Şöbənin rəhbəri Azər Aydın oğlu Əliyev- 1963-cü ildə Astara rayonu Pensər kəndində anadan olmuş, 1980–ci ildə Pensər kənd orta məktəbini, 1988–ci ildə Bakı şəhər İnşaat Mühəndisləri İnstitutunu bitirmişdir. Uzun müddət Tikinti idarələrində çalışmış, 2016- ilin iyun ayından Lənkəran Dövlət Universitetində Təsərrüfat işləri və iqtisadi məsələlər üzrə prorektor vəzifəsində çalışır.
Elektron ünvanı: azer-aliyev-63 @ mail.ru
Şöbənin rəhbəri Universitetin təsərrüfat, mədəni- məişət işlərinə bilavasitə rəhbərlik edir, auditoriyalarda, kabinet və laboratoriyalarda, tədris-idman bazalarında, yataqxana və yeməkxanalarda sanitar- gigiyena vəziyyətini və qayda qanunu təmin edir, tikintiyə və cari təmirə rəhbərlik edir, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin qayda və normalarına riayət edilməsinə nəzarət edir, bölmələri mebellə, təsərrüfat inventarı ilə, idarəetmənin texniki vasitələri ilə təmin edir, onların mühafizəsi və vaxtında təmir olunmasına nəzarət edir, tikinti maşınları, nəqliyyat və texniki vasitələrin , materiallar, konstruksiyalar, alətlər, inventarlar və s. əldə edilməsi üçün sifarişlər hazırlayır və onlardan səmərəli istifadə olunmasını təmin edir.
Bölmə əməkdaşları haqqında :
Əsgərov Afəq Rəşid oğlu-1961-cı ildə Lənkəran şəhər Gərmətük qəsəbəsində anadan olmuş, 1969-79-cu ildə orta məktəbi bitirmişdir.1983-cü ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirib, Aqrar Sənaye Kombinatının İnzibati Təsərrüfat Şöbəsinin müdiri ,2004-cü ildə Bakı şəhər Ticarət və Xidmət Departamentində baş məsləhətçi vəzifəsində çalışmışdır.2019-cu ilin iyul ayından Lənkəran Dövlət Universitetində Texniki təhlükəsizlik üzrə mütəxəssis vəzifəsində çalışır. Ailəlidir, iki övladı var.
Nəsirli Zenfira Məmməd qızı1962-ci ildə Sumqayıt şəhərində anadan olmuş, 1980-ci ildə Sumqayıt şəhər 25 saylı orta məktəbi bitirmiş və həmən ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun Energetika fakultəsinə daxil olmuşdur. 1983-cü ildən Azərbaycan kommunal layihə İnstitutunun Sumqayıt filialında, 1986- cı ildən Lənkəran filialında mühəndis, 2005-ci ildən 2012 –ci ilə qədər Lənkəran Dövlət Universitetində Texniki təhlükəsizlik üzrə mühəndis, 2012-ci ildən 2016-cı ilin iyun ayına qədər Təchizat üzrə mühəndis, 2016-cı ilin iyul ayından hal-hazıra kimi təchizat üzrə mütəxəssis vəzifəsində çalışır.Ailəlidir, üç övladı var.
Alxasov Samir Müseyib oğlu -1979 –cu ildə Lənkəran şəhərində anadan olmuş 1985-ci ildə Lənkəran şəhər Xarici dillər təmayüllü qimnaziyaya daxil olmuş və 1996-cı ildə Gimnaziyanı bitirmişdir.Həmin ildə Lənkəran Dövlət Universitetinin İqtisadiyyat Fakultəsinə daxil olmuş və 2000-ci ildə bitirmişdir, Uzun müddət Yanğından mühafizə Cəmiyyətində təlimatçı işləmişdir. 2016-cı ildən Lənkəran Dövlət Universitetində Texniki təhlükəsizlik üzrə mütəxəssis, 2019-cu ilin avqust ayından Təmir işləri üzrə mühəndis vəzifəsində çalışır. Ailəlidir iki övladı var. E-mail ünvanı Samiralxasov 313@ mail.ru
Əliyev Məmmədağa Nəcəfəli oğlu1951-ci ildə Lənkəran rayon Aşağı –Nüvədi kəndində anadan olmuşdur.1957-ci ildə qəsəbə 8 illik məktəbinin birinci sinfinə daxil olmuşdur. 1966-cı ildə Lənkəran şəhər 1 saylı orta məktəbinin 9-cu sinfinə daxil olmuşdur.1973-cü ildə D.Bünyadzadə adına Xalq Təsərrüfatı İnstitutunun maliyyə-statistika fakültəsinin maliyyə-kredit şöbəsini əyani formada bitirmişdir. 1973-cü ildə Dövlət bankının Lənkəran şöbəsində iqtisadçı vəzifəsində çalışmışdır. Lənkəran şəhər Maliyyə şöbəsində müxtəlif vəzifələrdə çalışmışdır. 2005-ci ildən Lənkəran Dövlət Universitetində Anbardar vəzifəsində çalışır.Ailəlidir üç övladı var.
İnzibati bina və Elmi kitabxana, Turizm –təcrübə bazası və 3 saylı Tədris korpusu üzrə komendant- Quliyev Tofiq Fətda oğlu 1962-ci ildə Lənkəran şəhər Port-İliç qəsəbəsində anadan olmuş,1981-ci ildə orta məktəbi bitirmişdir.1984-1990-cı illərdə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun maşınqayırma fakultəsini bitirmişdir.Lənkəran şəhər Cihazqayırma zavodunda texnoloq,Qızılağac Dövlət Qoruğunda sahə rəisi, Bakı Şin zavodunun Marsoda yerləşən Lənkəran filialında baş mühəndis və 2019-cu il sentyabr ayından Lənkəran Dövlət Universitetində komendant vəzifəsində çalışır.Ailəlidir, iki övladı var.
1 saylı tədris korpusunun komendantı – Abdullayev İlqar Sahib oğlu 1964-cü ildə Lənkəran şəhəri Sütəmurdov kəndində anadan olmuşdur. 1981-ci ildə Sütəmurdov kənd məktəbini bitirib, 1 saylı Çay fabrikində fəhlə, sürücü işləmiş,1992-ci ildən LDU-nun “Alimlər evində” və 1 saylı tədris korpusunda komendant vəzifəsində çalışmışdır.Ailəlidir, iki övladı var.
2 saylı tədris korpusunun komendantı- Həsənzadə Vüsalə Fərahim qızı, 1984-cü ildə Lənkəran şəhərində anadan olmuş, 1990-cı ildə 2 saylı orta məktəbə daxil olmuş və 2000 –ci ildə bitirmişdir. 2001-ci ildə Lənkəran şəhər Humanitar Kollecə daxil olmuş və 2004-cü ildə Kolleci bitirmişdir. 2005-ci ildən hal hazıra kimi Lənkəran Dövlət Universitetinin 2 saylı tədris korpusunda komendant vəzifəsində çalışır.
4 saylı korpusun komendantı- Məmmədov Məmmədhüseyn Xanbaba oğlu 1950-ci ildə Lənkəran rayonu Şilavar kəndində anadan olmuşdur. 1967-ci ildə Lənkəran şəhər İnternat məktəbini, 1986-cı ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirmişdir.1972-ci ildən Bakı şəhərində polad əritmə zavodunda sürücü, Lənkəran ət kombinatında sex rəisi, DRT-də direktor , uzun müddət Lənkəran şəhər Təhsil şöbəsində rəis işləmiş, 2019-cu ilin may ayından hal-hazıra kimi Lənkəran Dövlət Universitetində 4 saylı korpusun (qızlar yataqxanası) komendantı vəzifəsində çalışır. Ailəlidir, 3 övladı var.
Lənkəran şəhər H.Aslanov xiyabanı -50 ( indeks 4200 ), 25-5-06-92, faks 25-5-25-86.