Sosial məsələlər üzrə prorektorun illik iş PLANI - 2019-2020
1957-ci ilin yanvarın 29-da Lənkəran şəhərində anadan olmuşdur. 1974-cü ildə İmişli rayonu 34 nömrəli dəmiryol orta məktəbinin 10-cu sinfini bitirmişdir. 1979-cu ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini tarixçi, tarix və ictimaiyyət müəllimi ixtisası üzrə bitirmişdir. 1979-cu ildən 1986-CI ilədək Lənkəran şəhər 3 nömrəli orta məktəbində tarix və ictimaiyyət müəllimi, 1986-1987-ci illərdə həmin məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini, 1987-1988-ci illərdə Lənkəran Şəhər Təhsil Şöbəsində məktəb inspektoru, 1988-1999-cu illərdə Lənkəran şəhər 3 nömrəli orta məktəbində direktor, 1999-2003-cü illərdə Lənkəran şəhər 1 nömrəli orta məktəbində təlim-tərbiyə işləri üzrə direktor müavini, 2003-2016-cı illərdə Lənkəran Şəhər İcra Hakimiyyətində əvvəlcə təhsil, səhiyyə və mədəniyyət şöbəsində, sonra isə ictimai-siyasi və humanitar məsələlər şöbəsində baş məsləhətçi və şöbə müdirinin müavini – dini qurumlarla işin təşkilatçısı vəzifələrində işləmişdir. 1-ci dərəcəli dövlət qulluqçusudur.
1981-1984-cü illərdə Lənkəran Musiqi Texnikumunda, 19992006-cı illərdə Lənkəran Dövlət Humanitar Kollecində ikinci iş yeri kimi ixtisası üzrə dərs demiş, müəllim, direktor müavini və direktor kimi Azərbaycan Müəllimlər İnstitutunda ixtisasartırma kurslarında olmuşdur.
2003-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür, ehtiyatda olan zabitdir, ailəlidir, 2 övladı vardır.