The University Press Service was established on April 15, 1996 in order to share university life in various press and mass media and search for and evaluate information about the university in various media. The Press and Information Service operates under the Information-Communication and Library Center of University since 2016.
Head of the Press Service – Esmira Ismayilova
Esmira Xəlil qızı İsmayılova 1963-cü ildə Lənkəran rayonunun Xolmili kəndində ziyalı ailəsində anadan olub. 1980-ci ildə Xolmili kənd orta məktəbini, 1987-ci ildə Azərbaycan Dövlət Universitetinin (hazırkı Bakı Dövlət Universiteti) jurnalistika fakültəsini (əyani) fərqlənmə diplomu ilə bitirib.
2017-ci ilə kimi respublikamızın tanınmış mətbu orqanlarında, KİV-də jurnalist, baş redaktor , həmin ilin noyabrından aprel ayına kimi Lənkəran rayon mədəniyyət və turizm şöbəsində elmi işçi kimi fəaliyyət göstərib. 2017-ci ilin noyabr ayından hal-hazıra kimi Lənkəran Dövlət Universitetində İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəhbəri olaraq fəaliyyətini davam etdirir.
Esmira İsmayılova 2018-ci ildə “Azərbaycan ədəbiyyatı” ixtisası üzrə LDU-nun dissertanturasına daxil olub və 2021-ci ildə oranı bitirib. “Məhəmmədhüseyn Şəhriyarın anadilli poeziyasında milli yaddaş və onun yaratdığı milli özünüifadə ənənəsi” mövzusunda yazdığı dissertasiya işi ilkin müzakirədən keçərək AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutuna təqdim edilib. Müxtəlif elmi nəşrlərdə 30-a qədər elmi məqalə və tezisi çap olunub.
E.İsmayılova Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. İşlədiyi müddət ərzində müxtəlif media mükafatlarına, fəxri fərman və diplomlara, Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Təşəkkürnamə”sinə layiq görülüb.Bir neçə kitabın müəllifidir. Dəfələrlə ədəbi-bədii və publisistika janrlarında keçirilən müsabiqələrin qalibi olub.Ailəlidir.
Phones:
Work: (+994) 025 255 25 21
Faks: (+994) 025 255 27 86
E-mail: esmira.ans@mail.ru.