Mətbəə



Mətbəə müdiri:

Ülvi Höccət oğlu Əsədullazadə

19 avqust 1995-ci ildə Lənkəran rayonunda doğulub. 2012-ci ildə Lənkəran rayon Çay fabriki tam orta məktəbini bitirib. Həmin il Lənkəran Dövlət Universitetinin Riyaziyyat və informatika müəllimliyi ixtisasına qəbul olunub. 2016/2017-ci ildə Azərbaycan Respublikasının Silahlı qüvvələrində xidmət edib. Ordudan tərxis olunduqdan sonra Lənkəran Dövlət Universitetində işə qəbul olunub, Vətən müharibəsi başlandıqdan dərhal sonra könüllü olaraq cəbhəyə yollanıb. Füzuli rayonu istiqamətində gedən döyüşlərdə yaralanaraq ordudan tərxis olunub və yenidən Lənkəran Dövlət Universitetinə qayıdıb. Hazırda LDU-nun nəzdində Mətbəənin müdiri vəzifəsində çalışır.

e-ünvan: uesedullazade@gmail.com

Telefon: 116 daxili

E-mail: metbee@lsu.edu.az

LDU-nun mətbəəsi 1996-cı ildən müxtəlif adlar altında fəaliyyət göstərmiş, 2001-ci ildən müstəqil LDU-nun struktur bölməsi kimi fəaliyyətini davam etdirir.

Vəzifələri:

· LDU-da nəşrə hazırlanan bütün çap məhsullarını nəşr etmək;

· Qəzet və jurnalları cildləmək.

Fəaliyyət istiqamətləri:

· LDU-da hazırlanmış biblioqrafik göstəriciləri, tövsiyə ədəbiyyatlarını, keçirilən tədbirlər üçün hazırlanan dəvətnamələri və tələbə və əməkdaşlara xidmətlə bağlı olan bölmələrin tələbnamə və nəzarət vərəqələrini çap edir, LDU-da çap ilə bağlı olan bütün məsələləri həll edir;

· LDU-nə daxil olan qəzet və jurnalları vaxtaşırı cildləyir;

· İşlənmiş, korlanmış, təmirə ehtiyacı olan, fiziki cəhətdən dağılmış qəzet, jurnal və kitabları bərpa edir və s.

LDU mətbəəsində hüquqi və fiziki şəxslərə yuxarıda göstərilən bütün sahələr üzrə universitetlə bağlanmış müqavilələr əsasında xidmət göstərilir.


Lənkəran Dövlət Universiteti 2001/2018 | Web design: Əlizadə Məhəmməd