Xəbər lenti



“Clarivate Analytics” şirkətinin təmsilçisi LDU-da maarifləndirici seminar keçirib.

“Clarivate Analytics” Təhsil Şirkətinin Təhsil Proqramları üzrə şöbəsinin rəhbəri Valentin Bogorov Lənkəran Dövlət Universitetində (LDU) olub. LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov son illər universitetdə ali təhsilin davamlı inkişafına nail olunması,alimlərin elmi məqalələrinin nüfuzlu beynəlxalq nəşrlərdə dərc olunmasına dəstək göstərilməsi istiqamətində görülən işlər barədə qonağa ətraflı məlumat verib.2015-ci ildə Təhsil Nazirliyi ilə dünyanın ən böyük elektron elmi-analitik informasiya bazası olan “Clarivate Analytics” (əvvəlki adı "Thomson Reuters") şirkəti arasında əməkdaşlıq sazişinin imzalandığını xatırladan universitet rəsmisi bildirib ki, hazırda Azərbaycanın ...

LDU-da maarifləndirici seminar.

Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun nəzdində yaradılan İnsan Resursları Mərkəzi pedaqoji kadrların seçimi və qiymətləndirilməsi ilə bağlı tədbirlərin keyfiyyətinin artırılmasına, bu sahədə təşkilati işlərin daha səmərəli həyata keçirilməsinə nail olmaq məqsədi ilə ali təhsil müəssisələri ilə əlaqələrini genişləndirir.İnsan Resursları Mərkəzinin bir qrup əməkdaşı bu məqsədlə Lənkəran Dövlət Universitetində (LDU) olub.LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov qonaqlara universitet və burada tədris olunan pedaqoji ixtisaslar, məzunların işlə təmini ilə bağlı görülən işlər,keçirilən məzun yarmarkaları ilə yanaşı,pedaqoji kadrların yerləşdirilməsi zamanı yaranan ...

Lənkəran Dövlət Universitetində regional olimpiada keçirilib.

Lənkəran Dövlət Universitetində (LDU) keçirilən regional olimpiadada Astara, Lənkəran, Masallı, Lerik, Yardımlı rayonlarının ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri, Lənkəran Humanitar, Astara Pedaqoji və Masallı Dövlət Regional kolleclərinin tələbələri iştirak ediblər.İştirakçıların fizika, riyaziyyat, kimya, biologiya, informatika və coğrafiya fənləri üzrə bilikləri sınağa çəkilib.LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov universitet ilə ümumi və tam orta məktəblər, eləcədə bölgədə fəaliyyət göstərən kolleclər arasında əlaqələrin möhkəmləndirilməsində regional olimpiadaların böyük əhəmiyyət daşıdığını deyib, bildirib ki, bu ilki bilik yarışmasına qatılan iştirakçılar daha iki ...

LDU-da “ Elm günü”nə həsr olunmuş Dəyirmi masa keçirilib.

Lənkəran Dövlət Universitetində (LDU) “Elm günü”nə həsr olunmuş Dəyirmi masada Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının (AMEA) tanınmış elm xadimləri , LDU-nun professor-müəllim heyəti, tələbələr, magistrantlar, doktorant və dissertantlar, gənc tədqiqatçılar iştirak edib. Tədbiri universitetin rektoru vəzifəsini icra edən riyaziyyat üzrə elmlər doktoru, professor Natiq İbrahimov açıb və bütün iştirakçıları bu il ilk dəfə keçirilən Elm günü münasibəti ilə təbrik edib.Professor Natiq İbrahimov Azərbaycan Respublikası Prezidentinin hər il 27 mart tarixinin “Elm günü” kimi təsis edilməsi haqqında Sərəncamının ölkədə elmin inkişafına ...

Lənkəran Dövlət Universitetində 31 mart-Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş anım tədbiri keçirilib.

Lənkəran Dövlət Universitetində (LDU) 31 mart-Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş konfrans günahsız qurbanların xatirəsinin 1 dəqiqəlik sükutla anılması ilə başlanıb.LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov bir əsr öncə baş vermiş faciədən və sonrakı davamından tarixi ardıcıllıqla, faktlara istinadən söz açıb.Bildirib ki, 1918-ci il martın 30-u gecə saatlarında Bakıda başlanan, sonra ölkənin digər bölgələrində davam etdirilən, minlərlə günahsız insanın, o cümlədən , çoxlu sayda qoca, qadın və uşağın qətli ilə nəticələnən soyqırım günündən bizi 1 əsrlik zaman fasiləsi ayırsa ...

Lənkəran Dövlət Universitetində türk tələbələrlə birgə möhtəşəm “Novruz yallısı”.

Dost gəlişi bayram olar deyiblər. Qardaş Türkiyə Cümhuriyyətinin Amasiya Universitetinin müəllim-tələbə-işçilərdən ibarət böyük nümayəndə heyətinin Lənkəran Dövlət Universitetinə (LDU) səfərinin Novruz bayramına düşməsilə bayram –bayrama qarışıb.LDU-nun Mövlanə Mübadilə Proqramı çərçivəsində əməkdaşlıq etdiyi Amasiya Universitetinin nümayəndə heyətinin üzvlərini Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov qəbul edib.Universitet rəsmisi qonaqların məhz bayram günlərində Lənkərana səfər etməsindən məmnun qaldığını deyərək onlara LDU barədə , burada son illərdə təhsilin yenilənməsi istiqamətində aparılan işlər, tikilməkdə olan yeni tədris korpuslarI, tələbə yataqxanası, turizm-tədris-təcrübə ...

UNEC və Lənkəran Dövlət Universiteti (LDU) arasında İkili Diplom Proqramı haqqında müqavilə imzalanmışdır.

UNEC rektoru, professor Ədalət Muradov və LDU rektoru vəzifəsini icra edən, professor Natiq İbrahimov tərəfindən imzalanmış müqaviləyə əsasən İkili Diplom Proqramının məqsədi UNEC və LDU arasında əməkdaşlığı, tələbə-müəllim mübadiləsini və əmək bazarının tələblərinə uyğun yüksək hazırlıqlı məzun buraxılışını təmin etməkdir.İmzalanma mərasimi zamanı UNEC rektoru, professor Ədalət Muradov, Təhsil Nazirliyində keçirilmiş kollegiya zamanı təhsil naziri Ceyhun Bayramovun ölkədə fəaliyyət göstərən universitetlər arasında əməkdaşlığın genişləndirilməsinə dair tapşırığının əhəmiyyətini qeyd etdi. Cari müqavilənin bu tapşırığın icrası kimi qiymətləndirilməli olduğunu vurğulayan rektor UNEC-in bir ...

Lənkəran Dövlət Universitetində “Campus France günləri”.

Lənkəran Dövlət Universitetində (LDU) “Ətraf şəhərlərdə Campus France günləri” nə start verilib.Campus France nümayəndəliyinin təşəbbüsü və təşkilati dəstəyi ilə, Fransada təhsilin təbliği çərçivəsində keçirilən layihənin iştirakçıları iki gün ərzində- 12-13 mart tarixlərində Lənkəran Dövlət Universitetində silsilə tədbirlər keçirməyi planlaşdırıblar.Tədbirin birinci günü Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov Fransanın Azərbaycandakı Səfirliyinin universitetlərlə əməkdaşlıq üzrə ataşesi, Campus France üzrə məsul şəxs, eyni zamanda , “Frans Alumni Azərbaycan” adlı məzun şəbəkəsinin idarəçisi xanım Raab Maureeni və Azərbaycan Fransız İnstitutunda ...

Lənkəran Dövlət Universitetində 8 Mart Beynəlxalq Qadınlar Günü qeyd edilib.

Lənkəran Dövlət Universitetində (LDU) 8 Mart –Beynəlxalq Qadınlar Günü münasibəti ilə bayram tədbiri keçirilib. LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov universitetin bütün xanım əməkdaşlarını bayram münasibəti ilə təbrik edərək onlara şəxsi həyatlarında və əmək fəaliyyətlərində uğurlar arzu edib.8 Mart Beynəlxalq Qadınlar Bayramının tarixinə ekskursiya edən universitet rəsmisi ötən tarixi dövr ərzində qadınların ictimai-siyası fəallıqlarının inanılmaz şəkildə artdığını, onların cəmiyyətdə aparıcı qüvvəyə çevrildiyini deyib.Bu inkişafın özünü Azərbaycan qadınının timsalında aydın göstərdiyini vurğulayan Natiq İbrahimov Lənkəran Dövlət Universitetinin əldə etdiyi ...

Lənkəran Dövlət Universitetində bayram ovqatlı “Novruz mühazirəsi”.

Respublika Təhsil Nazirliyinin təşəbbüsü ilə Lənkəran Dövlət Universitetində (LDU) “Bakı Dövlət Universiteti-100:tarix və gələcəyin tandemi” mövzusunda İlk “Novruz mühazirəsi” keçirilib.Od çərşənbəsi gününə təsadüf edən bayram ovqatlı tədbir maraqlı, rəngarəng, rəsmilkdən uzaq olması, milli koloritliyi ilə yaddaqalan olub, iştirakçılara əsl Novruz əhval ruhiyyəsi bəxş edib.Tədbir mühazirə iştirakçılarının Lənkəran Dövlət Universiteti ilə tanışlığından başlayıb.Universitetin 2 saylı tədris korpusunda yeni avadanlıqlarla təmin olunmuş modern laboratoriyalarla, fənn kabinələri ilə tanışlıq, tələbələrin praktik hazırlıq səviyyəsi qonaqları razı salıb.Respublikada ilk dəfə olaraq məhz Lənkəran Dövlət Universitetində ...