Xəbər lenti
UNEC rektoru, professor Ədalət Muradov və LDU rektoru vəzifəsini icra edən, professor Natiq İbrahimov tərəfindən imzalanmış müqaviləyə əsasən İkili Diplom Proqramının məqsədi UNEC və LDU arasında əməkdaşlığı, tələbə-müəllim mübadiləsini və əmək bazarının tələblərinə uyğun yüksək hazırlıqlı məzun buraxılışını təmin etməkdir.İmzalanma mərasimi zamanı UNEC rektoru, professor Ədalət Muradov, Təhsil Nazirliyində keçirilmiş kollegiya zamanı təhsil naziri Ceyhun Bayramovun ölkədə fəaliyyət göstərən universitetlər arasında əməkdaşlığın genişləndirilməsinə dair tapşırığının əhəmiyyətini qeyd etdi. Cari müqavilənin bu tapşırığın icrası kimi qiymətləndirilməli olduğunu vurğulayan rektor UNEC-in bir ...
Lənkəran Dövlət Universitetində (LDU) “Ətraf şəhərlərdə Campus France günləri” nə start verilib.Campus France nümayəndəliyinin təşəbbüsü və təşkilati dəstəyi ilə, Fransada təhsilin təbliği çərçivəsində keçirilən layihənin iştirakçıları iki gün ərzində- 12-13 mart tarixlərində Lənkəran Dövlət Universitetində silsilə tədbirlər keçirməyi planlaşdırıblar.Tədbirin birinci günü Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov Fransanın Azərbaycandakı Səfirliyinin universitetlərlə əməkdaşlıq üzrə ataşesi, Campus France üzrə məsul şəxs, eyni zamanda , “Frans Alumni Azərbaycan” adlı məzun şəbəkəsinin idarəçisi xanım Raab Maureeni və Azərbaycan Fransız İnstitutunda ...
Lənkəran Dövlət Universitetində (LDU) 8 Mart –Beynəlxalq Qadınlar Günü münasibəti ilə bayram tədbiri keçirilib. LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov universitetin bütün xanım əməkdaşlarını bayram münasibəti ilə təbrik edərək onlara şəxsi həyatlarında və əmək fəaliyyətlərində uğurlar arzu edib.8 Mart Beynəlxalq Qadınlar Bayramının tarixinə ekskursiya edən universitet rəsmisi ötən tarixi dövr ərzində qadınların ictimai-siyası fəallıqlarının inanılmaz şəkildə artdığını, onların cəmiyyətdə aparıcı qüvvəyə çevrildiyini deyib.Bu inkişafın özünü Azərbaycan qadınının timsalında aydın göstərdiyini vurğulayan Natiq İbrahimov Lənkəran Dövlət Universitetinin əldə etdiyi ...
Respublika Təhsil Nazirliyinin təşəbbüsü ilə Lənkəran Dövlət Universitetində (LDU) “Bakı Dövlət Universiteti-100:tarix və gələcəyin tandemi” mövzusunda İlk “Novruz mühazirəsi” keçirilib.Od çərşənbəsi gününə təsadüf edən bayram ovqatlı tədbir maraqlı, rəngarəng, rəsmilkdən uzaq olması, milli koloritliyi ilə yaddaqalan olub, iştirakçılara əsl Novruz əhval ruhiyyəsi bəxş edib.Tədbir mühazirə iştirakçılarının Lənkəran Dövlət Universiteti ilə tanışlığından başlayıb.Universitetin 2 saylı tədris korpusunda yeni avadanlıqlarla təmin olunmuş modern laboratoriyalarla, fənn kabinələri ilə tanışlıq, tələbələrin praktik hazırlıq səviyyəsi qonaqları razı salıb.Respublikada ilk dəfə olaraq məhz Lənkəran Dövlət Universitetində ...
Lənkəran Dövlət Universitetində Elmi Şuranın növbəti iclası keçirilib.İclası universitetin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov açıb və şura üzvlərini gündəliklə tanış edib.2018-2019-cu tədris ilinin ikinci semestrinin gedişi, birinci kollokviuma hazırlığın vəziyyəti haqqında universitetin tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor vəzifəsini icra edən dosent İdrak Əsgərov məruzə edib.Dosent İdrak Əsgərov birinci kollokviuma hazırlığın vəziyyətinin qənaətbəxş olduğunu, qəbul olunmuş proqram əsasında getdiyini deyib, həmçinin yuxarı kurs tələbələrinin pedaqoji və istehsalat təcrübələrinin gedişi barədə iştirakçıları məlumatlandırıb.Universitetin sosial məsələlər üzrə prorektoru dosent ...
Lənkəran Dövlət Universitetində (LDU) Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biri olan Xocalı soyqırımının 27-ci ildönümü ilə bağlı silsilə tədbirlər keçirilib.Bu gün universitetdə bütün fakültələrdə ilk dərslər Xocalı faciəsinə, soyqırım qurbanlarının xatirəsinə həsr edilib. Universitetin kitabxanasında faciənin dəhşətlərindən bəhs edən kitab, məcmuə, braşura, qəzet, foto-şəkillərdən ibarət sərgi təşkil olunub.Səhər saatlarında LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov başda olmaqla universitetin professor-müəllim- tələbə heyəti şəhərin mərkəzində soyqırım qurbanlarının xatirəsinə ucaldılmış kompleksi ziyarət edərək şəhidlərin ruhuna ehtiram əlaməti olaraq abidənin ...
Lənkəran Dövlət Universitetində (LDU) Azərbaycan Gənclər Fondunun maliyyələşdirdiyi “Səssizliyin səsi olaq-gənclər arasında işarət dilinin təbliğinin təşkili” mövzusunda təlim keçirilib.Tədbiri universitetin sosial məsələlər üzrə prorektoru Kamran Kazımov açaraq qonaqları salamlayıb və iştirakçılara tədbirin mahiyyəti barədə qısa açıqlama verib.Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə Dəstək İctima Birliyinin sədri Səbinə Kərimova, Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım İctimai Birliyinin sədri Cəmilə Abdulova çıxışlarında bildiriblər ki, Nərgiz Abdulovanın rəhbəri olduğu layihənin əsas məqsədi Azərbaycanda yaşayan eşitmə və danışma məhdudiyyəti olan uşaq və gənclərin cəmiyyətə ...
Lənkəran Dövlət Universiteti ilə Lənkəran Şəhər Gənclər və İdman İdarəsi arasında təsdiq olunmuş birgə tədbirlər planına əsasən universitetin bir qrup tələbəsinin Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının N saylı hərbi hissəsinə ekskursiyası təşkil edilib.Tədbirdə şəhər gənclər və idman idarəsinin əməkdaşları, LDU-nun tələbə-müəllim heyəti, eləcə də gənc əsgərlər iştirak ediblər.Hərbi hissənin komandiri, polkovnik-leytenant Azər Əliyev tədbir iştirakçılarına hərbi hissənin təyinatı,orada görülən işlər haqqında geniş məlumat verib.Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin rəisi Yalçın Əhmədov tədbirin prezident İlham Əliyevin müvafiq sərəncamı ilə ...
Söhbətimə həmişə xatırladığım bir Şərq kəlamı ilə başlamaq istəyirəm:”Dünya dörd dirək üzərində durur:Alimlərin hikməti, insanların mərifəti, elmin həqiqəti, qəhrəmanların cəsarəti”.Orta əsrlərdə Şərqdə fəaliyyət göstərən bütün universitetlərin qapısı ağzında bu sözlərin yazıldığı lövhələrin vurulması təsadüfi olmayıb, rəmzi xarakter daşıyıb.Öyrədənə,öyrənənə də xatırladıb ki, universitetə təkcə elm məkanı kimi deyil, insanlıq məktəbi kimi baxılmalıdır.Mən həyatımda cox məktəblər keçmişəm, çox mətləblərdən agaham. 85 illik ömrümün böyük hissəsi məsul dövlət vəzifələrində keçib.Amma etiraf edim ki, ən gərgin anlarımda belə elm, təhsil adamları, ocaqları mənə həmişə ...
Bu sözləri Lənkəran şəhər təhsil şöbəsinin müdiri Aslan İbrahimov ümumi və ali təhsil müəssisəsi əməkdaşlığı üzrə pilot layihənin icrası ilə bağlı görülən işlərə münasibət bildirərkən deyib.Rayonun təhsil rəsmisi Lənkəran Dövlət Universitetinin (LDU) Lənkəran şəhərinin tam orta məktəbləri ilə əməkdaşlığını hər iki tərəf üçün faydalı hesab edib:”LDU-nun müasir laboratoriyalarından istifadə, burada ixtisaslı müəllimlərin iştirakı ilə aparılan praktik məşğələlər, keçirilən nümunəvi dərslər yuxarı sinif şagirdləri , kimya və biologiya fənlərini tədris edən müəllimlərimiz üçün çox faydalı oldu.Universitetin professor-müəllim heyətinin dedikləri mühazirələr yuxarı ...