“İbtidai təhsil və məktəbəqədər təlim” kafedrası haqqında məlumat
1. Kafedranın tam hüququ adı: İbtidai təhsil və məktəbəqədər təlim
2. Kafedranın qısa yaranma və inkişaf tarixi: “İbtidai təhsil və məktəbəqədər təlim” kafedrası Lənkəran Dövlət Universiteti üzrə 24 avqust 2016-cı il tarixli 1/83 saylı əmrlə müvafiq ixtisaslar üzrə mütəxəssis hazırlığını təmin etmək məqsədilə yaradılmışdır. Kafedra “İbtidai sinif müəllimliyi”, “Məktəbəqədər təlim və tərbiyə” ixtisasları üzrə bakalavr, “İbtidai sinifdə təlimin metodikası və metodologiyası” ixtisaslaşması üzrə magistr təhsil səviyyələrinə görə ixtisaslaşmışdır. 2020/2021-ci tədris ilində “İbtidai təhsil və məktəbəqədər təlim” kafedrasında 8 əməkdaş çalışır. Onlardan 1 nəfəri filologiya üzrə elmlər doktoru, professor, 2 nəfəri filologiya üzrə fəlsəfə doktoru, dosent, 2 nəfər pedaqogika üzrə fəlsəfə doktoru, dosent, 4 nəfəri isə müəllimdir. Kafedraya filologiya elmləri namizədi, dosent Əliyev Ayəddin Baldadaş oğlu rəhbərlik edir.
3. Kafedranın əsas elmi və pedaqoji fəaliyyət istiqamətləri: - İbtidai sinifdə tədrisin nəzəri-metodiki istiqamətləri və - Məktəbəqədər təlimin elmi - metodiki istiqamətləri.
4. Kafedra üzrə ixtisaslaşmaların siyahısı:
- 050118. İbtidai sinif müəllimliyi (bakalavr);
- 050120. Məktəbəqədər təlim və tərbiyə (bakalavr);
- 060115. İbtidai sinifdə təlimin metodikası və metodologiyası (Magistratura)
- 060117. Məktəbəqərər təlim və tərbiyənin metodika və metodologiyası (Magistratura)
5.Kafedra üzrə tədris olunan əsas fənlər
Bakalavr üzrə
1. Ana dili
2. Ana dilinin tədrii metoodikası
3. İbtidai siniflərdə Azərbaycan dili və onun tədrisi metodikası
4. Azərbaycan dili
5. Azərbaycan dili və nitq mədəniyyəti
6. Nitq mədəniyyəti
7. Uşaq ədəbiyyatı
8. İfadəli oxu
9. Orfoqrafiya təliminin metodikası
10. S/F. İbtidai sinifdə rabitəli nitqin inkişafı təlimi
11. Riyaziyyatın ibtidai kursunun nəzəri əsasları
12. İbtidai siniflərdədə riyaziyyat və onun tədrisi metodikası
13. Riyaziyyatın ibtidai kursunun tədrisi metodikası
14. S/f.Əsas həndəsi anlayışların öyrənilməsi
15. Ümumtəhsil kurikulumunun əsasları
16. S/f.Məktəbəqədər təhsildə pedaqoji texnologiya və innovasiyalar
17. Məktəbəqədər pedaqogika
18. S/f.Pedaqoji etika və etik davranış
19. S/f.Məktəbəqədər tərbiyə müəssisələri xalq pedaqogikasında
20. S/f.Uşaq bağçalarında bayram şənlikləri və tədbirlərin keçirilməsi
21. S/f.Məktəbəqədər yaşlı uşaqların mədəni asudə vaxtının təşkili
22. Məktəb təliminə hazırlığın əsasları
23. S/f.Tərbiyə işinin təşkili metodikası
24. S/f.Tərbiyəçi müəllimin peşə ustalığının əsasları
25. S/f.Məktəbəqədər təhsil müəssisələrində rəhbərlik
26. İbtidai təhsilin pedaqogikası
27. İbtidai siniflərdə Fiziki tərbiyə və onun tədrisi metodikası
28. İnklüziv təhsil
29. Uşaq bağçasında fiziki tərbiyə
30. Savad təlimi metodikası
31. Azərbaycan dilində işgüzar və akademik kommunikasiya
Magistratura üzrə
1. Ana dili təliminin elmi nəzəri əsasları
2. Linqvistik təhlil və onun aparılması metodikası
3. İbtidai siniflərdə lüğət ehtiyatının zənginləşdirilməsi metodikası
4. Riyaziyyatın ibtidai kursunun elmi nəzəri əsasları
5. İbtidai siniflərdə məsələ həllinin metodikası
6. Nitq inkişafının praktik məsələləri
7. Məktəbəqədər təhsilin müasir problemləri
8. Məktəbəqədər təhsilin tarixi və metododologiyası
9. Valeoloji təhsil
6. Kafedra müdiri haqqında.
Dos. Əliyev Ayəddin Baldadaş oğlu - Filologiya elmləri namizədi, dosent. 1959-cu ildə Lənkəran rayonunun Lüvəsər kəndində anadan olmuşdur. 1976-cı ildə Lənkəran şəhər 1 saylı orta məktəbini, 1980-ci ildə isə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki Azərbaycan Pedaqoji Universiteti) filologiya fakültəsini bitirmişdir. Lənkəranın müxtəlif orta məktəblərində Azərbaycan dili və ədəbiyyatı müəllimi işləmişdir. 1993-cü ildə Lənkəran Dövlət Universitetinə dəvət olunmuş, müxtəlif vaxtlarda elmi katib, tədris şöbəsinin müdiri və kafedra müdiri vəzifələrində çalışmışdır. 2016-cı ildin avqustundan “İbtidai təhsil və məktəbəqədər təlim” kafedrasının müdiridir. 2007-ci ildə "F.H.Naxçıvaninin "əs-Sihah əl-əcəmiyyə" əsərinin leksik və qrammatik xüsusiyyətləri" mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri namizədi elmi dərəcəsini almışdır. Ayəddin Əliyev eyni zamanda jurnalist kimi fəaliyyət göstərmiş, "Elin səsi" qəzetinin baş redaktoru olmuşdur. Publisistik məqalələri "Lənkəran", “Azadlıq”, "Elin səsi", “Aşkarlıq” və "Prizma" qəzetlərində çap edilmişdir. 1 monoqrafiya, 1 dərs vəsaiti, 2 metodik vəsait, 8 fənn proqramının, 50-yə yaxın publisistik, 20-dən artıq elmi məqalənin müəllifidir. Elektron ünvanı: Ayeddin59@mail.ru
7. Kafedra əməkdaşları haqqında.
Prof.Ağazadə Yədulla Bəbir oğlu - Filologiya üzrə elmlər doktoru, professor.1 iyul 1950-ci ildə Lənkəran şəhərində anadan olmuşdur. 1967-ci ildə Lənkəran şəhər internat orta məktəbini (hazırda gimnaziya), 1975-ci ildə Azərbaycan Dövlət Universitetinin (hazırda Bakı Dövlət Universiteti) filologiya fakültəsini bitirmişdir. 1971-ci ildən pedaqoji fəaliyyətə başlamış, orta ümumtəhsil məktəblərində müəllim, baş müəllim, tədris işləri üzrə direktor müavini və orta məktəb direktoru vəzifələrində işləmişdir. İşlədiyi müddət ərzində qabaqcıl iş təcübəsi bəyənilmiş, rayonda yayılmışdır.1992-ci ildən Lənkəran Dövlət Universitetində çalışır. LDU-da işlədiyi müddət ərzində kafedra müdiri, fakültə dekanı vəzifələrində işləmiş, 2016-2018-ci illərdə Lənkəran Dövlət Universitetinin tədqiqat işləri və innovasiyalar üzrə prorektor vəzifəsini icra etmişdir. 1998 və 2015-ci ildə “İlin Ən yaxşı müəllimi” müsabiqəsinin qalibi olmuşdur. 1998-ci ildə “Teymur bəy Bayraməlibəyovun folklorşünaslıq fəaliyyəti ” mövzusunda namizədlik, 2013-cü ildə “Azərbaycan ədəbiyyatında satirik poeziyanın təşəkkülü və inkişafı” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. Y.B.Ağazadə 1 dərsliyin, 2 dərs vəsaitinin, 8 metodik göstərişin, 5 fənn proqramının, 90-dən artıq elmi, ədəbi-tənqidi, publisistik məqalənin, 4 monoqrafiyanın, 2 bədii – publisistik kitabın müəllifidir. 2006-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.Elektron ünvanı: y.ağazade@ mail.ru
Dos.Feyziyeva Ruxsara Mirzə qızı - Filologiya üzrə fəlsəfə doktoru, dosent. 1963-cü ildə Lənkəran şəhərində anadan olmuşdur. 1986-cı ildə Azərbaycan Pedaqoji İnstitutunun filologiya fakültəsini bitirmişdir. 1986-cı ildən 1993-cü ilədək Lənkəran rayonunun Parakənd kənd orta məktəbində Azərbaycan dili və ədəbiyyatı müəllimi kimi əmək fəaliyyətinə başlamışdır.1993-cü ildə Lənkəran Dövlət Universitetinə dəvət olunmuş, müxtəlif vaxtlarda müəllim, baş müəllim və kafedra müdirinin müavini vəzifələrində çalışmışdır. 2012-ci ildə "Tarixi romanların dilində dialekt leksikası" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək fəlsəfə doktoru alimlik dərəcəsini almışdır. 2 proqram və 17 elmi məqalənin müəllifidir.
Dos.İsmayılov Arif İbrahim oğlu - Pedaqoji elmlər namizədi, dosent. 1951-ci ildə Lənkəran rayonunda anadan olmuşdur. 1967-ci ildə orta məktəbi qızıl medalla, 1972-ci ildə Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini əla qiymətlərlə bitirmişdir. Uzun illər Lənkəran rayonunun müxtəlif orta məktəblərində müəllim, direktor, şəhər Təhsil şöbəsində metodist vəzifələrində işləmişdir. Məktəb direktoru işləyərkən iş təcrübəsi bir neçə dəfə Respublika və rayon məktəbləri arasında qabaqcıl iş təcrübəsi kimi yayılmağa tövsiyə olunmuş və yüksək qiymətləndirilmişdir. «Respublika Pedaqoji mühazirəçilər» müsabiqəsinin I dərəcəli diplomuna layiq görülmüşdür.1996-cı ildə “Orta ümumtəhsil məktəbləri şagirdlərinin riyaziyyat və fizikadan nəzəri biliklərinin kənd təsərrüfatına tətbiqi üzrə işin sistemi” mövzusunda dissertasiya müdafiə edərək fəlsəfə doktoru elmi dərəcəsi almışdır. 2007-ci ildən Lənkəran Dövlət Universitetində işləyir. Eyni zamanda Bakı Qızlar Universitetinin «Riyaziyyat, informatika və təbiət fənləri» kafedrasının dosentidir.1 monoqrafiya, 40-dan artıq elmi-metodik əsərin müəllifidir.
Dos. Baxışova Şərafət Aram qızı - pedaqogika üzrə fəlsəfə doktoru, dosent. 1960-cı il mart ayının 4-də Bakı şəhərinin Buzovna qəsəbəsində qulluqçu ailəsində anadan olub. 1977-ci ildə Buzovna qəsəbəsindəki 125 saylı orta məktəbi, 1994-cü ildə isə ADPİ-nin Məktəbəqədər pedaqogika və psixologiya ixtisasını bitirmişdir. 1984-1997-ci illərdə Bakı şəhərinin müxtəlif məktəbəqədər təhsil müəssisələrində tərbiyəçi, metodist vəzifələrində çalışıb. 1997-ci ildə Təhsil Nazirliyi Dövlət Nəzarət İdarəsində aparıcı mütəxəssis vəzifəsinə təyin olunub.1998-ci ildə Elmi Tədqiqat Pedaqoji Elmlər İnstitutunun dissertantı olub. 2006-cı ildə “Məktəbəqədər müəssisələr və ibtidai siniflərdə islam dəyərlərindən istifadə üzrə işin təşkili yolları” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək pedaqogika üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb. AAK-ın 5 noyabr 2012-ci il tarixli qərarı ilə Şərafət Aram qızı Baxışovaya ümumi pedaqogika, pedaqogikanın və təhsilin tarixi ixtisası üzrə dosent elmi adı verilib. 2001-ci ildə Təhsil Problemləri İnstitutunun Təhsilin konseptual problemləri şöbəsində, 2004- cü ildə Məktəbəqədər təlim və tərbiyə şöbəsində elmi işçi, 2009-2012-ci illərdə isə aparıcı elmi işçi vəzifələrində çalışmışdır. 2012-ci ildən məktəbəqədər təhsilin pedaqogikası kafedrasının dosentidir. Ş.Baxışova 2018-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetində pedaqoji elmlər üzrə ixtisaslaşmış müdafiə şurasında “Məktəbəqədər təhsil pilləsində inkişafetdirici təlimin nəzəri-praktik əsasları” mövzusunda pedaqogika üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün doktorluq dissertasiyası müdafiə edib. O, 2 monoqrafiya, 2 dərs, 8 metodik və 1 didaktik vəsait, 11 proqram, 80-dan artıq elmi-pedaqoji məqalənin müəllifidir.
Əliyeva Mailə Kazım qızı - 1962-ci ildə Lənkəran şəhərində anadan olmuşdur. 1988-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki Azərbaycan Pedaqoji Universiteti) Məktəbəqədər pedaqogika və psixologiya fakültəsini bitirmişdir. Lənkəran şəhərinin ayrı-ayrı məktəbəqədər müəssisələrində tərbiyəçi, psixoloq, müdir, muzeydə elmi işçi vəzifələrində çalışmışdır. 2020-ci ildən Lənkəran Dövlət Universitetinin tam ştatlı müəllimidir. 2 proqram və 2 tezis müəllifidir.
Qafarlı Asiman İlqar qızı – 1995-ci ildə Neftçala rayonunun I Qaralı kəndində anadan olmuşdur. 2014-cü ildə Neftçala rayonu Qədimkənd orta məktəbini, 2018-ci ildə LDU-nun İbtidai sinif müəllimliyi ixtisası üzrə bakalavr, 2020-ci ildə isə İbtidai sinifdə tədrisin metod və metodologiyası ixtisaslaşması üzrə Magistratura pilləsini bitirmişdir. 2021-ci ildən Lənkəran Dövlət Universitetinin müəllimidir. 3 tezisin müəllifidir.
Həsənova Könül Yaşar qızı - 9 iyul 1970-ci ildə Lənkəran şəhərində anadan olmuşdur. 1987-ci ildə Lənkəran şəhər 4 saylı orta məktəbi, 1992-ci ildə isə Bakı Dövlət Universitetinin “Mexanika-riyaziyyat” fakültəsini riyaziyyat və riyaziyyat müəllimi ixtisası üzrə bitirmişdir. Əmək fəaliyyətinə Lənkəran şəhər 4 saylı orta məktəbində riyaziyyat müəllimi kimi başlamışdır. 2012-ci ildən “Cənub” Televiziya Şirkətində redaktor vəzifəsində çalışır.
Paşayev Vüqar Yaqub oğlu - 1973-cü ildə Lənkəran şəhərində anadan olmuşdur. 1994-cü ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunun (indiki Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası) idman fakültəsini bitirmişdir. 2003-cü ildən Lənkəran Dövlət Universitetində çalışır.Universitetdə məşqçilik fəaliyyəti ilə yanaşı, “Fiziki tərbiyə və onun metodikası” fənnini tədris edir. 1 proqram və 3 məqalənin müəllifidir.
Məmmədova Nərmin Hamlet qızı - 1986-cı il iyul ayının 10-da Lənkəran şəhərində anadan olmuşdur. 2004-cü ildə Lənkəran şəhər xarisi dillər təmayüllü gimnaziyanı, 2008-ci ildə Lənkəran Dövlət Universitetini Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası üzrə bakalavriaturanı, 2010-cu ildə isə LDU-da Dilşünaslıq – Azərbaycan dili istiqaməti üzrə magistraturanı qırmızı diplomlarla bitirmişdir.Hazırda LDU-nun doktorantıdır. “Qızıl qələm” media mükafatı laureatıdır. 1 monoqrafiya, 2 metodik vəsait, 4 məqalə, 6 tezisin müəllifidir.
8.Kafedranın yerləşdiyi poçt ünvanı, telefonları, elektron ünvanı, faks nömrəsi
Kafedranın ünvanı:Lənkəran şəhəri, H.Abdullayev küçəsi 19, 2 saylı korpus.
Telefon: 4-35-69, daxili nömrə: 105
Elektron ünvanı: Lsu.edu.az
Faks nömrəsi: 5-25-88
Kafedra müdiri: dos.A.B.Əliyev