"Riyaziyyat və informatika” kafedrası haqqında məlumat

“Riyaziyyat və informatika” kafedrası Lənkəran Dövlət Universitetinin ən böyük kafedralarından biridir. Kafedra 1992-ci ildən fəaliyyət göstərir. “Riyaziyyat və informatika” kafedrasının işinin əsas məqsədi tələbələrə riyaziyyatın müxtəlif bölmələrini tədris etmək, bu bölmələrin tətbiq sahələrini və bu istiqamətdə tədqiqat aparmaq üsullarını öyrətməkdir. Bu günə kimi azərbaycanın ən görkəmli alimlərindən 15-ə yaxın elmlər doktoru professor və 30-a yaxın elmlər namizədi dosent kafedrada fəaliyyət göstərmişdir. Əməkdar elm xadimi prof.Asəf İsgəndərov, AMEA-nın müxbir üzvi Rauf Hüseynov, AMEA-nın müxbir üzvi Kamil Aydazadə, AMEA-nın müxbir üzvi Orxan Məmmədyarov, prof.Qabil Yaqubov, prof.Məlik-Baxış, prof. Şövkət Baxışov, prof.Ələkbər Əliyev, prof.Tarverdi Əzizov, prof.Natiq İbrahimov, prof.Əliyev Nihan, prof.Ədalət Axundov, prof.Həmdulla Aslanov, prof. Vaqif Quliyev, prof.Əbulfət Pələngov, dos.Nəcəf Əliyev, dos.Zakir Məhərrəmov, dos.Kamandar Cəfərov, dos.Feyruz Həsənov, dos.Murğuzali Əliyev,dos.Aydın Şahbazov, dos.Mirnamiq Bəşirov və b. fəaliyyət göstərmişdir. Kafedraya əvvəlcə dos.Səbziyev Nəriman, dos.Mədətov Əminağa və dos.Heydərov Arif rəhbərlik etmişdir. Hazırda kafedra müdiri vəzifəsini riy.ü.f.d.,dos.Paşayev Nahid Cəlil oğlu icra edir. Paşayev Nahid Cəlil oğlu, riy.ü.f.d., dossent Riyaziyyatçı, “Diferensial tənliklər” ixtisası, iş stajı 20 il, 2015- ci ildən kafedra müdiri vəzifəsində çalışır.

Hazırda kafedrada 23 əməkdaş çalışır. Bunlardan 3 nəfər elmlər dokturu professor, 6 nəfər elmlər namizədi dosent, 2 nəfər fəlsəfə doktoru baş müəllim, 2 nəfər baş müəllim 9 nəfər müəllim və 1 nəfər laborant çalışır.

”Riyaziyyat” istiqamətində “Riyazi fizikanın klassik və qeyri-klassik diferensial tənliklər üçün sərhəd və optimal idarəetmə məsələləri” və “Riyaziyyat və informatikanın tədrisi metodları və distant təhsilin problemləri” mövzusunda 2 istiqamətdə elmi-tədqiqat işləri aparılır. Əməkdaşlar tərəfindən aparılan elmi-tədqiqat işlərinin nəticələri Respublikanın və bir sıra xarici ölkələrin elmi jurnallarda çap olunmuşdur.

Kafedra əməkdaşları universiteti müxtəlif grant layihələrində, beynəlxalq elmi konfranslarda və digər nüfuzlu tədbirlərdə təmsil etmişlər.

2014-cü ildə kafedra Moskva Dövlət Universitetinin professoru A.Q.Yaqola və Kiyev Dövlət Universitetinin professoru Nakaneçni ilə birlikdə elmi-praktik konfrans keçirmişdir.

25.01.2019-cu il tarixdə Rusiya Elmlər Akademiyasının Sibir Bölməsinin Sobolev adına Riyaziyyat İnstitutunun əməkdaşı professor İvan Anatoliyeviç Maltsevin rəhbərliyi ilə “Cəbrin müasir problemləri” mövzusunda Elmi seminar keçirilmişdir.

2014-cü tədris ilində iki dissertant Həmidov Ruslan Allahverən oğlu və Musayeva Mətanət Asəf qızı, 2015-ci ildə bir doktorant Paşayev Nahid Cəlil oğlu, 2016-ci ildə isə bir dissertant Mirzəyeva Səlimə Mirzə qızı, 2017-ci ildə doktorant Qasımov Rəşid Ataxan oğlu, 2018-ci ildə Həbibov Vahab Mehdi oğlu dissertasiya işlərini uğurla müdafiyə etmiş və riyaziyyat üzrə fəlsəfə dokturu elmi dərəcəsini almışdırlar.

Hal hazırda elmlər doktoru proqramı üzrə dissertantlıq yolu ilə Nahid Cəlil oğlu Paşayev, İdrak Mirzəbaba oğlu Əskərov və Ruslan Allahverən oğlu Həmidov BDU-nun doktorantlarıdılar.

Kafedra üzrə ixtisaslaşmaların siyahısı:

Bakalavriat üzrə:

1. Ali riyaziyyat

2. İnformatika

3. Riyaziyyat

4. İnformatika və təhsildə İKT

5. Diferensial tənliklər

6. Analitik həndəsə və ali cəbr

7. Riyazi analiz

8. Riyazi analiz -1

9. Riyazi analiz-2

10. Riyazi analiz-3

11. Riyazi analiz -4

12. Riyazi analiz-5

13. Cəbr-1

14. Cəbr-2

15. Cəbr-3(Coxhədlilər cəbri)

16. Analitik həndəsə-1

17. Analitik həndəsə-2

18. Həndəsə-2 (Həndəsə əsasları və proyektiv həndəsə)

19. Həndəsə-3(Diferensial həndəsə)

20. S/f.Funksiyalar və qrafiklər/Fəzada qurmaların tətbiqləri

21. Elementar riyaziyyat-1

22. Elementar riyaziyyat-2

23. Riyaziyyatın tədrisi metodikası

24. Adi diferensial tənliklər

25. İnformatikanın tədrisi metodikası

26. S/f.Məsələ həlli praktikumu (planametriya məsələləri)

27. S/f.Məsələ həlli praktikumu (streometriya məsələləri)

28. S/f. Məsələ həllindən praktikumu (Tənliklər və bərabərsizliklər)

29. Təhsildə İKT

30. Ehtimal nəzəriyyəsi və statistika elementləri

31. Riyazi fiziki tənliklər

32. Hesablama riyaziyyatı

33. S/F. Orta məktəbdə riyaziyyatın tədrisində elementar funksiyalar və qrafiklər

34. Həqiqi dəyişənli funksiyalar nəzəriyyəsi

35. S/f Məsələ həlli praktikumu-Ədədlər nəzəriyyəsinin elementləri

36. S/f Ümumtəhsil kurikulum islahatının əsasları

37. S/f İnformatikanın tədrisi praktikumu

38. Ibtidai siniflərdə informatika və onun tədrisi metodikası

39. Təhsildə İKT

40. Xətti cəbr və riyazi analiz

41. İqtisadi informatika

42. Xətti cəbr və analitik həndəsə

43. Riyazi statistika

44. Riyaziyyat - 3

b) Magistratura mərhələsi üzrə:

1. S/f Elmdə, təhsildə kompüter texnologiyası

2. Riyaziyyatın tədrisində məsələ həlli metodlarının öyrənilməsi

3. S/f Məktəb riyaziyyat kursunda tənlik və bərabərsizliklərin tədrisi

4. AMTMOF( Riyaziyyatdan şagird naliyyətlərinin qiymətləndirilməsi)

5. Məktəb riyaziyyat kursunda riyazi struktur ideyası

6. Məktəb riyaziyyat kursunda ali riyaziyyat elementlərinin tədrisi metodikası

7. Riyaziyyatın tədrisi metodikasının müasir problemləri

8. Riyaziyyatın tədrisi metodikasının tarixi və metodologiyası

9. Məktəb riyaziyyat kursunun elmi əsasları

10. Riyazi məntiqin tədrisi

11. S/f.Kəmiyətlərin öyrədilməsinin ümumi məsələləri

12. İnformatikanın tədrisi metodikasının elmi nəzəri əsasları

13. S/f Orta məktəbdə informasiyanın tədrisi metodikasının sturuktur və məzmunu

14. AMTMOF (Orta məktəbdə proqramlaşdırma dillərinin tədrisi metodikası)

15. Orta məktəb informatika kursunun məzmun xətlərinə aid tətbiqi proqramlar

16. Kompüter riyaziyyatının tədrisi metodikası

17. İnformatikanın tədrisinin müasir problemləri

18. İnformatikanın tədrisinin tarixi və metodologiyası

19. İnformatika dərslərinin və proqramlarının formalaşdırılması metodıkası

20. Tətbiqi və öyrədici tədris proqram paketləri

21. S/f.İnformatikanın riyazi əsasları

Kafedra müdiri haqqında məlumat:

Paşayev Nahid Cəlil oğlu – riyaziyyat üzrə fəlsəfə doktoru, dosent 1964-cu ildə Lənkəran rayonunun Gərmətük qəsəbəsində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra, 1982-ci ildə BDU-nun “Tətbiqi-riyaziyyat” fakültəsinə daxil olmuşdur. 1983-1985-ci illərdə ordu sıralarında xidmət etmiş, hərbi xidmətdən qayıtdıqdan sonra təhsilini davam etdirmişdir. 1989-cu ildə həmin universiteti bitirmişdir. 1999-cu ildən Lənkəran Dövlət Universitetində çalışır. İşlədiyi müddətdə Universitetində müəllim, baş müəllim, dosent, dekan müavini, inzibati-təsərrüfat işləri üzrə prorektor vəzifələrində çalışmışdır 2010-cı ildən LDU-nun “Diferensial tənliklər” ixtisasının doktorantı olmuşdur.

2015-ci ildə “Diferensial tənliklər” ixtisası üzrə riy.ü.f.d. elmi adı almışdır.

36 elmi məqalə - tezis ,1 metodik vəsait, 3 dərs vəsaiti və 3 fənn proqramının müəllifidir. Bir sıra qrant lahiələrində iştirak etmişdir.

Umud-96@mail.ru

Kafedra əməkdaşları haqqında

1.Mirzəyeva Səlimə Mirzə qızı - riyaziyyat üzrə fəlsəfə doktoru, dosent

1972-ci ildə Lənkəran rayonunun Aşağı Nüvədi qəsəbəsində anadan olmuşdur. 1996-cı ildə ADNA-nın “İdarəetmə proseslərinin avtomatlaşdırılması” fakültəsini fərqlənmə diplumu ilə bitirmişdir. 2011-ci ildən LDU-nun “Ekonometriya” ixtisası üzrə dissertant olmuşdur. 2016-cı ildə riyaziyyat üzrə fəlsəfə doktoru elmi adını, 2019-cü ildə isə dosentlik diplomunu almışdır. Lənkəran Dövlət Universitetində 1997-ci ildən fəaliyyət göstərir. Bu müddət ərzində baş laborant, elmi işçi, kafedra müdiri müavini, baş müəllim və dosent vəzifələrində çalışmışdır.

34 elmi məqalə və tezisin, 4 dərs vəsaiti, 1 metodik vəsait və 3 fənn proqramının müəllifidir.

Mirzayeva_Salima@mail.ru

2.Muradov Məmməd Fərrux oğlu - riyaziyyat üzrə fəlsəfə doktoru, dosent

1968-ci ildə Astara rayonunun Siyakü kəndində anadan olmuşdur. 1985-1992-ci illərdə ADPU-nun “Riyaziyyat-informatika müəllimliyi” ixtisasını bitirmişdir. 1993-cü ildən AMEA-nın “Riyaziyyat və mexanika” İnstitunun “Funksional analiz” kafedrasının dissertantı olmuşdur. 2007-ci ildə “Riyazi analiz” ixtisası üzrə fizika-riyaziyyat elmləri namizədi adı almışdır.

1 dərs vəsaiti, 1 fənn proqramı, 10 yaxın elmi məqalənin müəllifidir.

mammad_2011@mail.ru

3.Həbibov Şakir Əlif oğlu - baş müəllim

1951-ci ildə Lənkəran rayonunda anadan olmuşdur. 1973-cü ildə Azərbaycan Dövlət Universitetinin “Mexanika-riyaziyyat” fakültəsinə daxil olmuşdur.1979-cu ildə universiteti bitirərək “riyaziyyatçı, riyaziyyat müəllimi” ixtisasına yiyələnmişdir.1992-ci ildən LDU-da müəllim, baş müəllim vəzifələrində işləmişdir. 1994-2000-ci illərdə Universitetin Tələbə Elmi Cəmiyyətinin sədri olmuşdur.

1 dərslik, 3 metodik vəsait, 1 proqram və 24 elmi məqalənin müəllifidir.

SHakur.hebibov@mail.ru

4.Həbibov Vahab Mehdi oğlu - riyaziyyat üzrə fəlsəfə doktoru, dosent

20.11.1967-ci ildə Lənkəran şəhərində anadan olmuşdur. 1985-ildə BDU-nun “Mexanika-riyaziyyat” fakültəsinə daxil olmuş və 1992-ci ildə isə təhsilini bitirmiş, riyaziyyatçı, riyaziyyat müəllimi ixtisasını almışdır. 1996-cı ildən LDU-da müəllim kimi işləməyə başlamışdır. Hal-hazırda “Riyaziyyat və informatika” kafedrasının baş müəllimidir. 2018-ci ildə “Diferensial tənliklər” ixtisası üzrə dissertansiya işini uğurla müdafiyə etmiş və riyaziyyat üzrə fəlsəfə doktoru elmi adı almışdır.

1 dərs vəsaitinin və 20-dən çox elmi məqalə və tezisin müəllifidir.

vahab.hebibov@mail.ru

5.Qasımov Rəşid Ataxan oğlu - riyaziyyat üzrə fəlsəfə doktoru, dosent

Qasımov Rəşid Ataxan oğlu 1957-ci ildə Lənkəran rayonun Haftoni qəsəbəsində anadan olmuşdur. 1974-ci ildə orta məktəbi, 1978-ci ildə isə Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin Riyaziyyat fakültəsini bitirmişdir.

Lənkəran rayonunun Ləj kənd, şəhər 10 saylı orta məktəblərində riyaziyyat müəllimi işləmişdir. 2001-ci ildən Lənkəran Dövlət Universitetində müəllim, baş müəllim, dekan müavini, elmi katib, həmkarlar təşkilatının sədri vəzifələrində çalışmışdır. 2017-ci ildə “Diferensial tənliklər” ixtisası üzrə dissertansiya işini uğurla müdafiyə etmiş və riyaziyyat.

18 elmi məqalənin və 3 metodik vəsaitin müəllifidir.

r.qasimov@mail.ru

6. Fərzəliyeva Ülkər Mirsamid qızı - müəllim

27 iyul 1992-ci ildə Lənkəran şəhərində anadan olmuş, 2009-cu ildə Şürük kənd orta məktəbini bitirmişdir. 2009-2013-cü illərdə LDU-nun “Riyaziyyat-informatika” ixtisası üzrə bakalavr. 2013-2015-ci illərdə isə “Riyazi-analiz” ixtisası üzrə magistr təhsili almışdır. 7 elmi məqalənin müəllifidir. 2014-2017-ci illərdə Lənkəran Dövlət Humanitar Kollecində metodist-müəllim vəzifəsində çalışmışdır. 2017-ci ildən Lənkəran Dövlət Universitetinin “Kompyüter elmləri” ixtisası üzrə disertantıdır.

ulker-salayeva@mail.ru

7. Həbibova Arəstə Şariza qızı-müəllim

28 yanvar 1985-ci ildə Lənkəran şəhərində anadan olmuşdur. 2002-ci ildə Lənkəran şəhər 1 saylı tam orta məktəbini bitirmişdir. 2002-2006-cı illərdə Lənkəran Dövlət Universitetinin Təbiyyat fakültəsinin “Tətbiqi riyaziyyat” ixtisası üzrə bakalavr, 2006-2008-ci illərdə “Optimallaşdırma və optimal idarəetmə” ixtisası üzrə magistratura şöbəsinin “əla” qiymətlərlə bitirmişdir. 2008-2018-ci illərdə Lənkəran Dövlət Humanitar Kollecində Riyaziyyat və İnformatika müəllimi kimi fəaliyyət göstərmişdir. 2018-ci ildən Lənkəran Dövlət Universitetinin “Diferensial tənliklər” ixtisası üzrə doktorantıdır və “Riyaziyyat və İnformatika” kafedrasının müəllimi kimi fəaliyyətə başlamışdır.

7 elmi məqalənin müəllifidir

arasta.h@mail.ru

8.Axundov Ədalət Yavuz oğlu – riyaziyyat elmləri doktoru, professor

01 iyun 1949-cu ildə Ordubad rayonunda anadan olmuşdur. 1971-ci ildə ADU-nun Riyaziyyat fakültəsinə daxil olmuşdur. Axundov Ədalət 1980-cı ildən “Riyaziyyat” ixtisası üzrə Elmlər namizədi, 2009-cu ildə isə Riyaziyyat üzrə elmlər doktoru dərəcəsini almışdır, professordur. Hazırda AMEA aparıcı elmı işçi vəzifəsində çalışır.

2009-cu ildən LDU-da işləməyə başlamışdır. 70 yaxın elmi məqalənin müəllifidir.

24 məqaləsi respublikadan kənarda dərc edilmişdir.

adalakhund@mail.ru

9. Əliyev Nihan Əlipənah oğlu - riyaziyyat elmləri doktoru, professor

22 dekabr 1938-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1957-1962-ci illərdə Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsində təhsil almış, 1963-cü ildə Riyazi-fizika tənlikləri kafedrasında aspiranturaya daxil olmuşdur. 1967-ci ildə namizədlik, 2013-cü ildə doktorluq dissertasiyasını müdafiə etmişdir. 1968-ci ildən 1993-cü ilədək “Riyazi-fizika tənlikləri” və “Tətbiqi riyaziyyat” kafedralarında işləmiş, 1993-cü ildən 2006-cı ilədək İran İslam Respublikasının Təbriz və Tehran universitetlərində çalışmışdır. 2006-cı ildən Bakı Dövlət Universitetinin Tətbiqi analizin üsulları kafedrasında işləyir. 250-dək elmi məqalənin, bir sıra konfrans və konqress materiallarının müəllifidir. 20 nəfərdən artıq elmlər namizədi hazırlamışdır. 2017-ci ildən Lənkəran Dövlət Universitetinin “Riyaziyyat və informatika” kafedrasında professor işləyir.

Əsas tədqiqat sahəsi adi və xüsusi törəməli diferensial tənliklər üçün fundamental həllərin qurulmasından ibarətdir.

nihan.jsoft.ws

10. Əliyev Ramiz Atəş oğlu – fizika-riyaziyyat elmlər namizədi, dosent

11 may1956-cı ildə Lerik rayonun Kəlvəz kəndində anadan olmuşdur. Orta məktəbi həmin kənddə qurtarmış,1973-1978-ci illərdə Bakı dövlət universitetinin tətbiqi riyaziyyat fakultəsində təhsil almışdır.

1978-1981- ci illərdə Kazan şəhərində yerləşən aviasiya sənayesi nazirliyinin hesablama mərkəzində çalışmışdır. 1981-1982- ci illərdə Sumqayıt şəhərində yerləşən kimyəvi proseslərin avtomatlaşdırılması elmi-tədqiqat institunda elmi işçi vəzifəsində çalışmışdır. 1982-1995- ci illərdə kosmik tədqiqatlar elm-istehsalat birliyində elmi işçi vəzifəsində çalışmışdır.1992–ci ildə Xarkov dövlət universitetində namizədlik dissertasiyası müdafiə edərək fizika-riyziyyat elmləri adını almış. 1995-2000-ci illərdə ali hərbi məktəbində dosent vəzifəsində çalışmışdır. 2000-ci ildən Azərbaycan kooperasiya universitetində dosent vəzifəsində çalışır.

38 elmi məqalənin, iki dərsliyin və bir neçə proqramın müəllifidir.

ramizaliyev1@mail.ru

11. Həmidov Ruslan Allahverən oğlu - riyaziyyat üzrə fəlsəfə doktoru, dosent

8 yanvar 1971-ci ildə Astara rayonu Maşğan kəndində anadan olmuşdur. 1988-ci ildə orta məktəbi əla qiymətlərlə bitirmiş, Bakı Dövlət Mexanika-riyaziyyat fakultəsinə daxil olmuş və 1993-cü ildə həmin fakültəni bitirərək Universitetinin “riyaziyyatçı, riyaziyyat müəllimi” ixtisasına yiyələnmişdir. 1993-cü ildən Lənkəran Dövlət Universitetində çalışır. Müəllim, baş müəllim, dekan müavini, tədris hissəsinin müdiri, kadrlar şöbəsinin müdiri, 2007-ci ildən 2014-cü ilədək isə inzibati-təsərrüfat işləri üzrə prorektor kimi çalışıb. 1995-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. 1211.01- “Diferensial tənliklər” ixtisası üzrə “Çoxölçülü oblastda xətti elliptik tip tənliklər üçün əmsalların optimal indentifikasiyası məsələləri” mövzusunda dissertasiya işini müdafiə edərək riyaziyyat elimləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. 1 dərs vəsaiti, 1 fənn proqrammı və 30 dən çox elmi məqalənin müəllifidir. Polşa, Rusiya, Türkiyə, Gürcüsatan, Litva və s. respublikalarında keçirilən elmi seminar və konfranslarında elmi məruzələrlə çıxış etmişdir. 2007-2008-ci illərdə Avropa Birliyinin İNTAS Beynəlxalq Assosiasiyasının Cənubi-Qafqaz Respublikaları ilə Əməkdaşlıq proqramı çərçivəsində “Paylanmış sistemlərdə tərs və optimallaşdırma məsələlərinin ədədi həlli üçün vahid yanaşmanın və proqram təminatının işlənməsi” mövzusunda qrantının (İNTAS Project № 06-100017-8909), 2009 –cu ildə NATO-nun “Sülh və təhlükəsizlik üçün Elm Şöbəsi”- nin maliyələşdirdiyi “NATO NIG-083659/ Lənkəran Dövlət Universitetinin Təhsil şəbəkəsi “qrantının layihə icraçısı olmuşdur. Ailəlidir, iki qızı və bir oğlu vardır. 2014-cü ildən Lənkəran Dövlət Humanitar Kollecinin direktoru vəzifəsində çalışır.

rqamidov@mail.ru

12. Əsgərov İdrak Mirzəbaba oğlu - riyaziyyat üzrə fəlsəfə doktoru, dosent

22.03.1985-ci ildə Lənkəran rayonunun Gərmətük qəsəbəsində anadan olmuşdur. 2002/2006-cı illərdə BDU-nun “Riyaziyyat” ixtisasını bitirmişdir.

AMEA-nın Kibernetika İnstitunun “Sistemli analiz idarəetmə və informasiyanın işlənməsi” ixtisası üzrə dissertantı olmuş və 2014-cü ildə r.ü.f.d.elmi adı almışdır. 21.02.2017-ci il tarixdən LDU-nun Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru vəzifəsini icra edir.

6 elmi məqalə və 9 tezisin, 1 fənn proqramının və 1 dərs vəsaitinin müəllifidir. Prezident yanında Elmi İnkişafı fondunun elan etdiyi qrant lahiyəsinin iştirakçısıdır.

İdrak378@ rambler.ru

13.Ənvər Şahqubadbəyli - baş müəllim

19 noyabr 1961-ci ildə Biləsuvar rayonunda doğulmuşdur.

1990-cı ildə N.Q.Çernışevski adına Saratov Dövlət Universitetini (Rusiya Federasiyası) Tətbiqi riyaziyyat ixtisası üzrə bitirib. 1990/1993-cü illərdə dövlət təyinatına əsasən SSRİ Müdafiyə Nazirliyinin “Znamya Truda” elmi-istehsalat birliyində mühəndis-proqramçı vəzifəsində çalışıb. 1993-cü ildə Lənkəran Dövlət Universitetində və Respublika Müəllimləri Təkmilləşdirmə İnstitutunun Lənkəran filialında saathesabı üzrə İnformatika müəllimi kimi fəaliyyət göstərib. 1994-cü ildən başlayaraq Lənkəran Dövlət Universitetində müxtəlif vəzifələrdə işləyib.

Hazırda LDU İnformasiya-Kommunikasiya və Kitabxana Mərkəzinin direktoru, Riyaziyyat və informatika kafedrasının baş müəllimidir.

Dissertasiya işinin mövzusu: Yeni İnformasiya Sistemlərinin inteqral və diferensial tənliklərin həllinə tətbiqi (Ali riyaziyyatın materialları nümunəsində).

11 elmi məqalə və tezis müəllifidir.

14. Quliyev Allahşükür Əzizağa oğlu - Baş müəllim

1990-cı ildə Lənkəran rayonu Qodəsə kəndində anadan olmuşdur. 2007-ci ildə Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinə daxil olmuş, 2011-ci ildə “Riyaziyyat” ixtisası üzrə bakalavr dərəcəsi almışdır. 2012-2015-ci illərdə Lənkəran Dövlət Universitetinin “Riyazi anliz” ixtisaslaşması üzrə magistrantı olmuşdur. Hal-hazırda LDU-da “İnsan resursları və kargüzarlıq” şöbəsinin müdiri vəzifəsində çalışır. 2016-cı ildən Lənkəran Dövlət Universitetinin “Diferensial tənliklər” ixtisası üzrə disertantıdır.

3 elmi məqalə və 4 tezisin müəllifidir.

quliyev_allahsukur@mail.ru

15. Məmmədzadə Aygün Malik qızı - müəllim

10 may 1984-cü ildə Lənkəran şəhərində anadan olmuşdur. 1990/2001-ci illərdə Lənkəran şəhər 10 saylı tam orta məktəbdə təhsil almışdır. 2005-ci ildə Lənkəran Dövlət Universitetini “Riyaziyyat və informatika” ixtisası üzrə bakalavr, 2009-cu ildə isə Lənkəran Dövlət Universitetinin “Diferensial tənliklər” ixtisası üzrə magistratura şöbəsini fərqlənmə ilə bitirmişdir. 2006-2017-ci illərdə Lənkəran şəhər 10 saylı tam orta məktəbdə riyaziyyat və informatika fənlərini tədris etmişdir. 10.02.2017-ci il tarixdən Lənkəran Dövlət Universitetində elmi işlər üzrə aparıcı mütəxəssis kimi fəaliyyətə başlamışdır. 15.09.2017-ci il tarixdən LDU-nun Riyaziyyat və informatika kafedrasının müəllimi, bununla yanaşı Lənkəran Dövlət Universitetinin rektor köməkçisi vəzifəsində çalışır.

8-dən çox elmi məqalə və tezisin müəllifidir.

mammadzada.aygun@mail.ru

16. Niftullayeva Şəbinə Ağadin qızı – müəllim

14 sentyabr 1990-cı ildə Lənkəran şəhərində anadan olmuşdur. 2011-ci il də Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Riyaziyyat” fakültəsini bitirmişdir. 2013-ci ildə Sumqayıt Dövlət Universitetinin “Diferensial tənliklər” ixtisası üzrə magistratura şöbəsini bitirmişdir. 2017-ci ildə LDU-da “Diferensial tənliklər” ixtisası, fəlsəfə doktoru üzrə doktorantura şöbəsini bitirmişdirr. 2013-cü ildən 2014-cü ilədək Lənkəran Dövlət Universitetinin “Fizika, riyaziyyat və informatika” kafedrasında “baş laborant” vəzifəsində, 2014-cü ildən 2015-ci ilədək LDU- da “Riyazi iqtisadi təhlilin və iqtisadi inkişafın problemləri” elmi-tədqiqat laboratoriyasında “kiçik elmi işçi” vəzifəsində, 25.02.2015-08.06.2016-ci illərdə LDU-da “dəftərxana müdiri” vəzifəsində, 08.06.2016-06.03.2017-ci illərdə LDU-da “İnsan resursları və kargüzarlıq” şöbəsində “Dəftərxana işləri üzrə mütəxəssis” vəzifəsində çalışmışdır. 06.03.2017-ci il tarixindən LDU-nun Təbiyyat fakültəsinin dekan müavini vəzifəsində çalışır.

12-dən çox elmi məqalə və tezisin müəllifidir.

sebineniftullayeva¬-90mail.ru

17. Əliyeva Könül Vəlihəddin qızı - müəllim

1984- cü il iyulun 19-da Lənkəranda anadan olub. 2002-ci ildə Lənkəran şəhər 9 saylı orta məktəbdə 11-ci sinfi bitirib. 2003-cü ildə LDU-nun “Riyaziyyat və informatika” ixtisasına daxil olub. 2007-ci ildə bakalavr təhsilini bitirdikdən sonra LDU-nun magistratura şöbəsinin “Diferensial tənliklər” ixtisasına daxil olub. Təhsil aldığı müddətdə 2007-2009-cu illərdə LDU-nun “Riyaziyyat və informatika” kafedrasında laborant vəzifəsində işləyib. 2012-ci ildən etibarən Balıqçılar qəsəbə tam orta məktəbində riyaziyyat və informatika fənni üzrə müəllim işləyir.

4 tezisin müəllifidir.

idrak378@ rambler.ru

18. Fərzullazadə Ramin Qalib oğlu –müəllim

22.04.1992-ci il tarixində Lənkəran rayonunun Havzava kəndində doğulmuşdur. 1998-2009-cu illərdə Havzava kənd tam orta məktəbində təhsil almışdır. 2009-cu ildə Lənkəran Dövlət Universitetinin bakalavriat səviyyəsi üzrə “Riyaziyyat və informatika müəllimliyi” ixtisasına qəbul olmuşdur. 2013-cü ildə LDU-nu həmin ixtisası əla qiymətlərlə bitirmişdir. Elə həmin ildə LDU-nun magistratura səviyyəsi üzrə “Riyaziyyat” ixtisasının “Riyazi analiz” ixtisaslaşmasına qəbul olmuş və magistraturanı fərqlənmə ilə bitirmişdir.

Əmək fəaliyyətinə 2015-ci ildən LDU-da başlamışdır və hazırda Tədrisin təşkili və təlim texnologiyaları mərkəzində tyutor vəzifəsində çalışır. 2018-ci ildən Lənkəran Dövlət Universitetinin “Diferensial tənliklər” ixtisası üzrə dissertantdır.

3 tezisin müəllifidir

framin1992@mail.ru

19. Əlizadə Şəbnur Raqib qızı - müəllim

1996- ci il fevralın 13-də Lənkəran rayonun Aşağı Nüvədi qəsəbəsində anadan olub. 2013-cü ildə Lənkəran rayonun Aşağı Nüvədi qəsəbə tam orta məktəbinin 11-ci sinfi ni bitirib və həmin ildə LDU-nun “Kompüter elmləri” ixtisasına daxil olub. 2017-ci ildə bakalavr təhsilini fərqlənmə diplomu ilə bitirdikdən sonra LDU-nun magistratura şöbəsinin “Riyaziyyatın tədrisi metodikası və metodologiyası” ixtisasına daxil olub.

2019-cu ildə əla qiymətlərlə magistr təhsilini bitirmişdir. 4 elmi məqalə və tezisin müəllifidir.

Hal-hazırda universitetdə müəllim kimi çalışır.

nur.elizade622@gmail.com

20. Fərzullazadə Abid Qalib oğlu –müəllim

09.06.1995-ci ildə Lənkəran rayonunun Havzava kəndində anadan olmuşdur. 2012-ci ildə Havzava kənd tam orta məktəbini bitirmişdir. 2012-ci ildə Lənkəran Dövlət Universitetinin “Riyaziyyat və informatika müəllimliyi” ixtisasına daxil olmuş və 2016-cı ildə bitirmişdir. Həmin ildə Lənkəran Dövlət Universitetinin “Riyazi analiz” ixtisaslaşması üzrə magistraturasına daxil olmuş və 2018-ci ildə magistraturanı fərqlənmə diplomu ilə bitirmişdir. 17.09.2018-ci il tarixdən Lənkəran Dövlət Universitetində doktorantura və dissertantura işləri üzrə mütəxəssis kimi fəaliyyətə başlamışdır. Hal-hazırda Lənkəran Dövlət Universitetinin Elm şöbəsində Qrif işləri üzrə mütəxəssis vəzifəsində çalışır.

2018-ci ildən Lənkəran Dövlət Universitetinin “Diferensial tənliklər” ixtisası üzrə doktorantıdır. 2019-cu ildən “Riyaziyyat və informatika” kafedrasında saathesabı müəllim kimi çalışır.

5-dən çox elmi məqalə və tezisin müəllifidir.

abid.ferzullazade@mail.ru

21. Telman Qasımov, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent

1983-cü il mayın 20-də Sumqayıt şəhərində anadan olub. Sumqayıt şəhər 31 saylı orta məktəbini bitirdikdən sonra 2000-2004-cü illərdə Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsində təhsil alıb. 2009-ci ildən BDU-nun Mexanika-riyaziyyat fakültəsi üzrə Diferensial və inteqral tənliklər kafedrasının müəllimidir. 6 elmi məqalənin müəllifidir.

e-mail: telman_bsu@box.az

22. Əhmədov Saleh, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent

1973 - cü il iyunun 10-da anadan olub. 1980-1990-cı illərdə orta məktəbdə oxuyub.

Ailəlidir, bir övladı var.

1994-2000 ildə BDU-nın Tədbiqi riyaziyyat və kibernetika" fakultəsində təhsil alıb. 2008-ci ildə BDU-huh Elmi şurasında “İ.Q.Petrovski mənada parabolik olub, Q.E.Şilov mənada parabolik tipə cırlaşan bir ölçülü sərhəd məsələlərinin bir qiymətli həllinin tədqiqi” mövzusunda dissertasiya müdafiə edərək riyaziyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır. Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya komissiyasının 13 sentyabr 2017-ci il tarixli qərarına əsasən ona Riyazi fizika tənlikləri kafedrası üzrə dosent elmi adı verilmişdir..

28 məqalə və tezis, bir dərs vəsaiti, 2- fənn proqramının müəlifidir

Kafedranın yerləşdiyi poçt ünvanı, telefonları, elektron ünvanı, faks nömrəsi

Kafedranın ünvanı :Lənkəran şəhəri, H.Z.Tağıyev küçəsi, 3 saylı korpus

Telefon:

Elektron ünvanı: Lsu.edu.az

Faks nömrəsi:

Kafedra haqqında məlumatları Dos. Nahid Paşayev təqdim etmişdir.


Lənkəran Dövlət Universiteti 2001/2018 | Web design: Əlizadə Məhəmməd