“Xarici dillər” kafedrası haqqında məlumat

1. “Xarici dillər və Tərcümə” kafedrası Lənkəran Dövlət Universitetinin ən böyük kafedralarından biridir və 1992-ci ildən fəaliyyət göstərir. Kafedrada 050103-İngilis dili müəllimliyi və 050203-Tərcümə (İngilis dili) ixtisasları üzrə bakalavr və 060201- Dilşünaslıq (İngilis dili) 060103-Xarici dilin tədrisinin metodikası və metodologiyası üzrə magistr təhsil səviyyələrinə görə ixtisaslaşmışdır Hazırda kafedrada 26 əməkdaş çalışır. Onlardan 1 nəfər fil.e.d.professor (0,5 ştat), 1 nəfər fil.e.n.,dosent saathesabı, 1 nəfər fil.ü.f.d., dosent (1,0 ştat), 9 nəfər baş müəllim (1,0 ştat), 10 nəfər (1,0 ştat) müəllim, 2 nəfər baş müəllim (0,5 ştat), 2 nəfər (0,5 ştat) müəllimdir. Kafedrada İngilis dili müəllimliyi və Tərcümə (İngilis dili) ixtisasları üzrə kadrlar hazırlanır və aşağıda göstərilən 3 istiqamət üzrə elmi-tədqiqat işləri aparılır: 1. Tərcümə məsələləri 2. Dilçiliyin müqayisəli tipologiyası 3. Xarici dilin tədrisinin müasir problemləri

Kafedra üzrə ixtisaslaşmalar:

Bakalavr pilləsi üzrə:

1. 050103- Xarici dil (İngilis dili) müəllimliyi

2. 050203-Tərcümə (İngilis dili)

Magistratura üzrə

3. 060201-Dilşünaslıq (İngilis dili)

4. 060103-Xarici dilin tədrisi metodikası və metodologiyası

Doktorantura və dissertantura üzrə

5. 5714.01– “Müqayisəli-tarixi və müqayisəli-tipoloji dilçilik”

6. 570701-“Slavyan dilləri”

7. 5718.01 “Dünya ədəbiyyatı”

8. 5708.01”German dilləri”

Kafedra üzrə tədris olunan əsas dərslərin siyahısı - Bakalavr səviyyəsi üzrə:

1. Xarici dilin kommunikativ fonetikası

2. Təhsildə İKT

3. Xarici dil bacarıqları-1, 2, 3, 4, 5, 6

4. Xarici dilin kommunikativ qrammatikası-1, 2

5. Xarici dilin tədrisi metodikası-1-2

6. Tələffüz və şifahi nitq vərdişləri-1,2,3

7. Tərcüməçinin oxu vərdişləri-1, 2, 3

8. Tərcüməçinin yazı vərdişləri-1, 2

9. Eşidib anlama və nitq 3-4

10. Xarici dilin fonetikası-3

11. Xarici dildə oxu və nitq 3-4

12. Xarici dildə oxu və nitq 5-6

13. Xarici dildə oxu və nitq-7

14. Oxuyub anlama və yazı-3-4

15. Xarici dilin qrammatikası-3

16. Xarici dil (ingilis dili) 1-2

17. Xarici dil (ingilis dili) 3-4

18. Xarici dil -3-4 (Rus)

19. Xarici dil -5-6 (Rus)

20. İkinci xarici dil-1

21. İkinci xarici dil-2

22. Xarici dildə işgüzar və akademik kommunikasiya-(ingilis dili)1, 2

23. Xarici dildə işgüzar və akademik kommunikasiya-(rus dili)1, 2

24. İngilis ədəbiyyatı

25. Xarici dilin leksikologiyası

26. Xarici dilin üslubiyyatı

27. Ardıcıl tərcümə. və qeydgötürmə texnikası

28. Sənədləşmə və terminologiya

29. Kompüter tərcümə proqramları

30. İlkin tərcümə vərdişləri

31. Akademik yazı

32. Tərcümə və müqayisəli üslubiyyat

33. Yazılı mətnin şifahi tərcüməsi

34. Tərcümə nəzəriyyəsi

35. Tərcümə və mədəniyyətlərarası ünsiyyət.

36. Peşəkar tərcümənin əsasları

37. Ölkəşünaslıq

38. İşgüzar xarici dil

39. Tərcümə nəzəriyyəsi

40. Ölkəşünaslıq və mədəniyyətlər.arası ünsiyyət

41. Şifahi anlama və şifahi ifadə

42. Yazılı mətnin şifahi tərcüməsi

43. İctimai siyasi mətnlərin tərcüməsi

44. Şifahi tərcümə

45. Yazılı tərcümə

46. S/f (Ekoloji mətnlərinin tərcüməsi)

47. S/f (Biznes ingilis dili)

48. S/f (Ümumtəhsil sistemində innovasiya)

49. S/f.(Mətbuat mətnlərin tərcüməsi)

50. S/f(.Beynəlxalq qurumlar)

51. S/f.(Elmi mətnlərin tərcüməsi)

52. S/f.(Hüquqi və inzibati sənədlərin tərcüməsi)

53. S/f.(Tibbi mətnlərin tərcüməsi)

54. S/f.(Morfoloji təhlil)

55. S/f. (Leksik təhlil)

56. S/f.(İqtisadi mətnlərin tərcüməsi)

57. S/f.(Bədii tərcümə)

58. S/f.(Tərcümə)

59. S/f (Fonetik təhlil)

60. S/f (İngilis dilində ev oxusu)

61. S/f (Akademik yazı və oxu)

62. S/f( Leksik və sintaktik təhlil)

63. S/f (Ümumtəhsil kurikulumun əsasları)

64. S/f (İngilis dilinin mətbuat dili)

65. S/f (Danışıq və sosial ünsiyyət)

66. S/f (Dünya ədəbiyyatı)-1, 2, 3

Magistratura səviyyəsi üzrə:

1. Leksikologiya

2. Fonologiya

3. Filologiyanın müasir problemləri

4. Xarici və ana dilin tipologiyası

5. Müqayisəli tipologiya

6. Sintaksis

7. Morfologiya

8. Praqmatikanın əsasları

9. XDT-nın linqvo-didaktik problemləri

10. Dil təlimi materialları və qiymətləndirilməsi

11. Xarici dildə hazırlığının tarixi və metodologiyası

12. Xarici dildə hazırlığın müasir problemləri

13. Dilin mənimsənilməsi və diskurs təhlil

14. Filologiyanın tarixi və inkişafı

15. Xarici dil (ingilis dili)

16. S/f.Kommunikativ dil təlimi

17. S/f.Semantik təhlil

18. S/f.İngilis dilin ümumi problemləri

19. S/f.Ədəbi dil tarixi

Kafedra müdiri haqqında.

Bünyadova Aynur Siyavuş qızı, baş müəllim.

Bünyadova Aynur Siyavuş qızı, baş müəllim. 1975-ci il avqust ayının 13-də Lənkəran şəhərində anadan olmuşdur. 1992-ci ildə Lənkəran Şəhər 4 saylı orta məktəbi, 1997-ci ildə Azərbaycan Dillər Universitetini bitirib. 1998–ci ildən kafedrada çalışır. 2018-ci ildən “Müqayisəli-tarixi müqayisəli tipoloji dilçilik” ixtisası üzrə“Azərbaycan və ingilis dillərində hava və su komponentli frazeoloji birləşmələr” adlı dissertasiya mövzusu üzrə çalışır. “Oxuyub anlama və yazı”, ”Xarici dildə oxu və nitq”, “İngilis dilin tədrisi metodikası” fənnlərini tədris edir. O, TEMPUS və ERASMUS-MUNDUS, ESFIDIP, USAİD, Mevlana layihələri çərçivəsində Böyük Britaniya, İtaliya, Almaniya, Fransa, Avstriya, Türkiyə Cumhuriyyəti Universitetlərində, o cümlədən, ölkəmizdə keçirilən treninq, təlim və beynəlxalq konfranslarda iştirak etmişdir. Aynur Bünyadova 20 məqalə və tezis, 1 metodik vəsait və 4 proqramın müəllifidir.

Elektron ünvanı: aynour13@mail.ru

Kafedra əməkdaşları haqqında.

Tahirov İlham Mikayıl oğlu, filologiya üzrə elmlər doktoru, professor.

1963 cü il iyun ayının 8-də Masallı rayonunun Miyənkü kəndində anadan olub.1981-ci ildə SSRİ-nin 50-illiyi adına Azərbaycan Pedaqoji Xarici dillər İnstitutunun (indiki ADU) “İngilis dili” fakültəsini bitirmişdir. 1990/1993-cü illərdə AMEA Nəsimi adına Dilçilik İnistitutunun əyani aspiranturasını bitirmişdir. 1986-cı ildə-Yardımlı rayonu Hamarkənd orta məktəbində, 1990-cı ildə AMEA Nəsimi adına Dilçilik İnstitutunun aspirantı, 1993-cü ildə Nəsimi dına Dilçilik İnstitutu Ümumi dilçilik və dil əlaqələri şöbəsində, 1994-cü ildə AMEA-nın elmi katibi, 1996-cı ildə AMEA-nın katibi, 2013-cü ildə AMEA, Qədim dillər və mədəniyyətlər şöbəsinin müdiri, 2014-cü ildə AMEA-nın baş elmi işçisi vəzifəsində çalışır. “Müqayisəli tipologiya”, “Filologiyanın müasir problemləri”, “Leksikologiya” kimi fənləri tədris edir. 2017-ci ildən Lənkəran Dövlət Universitetində çalışır. 70-ə yaxın elmi məqalənin müəllifidir.

Elektron ünvanı: ilham_tahir@rambler.ru

Cavadova Yeganə Həmdulla qızı, fil.ü.fəl.dok., dos1966-cı il aprel ayının 1-də Lənkəran şəhər Liman qəsəbəsində anadan olub. 1983/1991-ci illərdə Azərbaycan Xarici Dillər İnstitutunda (indiki Azərbaycan Dillər Universiteti) ali təhsil almışdır. 1996/2016-cı illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetində “Əcnəbi Dillər” kafedrasında baş müəllim kimi işləmişdir. Eyni zamanda 2015-ci ildən Lənkəran Dövlət Universitetində 0,5 ştat müəllim, 2018-ci ilin sentyabrından isə artıq 1.0 (tam) ştat müəllim kimi fəaliyyət göstərir. “İngilis dilin ümumi problemləri”, “Xarici dildə hazırlığının tarixi və metodologiyası”, “Ədəbi dil tarixi”, “Dilin mənimsənilməsi və diskurs təhlil”, “İngilis ədəbiyyatı”kimi fənləri tədris edir. 15-dən artıq elmi məqalənin müəllifidir.

Abdullayeva Asudə Nəriman qızı, baş müəllim.

1955-ci il iyun ayının 12-də Lənkəran şəhəri Veravul kəndində anadan olmuşdur. 1972-ci ildə Veravul kənd orta məktəbin, 1978-ci ildə SSRİ-nin 50-illiyi adına Azərbaycan Pedaqoji Xarici dillər İnstitutununun (indiki ADU) “İngilis dili” fakültəsini bitirmişdir. 1997-ci ildən Lənkəran Dövlət Unverstetində işləyir. 2001–ci ildən baş müəllimdir.20-yə yaxın sertifikat və fəxri fərmanlara layiq gorülmüşdür. 2002, 2003 və 2004-cü illərdə Amerika Təhsil Şurası və Azərbaycan Təhsil Nazirliyinin birgə keçirdiyi ”Təhsildə Yüksək Mükafat Proqramının”(TEA) qalibi olmuş və İngilis dili və Amerika Ölkəşünaslıq fənlərinin tədrisi üzrə yüksək mükatlara layiq görülmüşdür. 2008-ci ildə yenə Amerika Təhsil Şurasının keçirdiyi ”Universitet Müəllimlərinin İnkişaf Proqramı” müsabiqəsinin qalibi olmuş və 2008/2009 –cu illərdə Kanzas ştatının Kanzas Universitetində və Ohaya ştatının Yanqstaun Dövlət universitetində mübadilə proqramında iştirak etmişdir. 2009-cu ildə Harvard Universitetinin Ədəbiyyat və Müqayisəli Ədəbiyyat Kafedrasının keçirdiyi konfransda Azərbaycanı təmsil etmişdir. Asudə Abdullayeva TEA, JFDP, TEMPUS, ESFIDIP və IANUS Proqramları çərçivəsində bir sıra inkişaf etmiş ölkələrdə–Amerika, Almanıya, İngiltərə, Yunanıstan, Ruminiya və İtaliyada tanınmış universitetlədə mübadilə proqramlarında iştirak etmişdir. Asudə Abdullayeva 20-dən çox beynəlxalq və respublika daxili təhsil müəssisələnin sertifikatları ilə mükafatlandırılmışdır. “Peşəkar tərcümənin əsasları”, “S.f.Bədii tərcümə”, “Ölkəşünaslıq”, “Xarici dildə oxu və nitq” fənlərini tədris edir.15-dən çox elmi məqalənin və 4 metodik vəsaitin, 3 proqramın müəllifidir.

Elektron ünvanı: asuda.lsu@gmail.com

Əkbərov Haşım Lələxan oğlu,baş müəllim.

1966-cı il avqust ayının 26-da Lənkəran rayonunun Cil kəndində anadan olmuşdur. 1991-ci ildə SSRİ-nin 50-illiyi adına Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun (indiki ADU) “İngilis dili və ədəbiyyatı” fakültəsini bitirmişdir. 1995-ci ildən kafedrada çalışır. Haşım Əkbərov 2009-cu ildə Amerika Təhsil Şurasının keçirdiyi “Universitet Müəllimlərinin İnkişaf Proqramı”(JFDP) proqramının qalibi olmuş (2009/2010) və ABŞ-ın Kanzas ştatının Kanzas Universitetində „Tətbiqi dilçilik” və Uayominq ştatının Uayominq Universitetində isə „Amerikaşünaslıq” fakültəsində mübadilə proqramında iştirak etmiş sertifikatlar və „Qran Pri” mükafatını almışdır. Həmçinin “Təhsildə Yüksək Mükafat” (TEA) (ABŞ) proqramının mükafatçısı (2002, 2003, 2004), TEMPUS (Avropa), ESFIDIP, IANUS və ERASMUS MUNDUS (Avropa) layihələri çərçivəsində Böyük Britaniya, İtaliya, Almaniya universitetlərində, o cümlədən, ölkəmizdə keçirilən treninq və beynəlxalq konfranslarda iştirak etmişdir. Böyük Britaniyanın Esseks Universitetində Beynəlxalq Akademiyanın sertifikatına layiq görülmüşdür (2012). AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun aspiranturasını (2007/2010) və Rumıniyanın İasse şəhərində Aleksandru İoan Kuza Universitetində (2014/2016) doktorantura təhsilini başa vurmuş, beynəlxalq impakt faktorlu jurnallarda və həmçinin “google scholar”da məqalələri çap olunmuşdur. “Kompüter tərcümə proqramları”, “İngilis dilinin tədrisi metodikası”, “İngilis dilinin leksikologiyası”, “İngilis dilinin üslubiyyatı”, “Kommunikativ dil təlimii”, “Praqmatikanın əsasları”, “Semantik təhlil”, “Sintaksis” kimi fənləri tədris edir.39 elmi məqalənin, 2 proqramın və bir metodik vəsaitin müəllifidir.

Elektron ünvanı: hashim.akbar@mail.ru

Heydərov Rafael Kəlbi oğlu,

baş müəllim.1954-ci il may ayının 12-də Lənkəran şəhəri Boladi kəndində anadan olmuşdur. 1971-ci ildə Boladi kənd orta məktəbin, 1975–ci ildə SSRİ-nin 50 illiyi adına Azərbaycan Pedaqoji Xarici dillər İnstitutunun (indiki ADU) “İngilis dili” fakültəsini bitirmişdir. 2001-ci ildən kafedrada çalışır. Rafael Heydərov TEMPUS layihəsi çərçivəsində Böyük Britaniya, İtaliya və Almaniya universitetlərində, o cümlədən, ölkəmizdə keçirilən treninqlərdə və beynəlxalq konfranslarda iştirak etmişdir. “Fonetik təhlil”, “Xarici dilin fonetikası”, “Morfoloji təhlil”, “Xarici dildə işgüzar və akademik kommunikasiya” fənlərini tədris edir.13- elmi məqalənin və 4 tezisin müəllifidir

Elektron ünvanı: heyderovrafael@gmail.com

Mehdiyeva Aysel Sehran qızı, baş müəllim.1986-cı il oktyabr ayının 30-da Lənkəran şəhərində anadan olmuşdur. 2007-ci ildə Lənkəran Dövlət Universitetinin “İngilis dili və ədəbiyyatı müəllimliyi” ixtisasını fərqlənmə diplomu, 2009-cu ildə Lənkəran Dövlət Universitetinin Magistratura şöbəsinin Dilşünaslıq istiqaməti üzrə “Xaricidil (İngilisdili)” ixtisasını fərqlənmə diplomu ilə bitirmişdir. 2009-cu ildən Lənkəran Dövlət Humanitar Kollecində ingilis dili müəllimi kimi fəaliyyətə başlamış, 2014/2016-cı illərdə Lənkəran Dövlət Humanitar Kollecində Tədris hissə müdiri vəzifəsində də çalışmışdır. 2016-cı ildən Lənkəran Dövlət Universitetində müəllim kimi çalışır.2018-ci ildə Lənkəran Dövlət Universitetinin Dissertantura şöbəsinin “Müqayisəli-tarixi və müqayisəli tipoloji dilçilik” ixtisasına qəbul olunmuş və “Azərbaycan və ingilis dillərində məkan metaforaları” adlı dissertasiya mövzusu üzrə çalışır. “Xarici dil (İngilis dili)”, “Xarici dildə oxu və nitq”, “Xarici dilin qrammatikası”, “İqtisadi mətnlərin tərcüməsi” fənlərini tədris edir. Ölkəmizdə keçirilən bir neçə treninq və konfranslarda iştirak etmişdir. 16 məqalə və tezis, 2 proqramın müəllifidir. 2019-cu ildən Humanitar fakültənin Sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini vəzifəsində çalışır.

Elektron ünvanı: mysel@yahoo.com

Ağayeva Zülfiyyə Xanoğlan qızı, baş müəllim.

1964-cü il fevral ayının 8-də Lerik rayonunda anadan olub. 1980-cı ildə Lerik rayon tam orta məktəbi, 1986-cı ildəisə M.F.Axundov adına APRDƏ İnstitutunu (indiki BSU) bitirib. 1994-cü ildən kafedrada işləyir.“Xarici dil (rus dili)” fənnini tədris edir. 2018-ci ildən baş müəllim vəzifəsində çalışır. O, bir çox elmi konfrans, təlim və simpoziumlarda fəal iştirak edib. 16 elmi məqalə və tezisin, 1 proqramın müəllifidir.

Elektron ünvanı: zulfiyye.agayeva1964@mail.ru

Fərəməzov Azər Surətulla oğlu, baş müəllim.

1966-cı il mart ayının 22-də Astara rayonunun Təngərüd kəndində anadan olub. 1983-cü ildə Təngərüd orta məktəbin, 1991-ci ildə SSRİ-nin 50-illiyi adına Azərbaycan Pedaqoji Xarici dillər İnstitutununun (indiki ADU) İngilis dili və alman dili müəllimi ixtisasını bitirib.1991-ci ildən 2003-cü ilədək Astara rayonunun bir sıra orta məktəblərində İngilis dili fənnin tədris etmişdir. 2003-cü ildə Lənkəran rayonunun Şürük kəndində Amerikanın “Project Harmony” təşkilatında məktəbdə əlaqələndirmə proqramında Layihə koordinatoru vəzifəsində çalışmışdır. 2004-2016-cı illərdə Astara pedaqoji Kollecində İngilis dili müəllimi vəzifəsində işləmişdir.2007-ci il 27-29 sentyabrda Amerikanın “USAİD” təşkilatının “Liderlik, nüfuz və təşkilati quruculuğa giriş” mövzusunda təlimdə iştirak etmiş, daha yüksək bal toplayıb kursu uğurla başa çatdırmışdır.2013-cü il 3-6 aprel tarixlərində Kiyevdə Beynəlxalq Konfransda iştirak etmişdir. “Qeyri-ixtisas tələbələrinə ingilis dilinin öyrədilməsində müsbət motivasiyaları formalaşdırmaq” adlı elmi məqaləsi 2015-ci ildə Kiyev Milli Akademiyasında çap olunub. 2014-cü ildən Lənkəran Dövlət Universitetinin “Xarici dillər” kafedrasında“Xarici dil (ingilis dili)” fənnini tədris edir.6 elmi məqalənin müəllifidir. 2019-cu ildən“German dilləri” ixtisası üzrə dissertanturaya qəbul olmuşdur.

Elektron ünvanı: faramazovazer@mail.ru

Muradxanlı Bəxtiyar Malik oğlu, baş müəllim.

1949-cu il may ayının 25-də Lerik rayonunun Aşağı Gedik kəndində anadan olub. 1966-cı ildə məktəbi, 1977-ci ildəM.F.Axundov adına Rus dili və Ədəbiyyatı İnstitutunu (indiki BSU) bitirmişdir. 1977/1987-ci ilə qədər Biləsuvar rayon Novoqrajdanoka kənd orta məktəbində işləmişdir. 1980/1983-cü illərdə M.F.Axundov adına ARD və Ədəbiyyatı İnistitutunun Aspiranturasını bitirmişdir. 1987/2007-ci illərə qədər Müəllimlərin Təkmilləşdirmə İnistituntunun Lənkəran filialında işləmişdir. 1993-cü ildən hal-hazırki vaxta qədər Lənkəran Dövlət Universitetində çalışır. “Xarici dil (rus dili)” fənnini tədris edir. 3 dərs vəsaiti, 30-dan çox elmi məqalənin müəllifidir.

Elektron ünvanı: canbaba09@mail.ru

Kazımova Məlahət Şahverən qızı, baş müəllim.

1958-ci il dekabr ayının 3-də Lənkəran şəhərində anadan olub. 1976-cı ildə Lənkəran şəhər 2 saylı orta məktəbi, 1981-ci ildə isə SSRİ-nin 50-illiyi adına Azərbaycan Pedaqoji Xarici dillər İnstitutunun (indiki ADU) “İngilis dili” fakültəsini bitirmişdir.1995-ci ildən LDU-nun “Xarici dillər” kafedrasında çalışır. “Xarici dil (ingilis dili)” fənnini tədris edir. 13 müxtəlif elmi-metodiki məqalələrin müəllifidir.

Elektron ünvanı: k.melahet58@gmail.com

Cəfərova Həbibə Malik qızı, baş müəllim.

1973-cü il avqust ayının 9-da Lənkəran şəhərində anadan olmuşdur. 1990-cı ildə Parakənd qəsəbə orta məktəbini bitirmişdir. 1992-ci ildə Lənkəran Dövlət Üniversitetinin “Rus dili və ədəbiyyatı” fakültəsinə “Filoloq: rus dili və ədəbiyyatı müəllimi” ixtisası üzrə qəbul olunmuş, 1998-ci ildə Lənkəran Dövlət Üniversitetini bakalavr və magistr pilləsi üzrə bitirmişdir. Əmək fəaliyyətinə 1990-cı ildə Parakənd qəsəbə orta məktəbində “Pioner Baş dəstə rəhbəri” vəzifəsindən başlamışdır. 1995-ci ildə Parakənd qəsəbə orta məktəbində “Rus dili və ədəbiyyat” müəllimi, 2000-ci ildən Parakənd qəsəbə orta məktəbinin“Təlim-tərbiyə işləri üzrə direktor müavini” vəzifəsində çalışmışdır.2017-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetin doktorantura şöbəsinə “Dünya ədəbiyyatı” ixtisası üzrə (əyani) qəbul olunmuş, 2020-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetin doktoranturasını bitirmişdir. 2020-ci ildən Lənkəran Dövlət Universitetinin “Xarici dillər və tərcümə” kafedrasında “Xarici dil(rus dili)” və “Dünya ədəbiyyatı” fənnini tədris edir. Xaricdə və ölkəmizdə keçirilən beynəlxalq konfranslarda iştirak etmişdir. Həbibə Cəfərova 8 məqalə və tezisin müəllifidir.

Elektron ünvanı: habiba.djafarova@mail.ru

Əliyeva Sevər Eynəli qızı, müəllim.

1978-ci il noyabr ayının 14-də Lənkəran şəhəri Darquba kəndində anadan olmuşdur. 1995-ci ildə Lənkəran şəhər 4 saylılisey-məktəbi, 2001-ci ildə isə Lənkəran Dövlət Universitetinin İngilis dili və ədəbiyyatı ixtisası üzrə bakalavr pilləsini bitirib. 2008-ci ildə Azərbaycan Dillər Universitetinin Roman-German Filologiyası fakultəsinin Xarici Ölkələr Ədəbiyyatı ixtisasi üzrə magistr dərəcəsi almışdır. 2004/2014-cü illərdə Azərbaycan Dillər Universitetində Magistratura şöbəsində və Kurikulum və Keyfiyyətə Nəzarət Departamentində inspektor vəzifəsində çalışmışdır.2016-cı ildən Lənkəran Dövlət Universitetində. 2019-cu ildə LDU-nun Doktorantura şöbəsinin “Müqayisəli və tarixi və müqayisəli tipoloji” dilçilik ixtisasına qəbul olmuşdur. “Xarici dilin qrammatikası”, “Xarici dildə oxu və nitq” fənlərini tədris edir.7 elmi məqalənin və1 proqramın müəllifidir.

Elektron ünvanı: sevarnurullayeva@mail.ru

Məmmədova Günel Elmir qızı, müəllim.

1991-ci il avqustun ayının 14-də Şuşada anadan olmuşdur. 2008-ci ildə Bakı Şəhər 286 saylı tam orta məktəbi, 2012-ci ildə isə Azərbaycan Dillər Universitetinin“İngilis dili” fakültəsini bitirmişdir.2013-cü ildə magistratura təhsilini Azərbaycan Dövlət Pedoqoji Universitetinin “İbtidai tədrisisin metodikası və metodologiyası” ixtisası üzrə davam etdirmişdir.2016-cı ildən Lənkəran Dövlət Universitetində çalışır. “Xarici dil (ingilis dili)” fənnin tədris edir. 2018-ci ildə Doktorantura şöbəsinin “Müqayisəli-tarixi və müqayisəli tipoloji dilçilik” ixtisasına qəbul olunmuş.5 məqalə və tezisin müəllifidir.

Elektronünvanı: gunel2017m@gmail.com

Əliyev İlqar Tahir oğlu, müəllim.

1981-ci il iyulun ayının 5-də Lənkəran şəhərində anadan olub. 1999-cu ildəLənkəran Türk liseyini,2003-ci ildə isə Lənkəran Dövlət Universitetinin “İngilis dili” fakültəsini bitirmişdir. 2003/2005-ci illərdə Lənkəran Dövlət Universitetinin magistr pilləsində “Dilşünaslıq” üzrə təhsilini davam etdirmişdir. 2007-cü ildən Lənkəran şəhəri Q.Zeynalov adına Darquba kənd orta məktəbində İngilis dili müəllimi kimi çalışmışdır. 2014-ci ildən Lənkəran Dövlət universitetində çalışır. “Xarici dil (ingilis dili)” fənnini tədris edir. 4 elmi məqalənin iki tezisin müəllifidir. 2019-cu ildə “Dünya ədəbiyyatı” ixtisası üzrə dissertanturaya qəbul olmuşdur

Elektronünvanı: ilqar-500@mail.ru

Mirzəyeva Ülviyyə Əlihüseyn qızı

22 aprel 1982-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1989-1997-cİ illərdə Bakı şəhəri 146 saylı orta məktəbdə I – IX siniflərini oxumuş, 1997-ci ildə Bakı şəhəri “Zəngi” litseyinə qəbul olmuş və 1999-cu ildə litseyi X-XI sinifləri “Biokimya və Genetika” profili üzrə bitirmişdir. 1999-cu ildə Bakı Slavyan Universitetinə daxil olmuş, 2003-cü ildə “Filologiya” fakültəsinin “Rus dili və ədəbiyyatı” ixtisasını bakalavriatura səviyyəsi üzrə bitirmişdir. 2003/2005-ci illər ərzində Bakı Slavyan Universitetinin magistratura səviyyəsini “Filologiya” istiqaməti üzrə “Rus dili və ədəbiyyatının tədrisi metodologiyası və metodikası” ixtisasını “Fərqlənmə” diplomuyla bitirmişdir. 2014/2017-ci illədə Bakı Şəhər Təhsil idarəsi 46 saylı Tərbiyə İşi Mərkəzində (indiki 1 saylı Uşaq-Gənclər İnkişaf Mərkəzi) dərnək rəhbəri işləmişdir.2016-cı ildən Bakı Slavyan Universitetinin doktorantıdır. Rus dilinin tədrisi metodikası kafedrasında doktorant kimi elmi tədqiqatla məşğuldur. 2018-ci ildən Lənkəran Dövlət Universitetində “Beynəlxalq Əməkdaşlıq” şöbəsində əvvəlcə “Tələbə-müəllim mübadiləsi” üzrə mütəxəssis vəzifəsində çalışmış, hal-hazırda isə “Beynəlxalq Əməkdaşlıq” şöbəsinin müdir müavinidir. Eyni zamanda “Xarici dillər” kafedrasında müəllim kimi fəailiyyət göstərir. Xarici dil (Rus dili) fənnini tədris edir. 5 tezisi və 6 məqaləsi var.

Elektron ünvanı: demand_girl@mail.ru

İsmayılova Afaq İmaş qızı,filologiya üzrə elmlər namizədi, dosent.

1989-cu ildə SSRİ-nin 50-illiyi adına Azərbaycan Pedaqoji Xarici dillər İnstitutununun (indiki ADU)“İngilis dili” fakültəsini bitirmişdir.1990/1993-cü illərdə AMEA Nəsimi adına Dilçilik İnistitutunun əyani aspiranturasını bitirmişdir. 1993-cü ildən Bakı Dövlət Universitetində çalışır. 2015-ci ildən ildən Lənkəran Dövlət universitetində çalışır. 20-dən çox elmi məqalənin müəllifidir.

Elektron ünvanı: afaq.ismayilova@outlook.com

Manafova Tünzalə Cəlal qızı,müəllim.

1972-ci ildə Lənkəran şəhəri Gərmətük qəsəbəsində anadan olub. 1989-cu ildə Gərmətük qəsəbə orta məktəbin, 1994-cü ildə isə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunu bitirmişdir. 1994-cü ilə Lənkəran şəhər 4 saylı orta məktəbdə işləyib. 2002-ci ilədən Lənkəran Dövlət Universitetində çalışır. 6 elmi məqalənin müəllifidir.“Xarici dil (ingilis dili)” fənnin tədris edir. 2019-cu ildə Lənkəran Dövlət Universitetinin Dissertantura şöbəsinin “Müqayisəli-tarixi və müqayisəli tipoloji dilçilik” ixtisasına qəbul olmuşdur.

Elektron ünvanı: tunzale.manafova.72@mail.ru

Ağayev Müqəddin İmanverdi oğlu, müəllim.

16 yanvar 1962-ci ildə Lənkəran rayonunun Gərmətük qəsəbəsində doğulmuşdur. 1979-cu ildə Gərmətük orta məktəbin, 1988-ci ildə fərqlənmə diplomu ilə M.F.Axundov adına Rus dili və ədəbiyyatı İnstitutun bitirmişdir. 1988/1994-cü ilə qədər Lənkəran rayonunda orta məktəbdə müəllim çalışmışdır. 2018-ci ildən Lənkjəran Dövlət Universitetində çalışır. “Xarici dil (rus dili)” fənnin tədris edir. 2019-cu ildə Lənkəran Dövlət Universitetinin Doktorantura şöbəsinin “Slavyan dilləri” ixtisasına qəbul olmuşdur. 3 elmi məqalənin müəllifidir

Elektron ünvanı:muqeddin@yandex.ru

Cahangirli Zabitə Mühəndis qızı, müəllim.

1995-ci il mart ayının 2-də Lənkəran şəhərində anadan olmuşdur. 2013-cü ildə Lənkəran şəhər 4 saylı orta məktəbi bitirmişdir. 2017-ci ildə isə Azərbaycan Dillər Universitetinin “Xarici dil müəllimliyi (ingilis üzrə)” ixtisasını bitirmiş və magistr təhsili üzrə Lənkəran Dövlət Universitetinin “Dilşünaslıq (ingilis dili üzrə)” ixtisaslaşmasına qəbul olmuşdur. 2017-ci ildən LDU-da tyutor vəzifəsində calışmış və 2019-cu ildən Lənkəran Dövlət Universitetində ingilis dili müəllimi kimi fəaliyyət göstərir. Xarici dil(ingilis dili) fənnini tədris edir.

Elektron ünvanı:zabita.jahangirli@outlook.com

Cəfərzadə Nərgiz Şaiq qızı, müəllim.

1996-cı il may ayının 9-da Gərmətük qəsəbəsində anadan olmuşdur. 2013-cü ildə Gərmətük qəsəbəsi orta məktəbi bitirmiş və Lənkəran Dövlət Universitetinin “İngilis dili müəllimliyi” ixtisasına qəbul olmuşdur. 2017-cil ildə isə LDU-nun “Dilşünaslıq (ingilis dili üzrə)” ixtisaslaşmasına qəbul olmuşdur. 2017-ci ildən Lənkəran Dövlət Universitetindəlaborant kimi , 2019-cu ildən Lənkəran Dövlət Universitetində ingilis dili müəllimi kimi fəaliyyət göstərir. Xarici dil(ingilis dili) fənnini tədris edir.

Elektron ünvanı:missdaffodil96@gmail.com

Hüseynzadə Sitarə Vasif qızı, müəllim.

1995 ci il sentyabr ayının 2-də Lənkəran şəhərində anadan olmuşdur.2012-ci ildə Lənkəran şəhər 4saylı orta məktəbi, 2016 ci ildə Azərbaycan Dillər Universtetini Tərcümə (ingilis-rus) fakültəsini bitirmişdir. 2019-cu ildə Azərbaycan Dillər Universtetini Tərcümə və Mədəniyyətşünaslıq (ingilis-rus) fakültəsini magistr dərəcəsi üzrə bitirmişdir.2019-cu ildən Lənkəran Dövlət Universitetində ingilis dili müəllimi kimi fəaliyyət göstərir. “Yazılı mətnin şifahi tərcüməsi”, “İctimai-siyasi mətnlərin tərcüməsi”, “İlkin tərcümə vərdişləri”, “Şifahi Tərcümə”, “Tərcüməçinin yazı vərdişləri”, ”Beynəlxalq qurumlar” fənnlərini tədris edir. 2 tezis və 1 elmi məqalənin müəllifidir.

Elektron ünvan:sitara95mix@gmail.com

Möhsümzadə Möhsüm Əlisahib oğlu.

1993-cü il mart ayının 29-da Lənkəran şəhərində anadan olub. 2010-cu ildə Lənkəran şəhər 1 saylı tam orta məktəbi və 2014-cü ildə Qərb Universitetinin “Qərb dilləri” fakültəsini bitirmişdir. 2015/2017-ci illərdə Bakı Slavyan Universitetinin magistr pilləsində “Tərcümə” ixitsası üzrə təhsilini davam etdirmişdir. 2019-cu ildən etibarən Lənkəran Dövlət Universitetində çalışır. “Tərcüməçinin oxu vərdişləri”, “Tərcüməçinin yazı vərdişlər”, “Eşidib anlama və nitq”, “Sənədləşmə və terminologiya”, “Hüquqi və inzibati mətnlərin tərcüməsi”, “Tibbi mətnlərin tərcüməsi”, “Ardıcıl tərcümə və qeyd götürmə texnikası” fənlərini tədris edir. Bir elmi məqalə və iki tezisin müəllifidir.

Elektron ünvanı: mohsum.mohsumzada@gmail.com

İbrahimova Cəmilə Məzahir qızı, müəllim.

1992-ci il 23 noyabrda Lənkəran rayonunda anadan olmuşdur. 2010-cu ildə Lənkəran rayonu, Şürük kənd orta məktəbini bitirmiş və elə həmin il Lənkəran Dövlət Universitetinin Xarici dil müəllimliyi (ingilis dili üzrə) ixtisasına qəbul olunmuşdur. 2014-cu ildə həmin ixtisas üzrə bakalavr səviyyəsini bitirmişdir. 2017-2019-cu illərdə Lənkəran Dövlət Universitetində “Xarici dilin tədrisi metodikası və metodologiyası” ixtisaslaşması üzrə magistr təhsilini fərqlənmə ilə başa vurmuşdur. 2014-cü ilin noyabr ayından Lənkəran Dövlət Universitetində laborant vəzifəsində çalışmışdır. 2020-ci ildən Lənkəran Dövlət Universitetinin “Xarici dillər və tərcümə” kafedrasında İngilis dili müəllimi kimi fəaliyyət göstərir. Xarici dil (ingilis dili) fənnini tədris edir. 4 elmi məqalə və tezisin müəllifidir.

Elektron ünvanı: jameliaa@mail.ru

Məmmədova Günay Rüstəm qızı

1986-cı il fevral ayının 23-də Lənkəran şəhərində anadan olmuşdur. 1992-2003-cü illərdə Lənkəran şəhər 1 saylıtam orta məktəbində təhsil almışdır. 2007-ci ildə Lənkəran Dövlət Universitetinin “İngilis dili və ədəbiyyatı müəllimliyi” ixtisasını fərqlənmə diplomu, 2009-cu ildə Azərbaycan Dillər Universitetinin Magistratura şöbəsinin Dilşünaslıq istiqaməti üzrə “Xarici dil (İngilis dili)” ixtisasını fərqlənmə diplomu ilə bitirmişdir. 2009-2013 illərdə Bakıda özəl müəssisədə, 2013-2019-ci illərdə Azərbaycan Universitetində, 2019-2020 ci illərdə Qərbi–Kaspi Universitetində ingilis dili müəllimi vəzifəsində çalışmışdır. 2020-ci il sentyabrdan etibarən Lənkəran Dövlət Universitetində çalışır. “Xarici dildə oxu və nitq”, “Akademik yazı və oxu” və “Xarici dildə işgüzar və akademik kommunikasiya (ingilis dili)” fənlərini tədris edir. Ölkəmizdə keçirilən bir neçə treninq və konfranslarda iştirak etmişdir. 4 elmi məqalənin müəllifidir.

Elektron unvanı: gunay.gurbanova34@gmail.com

Kafedranın yerləşdiyi poçt ünvanı, telefonları, elektron ünvanı, faks nömrəsi

Kafedranın ünvanı :Lənkəran şəhəri, H.Abdullayev küçəsi 19, 2 saylı korpus.

Telefon: 4-35-69, daxili nömrə: 105

Elektron ünvanı: Lsu.edu.az

Faks nömrəsi: 5-25-88

Kafedra haqqında məlumatları Baş müəllim Bünyadova Aynur təqdim etmişdir.


Lənkəran Dövlət Universiteti 2001/2018 | Web design: Əlizadə Məhəmməd