Xəbər lenti
LDU “QS World University Rankings”-dünyanın ən nüfuzlu ali məktəb reytinqləri siyahısına qoşulub!Lənkəran Dövlət Universitetinin (LDU) bu günlərdə “QS World University Rankings”-dünyanın ən nüfuzlu ali məktəb reytinqləri siyahısına qoşulması bu ali təhsil ocağının həyatında ən mühüm və xoş yenilklərdən biri sayıla bilər. LDU-nun dünyanın reytinqli universitetlər siyahısında yer alması, universitetin beynəlxalq nüfuzunun artmasına imkan verəcək, əməkdaşlarının dünya miqyasında tanınmasına şərait yaradacaq.Qeyd edək ki, “QS World University Rankings” dünyanın ən yaxşı universitetlərinin konkret siyahısını müəyyənləşdirən ən mühüm reytinqli təşkilatlardandır. Məhz bu mənbəyə ...
Lənkəran Dövlət Universiteti (LDU) ilə Şota Rustaveli adına Batumi Dövlət Universiteti arasında elm və təhsil sahəsində əlaqələrin genişləndirilməsi məqsədilə anlaşma memorandumu imzalanıb.Sənəddə tərəflər arasında elm və təhsil sahələrində əməkdaşlığın inkişafı,təcrübə və qaynaqların mübadiləsi, birgə elmi proqramların,araşdırmaların həyata keçirilməsi nəzərdə tutulur.Anlaşma memorandumu çərçivəsində müəllim, tədqiqatçı və tələbələrin mübadiləsi, ortaq dərəcəli doktorantura proqramlarının açılması, birgə seminar , simpozium və konfransların keçirilməsi,elmi ədəbiyyat və nəşrlərin mübadiləsi,yay məktəblərinin təşkili və s.həyata keçiriləcək.Memorandumu Lənkəran Dövlət Universiteti rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov və Batumi ...
Lənkəran Dövlət Universitetində (LDU) keçirilən Elmi şuranın növbəti iclasını universitetin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov açıb və şura üzvlərini gündəlikdə duran məsələlərlə tanış edib.Elmi şuranın müzakirəsinə çıxarılan ilk mövzu “2018-2019-cu tədris ilinin 2-ci semestrinin gedişi və 1-ci kollokviumun nəticələri.Əlavə təqaüd yerlərinin ixtisaslar üzrə bölünmə mexanizmi haqqında” olub.Bu barədə Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor vəzifəsini icra edən dosent İdrak Əsgərov məlumat verib.1-ci kollokviumun uğurla başa çatdığını, nəticələrin qənaətbəxş olduğunu deyən dosent İdrak Əsgərov 1-ci tədris ili qruplarında ...
Klassik Azərbaycan ədəbiyyatının tanınmış simalarından biri,humanizm və cəsarət simvolu kimi ədəbiyyat tariximizdə silinməz iz qoyan , anadilli şeirləri ilə ədəbiyyatımızı zənginləşdirən İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyi münasibəti ilə Lənkəran Dövlət Universitetində elmi seminar keçirilib.Seminarın gündəliyini açıqlayan LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov 2019-cu ilin “Nəsimi ili” elan edilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin sərəncamını yüksək dəyərləndirib.Bildirib ki, Nəsimi çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi fikir tariximizdə dərin iz qoymuş mütəfəkkir şairdir və onun zəngin irsi bu ...
Lənkəran Dövlət Universiteti (LDU) ilə N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrı arasında yaradıcılıq əlaqələri genişlənməkdə davam edir.Bu günlərdə LDU-nun kollektivi teatrın qonağı olub. Teatrın direktoru Tofiq Heydərov yaradıcı kollektivlə sıx ünsiyyətə,əməkdaşlığa görə universitet rəhbərliyinə minnətdarlıq edib.Tetrın son tamaşalarından, qastrol səfərlərindən söz açan teatr rəsmisi, həmçinin, respublikanın xalq artisti,prezident mükafatçısı Qabil Quliyevin anadan olmasının 70 illiyinin bölgədə geniş qeyd ediləcəyini deyib.Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov qarşılıqlı əməkdaşlığın, yaradıcılıq əlaqələrinin dinamik inkişafının hər iki tərəf üçün səmərəli ...
Lənkəran Dövlət Universiteti (LDU) ilə Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) arasında birgə elmi-pedaqoji və tədqiqat işlərinin aparılması sahəsində əməkdaşlığa dair protokol imzalanıb.Ali təhsil müəssisələri arasında əməkdaşlıq prinsiplərinə uyğun olaraq elmi-pedaqoji, elmi-tədqiqat işlərinin aparılması sahəsində birgə fəaliyyətə əsaslanan protokolu LDU tərəfindən rektor vəzifəsini icra edən professor Natiq İbrahimov , Aİİ tərəfindən rektor, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov imzalayıblar.Protokolda hər iki ali təhsil müəssisəsinin fakültə və kafedraları arasında qarşılıqlı, faydalı əməkdaşlığa əsaslanan elmi-tədqiqat işlərinin aparılması,birgə layihələrin reallaşdırılması, professor-müəllim heyəti və doktorantlar üçün ...
Lənkəran Dövlət Universitetində (LDU) ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “Heydər Əliyev və Azərbaycanda elmin inkişafı” mövzusunda universitet Tələbə Elmi Cəmiyyətinin I elmi konfransı keçirilib.Konfransa Azərbaycan Dövlət Himninin ifası ilə start verilib.LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov iştirakçıları salamlayıb və konfransa işində uğurlar arzu edib.Lənkəran Dövlət Universitetində Tələbə Elmi Cəmiyyətinin xətti ilə ilk dəfə elmi konfransın təşkil edilməsini böyük uğur kimi dəyərləndirən professor Natiq İbrahimov bu günkü gənc tədqiqatçıların gələcəkdə Azərbaycan elminin işıqlı sabahı, ...
Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Ümumi və ali təhsil müəssisəsi əməkdaşlığı haqqında pilot layihənin tətbiqi barədə” 27 noyabr 2017-ci il tarixli əmrinin icrası ilə əlaqədar Lənkəran Dövlət Universiteti (LDU) ilə Astara, Lənkəran və Yardımlı rayonlarının ümumtəhsil məktəbləri arasında elmi-pedaqoji əməkdaşlığın yaradılmasına dair işlər davam etdirilir.Layihə çərçivəsində LDU və Astara Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Astara rayonunun C.Cabbarlı adına Kakalos kənd tam orta məktəbində “Kimya gecəsi” keçirilib.Tədbirə Azərbaycan Respublikası Dövlət Himninin ifası ilə start verilib.Sonra meydan gənc kimyaçılara verilib.Onların təqdim etdikləri ...
Lənkəran Şəhər Rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən yol hərəkətinin təhlükəsizliyi istiqamətində növbəti maarifləndirici tədbir Lənkəran Dövlət Universitetində təşkil olunub. “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə” dair 2019-2023-cü illər üçün Dövlət Proqramının həyata keçirilməsi ilə bağlı təşkil edilən tədbir “Yol hərəkəti təhlükəsizliyinin təbliği və təşviqinə” həsr edilib.Tədbirdə çıxış edən Lənkəran ŞRPŞ-nin dövlət yol polisi bölməsinin təbliğat və təşviqat üzrə inspektoru, polis kapitanı Emil Vəliyev bu cür maarifləndirici tədbirlərin piyadaların iştirakı ilə baş verən qəzaların sayının azalmasında mühüm əhəmiyyət ...
Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Ümumi və ali təhsil müəssisəsi əməkdaşlığı üzrə pilot layihənin tətbiqi barədə” 27 noyabr 2017 ci il tarixli əmrin icrası ilə əlaqədar olaraq LDU ilə bölgənin orta ümumtəhsil məktəbləri arasında əlaqələr genişlənməkdə davam edir.Astara rayonunun Şahağacı 2 saylı tam orta məktəbinin tədris hissə müdiri Vüqar Mustafayev, biologiya müəllimi Nazim Məmmədov və məktəbin yuxarı sinif şagirdləri Lənkəran Dövlət Universiteti ilə tanış olmaq məqsədilə LDU-da olublar. Onlara Təbiyyat fakültəsinin kimya və biologiya fənlərinin tədrisi laboratoriyaları , ingilis dili mərkəzi ...