Lənkəran Dövlət Universitetində doktorantura və dissertantura kontingenti ilə əlaqəli aşağıdakı işlər həyata keçirilir:
1. Doktoranturaya və dissertanturaya sənədlərin qəbulu forması, qaydaları, qəbul planı və imtahanların keçirilmə müddəti haqqında kütləvi informasiya vasitələrində elanın verilməsi;
2. Sənədlərin qəbulu və müsabiqənin keçirilməsi üçün rektorun əmri ilə qəbul komissiyasının yaradılması, müvafiq fənlər üzrə imtahan komissiyalarının yaradılması;
3. Doktoranturaya və dissertanturaya müraciət edənlərin sənədlərinin yoxlanması və ixtisas uyğunluğunun müəyyənləşdirilməsi;
4. Təqdim edilən sənədlərin əsasında qəbul komissiyasının imtahanlara buraxılmaq haqqında qərarının iddiaçılara bildirilməsi;
5. Doktoranturaya qəbul imtahanlarının, dissertanturaya müsahibənin keçirilməsi və nəticələrin qəbul komissiyasına bildirilməsi;
6. Keçirilmiş müsabiqənin nəticələri və nəzərdə tutulan elmi rəhbərin rəyi əsasında qəbul komissiyasının qərarının rektorluğa bildirilməsi;
7. Doktorantura və dissertanturaya qəbul olunanlar haqqında rektorluq tərəfindən əmrin verilməsi;
8. Doktorantların və dissertantların dissertasiya mövzularının və elmi rəhbərlərinin Universitet elmi şurasında təsdiq edilməsi;
9. Qəbul olunan doktorant və dissertantlar haqqında məlumatın rektorluq tərəfindən Təhsil Nazirliyinə bildirilməsi;
10. Doktorant və dissertant kontingenti haqqında Dövlət statistika idarəsinə hesabatın verilməsi;
11. Doktorant və dissertant kontingenti ilə bağlı Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası, Təhsil Nazirliyi və digər təşkilatlardan Universitetə daxil olan məktublara cavabların hazırlanması;
12. Təsdiq edilmiş dissertasiya mövzularının AMEA Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası tərəfindən təsdiqinin təmin edilməsi;
13. Doktorant və dissertantlar üçün ixtisas fənnindən (həmçinin ixtisas uyğunluğu nəzərə alınmaqla, digər fəndən) doktorluq imtahanlarının təşkil edilməsi və ya digər təşkilatlarda imtahan verilməsinin təmin edilməsi;
14. Doktorant və dissertantların fərdi iş planının yerinə yetirilməsi barədə kafedralarda vaxtaşırı hesabat verməsi;
15. Fakültə elmi şuralarında doktorant və dissertantların elmi rəhbərlərinin hər il üçün hesabatının dinlənilməsi;
16. Doktorant və dissertantların illik attestasiyasının keçirilməsi;
17. Dissertasiya işi tamamlandıqdan sonra işin yerinə yetirildiyi uyğun kafedrada AAK-ın tələbləri nəzərə alınmaqla ilkin müzakirəsinin həyata keçirilməsi;
18. Müdafiə üçün lazım olan sənədlərin toplanması və uyğun müdafiə şurasına təqdim edilməsi;
19. Normativ təhsil müddətini bitirən doktorant və dissertantların müəyyənləşdirilməsi, rektorluğa bildirilməsi və rektorluqda müvafiq əmrin verilməsi.
Lənkəran Dövlət Universitetində fəlsəfə doktoru proqramı üzrə hazırlıq Universitet yarandığı illərdən həyata keçirilir. 2017-ci ildən etibarən Universitetin elmi kadr potensialının gücləndirilməsi məqsədilə LDU əməkdaşları, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti və Respublikanın digər nüfuzlu ali təhsil müəssisələrində elmlər doktoru proqramı üzrə dissertanturaya təhkim olunur.
Fəlsəfə doktoru proqramı üzrə ixtisaslar
12 Riyaziyyat
1203.01 Kompüter elmləri
1211.01 Diferensial tənliklər
23 Kimya
2301.01 Analitik kimya
24 Biologiya elmləri
2409.01 Genetika
2414.01 Mikrobiologiya
2415.01 Molekulyar biologiya
2426.01 Ekologiya
31 Aqrar elmlər
3109.01 Baytarlıq elmləri
33 Texnika elmləri
3309.01 Qida məhsullarının texnologiyası
53 İqtisad elmlər
5301.01 Daxili fiskal siyasət və dövlət maliyyəsi
5312.01 Sahə iqtisadiyyatı
54 Coğrafiya
5401.01 İqtisadi coğrafiya
5404.01 Regional coğrafiya
5408.01 Fiziki coğrafiya və biocoğrafiya torpaq coğrafiyası, landşaftalrın geofizikası və geokimyası
55 Tarix
5503.02 Vətən tarixi
57 Filologiya elmləri
5706.01 Azərbaycan dili
5707.01 Slavyan dilləri
5708.01 German dilləri
5714.01 Müqayisəli tarix və müqayisəli tipoloji dilçilik
5716.01 Azərbaycan ədəbiyyatı
5718.01 Dünya ədəbiyyatı
58 Pedaqogika
5801.01 Təlim və tərbiyənin nəzəriyyəsi və metodikası
5802.01 Təhsilin təşkili və planlaşdırılması
5808.01 Sosial pedaqogika
61 Psixologiya
6107.01 Ümumi psixologiya
Elmlər doktorluğu proqramı üzrə məqsədli ixtisaslar
12 Riyaziyyat
1202.01 Analiz və funksional analiz
1211.01 Diferensial tənliklər
23 Kimya
2303.01 Qeyri-üzvi kimya
24 Biologiya elmləri
2406.02 Biokimya
2409.01 Genetika
25 Yer elmləri
2511.01 Torpaqşünaslıq
33 Texnika elmləri
3338.01 Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi
53 İqtisad elmlər
5312.01 Sahə iqtisadiyyatı
54 Coğrafiya
5406.01 Hidrologiya
55 Tarix
5503.02 Vətən tarixi
5507.01 Beynəlxalq münasibətlərin tarixi
5509.01 Tarixşünaslıq, mənbəşünaslıq və tarixi tədqiqat üsulları
57 Filologiya elmləri
5706.01 Azərbaycan dili
5719.01 Folklorşünaslıq
58 Pedaqogika
5801.01 Təlim və tərbiyənin nəzəriyyəsi və metodikası
5804.01 Ümumi pedaqogika, pedaqogikanın və təhsilin tarixi