimlərə ətraflı məlumat verilib.Rayon mərkəzi xəstəxanasının yoluxucu xəstəliklər şöbəsinin müdiri Zəfər Fərzəliyev bildirib ki, Çindən dünyaya yayılan koronovirus xəstəliyi yüksək sürətlə əhatəsini genişləndirməkdə davam edir.Bu xəstəliyə yoluxanların və ölənlərin sayının getdikcə artması, koronovirusun Azərbaycanın qonşu dövləti olan İranda aşkarlanması və bu virusdan ölənlərin olması səbəbindən Azərbaycanda hamı- bütün cəmiyyət ...

Elmi Şurada pedaqoji və istehsalat təcrübələrinin gedişi  müzakirə edilib.

Lənkəran Dövlət Universitetində (LDU) Elmi Şuranın 2019/2020-ci tədris ilinin payız semestrinin imtahan sessiyasından sonra keçirilən ilk iclasında müzakirəyə çıxarılan məsələlərdən biri də imtahan sessiyasının nəticələri olub.Elmi Şuranın sədri, universitetin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov şura üzvlərini ətraflı məlumatlandırmaq üçün sözü Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor vəzifəsini icra edən dosent İdrak Əsgərova verib.Məruzəçi ayrı-ayrı fakültələr üzrə payız semestrinin imtahan sessiyasının nəticələrini diaqram və cədvəllər, slaydlar vasitəsilə şura üzvlərinə təqdim edib.Təqdimatda imtahan nəticələri əvvəlki semestrlərlə və illərlə müqayisəli ...

LDU-nun kollektivi Şəhidlər Xatirə Abidə Kompleksini ziyarət edib.

Bu gün Azərbaycan xalqının tarixində ən ağrılı, həm də qanla yazılmış şərəf, qəhrəmanlıq salnaməsi olan 20 Yanvar faciəsindən 30 il ötür.Faciənin ildönümündə Lənkəran Dövlət Universitetinin (LDU) professor-müəllim-tələbə heyəti başda universitetin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov olmaqla Lənkəran şəhərinin mərkəzindəki Şəhidlər Xatirə Abidə Kompleksini ziyarət ediblər. Ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş qəhrəman Vətən övladlarının –azadlıq mücahidlərinin ruhu ehtiramla anılıb, məzarları üzərinə tər qərənfillər düzülüb.Xatırladaq ki,20 Yanvar-Ümumxalq Hüzn Günü ilə bağlı Lənkəran Dövlət Universitetində silsilə ...

20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb.

Milli birlik və vətənpərvərliyin simvoluna çevrilmiş 20 Yanvar faciəsi xalqımızın öz suverenliyi uğrunda apardığı mübarizənin şərəfli tarixidir.Lənkəran Dövlət Universitetində (LDU) Azərbaycan xalqının qəhrəmanlıq səhifəsi olan 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.Tədbir iştirakçıları tərəfindən şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov çıxışında 20 Yanvar tarixini faciə günü kimi yox, xalqın qanla yazılan qəhrəmanlıq salnaməsi, şərəf , milli oyanış tarixi kimi səciyyələndirib.Bildirib ki, 1990-cı il yanvarın 20-si Azərbaycanın müasir ...

İctimai şuranın üzvləri imtahanların gedişini izləyiblər.

Lənkəran Rayon Ağsaqqallar Şurasının sədr müavini Sərhad Məmmədovun rəhbərlik etdiyi İctimai şuranın üzvlərinin bir qrupu –Lənkəran şəhər təhsil şöbəsinin müdiri Aslan İbrahimov,N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının direktoru Tofiq Heydərov Lənkəran Dövlət Universitetində (LDU) 2019-2020-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının gedişini canlı izləyiblər.Şura üzvləri LDU-nun bütün tədris korpuslarına baş çəkərək ,imtahan gedən auditoriyalarda tələbələrə öz biliklərini nümayiş etdirmək üçün yaradılan şəraitlə əyani tanış olublar.İctimai şuranın üzvlərinə Operativ Qərargahın və Apellyasiya komissiyalarının fəaliyyəti ilə yaxından tanış olmaq imkanı yaradılıb.Eyni zamanda,İctimai ...

Lənkəran Dövlət Universitetində imtahan sessiyasına start verilib.

Təhsil naziri Ceyhun Bayramovun müvafiq əmrinə əsasən, Lənkəran Dövlət Universitetində (LDU) 2019/2020-ci tədris ilinin payız semestrinin imtahan sessiyasına bu gün -7 yanvar tarixində start verilib. Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov universitetin tədris korpuslarına baş çəkərək imtahanların gedişini əyani izləyib.Universitet rəsmisi imtahan başlamazdan öncə dekanlar, koordinator-müəllim, rəhbər koordinatorlar və imtahanların gedişinə məsul digər şəxslərlə görüş keçirib. Görüş iştirakçılarını yeni təqvim ili münasibəti ilə təbrik edən professor Natiq İbrahimov payız semestrinin imtahan sessiyasına hazırlığın son vəziyyətini onlarla ...

LDU-nun Elmi Şurası 2019-cu ildə son iclasını keçirilib

Bugün Lənkəran Dövlət Universitetində (LDU) Elmi Şuranın 2019-cu ildə son iclasıkeçirilib. Universitetin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov iclası açaraq gündəlikdəduran məsələləri şura üzvlərinin diqqətinəçatdırıb.Müzakirəyəkeçməzdən əvvəl professor Natiq İbrahimov şura üzlərini vəonların simasında universitetin bütün kollektivini 31 dekabr –Dünya AzərbaycanlılarınınHəmrəyliyi Günü və yeni-2020-ci il münasibətilə təbrik edərək xoş bayramarzularını çatdırıb,səmərəli fəaliyyətlərinə görə minnətdarlıq bildirib.ElmiŞuranın müzakirəsinə ilkin olaraq “Payız semestrində tədris prosesininyekunları barədə” məsələ çıxarılıb.Bu barədə Tədrisin təşkili və təlimtexnologiyaları üzrə prorektor vəzifəsini icra edən dosent İdrak Əsgərovun məlumatı dinlənilib. ...

Lənkəran Dövlət Universitetində “Yeni il  karnavalı”.

LənkəranDövlət Universitetində (LDU) 31 dekabrDünya Azərbaycanlılarının Həmrəyliyi Günü və yeni-2020-ci il münasibəti ilə “Yeniil karnavalı” keçirilib. Bayram tədbirini LDU-nun rektoru vəzifəsini icra edənprofessor Natiq İbrahimov açıb və bütün iştirakçılara xoş bayram arzularınıçatdırıb.Universitet rəsmisi başa çatmaqda olan ilin yekunlarından, 2020-ci ildəqarşıda duran vəzifələrdən söz açaraq bütün kollektivə gələcək fəaliyyətlərindəuğurlar arzu edib.Yeniil tədbirində 2019-cu ildə universitetin ictimai həyatında fəal iştirak edən, təhsiluğurları ilə seçilən yubilyar müəllimlərə ,tələbələrə,idmançılara fəxri-fərman,təşəkkürnaməvə pul mükafatları təqdim edilib.Şaxtababa və Qar qızın qonaq olduğu “Yeni ilkarnavalı” şux , şaqraq ...