“Biologiya və ekologiya” kafedrası haqqında məlumat

“Biologiya və ekologiya” kafedrası 2020-ci ildə “Biologiya və tibbi biliklər” kafedrasının əsasında yaradılmışdır. Kafedra respublikanın orta ümumtəhsil məktəbləri üçün pedaqoji kadrların və ekologiya sahəsində ekoloq mütəxəssislərin hazırlanmasında mühüm rol oynayır. Kafedranın nəzdində 1 tədris laboratoriyası - Biologiyanın tədrisi laboratoriyası fəaliyyət göstərir və 4 biologiya üzrə fəlsəfə doktoru, dosent, 2 fəlsəfə doktoru, baş müəllim, 2 nəfər baş müəllim, 5 nəfər müəllim, 1 laboratoriya müdiri və 1 laborant çalışır. Kafedrada biologiya və ekologiya istiqamətində “Ekoloji monitorinq və genomun mühafizəsi” mövzusunda elmi-tədqiqat işləri aparılır.

Kafedranın əsas elmi və pedaqoji fəaliyyət istiqamətləri:

1.Ətraf mühitin ekoloji monitorinqi

2. Cənub bölgəsinin bioehtiyatları və ekoloji vəziyyəti

3. Biologiyanın tədrisində innovativ təlim texnologiyalarından istifadə

Kafedra üzrə ixtisaslaşmaların siyahısı:

- Kimya və biologiya müəllimliyi (bakalavr);

- Biologiya fənninin tədrisi metodikası və metodologiyası (magistratura)

- Ekologiya (bakalavr);

- Ətraf mühitin mühafizəsi metodları və bərpası (magistratura)

Kafedra üzrə tədris olunan əsas fənlər:

Bakalavr üzrə:

Kimya və biologiya müəllimliyi:

İxtisas-peşə hazırlığı fənləri:

1. Biologiyanın tədrisi metodikası

2. Bitkilərin anatomiyası və fiziologiyası

3. Bitkilərin sistematikası

4. Onurğasızlar zoologiyası

5. Onurğalılar zoologiyası

6. Bitki fiziologiyası

7. İnsan və heyvan fiziologiyası

8. İnsan anatomiyası

9. Sitologiya

10. Histologiya

11. Biokimya və molekulyar biologiya

12. Genetika və seleksiya

13. Mikologiya

Seçmə fənlər (peşə hazırlığı üzrə)

1. Anatomiyanın tədrisinin məktəb kursu

2. Fərdi inkişafın biologiyasının məktəb kursu

3. Fizioloji proseslərin tədrisinin məktəb kursu

4. Zoologiyanın tədrisinin məktəb kursu

5. İnsan ekologiyası

6. Ümumtəhsil kurikulumun əsasları

7. Ümumtəhsil məktəbləri üçün biologiya fənni üzrə təhsil kurikulumu

8. Biologiya dərslərində müasir təlim texnologiyaları

9. Biologiyanın tədrisində müstəqil işlər

10. Botanikanın tədrisinin məktəb kursu.

11. Bioloji eksperimentlər

12. Biologiya fənninin tədrisində fəndaxili və fənlərarası əlaqə

Ekologiya ixtisası üzrə:

İxtisas-peşə hazırlığı fənləri:

1. Ümumi ekologiya

2. Biologiya

3. Biosfer və onun mühafizəsi

4. Heyvanların ekologiyası

5. Coğrafiyanın ekoloji əsasları

6. Heyvanlar aləmi

7. Ekoloji monitorinq

8. İnsan biologiyası

9. Ekoloji təhlükəsizlik və risklər

10. Biomüxtəliflik və onun qorunması

11. Sənaye ekologiyası

12. Məişət ekologiyası

13. Meşəçilik və meşə ekologiyası

14. İnsan, ətraf mühit və davamlı inkişaf

15. Tətbiqi ekologiya

16. Ekologiya hüququ və təbiətdən istifadənin hüquqi əsasları

17. Biosferin ekoloji xüsusiyyətləri vəmühafizəsi

18. Ekoloji trədqiqat metodları

19. İnsan ətraf mühit və davamlı inkişaf

20. Ekoloji təhlükəsizlik və risklər

Seçmə fənlər (peşə hazırlığı üzrə)

1. Mikrobiologiya və mikrobioloji tedqiqat metodları

2. Ekotoksikologiya

3. Azərbaycan su ehtiyatları və onun ekologiyası

4. Bitki ekologiyası

5. Azərbaycanın fiziki coğrafiyası

6. Ekoloji genetika

7. Əhali və sosial ekologiya

8. Aqroekologiya

9. Qidalanma ekologiyası və ekoloji təmiz qida məhsulları

10. Torpağın ekologiyası və ekoloji qiymətləndirilməsi

11. Sənaye ekologiyası və radioekologiya

12. Ekoloji standartlaşma və sertifikatlaşdırma

13. Tullantısız texnologiyalar və tullantıların təkrarı

14. Urbanizasiya və şəhərsalma ekologiyası

Ali təhsilin bakalavr səviyyəsi digər ixtisaslarında tədris olunan fənlər:

1. Bioloji kimya

2. İnsan biologiyası

3. Ümumtəhsil kurrikulumunun əsasları

4. Mikrobiologiya və mikrobioloji tədqiqat metodları

5. Botanikanın tədrisinin məktəb kursu

6. Uşaq anatomiyası, fiziologiyasının əsasları

7. Uşaq anatomiyası, fiziologiyası və gigiyenası

8. Ətraf aləmlə tanışlığın metodikası

9. Həyat bilgisi və onun tədrisi metodikası

10. Heyvanlar aləmi

11. Zoologiya

12. Sitologiya, histologiya və embriologiya

13. Tibbi biliklərin əsasları

14. Pediatriya və gigiyenanın əsasları

Magistratura üzrə:

İxtisas (ixtisaslaşma) fənlər bölümü:

1. Biologiyanın tədrisi metodikasının müasir problemləri

2. Biologiyanın tədrisi metodikasının tarixi və metodologiyası

3. AMTMOF (Biologiyadan şagird nailiyyətlərinin qiymətləndirilməsi)

İxtisaslaşmaya ayrılan fənlər:

1. Məktəb biologiya kursunun elmi-nəzəri əsasları

2. Bioloji anlayışların tədrisi metodikası

3. Bioloji qanun və nəzəriyyələrin öyrədilməsi

4. Biologiya dərslərində ekoloji təhsil və tərbiyyə

5. Biologiyanın tədrisinin təkmilləşdirilməsinin başlıca istiqamətləri

Seçmə fənlər:

1. Ümumi biologiyanın tədrisi metodikası

2. Biologiyanın tədrisində təbiyyət elmləri arasında əlaqə

3. Tədqiqat üsulları (Təbiət elmləri üçün)

4. Biologiya dərslərində İKT-dən istifadə

5. İnsan biologiyasının tədrisi metodikası

6. Botanikanın tədrisi metodikası

7. Zoologiyanın tədrisi metodikası

8. Biologiyanın tədrisində yeni təlim texnologiyaları

Kafedra müdiri haqqında.

Dos. Məmmədhüseyn Babalı oğlu Hüseynov

Biologiya üzrə fəlsəfə doktoru, dosent Məmmədhüseyn Babalı oğlu Hüseynov 03 dekabr 1962-ci ildə Lerik rayonun Osnağakücə kəndində anadan olmuşdur. 1979-cu ildə Lənkəran rayonu Liman şəhər 1 saylı tam orta məktəbini bitirmişdir. 1984-cü ildə Bakı Dövlət Universitetinin biologiya fakultəsinə qəbul olmuş və 1989-ildə həmin universitetin biologiya fakultəsində təhsilini fərqlənmə diplomu ilə başa vurmuşdur. 1989-cü ildə AMEA-nın Genetika və Seleksiya İnstitutunun aspiranturasına daxil olmuş, 1993-cü il 03 fevralda “Feyxoa meyvələrindən alınmış ekstraktların antimutagen aktivliyi” mövzüsunda dissertasiya işini Genetika və Seleksiya İnstitutunun (indiki Genetik Ehtiyatlar intitutunda) müdafiə şurasında mudafiə edərək biologiya elmləri namizədi elmi dərəcəsini almışdır. Ali məktəbdə ilk pedaqoji fəaliyyətinə 1992-ci ildə Lənkəran Dövlət Universitetində məllim kimi başlamış, kafedrada müəllim, baş müəllim, dosent (13 noyabr 2002 – ci il ) kimi fəaliyyətindən sonra 15 mart 1999-cu ildə “Kimya və biologiya” kafedrasına müdiri vəzifəsinə təyin edilmişdir. 10 iyun 1999-cu ildə müsabiqən keçib? “Kimya və biologiya” kafedrası müdiri vəzifəsində işləmişdir. 2011-ci ildə ikinci müddətə “Kimya və biologiya” kafedrasına müdir seçilmişdir. M.Hüseynov 06.02.2019-cu il tarixdən Bakı Dövlət Universitetinin Biologiya fakültəsində, “Genetika və təkamül təlimi” kafedrasının 2409.01- Genetika” ixtisası üzrə büdcə hesabına elmlər doktoru proqramı üzrə dissertantdır. “Theaseae , Murtaseae və Ebanaseae fəsilələrinin bir sıra nümayəndələrinin dəyişən ekoloji şəraitlərdə genetik müxtəlifliyinin tədqiqi” mövzusunda doktorluq dissertasiyası üzərində işləyir. Müasir Genetika sahəsində mütəxəssisdir. Ali təhsilin bakalavr səviyyəsi tələbələri üşün nəzərdə tutulmuş 2 dərslik - “Ümumi sitologiya” ( 2005), “Sitologiya” (2019), 2 dərs vəsaiti- “Sitologiya” (1999), “Embriologiya” (2010), 4 metodiki vəsait, 10 proqram, 1 müəlliflik şəadətnaməsi, 70-dən çox elmi məqalə və tezisin müəllifidir. Hal-hazırda Lənkəran Dövlət Universiteti, “Biologiya və ekologiya” kafedrasında 0,5 ştat dosent və həmin kafedranın müdiri vəzifəsində çalışır. Ailəlidir. Üç övladı var. Lənkəran şəhəri, məhəllə 21, dalan 5, ev 1 ünvanında yaşayır.

Kafedra əməkdaşları haqqında.

Dos. Ramiz Zeynulla oğlu Şəmmədov

09.05.1968 – ci ildə Masallı rayonu Ərəb kəndində anadan olmuşdur. 1993 – cü ildə Bakı Dövlət Universitetinin biologiya fakültəsini fəqlənmə diplomu ilə bitirmişdir. 2004 – cü ildə AMEA – nın Genetika və Seleksiya institutunda (indiki Genetik Ehtiyatlar intitutunda) namizədlik dissertasiyası ilə müdafiə edərək biologiya elmləri namizədi elmi dərəcəsi almışdır. 2010 – cu ildən “Genetika” ixtisası üzrə dosentdir. 2010 – cu ildən 2016 cı ilədək LDU – nun elmi işlər üzrə prorektoru olmuşdur. 2013 – cü ildən 2016 – cı ilədək LDU – nun “İqtisadi informatika və ekologiya” kafedrasının müdir əvəzi işləmişdir. 9 sentyabr 2016 – cı ildən isə LDU –nun Təbiyyat fakültəsinin dekan vəzifəsini icra edib, 09 fevral 2017-ci ildən Təbiyyat fakültəsinin dekanıdır. 71 elmi işin müəllifidir. 1 monaqrafiya, 1 dərs vəsaiti, 8 proqram müəllifidir. Hal – hazırda AMEA – nın Genetik Ehtiyatlar institutunda “Lənkəran-Astara bölgəsində bitən bir sıra dərman bitkilərinin ekoloji davamlılığının qiymətləndirilməsi” mövzusunda elmlər doktoru proqramı üzrə təhsilini davam etdirir.

Dos.Elvin Ərkan Oğlu Əliyev

01 yanvar 1989 - cu il tarixində Astara rayonun Vaqo kəndində ziyalı ailəsində anadan olmuşdur. 2006 – cı ildə Astara rayonun Zülfüqar Əhmədzadə adına 2 saylı Pensər kənd tam orta məktəbini bitirmişdir. Həmin il, Türkiyə Respublikasının Kars Kafkas Dövlət Üniversitetinə qəbul olmuş və 2010-cu ildə Universitetin Biologiya bölümündən fərqlənmə ilə məzun olmuşdur. 2010-cu ildə Türkiyə Respublikası Atatürk Üniversiteti Tibb Fakültəsində Tibbi biokimya ixtisası üzrə magistraturaya qəbul olmuş, 2012- ci ildə “Tiroid xəstəliyi” istiqamətində magistr dissertasiya işimi müdafiə etmişdir. 2012 - ci ildə Türkiyə Respublikası Atatürk Üniversiteti Tibb Fakultəsində Tibbi biokimya ixtisası üzrə doktoranturaya qəbul olmuş və 2015-ci ildə “İnsan bədxassəli xərçəng xəstəliyi” istiqamətində doktorluq dissertasiya işimi müdafiə edərək Fəlsəfə Doktoru (Ph.D) alimlik elmi dərəcəsi almışdır. (Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının diplomu - təkrar attestasiya FD №10472. 2017)

Təhsil müddəti dövründə, Türkiyə Respublikası Atatürk Üniversiteti Tibb Fakültəsinin Tibbi biokimya kafedrasında Elmi – Pedaqoji fəaliyyət göstərmiş, bir çox Elmi – Tətqiqat layihələrin iştirakçısı olmuş və eləcə də müxtəlif tibb müəssisələrində ixtisası üzrə işləmişdir. Elmi - Tədqiqat işlərinə (Amerika, İtalya, İspanya, İngiltərə, Almanya, Fransa kimi ölkələrdən) 100-dən çox istinad verilmişdir. (ımpact factor 11.07).

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Sağlam Ailə” Tibb mərkəzində, Azərbaycan Respublikası Milli Elmlər Akademiyası Genetika İnistitutunda elmi işçi, həmin İnstitutda yeni yaradılmış “İnsan Genetikası” bölməsinin rəhbəri vəzifəsində, Azərbaycan Respublikası Təhsil Nazirliyi Lənkəran Dövlət Üniversitetinin Elmi katibi, Elm şöbəsinin müdiri vəzifələrində çalışmışdır. 2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən ona 2406.02- Biokimya ixtisası üzrə dosent elmi adı verilmişdir. 2016-cı ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. 2018-ci ildən Bakı Dövlət Universitetində, Elmlər Doktorluğu proqramı üzrə xərçəng xəstəliyi istiqamətində tədqiqat işləri aparır.

Hal hazırda “Tədqiqat işləri və innovasiyalar” ürzə prorektor vəzifəsini icra edir və Universitetin “Biologiya və ekologiya” kafedrasında əvəzçiliklə 0,5 ştat dosent vəzifəsində çalışır.

Ailəlidir. İki övladı var.

Web of Science ResearcherID:  AAP-7150-2021 

Publons account:  https://publons.com/researcher/4474022/elvin-aliyev/   

ORCID ID:   https://orcid.org/0000-0003-3755-5846  

Google scholar:  https://scholar.google.com/citations?user=ITRoZtcAAAAJ&hl=tr 

Seçilmiş əsərləri:

1. Cognitive functions and serum levels of brain-derived neurotrophic factor in patients with major depressive disorder. Brain Research Bulletin Journal Elsevier. 88(5):454-459. 2012. The United States of America (USA).

2. The Effect of Bilberry on Nitric Oxide and Malondialdehyde Levels in Lung Tissue of Nicotine Applied Rats. Acta Physiologica.215:35-35;Sep.2015. England.

3. Serum brain-derived neurotrophic factor differences between the luteal and follicular phases in premenstrual dysphoric disorder. General Hospital Psychiatry. Elsevier. May–June. 37(3):266-72. 2015. The United States ofAmerica (USA).

4. The Effects of Exercise on Kidney Oxidant and Antioxidant Systems in Rats with Experimental Hyperthyroidism. Acta Physiologica. 215:80-80; Sep.2015. England.

5. Serum Apelin and ADMA Levels in Type 2 Diabetics with and without Vascular Complications. Diabetes & Metabolic Syndrome: Clinical Research & Reviews, Elsevier. April–June; 10 (2 Suppl 1):106-109. 2016. Amsterdam The Netherlands.

Dos. Kamil Arif oğlu İsmayılov

20 fevral 1961-ci ildə Kürdəmir rayonunda anadan olmuşdur. 1968-ci ildə Bakı şəhərində 52 saylı məktəbə daxil olub, 1978-ci ildə qızıl medalla qurtarmışdır. Həmin ildə Azərbaycan Dövlət Universitetinin biologiya fakultəsinə daxil olub, 1983-ci ildə fərqlənmə diplomu ilə qurtarmışdır. 1983-ci AMEA-nın Botanika institutunda baş laborant vəsifəsində əmək fəaliyyətinə başlamışdır. 1991-ci ildə AMEA-nın Genetika və Seleksiya institutunun müdafiə şurasında “Bitkilərin dözümlülüyünün genetik qiymətləndirilməsi və onların ekstremal şəraitdə antimutagen müdafiəsi” mövzusunda müdafiə edib, biologiya elmlər namizədi elmi dərəcəsi almışdır. 2003-ci ildə Genetika və Seleksiya institutunun bazası əsasında Genetik Ehtiyatlar institutu yaradıldığı vaxtdan 2009-cu ilə qədər orada elmi fəaliyyətlə məşğul olmuşdur. 2005-2009-cu illərdə İctimai Televiziya və Radio Yayımları Şirkətində Gənclər, elm və təhsil departamentində redaktor vəzifəsində çalışmışdır. 2009-2015-ci illərdə bank sektorunda müxtəlif vəzifələrdə çalışmışdır. Azərbaycan Kooperasiya Universitetinin “Standartlaşdırma və texnologiya” kafedrasının müdiri və Lənkəran Dövlət Universitetnin “Biologiya və ekologiya” kafedrasında 0,5 ştat dosent vəzifəsində çalışır. 40-dan yuxarı elmi məqaləsi daxili və xarici elmi jurnallarda çap olunmuşdur.

Baş müəllim Mahmud Fərzəli oğlu Hümbətov

Hümbətov Mahmud Fərzəli oğlu 25 sentyabr 1954-cü ildə Gürcüstanın Dmanisi rayonunun Ormeşən kəndində anadan olub. 1961-ci ildə Ormeşən kənd məktəbinə getmişdir və 1971-ci ildə Kirovisi orta məktəbini bitirmişdir. Elə həmin ildə də Gəncə Dövlət Universitetinin Kimya-biologiya fakültəsinin Biologiya ixtisasına daxil olmuş və 1975-ci ildə universiteti bitirmişdir. 1975-1977-ci illər ərzində Kəlbəcər rayonunun Həsənlər kənd 8 illik məktəbində kimya-biologiya müəllimi olaraq işləmişdir. 1978-ci ildə Azərbaycan Elmlər Akademiyasının A.Qarayev adına İnsan, heyvan fiziologiyası İnstitutunun aspiranturasına daxil olmuşdur. 1984-cü ildə dissertasiya işimi müdafiə edib biologiya elmlər namizədi (biologiya üzrə fəlsəfə doktoru) adını almışdır. 1985-1987-ci illərdə Xarici dillər universitetində yaş fiziologiyası və ATU-da İnsan və heyvan fiziologiyasından dərs demişdir. 1988-ci ilə qədər həmin inititutda elmi işçi vəzifəsində, 1988-1990-cı illərdə isə Respublika Axtarış Layihə Stansiyasında baş mütəxəssis vəzifəsində işləmişdir. 1990-1992-ci illərdə Diaq İnternational şirkətində təsərrüfat üzrə direktor müavini olaraq çalışmışdır. 1993-2002-ci illərdə müxtəlif hazırlıq kurslarında müəllim kimi fəaliyyət göstərdikdən sonra 2002-2004-cü illərdə Zəngi liseyində müəllim vəzifəsində işləmişdir. 2013-cü ildən bu günə kimi Bakı City Hospitalda Təbii üsullarla müalicə həkimi və marketoloq kimi fəaliyyət göstərir. Ailəlidir və 2 övladı var. Hal-hazırda Bakı şəhəri, O.Mustafayev küçəsi, 56 A ünvanında yaşayır.

Biol.ü.f.d.Qorxmaz Kazım oğlu Ağayev

Biologiya üzrə fəlsəfə doktoru, baş müəllim Qorxmaz Kazım oğlu Ağayev 11 fevral 1976-cı ildə Lerik rayonunun Günəşli kəndində anadan olmuşdur. 1993-cu ildə Lənkəran rayonu T.Zamanov adına Marso (indiki Ürgə) kənd tam orta məktəbini əla qiymətlərlə bitirmiş və Lənkəran Dövlət Universitetinin “Coğrafi ekologiya və ətraf mühitin mühafizəsi” ixtisası üzrə I kursuna qəbul olunmuşdur.

1997-ci ildə coğrafçı-ekoloq ixtisası üzrə bakalavr səviyyəsini bitirərək “Təbiətdən istifadə və təbiəti mühafizə” ixtisası üzrə magistraturaya qəbul olunmuş və 1999-cu ildə Ulu öndərimiz Heydər Əliyev adına təqaüd və fərqlənmə diplomu ilə magistraturanı bitirmişdir.

1999-2000-ci tədris ilinin sentyabr ayından Lənkəran Dövlət Universitetində daimi əmək fəaliyyətinə başlamışdır. 3 il tədris işləri üzrə inspektor vəzifəsində işlədikdən sonra 2002-2003-cü tədris ilindən “Coğrafiya və ekologiya” kafedrasında müəllim kimi fəaliyyətə davam etmişdir.

2006-2007-ci tədris ili dövründə Naxçıvan Sərhəd Diviziyasında hərbi xidmət keçmişdir. 2009-cu ildən Tədris şöbəsinin müdiri vəzifəsinə təyin olunmuş və 2012-ci ilin sentyabr ayınadək bu vəzifədə çalışmışdır.

2010-cu ilin noyabr ayında AMEA-nın Mikrobiologiya İnstitutunun Müdafiə Şurasında “Lənkəran təbii vilayətində yerləşən çayların müasir mikrobioloji və ekoloji vəziyyəti” mövzusunda dissertasya müdafiə edərək biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.

2011-2012-ci tədris ilinin sonunda “İqtisadi informatika və ekologiya” kafedrasında 1,0 stat baş müəllim vəzifəsinə keçirilmişdir.

01 oktyabr 2012-ci ildən baş müəllim vəzifəsindən 0,5 ştat əvəzçiliyə keçirilməklə, tam ştat tərbiyə işləri üzrə prorektor əvəzi vəzifəsinə təyin edilmiş və 2013-cü il aprel ayının 15-dək bu vəzifədə çalışmışdır.

2015-2016-cı tədris ilində İqtisadi informatika və ekologiya kafedrasında, 2019-2020-ci tədris ilində Coğrafiya və ekologiya kafedraslnda pedaqoji və elmi fəaliyyətini davam etdirmişdir.

Hal-hazırda Biologiya və ekologiya kafedraslnda 1,0 ştat baş müəllim vəzifəsində çalışır.

İndiyə qədər 30-dan çox elmi məqalələri AMEA-nın müxtəlif İnstitutlarının, respublika ali məktəblərinin elmi xəbərlərində, beynəlxalq universitet və konfransların (Rusiya, Qazaxıstan və Gürcüstanda) jurnallarında nəşr olunmuşdur.

Ailəlidir. 3 övladı vardır. Lənkəran şəhərində yaşayır.

Baş müəllim Ramazanlı Zakir Zaid oğlu.

06 oktyabr 1976-cı ildə Lerik rayonunda anadan olmuşdur. 1994-cü ildə Lerik rayonun Hamarat kənd orta məktəbini bitirmişdir. 1998-ci ildə BDU-nun Coğrafiya fakültəsinin “Okeanologiya” ixtisasını bakalavr pilləsi üzrə bitirmişdir. 1998-1999-cü illərdə Lerik rayonu Conu kənd orta məktəbinin direktoru vəzifəsində çalışmışdır. 1999-2001-ci illərdə A.S.Makarenko adına humanitar fənlər təmayüllü gimnaziyasında coğrafiya müəllimi işləmişdir. 2001-2011-ci illərdə Bakı Sənaye Pedaqoji Kollecin coğrafiya və ekologiya müəllimi işləmişdir. 2005-ci ildə BDU-nun Coğrafiya fakültəsinin “İqtisadi və sosial coğrafiya” ixtisasını magistratura pilləsi üzrə fərqlənmə diplomu ilə bitirmişdir. 2011-2016-ci illərdə Azərbaycan Müəllimlər İnstitutun “İctimai fənlər” kafedrasında coğrafiya və ekologiya müəllimi işləmişdir. 2017-ci ildə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Elmi Tədqiqat Su Problemləri İnstitutunun Hidrogeoloji tədqiqatlar bölməsinin “Hidrologiya” ixtisasını fəlsəfə doktoru hazırlığı üzrə bitirmişdir. 2020-ci ildə “Kür çayında məcra proseslərinin yaratdığı ekoloji risklərin proqnozlaşdırılması və idarə edilməsi” dissertasiya mövzusunu tamamlamış və ilkin müzakirə üçün Elmi Tədqiqat Su Problemləri İnstitutuna təqdim etmişdir. 2016-2020-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetin Tarix və Coğrafiya fakültəsinin “Ümumi coğrafiya” kafedrasının coğrafiya və ekologiya müəllimi işləmişdir. Hazırda Lənkəran Dövlət Univeresitetinin “Biologiya və ekologiya” kafedrasında 1.0 ştat baş müəllim vəzifəsində çalışır. 15 elmi əsərin müəllifidir. Ailəlidir, iki övladı var.

Murad Ağaddin oğlu Şahverdiyev

17 yanvar 1991-ci il tarixində Lənkəran rayonu Ləj kəndində anadan olmuşdur. 2008-ci ildə orta məktəbi bitirmişdir. Həmin il Lənkəran Dövlət Universitetinin Biologiya ixtisasına daxil olmuşdur. 2012-ci ildə universitetin Biologiya ixtisası üzrə bakalavr pilləsini bitirmiş və magistratura üzrə təhsilini davam etdirmişdir. 2016-cı ildə Naxçıvan Dövlət Universitetinin Botanika ixtisasının magistratura pilləsini fərqlənmə diplomu ilə bitirmişdir. 02.09.2013-cü ildən 20.05.2014-cü ilə qədər Lənkəran rayonu Gəgiran kənd tam orta məktəbində biologiya müəllimi işləmişdir. 20.05.2014-cü il tarixindən 12.09.2017-ci ilə kimi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsində məsləhətçi vəzifəsində çalışmışdır. 13.09.2017-ci il tarixindən Lənkəran Dövlət Universitetində Biologiya laboratoriyasının müdiri vəzifəsinə, 16.09.2019-cü il tarixindən “Biologiya və ekologiya” kafedrasında müəllim vəzifəsinə təyin olunmuşdur. “Ekologiya” ixtisası üzrə doktorantdır. 13 elmi əsərin müəllifidir.

Şəbnəm Ədalət qızı Mirzəyeva

15 aprel 1988-ci ildə Lənkəran şəhərində anadan olmuşdur. 1994-cü ildə Lənkəran şəhər 1 saylı orta məktəbinə daxil olmuş,2005-ci ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir. 2006-cı ildə Lənkəran Dövlət Universitetinin Biologiya ixtisasına daxil olmuşdur. 2010-cu ildə Universitetin Biologiya ixtisası üzrə bakalavr pilləsini bitirmiş və magistratura üzrə təhsilini davam etdirmişdir. 2012-ci ildə Lənkəran Dövlət Universitetinin magistratura pilləsinin Ekologiya (Biologiya istiqaməti üzrə) ixtisasını fərqlənmə diplomu ilə bitirmişdir. 2011-ci ildən 2016-cı ilə kimi Lənkəran Tibb Kollecində laborant, 2016-cı ildən 2019-cu ilə qədər isə Kollecdə müəllim vəzifəsində çalışmışdır. 2019-cu ildə Lənkəran Dövlət Universitetinin Mikrobiologiya ixtisası üzrə Doktorantura pilləsinə daxil olmuşdur. Elə həmin ildən Lənkəran Dövlət Universitetinin “Biologiya və ekologiya” kafedrasında 1.0 ştat müəllim vəzifəsində çalışır. 4 elmi əsərin müəllifidir.

Baş müəllim Əhmədağa Bahadır oğlu Tahirov

Tahirov Əhmədağa Bahadır oğlu 1950-ci ildə Lerik rayonunun Cəngəmiran kəndində anadan olmuşdur. 1967-ci ildə orta məktəbi, 1974-cü ildə isə Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu bitirmişdir. 1974-cü ildə Lerik rayonunun Vizəzəmin, 1983-cü ildən isə Lənkəran rayonunun Nərimanabad və Osakücə kənd xəstəxanalarında həkim və baş həkim vəzifələrində işləmişdir. 1996-cı ildən Lənkəran Dövlət Universitetində çalışır. Hal-hazırda “Biologiya və ekologiya” kafedrasının baş müəllimidir və “Tibbi biliklərin əsasları” fənninin tədris edir.

Nərmin Natiq qızı Salayeva

1988-ci ildə Lənkəran şəhərində anadan olmuşdur. 2005-ci ildə Lənkəran şəhər 4 saylı orta məktəbini, 2010-cu ildə isə Odlar Yurdu Universitetinin Müalicə işi fakültəsini bitirmiş, həkim-terapevt ixtisasına yiyələnmişdir. Lənkəran Mərkəzi Rayon Xəstəxanasının Poloklinika şöbəsində həkim-terapevt vəzifəsində çalışır. 2016-cı ildə Lənkəran Dövlət Universitetinin “İbtidai təhsil və məktəbəqədər təlim” kafedrasında, 2018-ci ildən isə “Biologiya və ekologiya” kafderasında “Tibbi biliklərin əsasları” fənnini tədris edir. 2019-cu ildən Lənkəran Dövlət Universitetinin “Genetika” (2409.01) ixtisası üzrə doktorantıdır.

Gülmayə Sahib qızı Əkbərova

Əkbərova Gülmayə Sahib qızı 1961-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur. 1978-ci ildə 13 nömrəli Sumqayıt şəhər kimya təmayüllü orta məktəbini bitirmişdir. Elə həmin il Azərbaycan Tibb İnstitutuna daxil olmuşdur. 1984-cü ildə həmin institutun pediatriya fakültəsini bitirmiş, Sumqayıt şəhər xəstəxanasına təyinat almışdır. Bir müddət Lənkəran uşaq evində həkim, Kərgəlan həkim məntəqəsində həkim, sonradan isə Aşağı Nüvədi həkim mntəqəsində həkim işləmişdir. 1997-ci ildən Lənkəran Tibb Kollecində saathesabı, 2000-ci ildən isə ştat üzrə müəllim vəzifəsində çalışıb. 2018-ci ildən isə Lənkəran Dövlət Universitetində 0.5 ştat müəllim kimi çalışır.

Ülkər Allahyar qızı Babayeva

1992-ci ildə Lənkəran rayonunun Türkəkəran kəndində ziyalı ailəsində anadan olmuşdur. 2009-cu ildə Lənkəran şəhər 7 saylı tam orta məktəbi bitirmiş, Lənkəran Dövlət Universitetinin “Coğrafiya müəllimliyi” ixtisasına qəbul olunmuşdur. 2013-cü ildə bakalavr səviyyəsi üzrə təhsilini başa vurmuş, həmin il Lənkəran Dövlət Universitetinin “Azərbaycanın fiziki coğrafiyası” ixtisaslaşması üzrə magistr səviyyəsinə qəbul olunmuşdur. 2016-cı ildə magistr səviyyəsi üzrə təhsilini başa vurmuş, həmin il Lənkəran Dövlət Universitetinin “Geoekologiya” ixtisaslaşması üzrə doktorantura səviyyəsinə qəbul olunmuşdur. Təhsil aldığı müddətdə “Tarix və onun tədrisi metodikası” kafedrasının laborantı, Elm şöbəsinin elmi işlər üzrə mütəxəssisi, daha sonra böyük mütəxəssisi vəzifəsində çalışmışdır. Hazırda Lənkəran Dövlət Universitetinin Elm Şöbəsinin müdiri vəzifəsində çalışır. Həmçinin “Biologiya və ekologiya” kafedrasının müəllimi və doktorantıdır. 18-dən artıq elmi əsərin müəllifidir. Ailəlidir, bir övladı var.

Aziz Eftekhari - Visiting Professor

Kafedranın qonaq profesoru

Kafedranın yerləşdiyi poçt ünvanı, telefonları, elektron ünvanı, faks nömrəsi

Kafedranın ünvanı :Lənkəran şəhəri, H.Z.Tağıyev küçəsi, 3 saylı korpus

Telefon:

Elektron ünvanı: Lsu.edu.az

Faks nömrəsi:

Kafedra haqqında məlumatları Dos. Məmmədhüseyn Hüseynov təqdim etmişdir.


Lənkəran Dövlət Universiteti 2001/2018 | Web design: Əlizadə Məhəmməd