“Coğrafiya və onun tədrisi metodikası” kafedrası 1992-ci ildə “Coğrafiya və biologiya” adı altında yaranmış, 1994-cü ildə “Coğrafiya və ekologiya” kafedrası, 1995-ci ildə “Ətraf mühitin mühafizəsi” kafedrası kimi fəaliyyət göstərmişdir. 1997-ci ildən avqust 2020-ci ilə kimi “Coğrafiya və ekologiya” kafedrası, hazırda isə “Coğrafiya və onun tədrisi metodikası” kafedrası kimi faəliyyət göstərir.
Kafedraya 1992-1997-ci illərdə prof.Ş.Y.Göyçaylı, 1997-1998-ci illərdə prof. A.Aslanov, 1998-2002-ci illərdə prof.A.Qurbanzadə, 2002-2007-ci illərdə dos.B.Şahbazov, 2007-2008-ci illərdə dos.R.Əliyev, 2009-2016-cı illərdə dos.B.Şahbazov rəhbərlik etmişlər. 09 fevral 2017-ci il tarixindən kafedraya müsabiqə yolu ilə seçilmiş coğrafiya elmləri namizədi, dos.Z.B.Ağayev rəhbərlik edir.
2011-ci ildən “Coğrafiya və ekologiya” kafedrasında 2 istiqamət (Coğrafiya və ekologiya), 2 problem (Coğrafi problemlərin həllində modelləşdirmə və Lənkəran regionunda ekoloji tarazlığın qorunması) və 2 mövzu (Lənkəran-Astara bölgəsinin sosial-iqtisadi və coğrafi xüsusiyyətləri, Lənkəran-Astara regionunda ekoloji monitorinqin təşkili) üzrə elmi-tədqiqat işləri aparılır.
Lənkəran-Astara bölgəsinin sosial-iqtisadi və coğrafi xüsusiyyətləri mövzusu üzrə 3 elmi-tədqiqat işi, Lənkəran-Astara regionunda ekoloji monitorinqin təşkili mövzusu üzrə isə 2 elmi-tədqiqat işi aparılır.
Kafedrada-“Tarix və coğrafiya müəllimi” və “Coğrafiya müəllimi” ixtisasları üzrə kadr hazırlanır. “Coğrafiya və onun tədrisi metodikası” kafedrası təşkil olunandan bu günə kimi təhsilin bakalavr pilləsi üzrə 1000-dən artıq kadr hazırlanmışdır. Kafedrada eyni zamanda “Coğrafiya” istiqaməti üzrə “Fiziki coğrafiya”, “İqtisadi və sosial coğrafiya”, “Biocoğrafiya”, “Təbitətdən isitfadə və təbiəti mühafizə” ixtisasları üzrə magistr kadrları da hazırlanmışdır. Hal-hazırda magistratura pilləsi üzrə “Coğrafiya fənninin tədrisi metodikası və metodologiyası” ixtisası üzrə kadrlar hazırlanır. Kafedrada 3 fəlsəfə doktorluğu, 6 namizədlik işi yerinə yetirilmişdir. Hal-hazırda kafedrada 4 doktorant və 2 dissertant təhsil alır.
2020-2021-ci tədris ilində kafedrada aşağıdakı tərkibdə müəllim heyəti çalışır:
1).Coğrafiya elmləri namizədi, dosent Ziyafət Ağayev;
2).Coğrafiya üzrə fəlsəfə doktoru, dosent Sənan Əzizov;
3). Coğrafiya üzrə fəlsəfə doktoru, baş müəllim Gülnarə Məmmədova;
4). Baş müəllim Telman Bayramov;
5). müəllim Qalib Əmənov;
6).Müəllim Cavidan Əliyev;
7).Müəllim Samir Salayev .
Kafedrada coğrafiya ixtisası üzrə təhsil alan tələbələr bir neçə il ardıcıl olaraq Respublikada keçirilən fənn olimpiadasının və Tələbə Elmi Cəmiyyətinin qalibi olmuş, MİQ imtahanlarında çox yüksək nəticələr göstərirlər.
“Coğrafiya və onun tədrisi” kafedrasında tədris olunan fənnlər:
a) Bakalavr səviyyəsi üzrə
1. Ümumi yerşunaslıq
2. Geodeziya, topoqrafiyanın əsasları və kartoqrafiya
3. Geomorfologiya
4. Torpaq coğrafiyası torpaqşünaslığın əsasları ilə
5. Biocoğrafiya
6. Geologiya
7. Meteorologiya və iqlimşünaslıq
8. Azərbaycanın fiziki coğrafiyası
9. Materik və okeanların fiziki coğrafiyası
10. Coğrafiyanın tədrisi metodikası
11. Hidrologiya
12. Azərbaycanın iqtisadi coğrafiyası
13. S/f (Azərbaycanın fiziki coğrafiyası tədrisinin məktəb kursu)
14. Dünyanın iqtisadi və sosial coğrafiyası
15. Ətraf mühit və təbiətin mühafizəsi
16. Əhali coğrafiyası
17. Landşaftşünaslıq
18. S/f (Azərbaycanın iqtisadi coğrafiyası tədrisinin məktəb kursu)
19. Kurikulum islahatlarının əsasları
20. Torpaq coğrafiyası
21. Coğrafiyanın ekoloji əsasları.
22. S/f Azərbaycanın su ehtiyatları və mühafizəsi
23. S/f.Azərbaycan coğrafiyası
24. Regionların fiziki coğrafiyası
25. Regionların iqtisadi coğrafiyası
26. Turizm coğrafiyası
27. Coğrafiya tədrisinin nəzəri əsasları
28. S/F.Xəzərin fiziki coğrafiyası
29. S/F.Azərbaycanın su ehtiyatları
b) Magistr səviyyəsi üzrə
1. S/f (Coğrafi anlayış və təsəvvürlərin formalaşması)
2. Xəritə və digər kartoqrafik işlər üzərində aparılan işlər (kartoqrafiya tədrisində diyarşünaslıq prinsipi)
3. AMTMOF (Coğrafi biliklərin qiymətləndirilməsi)
4. CTM pedaqoji və psixoloji əsasları
5. Məktəb coğrafiyasının elmi nəzəri əsasları
6. Fiziki coğrafiyanın tədrisində anlayış və formalar
7. S/f Coğrafiya kabinələri və meydançasında aparılan işlər
8. S/f Tədqiqat üsulları
9. Coğrafiyanın tədrisinin müasir problemləri
10. Coğrafiyanın tədrisi metodikasının tarixi və metodologiyası
11. Məktəb coğrafiyasındayeni təlim texnologiyaları
12. Coğrafiyanın təlim vasitələri
13. İqtisadi coğrafiyanın tədrisində anlayış formaları
14. Coğrafiya dərslərində interaktiv təlim
15. Biomüxtəlifliyin mühafizəsində landşaft bərpasının əhəmiyyəti
16. S/F.Azərbaycanın su ehtiyatları və onun mühafizəsi
17. Ətraf mühitin kompleks təhlili
18. Ekoloji ekspertiza və lahiyələndirmə
19. Muzey turizmi
20. Turizm və ətraf mühitin mühafizəsi
c) Qeyri-ixtisas qruplarında
1. Beynəlxalq turizmin coğrafiyası
2. Ekoloji turizm
3. Turizm marşrutları və ekskursiya işinin təşkili
4. S/f (Turizmdə bələdçilik işinin təşkili)
5. S/f (Turizmdə təbiət abidələrinə ekskursiyaların təşkili)
6. Səyahət agentlikləri və tur operatorluq
7. Geodeziya və yer quruluşu
8. Geodeziya
9. S/f (Coğrafi informasiya sistemləri)
10. S/f (Azərbaycanın ekoloji vəziyyəti və problemləri.Yamacların dayanıqlıq məsələlərinin tədqiqi)
11. Ətraf mühitə təsirin qiymətləndirilməsi
Dos. Ağayev Ziyafət Bilal oğlu
Ağayev Ziyafət Bilal oğlu- 1955-ci ildə anadan olmuş. 1977-ci ildə Bakı Dövlət Universitetinin “Coğrafiya” fakültəsinin “Coğraf və Coğrafiya müəllimi” ixtisasını bitirmişdir.
1977-1985-ci ildə müəllim, 1985-1990-cı illərdə Lənkəran şəhər Təhsil şöbəsində “Coğrafiya “- metodisti vəzifəsində işləmişdir.
1990-ci ildən 08.02.2017-ci ilə kimi Şağlaküçə kənd tam orta məktəbinin direktoru vəzifəsində işləmişdir. Hazırda Lənkəran Dövlət Universitetinin “Coğrafiya və ekologiya” kafedrasının müdiri vəzifəsində çalışır
2006-cı ildə “Lənkəran təbii vilayəti çaylarının su ehtiyatları və onun qiymətləndirilməsi” mövzusunda dissertasiya işini müdafiə edib coğrafiya elmləri namizədi elmi dərəcəsini almışdır.
“Azərbaycanın fiziki coğrafiyası”, “Hidrologiya”, “Azərbaycanın su ehtiyatları və onun ekologiyası”, “Məktəb coğrafiyasının tədrisində İKT-dən istifadə” fənnlərini tədris edir.
“Şərqi Azərbaycan çaylarının su ehtiyatları” monoqrafiyasının, “Ərazi ekoloji qovşaqlarının sosial coğrafiyası” kitabı, “Azərbaycanın fiziki coğrafiyası” dərs vəsaitinin, 3fənn proqramının,“Lənkəran təbii vilayəti çay sularının keyfiyyətinin qiymətləndirilməsi”, “Lənkəran təbii vilayəti çaylarının illik axımının antropogen amillərin təsiri nəticəsində dəyişməsi”,”Lənkəran təbii vilayəti çaylarının orta illik axımının hesablanması və hidroloji rayonlaşdırılması” və s. olmaqla 40-dan artıq elmi məqalə və tezisin müəllifidir.
Kreativagayev@gmail.com
1. Coğrafiya üzrə fəlsəfə doktoru, dosent Əzizov Sənan Qərib oğlu.
senan.ezizov.1958@mail.ru
Əzizov Sənan Qərib oğlu 1958-ci ildə anadan olmuşdur. 1983-cü ildə ildə Azərbaycan Dövlət Pedoqoji İnstitutunu (indiki ADPU) fərqlənmə diplomu ilə bitirmişdir.
1983-85-ci illərdə Lənkəran rayonunun Ləj kənd 8 illik məktəbində, 1985-1997-ci illərdə rayonun İstisu qəsəbə orta məktəbində coğrafiya müəllimi işləmişdir.
1997-ci ildən LDU-nun “Coğrafiya və ekologiya” kafedrasında çalışır.
2009-cu ildə “Lənkəran iqtisadi rayonu əhalisinin məskunlaşmasının idarə edilməsi və optimallaşdırılması yolları” mövzusunda dissertasiya müdafiə edərək, Coğrafiya üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almışdır. Hal-hazırda isə Lənkəran Dövlət Universitetində “Coğrafiya və ekologiya” kafedrasının dosenti vəzifəsində çalışır.
30–dan çox elmi məqalənin, 1 monoqrafiya, bir metodiki vəsait və iki fənn proqramlarının müəllifidir.
2. Baş müəllim Bayramov Telman Bəhmən oğlu
bayramov.47@mail.ru
Bayramov Telman Bəhmən oğlu 1948-ci ildə anadan olmuşdur. 1973-cü ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun coğrafiya fakültəsinə bitirmişdir. Hal-hazırda Lənkəran Dövlət Universitetinin “Coğrafiya və ekologiya” kafedrasında tam ştat baş müəllim vəzifəsində çalışır.1976-cı ildə “Azərbaycan Respublikasının qabaqcıl maarif xadimi”,1981-ci ildə “Baş müəllim”,1986-cı ildə “Metodist müəllim”,1987-ci ildə Lomonosov adına Universitetdə yenidənqurma kursun bitirib.“Regionların iqtisadi və sosial coğrafiyası”, “Materik və okenaların fiziki coğrafiyası”, “Geodeziya, topoqarfiyanın əsasları və kartoqrafiya fənlərini tədris edir. “Böyük Qafqazın cənub yamacında faydalı qazıntı sərvətlərinin istismarının ekoloji mühitə təsiri”, “Azərbaycanın təbii sərvətlərinin paylanmasında ekosistemin tərkib hissəsi olan relyefin rolu”, “Çay dərələrini formalaşdıran əsas amillər” və s. elmi məqalələri çap olunmuşdur.
3. Coğrafiya üzrə fəlsəfə doktoru.,baş müəllim Məmmədova Gülnarə Şahab qızı
mammedova_gulnare@mail.ru
Məmmədova Gülnarə Şahab qızı 1978-ci il iyun ayının 17-də Lənkəran rayonunda anadan olmuşdur. 1999-cu ildə Lənkəran Dövlət Universitetinin «Biologiya» ixtisasını, 2001-ci ildə isə həmən universitetun magistraturasının «Biocoğafiya» ixtisasını fərqlənmə diplomu ilə bitirmişdir.
2001-ci ildən «Coğrafiya və ekologiya» kafedrasında laborant vəzifəsində əmək fəaliyyətinə başlamış və 2003-cü ildən 2013-cü ilə qədər həmin kafedrada tam ştat müəllim vəzifəsində işləmişdir.
2013-2016-cı illərdə «İqtisadiyyat və idarəetmə» fakültəsində tyutor vəzifəsində işləmişdir. 2016-cı ildən «Coğrafiya və ekologiya» kafedrasında tam ştat müəllim vəzifəsində çalışır. 2016–cı il may ayında coğrafiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün 5409.01 «Geomorfologiya» ixtisasında «Kürün sol sahilinin Dördüncü dövrdəki paleoekologiyası» mövzusunda dissertasiya işini müdafiə etmişdir və 2017-ci il iyul ayında coğrafiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır.
4. Müəllim Əmənov Qalib Alışirin oğlu.
75winner@mail.ru
17 sentyabr 1975-ci ildə Lerik rayonunun Nücü kəndində anadan olmuşdur. 2003-cü ildə Lənkəran Dövlət Universitetinin Təbiyyat fakültəsinin “Coğrafiya” ixtsasının bakalavr pilləsini, 2005-ci ildə isə magistartura pilləsi üzrə “İqtisadi və sosial coğrafiya” ixtisasını fərqlənmə diplomu ilə bitirmişdir. 2005-ci ildə Lənkəran Dövlət Universitetində kiçik elmi işçi, elmi işçi, dekan müavini vəzifələrində işləmişdir. Hazırda “Coğrafiya və ekologiya” kafedrasında fəaliyyət göstərir. 2011-ci ildən AMEA-nın H.Ə.Əliyev adına Coğrafiya İnsititutunun dissertantıdır. Qarabağ müharibəsi veteranıdır.
5. Müəllim Əliyev Cavidan Rəhim oğlu
cavidan99@list.ru
09 oktyabr 1990-cı ildə Bakı şəhərində anadan olmuşdur. 2012-ci il Bakı Dövlət Universitetinin “Coğrafiya” fakültəsinin “Coğrafiyaçı, coğrafiya müəllimi” ixtisasını, 2015-ci ildə Rusiya Dövlət Hidrometeorologiya İnstitutunun “Hidrometeorologiya” ixtisası üzrə magistr təhsili pilləsini fərqlənmə diplomu ilə bitirmişdir. 2015-ci il avqust ayında Milli Hidrometeorologiya departamentində “aparıcı mühəndis sinoptik” vəzifəsində işləmişdir. 2017-ci ildən Lənkəran Dövlət Universitetinin “Coğrfaiya və ekologiya” kafedrasında 1,0 ştat müəllim vəzifəsində işləyir. Eyni zamanda Xəzər Universitetində saat hesabı müəllim işləyir.
6. Müəllim Salayev Samir Mirsamid oğlu
sinaq2016@gmail.com
09 fevral 1988-ci ildə Lənkəran rayonunun Moğonojoba kəndində anadan olmuşdur.1994-cü ildə Şürük kənd orta məktəbinin birinci sinfinə daxil olmuş və 2005-ci ildə təhsilini müvəffəqiyyətlə bitirmişdir.2005-ci ildə Lənkəran Dövlət Universitetinin Coğrafiya ixtisasına qəbul olmuş,2009-cu ildə bakalavr pilləsini fərqlənmə diplomu ilə bitirərək, Lənkəran Dövlət Universitetinin magistratura şöbəsinin “Fiziki coğrafiya” ixtisaslaşması üzrə təhsil almışdır.2018-ci ildə Lənkəran Dövlət Universitetinin “Fiziki coğrafiya və biocoğrafiya,torpaq coğrafiyası,ladşaftların geokimyası və geofizikası” ixtisası,fəlsəfə doktoru üzrə doktoranturaya qəbul olmuşdur..Lənkəran rayon Tükəvilə kənd tam orta məktəbində “Coğrafiya müəllimi” vəzifəsində çalışmışdır.Tədris mərkəzində Coğrafiya fənni üzrə repititor müəllim və Fənn Kurikulumunun praktik tətbiqi üzrə təlimçi kimi fəaliyyət göstərir.15.10.2018-ci il tarixindən Lənkəran Dövlət Universitetinin “Coğrafiya və ekologiya” kafedrasında 0.5 ştat müəllim vəzifəsində işə başlamış və hazırda tam ştat müəllimidir. .
Kafedranın yerləşdiyi poçt ünvanı, telefonları, elektron ünvanı, faks nömrəsi
Kafedranın ünvanı :Lənkəran şəhəri, H.Z.Tağıyev küçəsi, 3 saylı korpus
Telefon:
Elektron ünvanı: Lsu.edu.az
Faks nömrəsi:
Kafedra haqqında məlumatları Dos. Ziyafət Ağayev təqdim etmişdir.