“Pedaqogika, psixologiya və incəsənət fənləri” kafedrası haqqında məlumat

Universitetdə aparılan struktur dəyişiklikləri ilə əlaqədar 2020-ci ildən yeni adla fəaliyyət göstərən “Pedaqogika, psixologiya və incəsənət fənləri” kafedrasının əsası 1992-ci ildə qoyulmuşdur. “Pedaqogika və psixologiya” adı ilə fəaliyyətə başlayan kafedraya 1997-ci ilədək ped.e.d., professor Rəfiqə Mustafayeva, 1997-2006-cı illərdə ped.e.d., professor Əjdər Ağayev rəhbərlik etmişlər. Kafedranın təşəkkülü və inkişafında, elmi potensialının formalaşmasında onların xidmətləri əvəzsizdir. 2006-cı ildən kafedraya pedaqogika üzrə fəlsəfə doktoru, dosent Əliyev Afiq Xanoğlan oğlu rəhbərlik edir.

Kafedra 2011-ci ildə “Fiziki tərbiyə və mülki müdafiə” kafedrası ilə birləşdirilərək 2014-cü ilədək “Pedaqogika-psixologiya və fiziki tərbiyə” kafedrası adı altında fəaliyyət göstərmişdir. 2014-cü ildə yenidən “Pedaqogika və psixologiya” kafedrası adlanan kafedra 2016-cı ildən “Humanitar fənlər” kafedrası adlandırılmışdır. 2020 ci ildən “Pedaqogika, psixologiya və incəsənət fənləri” kafedrası adı altında fəaliyyət göstərir.

Hal-hazırda “Pedaqogika, psixologiya və incəsənət fənləri” kafedrasında 16 əməkdaş çalışır. Onlardan 5 nəfəri fəlsəfə doktoru (bunlardan 4 nəfəri dosent), 1 nəfər elmlər doktoru, 4 nəfəri baş müəllim, 6 nəfəri isə müəllimdir. Kafedranın əməkdaşları elmi-pedaqoji kadr hazırlığında fəal iştirak edirlər.

Elmi-tədqiqat planına əsasən kafedrada Pedaqogika, Psixologiya və Mədəniyyətşünaslıq istiqamətlərində ”Təhsilin və pedaqogikanın ümumi məsələləri”, “Psixologiyanın ümumi məsələləri” və “Etnomədəni əlaqələrin elmi-nəzəri məsələləri” mövzuları üzrə sistemli elmi-tədqiqat işləri aparılır.

Kafedranın fəaliyyəti dövründə əməkdaşlar tərəfindən 14 monoqrafiya, 8 dərslik, 22 dərs vəsaiti, 11 metodik vəsait, çoxlu sayda proqram, elmi məqalə və tezislər çap olunmuşdur. Kafedrada tədris olunan fənlər üzrə proqramlar təhsilin məzmununa uyğun müasir dövrün tələbləri səviyyəsində yeniləşdirilmişdir.

Kafedra üzrə ixtisasların (ixtisaslaşmaların) siyahısı

Bakalavriat səviyyəsi üzrə:

050113-Musiqi müəllimliyi

050119-Təsviri incəsənət müəllimliyi

050118-Təhsildə sosial-psixoloji xidmət

Magistratura səviyyəsi üzrə:

060119- Təhsildə qiymətləndirmə və monitorinq

Doktorantura səviyyəsi üzrə:

5808.01- Sosial pedaqogika

Əsas dərslərin siyahısı

Bakalavriat səviyyəsi üzrə:

1. Pedaqogika

2. Ümumi pedaqogika

3. Sosial pedaqogika

4. Psixologiya

5. Azərbaycan tarixi

6. Mədəniyyət tarixi nəzəriyyəsi

7. Sosiologiya

8. Psixopedaqogika

9. Psixologiyanın tədrisi metodikası

10. İnkluziv təhsil

11. Uşaq psixologiyası

12. Defektologiya və loqopediyanın əsasları

13. Inkişaf və yaş psixologiyası

14. Pedaqoji psixologiya

15. Psixologiyanın əsasları

16. Psixofiziologiya

17. Psixoanaliz

18. Psixodiaqnostika və psixokonsultasiya

19. Klinik psixologiya

20. Eksperimental psixologiya

21. Etnopsixologiya

22. Sosial psixologiya

23. Təhsilin idarə olunması

24. Rəngkarlıq

25. Boyakarlıq

26. Rəsm

27. Təsviri incəsənət tarixi

28. Mədəniyyət və incəsənət sahəsində marketinq

29. Muzeydə turizm işi

30. Heykəltaraşlıq plastik anatomiya ilə

31. İbtidai sinif təsviri incəsənət və onun tədrisi metodikası

32. Azərbaycan incəsənəti

33. Dizayn

34. Musiqi nəzəriyyəsi

35. Solfecio

36. Xor sinifi

37. S/f (Politologiya)

38. S/f (Multikulturalizmə giriş)

39. S/f (Fərdlər, qruplar və ailələrlə sosial iş təcrübəsi)

40. S/f (Psixologiya tarixi)

41. S/f (İdarəetmə psixologiyası)

42. S/f (İstedadlı uşaqların psixologiyası)

43. S/f (Təhsildə sosial psixoloji xidmət və psixoloji praktikum)

44. S/f (Ailə psixologiyası)

45. S/f (Ümumtəhsil kurikulumun əsasları)

46. S/f(Psixoloji maarifləndirmə və psixoprofilaktika)

47. S/f (Məktəbdə sosial-pedaqoji işin əsasları)

48. S/f (Yaş və pedaqoji psixologiya)

49. S/f (Musiqi ədəbiyyatının tədrisi metodikası)

50. S/f (Azərbaycan miniatürləri)

51. S/f (Xalq yaradıcılığı sənəti və ornament)

52. S/f (Dizayn)

Magistratura səviyyəsi üzrə:

1. Ali məktəb pedaqogikası

2. Psixologiya

3. Tərbiyə işinin metodikası

4. AMTMOF- Məktəbşünaslığın pedaqoji əsasları

5. AMTMOF- Sosial pedaqogika

6. İbtidai təhsil pedaqogikasının tarixi və metodologiyası

7. Pedaqogikanın müasir problemləri

8. Pedaqogikanın tarixi və metodologiyası

9. Qiymətləndirmə və monitorinq

10. Ümumitəhsil sistemində yeni qiymətləndirmə mexanizmləri

11. Məktəbdaxili qiymətləndirmə

12. Təhsil sisteminin idarə olunması

13. Məktəbəqədər yaşlı uşaqlarla təlim-tərbiyə işinin təşkili

14. Təhsildə keyfiyyətin idarə olunması

15. S/f (Məktəbəqədər təhsil müəssisələrində uşaqların sosial inkişafı)

16. S/f (Azərbaycan məktəb və pedaqoji fikir tarixi)

17. S/f (Təhsildə qiymətləndirmə və monitorinqin pedaqoji əsasları)

Kafedra müdiri haqqında.

Dos. Əliyev Afiq Xanoğlan oğlu

1958-ci ildə anadan olub. 1980-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnistitutunun (Bədən Tərbiyə və İdman Akademiyası) Pedaqoji fakültəsini Fərqlənmə diplomu ilə bitirmişdir. 1991–1996-cı illərdə Azərbaycan Elmi Tədqiqat Pedaqoji Elmlər İnstitutunun dissertantı olmuşdur. 1996-cı ildə “Yuxarı sinif şagirdlərində vətəndaşlıq ləyaqəti tərbiyəsi üzrə işin təşkili yolları” mövzusunda dissertasiya işini müdafiə edərək “Pedaqogikanın nəzəriyyəsi və tarixi” ixtisası üzrə pedaqoji elmlər namizədi alimlik dərəcəsi, 2006-cı ildə dosent elmi adı almışdır. Dos.A.X.Əliyev müxtəlif illərdə Füzuli rayonunda kənd orta məktəbində sinifdənxaric və məktəbdənkənar işlər üzrə təşkilatçı müavin, təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifələrində, M.Ə.Sabir adına Bakı Pedaqoji Texnikumunda pedaqogika müəllimi işləmişdir. Eyni zamanda 1997-ci ildən Lənkəran Dövlət Universitetinin “Pedaqogika və psixologiya” kafedrasında Pedaqogika üzrə baş müəllim və kafedra müdirinin köməkçisi kimi fəaliyyət göstərmişdir. Dos. A.X.Əliyev 2006-cı il oktyabr ayından “Pedaqogika və psixologiya” kafedrasının, 2016-cı il sentyabr ayından etibarən “Humanitar fənlər” kafedrasının müdiri vəzifəsini icra etmiş, 2016-ci il sentyabr ayında həmin kafedranın müdiri vəzifəsinə təyin olunmuşdur. 2017-ci il iyul ayında müsabiqə yolu ilə “Humanitar fənlər” kafedrasının müdiri vəzifəsinə seçilmişdir. Müxtəlif illərdə Universitetin Elmi Şurasının üzvü, Elmi-metodik şurasının katibi, Tələbə Elmi Cəmiyyətinin sədri olmuşdur. Hazırda Universitetin Elmi Şurasının, Elmi və Tədris Metodik Şurasının üzvüdur. Dos.A.X.Əliyev Azərbaycan Dövlət Pedaqoji Universitetinin (5804.01- ümumi pedaqogika, pedaqogikanın və təhsilin tarixi ixtisası) elmlər doktoru proqramı üzrə dissertantıdır. O, kafedrada Pedaqogika istiqaməti üzrə elmi-tədqiqat işi aparır, 2 kitab, 4 metodik vəsait, 10 proqramın, 60-dan artıq elmi məqalə və tezisin müəllifi, 1 kitabın tərtibçisidir. LDU-da, həmçinin digər ali məktəblərdə keçirilən Respublika və Beynəlxalq səviyyəli konfranslarda məruzələrlə çıxış etmişdir. 2000-2014-cü illərdə müxtəlif proqramlar dairəsində keçirilən təlim kursları və treninqlərdə fəal iştirakına görə Sertifikatlarla təltif edilmişdir. 2018-ci ildə elmi-pedaqoji fəaliyyətinə görə universitet rəhbərliyi tərəfindən Fəxri Fərmanla təltif edilmişdir.

qi.afiq1958@gmail.com

Kafedrada fəaliyyət göstərən professor-müəllim heyəti

Pedaqogika üzrə elmlər doktoru, Vidadi Ömər oğlu Orucov 1956-cı ildə anadan olmuşdur. 1982-ci ildə ADU-nin Fizika fakültəsini bitirmişdir.1998-ci ildə namizədlik dissertasiyası işini müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsi almışdır.O, əvvəllər Bakıda N izami rayonunda “Bilik” Cəmiyyətinin məsul katibi işləmişdir.1992-1997-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Ali və Orta İxtisas Təhsili idarəsində mütəxəssis vəzifəsində çalışmışdır.1997-ci ildən Bakı Sənaye-Pedaqoji Texnikumunun direk¬toru vəzifəsində çalışıb.2016-cı ildən Bakı Dövlət Sosial-İqtisadi Kollecinin direktorudur. 2014-cü ildə “Azərbaycanda fizikanın tədrisi metodikasının inkişafı: əsas istiqamətlər, metodlar, aktual problemlər” mövzusunda dissertasiya işini müdafiə edərək (Təlim və tərbiyənin nəzəriyyəsi və metodikası, fizikanın tədrisi metodikası) Pedaqogika üzrə elmlər doktoru elmi dərəcəsi almışdır.

Lənkəran Dövlət Universitetinin “Pedaqogika ,psixologiya və incəsənət fənləri” kafedrasında dissertant və doktorantların elmi rəhbəridir.2 monoqrafiya, 2 dərs vəsaiti, 1 metodik göstərişin müəllifidir, 60-dan artıq elmi məqaləsi respublikamızın və xarici ölkələrin elmi nəşrlərində dərc olunmuşdur.

E-mail: vidadi_orucov@mail.ru

Pedaqogika üzrə fəlsəfə doktoru, dosent Abduləzizov Mehman Mövsüm oğlu 1956-cı ildə Bakı şəhərində anadan olmuşdur.1973-cü ildə Azərbaycan Politexnik İnstitutunun “Avtomatika və hesablama texnikası” fakultəsinə daxil olmuşdur. İnstitutu bitirdikdən sonra Volqoqrad şəhərinə, “Avrora” zavoduna işləməyə göndərilmiş, iki il orada işlədikdən sonra Azərbaycan Elmlər Akademiyasının Kibernetika İnstitutuna işə qəbul olunmuşdur. 1981-ci ildən Bakı baza Energetika texnikumunda mühəndis, baş mühəndis, laboratoriya müdiri vəzifələrində çalışmışdır. 1981-1983-cü illərdə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun nəzdindəki xarici dillər kursunun ərəb dili şöbəsində təhsil almış, 1983-cü ildə həmin şöbəni əla qiymətlərlə bitirmişdir. 1987-1990-cı illərdə Liviya Ərəb Cəməhiriyyəsinə ezam olunmuş və orada ərəb dili tərcüməçisi vəzifəsində çalışmışdır. 1990-cı ildən Bakı Baza Energetika texnikumunda “Elektrik maşınları” laboratoriyasına müdir təyin olunmuş,1991-1993-cü illərdə ştat üzrə müəllim vəzifəsində çalışmışdır. 1993-cü ildən Bakı Baza Energetika texnikumunda direktor işləmişdir. 1997-ci ildə Bakı Neft və Bakı Baza Energetika texnikumları birləşdirilərək, Bakı Neft–Energetika Kollecinin yaradılması ilə əlaqədar, həmin kollecə direktor təyin olunmuşdur.

2007-ci ildən pedaqoji elmlər namizədidir. 9 dərs vəsaiti və metodik vəsaitin müəllifidir, 35 elmi məqaləsi respublikamızın və xarici ölkələrin elmi nəşrlərində dərc olunmuşdur. Hazırda “Orta ixtisas təhsili məktəblərində təhsilin humanistləşdirilməsi və demokratikləşdirilməsi” mövzusunda doktorluq dissertasiyası üzərində işləyir.

E-mail: bakineft@mail.ru

Pedaqogika üzrə fəlsəfə doktoru, dosent Bəşirov Vidadi Paşa oğlu 1951-ci ildə anadan olmuşdur. 1974-cü ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (ADPU) Coğrafiya fakültəsini bitirmişdir. 1982-ci ildə Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunun “Pedaqogika tarixi” ixtisası üzrə əyani aspiranturasına daxil olub. 1985-ci ildə namizədlik dissertasiyasını bitirərək həmin institutda elmi işçi vəzifəsinə götürülmüşdür. 1989-cu ildə “XIX əsrin ikinci yarısında Azərbaycan pedaqoji fikrinin inkişafına rus mütərəqqi ideyaların təsiri” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək pedaqoji elmlər namizədi elmi dərəcəsi almışdır. 1985-1999-cu illərdə Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunda elmi işçi, kiçik elmi işçi, baş elmi işçi və böyük elmi işçi vəzifələrində işləyib. 1990-cı ildə baş elmi işçi (dosent) vəzifəsinə seçilib.V. Bəşirov 1999-cu ildə müsabiqə yolu ilə Azərbaycan Dillər Universitetinin Pedaqogika kafedrasında dosent vəzifəsinə seçilmişdir. 2 monoqrafiya, 3 proqram, 4 metodik vəsaitin müəllifi, 2 kitabın tərtibçisidir.100-dən artıq elmi məqaləsi və tezisi respublikamızın və xarici ölkələrin elmi nəşrlərində dərc olunmuşdur.

E-mail:vidadi.besirov@mail.ru

Tarix üzrə fəlsəfə doktoru, dosent Zaur İbrahimxəlil oğlu Məmmədov 1982-ci il noybarın 9-da Lənkəran şəhərində anadan olub, 1988-1999-cu illərdə Lənkəran şəhərindəki 7 saylı orta məktəbdə oxumuşdur. 2000-2004-cü illərdə Lənkəran Dövlət Universitetində “Tarix və ictimaiyyət” ixtisası üzrə bakalavr, 2006-2008-ci illərdə Tarix ixtisası üzrə magistr təhsili almışdır. 2008-ci ildə magistraturanı fərqlənmə ilə bitirərək elə həmin il “Vətən tarixi” ixtisası üzrə doktoranturaya qəbul olunmuş, 26 sentyabr 2015-ci ildə Bakı Dövlət Universitetində “Azərbaycan Respublikasının Türkiyə Cümhuriyyəti ilə mədəni əlaqələri (2003-2010-cu illər)” mövzusunda dissertasiya işini uğurla müdafiə etmişdir. 2018-ci il ildən BDU-nun elmlər doktorluğu hazırlığı proqramının, “Beynəlxalq münasibətlər tarixi” ixtisası üzrə dissertantıdır və “Azərbaycan Respublikasının YUNESKO ilə əməkdaşlığı” adlı doktorluq işi üzərində çalışır. İndiyə qədər 40 dan artıq elmi-metodik işi nəşr olunmuşdur. Əsasən Azərbaycanın beynəlxalq münasibətlər tarixini araşdırır. Türkiyə Cümhuriyyətində keçirilən “İnsan və toplum bilimləri” beynəlxalq konfransında bölmə rəhbəri kimi iştirak edib, Mübadilə proqramları çərçivəsində Türkiyə Cümhuriyyətinin Sinop, Kafkas Universitetlərində bakalavr və magistr tələbələrə dərs demişdir.

LDU-da Elmi katib, Elm və beynəlxalq əlaqələr şöbəsinin müdiri işləmiş, hal-hazırda Beynəlxalq Əməkdaşlıq Şöbəsinin müdiridir. Universitet Elmi Şurasının üzvüdür. Eyni zamanda pedaqoji fəaliyyətlə məşğuldur.

E-mail: mammadovzaur@mail.ru

Pedaqogika üzrə fəlsəfə doktoru, baş müəllim Cəfərov Sahil Nizam oğlu Cəfərov Sahil Nizam oğlu 22 mart 1977-ci ildə Lənkəran rayonu Ləj kəndində anadan olmuşdur.1994-cü ildə Ləj kənd orta məktəbini bitirmişdir. 1999-ci ildə Lənkəran Dövlət Universitetinin Bakalavriat səviyyəsini, 2001-ci ildə isə Magistratura səviyyəsini fərqlənmə diplomu ilə bitirmişdir.2002-ci ildən 2003-cü ilə qədər Azərbaycan Respublikası Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmətdə olmuş və xidmətdə fərqləndiyinə görə Baş çavuş hərbi rütbəsinə layiq görülmüşdür .2003-cü ildə Lənkəran Dövlət Universitetində “Humanitar fənlər” kafedrasında muəllim vəzifəsinə təyin olunmuşdur. 2005-ci ildən Yeni Azərbaycan Partiyasının üzvləri sırasına daxil olmuşdur.2006-2008- ci illər Lənkəran Dövlət Universitetinin Humanitar və pedaqoji elmlər fakultəsində dekan müavini vəzifəsində işləmişdir. 2012-ci ildə ‘‘Kiçik yaşlı məktəblilərlə aparılan sosial pedaqoji işin təşkili yolları” mövzusunda dissertasiya işini müdafiə edib ‘‘Pedaqogika üzrə fəlsəfə doktoru” elmi adını almışdır. 2016-cı ildə Lənkəran Dövlət Universitetində “Tədrisin təşkili və əlavə təhsil bölməsi”-nin rəhbəri vəzifəsində işləmişdir.2016-cı il sentyabr ayının 15-dən etibarən Lənkəran Dövlət Universitetində “Humanitar fənlər” kafedrasında 1,0 ştat müəllim vəzifəsində işləmiş, 2016-cı il ilin noyabr ayında müsabiqə ilə “Humanitar fənlər” kafedrasında baş müəllim vəzifəsinə seçilmişdir.Hal hazırda Lənkəran Dövlət Universitetində “Pedaqogika, psixologiya və incəsənət fənləri ” kafedrasında 1,0 ştat baş müəllim vəzifəsində işləyir. Pedaqogika üzrə fəlsəfə doktoru Cəfərov Sahil Nizam oğlu Respublikamızda və xarici ölkələrdə nəşr olunmuş 40-a yaxın elmi məqalə və tezisin, 2 fənn proqramının və 1 dərs vəsaitinin müəllifidir.

E-mail: ceferovs998@gmail.com

Baş müəllim, Cəfərova Nahidə İbrahim qızı 05.01.1974-cü ildə anadan olmuşdur. 1996-cı ildə Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsinin Psixologiya ixtisasını bitirmişdir. 1996-1998-ci illərdə Masallı rayonu Qodman kənd orta məktəbində psixoloq vəzifəsində işləmişdir. 1998-ci ildən etibarən Lənkəran Dövlət Universitetinin “Humanitar fənlər” kaferdrasında müəllim, sonradan isə baş müəllim vəzifəsində çalışır. Azərbaycan Təhsil İnstitutunun "Psixologiya və yaş fiziologiyası" şöbəsinin dissertantıdır. 1 proqram, 1 metodik vəsait, 30 elmi məqalə və tezisin müəllifidir.

E-mail: nahide.ceferova@gmail.com

Baş müəllim, Əliyeva Kəmalə İbrahim qızı 1982 ci ildə anadan olub. 2000 -2004 cü illərdə Bakı Dövlət Universitetində Sosial elmlər və Psixologiya fakültəsində təhsil alıb. Universitetdə göstərdiyi fəallıq və fərqlənmə diplomu nəzərə alınaraq müsabiqədənkənar yolla magistraturaya qəbul olunub. 2004-2006 cı illərdə Uşaq və Yaş psixologiyası üzrə magistr təhsili alıb. Hazırda Xəzər Universitetinin dissertantıdır. 2015 ci ildən etibarən Xəzər Universitetində Psixologiya Departamentində müəllim olaraq çalışır. Universitetdə keçirilən bir çox Beynəlxalq konfransların təşkilatçılarından olub. Eyni zamanda 2014 cü ildən Uğur Psixoloji Reabilitasiya Mərkəzində praktik psixoloq olaraq çalışır. 2015 ci ildən Türkiyə Autizm Medical İnstitutunun Elmi Məsləhət Şurasının üzvüdür. Türkiyədə Uyum Reabilitasiyon Mərkəzində staj proqramı keçmişdir. 2018-ci ildə Kosova Respublikasında keçirilən Beynəlxalq Autizm Konfransında, 2018-ci ildə Bakıda keçirilən Qloballaşan Təhsil Konfransında, 2019-cu ildə Yunanıstanda keçirilən Beynəlxalq Autizm konfransında, 2019-cu ildə Lənkəran Dövlət Universitetində keçirilən Respublika Elmi konfransında çıxış etmişdir.

PEP- R Testi uyqulayıcı sertifikatı (Bakı), Uyqulamalı davranış analizi (Türkiyə ), Daun Konqresi (Türkiyə) , Threplay - oyun terapiyası - Azərbaycan və Norveç səfirliyinin birgə lahiyəsi, Cinsel Egitim (Bakı), Zehin Kuramı öyrətimi (Türkiyə), Kəkələmə terapi yöntəmləri (Türkiyə) kimi sertifikatları vardır. Bu istiqamətdə tezis və məqalələri respublikamızın və xarici ölkələrin elmi nəşrlərində dərc olunmuşdur.

E-mail: k.aliyevaugur@gmail.com

Baş müəllim, Məmmədova Südabə Məmməd qızı 10 iyul 1960-cı ildə Ağdam rayonunun Kosalı kəndində anadan olmuşdur. 1979 -1984-cü illər ərzində, M.F.Axundov adına Rus dili və ədəbiyyatı institutunda (indiki BSU) “Rus dili və ədəbiyyatı müəllimi” və “Pedaqogika” ixtisasları üzrə təhsil almışdır. 2005-2006-ci illərdə “Bakı Müəllimlərin İxtisasartırma və İxtisasdəyişmə” institutunda “Psixologiya və sosiologiya “ixtisası üzrə 1 illik kursu bitirmişdir. BSU-nun dissertantıdır. 2014- cü ildən YAP-ın üzvüdür. 20 elmi məqalə və konfrans materialının müəllifidir. Pedaqoji fəaliyyətinin 14 ilini Sumqayıt Dövlət Universitetində “Əcnəbi Tələbələr Şöbəsinin” müdiri vəzifəsində işləmişdir. 2016-cı ildən “Humanitar fənlər” kafedrasında 0,5 ştat müəllim və 2020 ilin fevral ayından Lənkəran Dövlət Universitetində “Pedaqoji” fəaliyyətini davam etdirir. Hal-hazırda Lənkəran Dövlət Universitetində “Pedaqogika, psixologiya və incəsənət” kafedrasında baş müəllim vəzifəsində çalışır. Pedaqogika, psixologiya istiqaməti üzrə fənləri tədris edir.

E-mail:s.mammad1007@gmail.com

Mehrəliyev Şahin Bəylər oğlu 1975-ci ildə Astara rayonunda anadan olmuşdur. 1992-ci ildə Türkiyənin Marmara universitetinin Biologiya müəllimliyi fakultəsinə daxil olmuş, 1994-cü ildə Bakı şəhərində N.Tusi adına ADPU-nin biologiya fakultəsində təhsilini davam etdirmiş, 1998-ci ildə həmin universitetin bakalavr səviyyəsini, 2000-ci ildə “Ümumi psixologiya” ixtisaslaşması üzrə magistratura səviyyəsini bitirmişdir. 2001-ci ildə Binəqədi rayonunun 126 saylı orta məktəbində praktik psixoloq kimi fəaliyyətə başlamışdır. 2004-cü ildə Bakı Pedoqoji Kadrların İxtisasartırma və Yenidən hazırlanma İnstitutunun mühazirəçilər qrupunda psixologiya kursu üzrə məşğələlər aparmışdır. 2004-cü ildə Bakı şəhəri üzrə müxtəlif məktəb və uşaq bağçalarında praktik psixologiya ilə bağlı seminarlar keçirmişdir. 2005-2017-ci illərdə Astara rayon Vaqo kənd tam orta məktəbində praktik psixoloq, eyni zamanda 2016-cı ildən etibarən Loqos Psixoloji və Nitq İnkişaf Mərkəzinin Lənkəran filialında böyüklər üzrə baş psixoloq vəzifəsində işləmişdir. 2017-ci ildən Lənkəran Dövlət Universitetinin “Humanitar fənlər” kafedrasında müəllim kimi fəaliyyət göstərir. “Sosial pedaqogika” ixtisası üzrə Lənkəran Dövlət Universitetinin doktorantıdır. Kafedrada Psixologiya istiqaməti üzrə elmi-tədqiqat işi aparır. 3 monoqrafik kitabın, 10-dək elmi məqalə və tezisinmüəllifidir. 1993-2015-ci illərdə Ankara və Bakı şəhərlərində müxtəlif proqramlar dairəsində keçirilən təlim kursları və treninqlərdə fəal iştirakına görə Sertifikatlarla təltif olunmuşdur. İKT İntel Mədəd kursu 2009, Kurikulum Unikal-1 MMC kursu 2015, İTE Təhsildə İnnovativ Texnologiyalar kursu 2019 iştirak edib sertifikatlar almışdır.

2020-ci ildən dövlət əhəmiyyətli kadrların seçilməsi üzrə “Yüksəliş” müsabiqəsinin ekspertidir.

3 monoqrafiya (kitab), 15 məqalə və tezisin müəllifidir.

E-mail: shahin_75@ mail.ru

Esmira Xəlil qızı İsmayılova 1963-cü ildə anadan olub. 1987-ci ildə Azərbaycan Dövlət Universitetinin (Bakı Dövlət Universiteti) jurnalistika fakültəsini (əyani) fərqlənmə diplomu ilə bitirib. Jurnalistlik fəaliyyətinə “Lənkəran” qəzetinin xüsusi müxbiri kimi başlayıb. 1987-1995-ci illərdə bu mətbu orqanda çalışıb. 1995-ci ilin mart ayından “Cənub” televiziya şirkətinin baş redaktoru təyin edilib. 2006-cı ilin dekabr ayına kimi bu vəzifədə çalışıb. 2007-ci ilin yanvar ayından 2016-cı ilin iyul ayına kimi ANS televiziya şirkətinin Lənkəran müxbir məntəqəsinin müdiri işləyib. 2017-ci ilin noyabrından aprel ayına kimi Lənkəran rayon mədəniyyət və turizm şöbəsinin elmi işçisi kimi fəaliyyət göstərib. 2017-ci ilin noyabr ayından Lənkəran Dövlət Universitetində mətbuat xidmətinin rəhbəri kimi fəaliyyətini davam etdirir. Azərbaycan ədəbiyyatı ixtisası üzrə LDU-nun dissertantıdır. E.İsmayılova 1982-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. İşlədiyi müddət ərzində “Qızıl Qələm”, ”Dəmirağacı” media mükafatlarına, dəfələrlə Lənkəran şəhər icra hakimiyyətinin və çalışdığı media qurumlarının fəxri fərman və diplomlarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Təşəkkürnamə”sinə layiq görülüb. ”Əsgər rəşadəti” sənədli oçerklər və “Məni məndən alan dünya” şeirlər kitabının, 20-dən artıq elmi məqalə və tezislərin müəllifidir. Vaxtaşırı olaraq media orqanlarında bədii və publisistik yazılarla, şeirlərlə çıxış edir.

E-mail: esmira.ans@mail.ru

Baş müəllim, Əsədli Adil Beytulla oğlu 1954-cü il iyulun 21-də Lənkəranda anadan olub. 1974-1980-ci illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini fərqlənmə diplomu ilə bitirib. 1993-cü ildə Lənkəranda fərdi sərgisi açılan Adil Əsədli, elə həmin il Rəssamlar İttifaqının fəxri fərmanına layiq görülür. 40 ilə yaxındır ki, böyük sənət uğurları qazanmışdır. Bakıda və Lənkəranda 8 fərdi sərgisi təşkil olunub, əsərləri 18 xarici ölkədə müxtəlif beynəlxalq sərgiləri bəzəyib. 2019-cu ildən Lənkəran Dövlət Universitetinin “İbtidai təhsil və məktəbəqədər təlim” kafedrasında, 2020-ci ildən isə “Pedaqogika, psixologiya və incəsənət fənləri” kafedrasında baş müəllim vəzifəsində çalışır. Adil Əsədlinin 800-dən çox rəngkarlıq və 100-dən artıq qrafika əsəri vardır. Onun 200-dən çox rəngkarlıq və qrafika əsəri Türkiyə, İran, Ukrayna, Gürcüstan, Rusiya, İngiltərə, Fransa, Polşa, ABŞ, Yaponiya, Çin, İsrail, Özbəkistan və digər ölkələrin vətəndaşlarının şəxsi kolleksiyalarında saxlanılır.

E-mail:adil.asadli@mail.ru

Qəmbərov Ağamirzə Cabir oğlu 30 sentyabr 1959 -cu ildə Lənkəranda anadan olmuşdur. 1993-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini “Dizayn” ixtisası üzrə bitirmişdir. Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Çoxlu sayda interyer-eksteryer və reklamlarda tərtibat vermişdir. Respublika və xarici ölkərdə sərgilərin iştirakçısıdır. Çoxlu sayda əsərləri vardır. 2007-ci ildən Lənkəran şəhər Uşaq-Gənclər İnkişaf mərkəzinin direktorudur. Pedaqoji sahədə Təsviri sənət, yəni rəngkarlıq və dizayn sahəsində xidmətləri vardır. 2020-ci ildən Lənkəran Dövlət Universitetində Təsviri incəsənət müəllimi vəzifəsində çalışır.

E-mail: qemberov.a60@mail.ru

Tofiq Ələddin oğlu Heydərov 1957-ci ildə Lənkəran şəhərində anadan olmuşdur. Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirdikdən sonra Lənkəran rayon mədəniyyət evinin direktoru, Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında aktyor kimi çalışmışdır. 14.05.1987-ci il, 18.09.1989-cu il tarixlərində Lənkəran Ekskursiya və Səyahətlər Bürosunda metodist vəzifəsində işləmişdir. Daha sonra isə sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevin əmri ilə 6 mart 2014-cü il tarixdən Lənkəran Dövlət Dram Tearının direktoru vəzifəsinə təyin olunmuşdur. 10 mart 2016-cı ildə Lənkəran bələdiyyəsinin təsis etdiyi "İlin incəsənət adamı" nominasiyası üzrə diploma layiq görülmüşdür. “Xanbulan Turizm İstirahət Mərkəzi” MMC –nin direktorudur.

E-mail:tofiqheydarov1957@gmail.com

Mahmudova İradə Rasim qızı 20 oktyabr 1962 –ildə Bakı şəhərində anadan olmuşdur. 1978 ci-ildə A.Zeynallı adına Musiqi texnikomuna daxil olmuşdur. 1982-ildə həmin texnikomu bitirmiş və ADPU-nun musiqi fakültəsinə daxil olmuşdur. 1986 –cı ildən 2020-ci ilədək Lənkəran Dövlət Humanitar Kollecinin musiqi şöbəsində müəllim kimi fəaliyyət göstərmişdir. 2020-ci ildən Lənkəran Dövlət Universitetinin “Pedaqogika, psixologiya və incəsənət fənləri” kafedrasında müəllim vəzifəsində işləyir.

E-mail:mahmudovairade042@gmail.com

Nuriyeva Arzu Mirzağa qızı 1990-cı ildə anadan olmuşdur. 2011-ci ildə Lənkəran Dövlət Universitetinin “İbtidai təhsilin pedaqogikası və metodikası” ixtisası üzrə bakalavriat səviyyəsini, 2015-ci ildə həmin ali məktəbin “İbtidai sinifdə tədrisin metodikası və metodologiyası” ixtisaslaşması üzrə magistratura səviyyəsini bitirmişdir.

2012-2014 cü illərdə Lənkəran şəhər 8 № li tam orta məktəbdə müəllim kimi fəaliyyət göstərmişdir. 2018-ci ildən Lənkəran Dövlət Universitetində “Humanitar fənlər” kafedrasında müəllim kimi fəaliyyət göstərmiş, hal hazırda “Pedaqogika ,psixologiya və incəsənət fənləri” kafedrasında müəllim kimi fəaliyyət göstərir. “Sosial pedaqogika” ixtisası üzrə Lənkəran Dövlət Universitetinin doktorantıdır. 3 tezisin müəllifidir.

E-mail: arzu.agayeva.1990@inbox.ru

Kafedranın yerləşdiyi poçt ünvanı, telefonları, elektron ünvanı, faks nömrəsi

Kafedranın ünvanı :Lənkəran şəhəri, H.Abdullayev küçəsi 19, 2 saylı korpus.

Telefon: 4-35-69, daxili nömrə: 113

Elektron ünvanı: humanitar_fenler@mail.ru

Faks nömrəsi: 5-25-88

Kafedra haqqında məlumatları dos. Əliyev Afiq təqdim etmişdir.


Lənkəran Dövlət Universiteti 2001/2018 | Web design: Əlizadə Məhəmməd