İnsan resursları və kargüzarlıq şöbəsi Lənkəran Dövlət Universitetinin struktur bölməsidir və Universitetin rektoruna tabedir. Universitetin fəaliyyətə başladığı dövrdən şöbə “Kadrlar şöbəsi” kimi yaradılmış, Universitet Elmi Şurasının 08 iyun 2016- cı il tarixli qərarına əsasən “İnsan resursları və kargüzarlıq” şöbəsi kimi yenidən təşkil olunmuşdur.
Şöbə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikası Prezidentinin Fərman və Sərəncamlarını, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərar və Sərəncamlarını, Azərbaycan Respublikasının Əmək Məcəlləsini, Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimatı, Azərbaycan Respublikasının müvafiq qanunlarını və normativ-hüquqi aktlarını, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Əsasnaməsini, Nazirliyin Kollegiyasının qərarlarını, Azərbaycan Respublikası Təhsil Nazirinin əmr və sərəncamlarını, Universitetin Nizamnaməsini və onun fəaliyyətini tənzimləyən digər normativ-hüquqi aktları, habelə bu Əsasnaməni rəhbər tutur. Şöbənin strukturu və işçilərinin sayı Rektor tərəfindən müəyyən və təsdiq edilir. Rektor tərəfindən səlahiyyət verilmiş şəxs istisna olmaqla, digər şəxslərin şöbənin fəaliyyətinə müdaxilə etməsinə yol verilmir. Şöbənin fəaliyyətinə şöbə müdiri rəhbərlik edir.
Şöbə müdiri şöbənin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir, tabeliyində olan əməkdaşlar arasında iş bölgüsü aparır, onların fəaliyyətini əlaqələndirir, onların əmək və icra intizamına riayət etmələrinə nəzarət edir, şöbə üzrə müzakirə edilməli məsələləri müəyyən edir və bu barədə təkliflərini Universitetin rəhbərliyinə təqdim edir, şöbədə kargüzarlıq işlərinin aparılmasını və məxfilik rejimini təmin edir .
Şöbənin fəaliyyətinin əsas məqsədi universiteti vaxtında, vəzifəyə uyğun, layiqli və peşəkar kadrlarla təmin etmək, universitetdə daim komanda ruhunun saxlanılmasına, maddi, mənəvi və sosial tələbatların ödənilməsi yolu ilə əməkdaşların motivasiyasının yaxşılaşdırılmasına, onların məhsuldarlığının artırılmasına, universitetə bağlılığına nail olmaq, kargüzarlıq və arxiv işlərini mövcud qayda və təlimatlara uyğun düzgün və normal təşkil etmək və Universitetin fəaliyyətinin hüquqi təminatını həyata keçirməkdir.
E-mail: office@lsu.edu.az
Əlaqə telefonları: (+994) 025 25 5 01 53
(+994) 025 25 5 03 40
Məmmədzadə Aygün Malik qızı 1984-cu il 10 may tarixində Lənkəran şəhərində anadan olmuşdur. 1990-2001-ci illərdə Lənkəran şəhər 10 saylı orta məktəbdə təhsil almışdır. 2005-ci ildə Lənkəran Dövlət Universitetinin Riyaziyyat və informatika ixtisasının bakalavr pilləsini, 2009-cu ildə isə Lənkəran Dövlət Universitetinin Diferensial tənliklər istiqaməti üzrə magistratura səviyyəsini fərqlənmə ilə bitirmişdir. 2006-2017 illərdə Lənkəran şəhər 10 saylı tam orta məktəbində riyaziyyat və informatika fənlərini tədris etmişdir. 10.02.2017-ci il tarixdə Lənkəran Dövlət Universitetində Elm və Beynəlxalq əlaqələr şöbəsində Elmi işlər üzrə aparıcı mütəxəssis, 10.10.2017-ci il tarixdə isə Elm və Beynəlxalq əlaqələr şöbəsində Elm bölməsinin rəhbəri vəzifələrində çalışmışdır. 04.01.2018-ci il tarixdən Rektor köməkçisi vəzifəsində çalışır.
Eyni zamanda 04.01.2019-cu il tarixdən İnsan Resursları və kargüzarlıq şöbəsinin müdiri vəzifəsinin icra edir.
A.Məmmədzadə 06.02.2018-ci il tarixdən LDU-nun Diferensial tənliklər istiqaməti üzrə dissertantıdır. Həmçinin, Universitetin Riyaziyyat və informatika kafedrasının 0.5 ştat müəllimidir. Bir sıra Beynəlxalq və Respublika elmi konfranslarının iştirakçısı olub, 17 elmi məqalə və tezisin müəllifidir.
mammadzada.aygun@mail.ru
Novruzov Cavanşir Xəlil oğlu 1954-cu il 10 yanvar tarixində Astara rayonu Şahağacı kəndində anadan olmuşdur.1960-1970-ci illərdə Astara rayonu Şahağacı kənd tam orta məktəbdə təhsil almışdır.1970-1971-ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinin eyani şöbəsində təhsil almışdır.1972-1973-cü illərdə Bakı şəhəri 1 saylı Texniki peşə məktəbini fərqlənmə diplomu ilə bitirmişdir. 1973-1975-ci illərdə hərbidə olmuşdur. 1976-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin hazırlıq şöbəsində təhsil almış, 1977-1982-ci illərdə həmin universitetinin Hüquq fakultəsində təhsil almışdır. 1982-1983-cu illərdə DİN-nin Əlibayramlı Şəhər Polis şöbəsində müstəntiq vəzifəsində işləyib.1983-1986-ci illərdə Astara Nəqliyyat Müəssisəsində hüquqşunas vəzifəsində,1987-1988-ci illərdə Astara rayonun 26 Bakı Komissarı sovxozunda hüquq məsləhətçisi vəzifəsində işləyib.1988-2012-ci illərdə DİN-nin müxtəlif polis şöbələrində müstəntiq,baş müstəntiq və rəis müavini vəzifələrində işləyib.2016-ci ildən Lənkəran Dövlət Universitetində çalışır.14.03.2016-ci il tarixində “Tarix və fəlsəfə” kafedrasında saathesabı müəllim,21.11.2016-ci ildən hal-hazırədək İnsan Resursları və Kargüzarlıq Şöbəsində “Hüquqşünas” vəzifəsində işləyir.
15.07.1963-cü ildə Lerik rayonu Göydərə kəndində anadan olmuşdur. 1970-1980-ci illərdə Lerik 1 saylı qəsəbə orta məktəbində oxumuşdur. 1980-1986-cı illərdə Bakı Dövlət Universitetində Kitabxanaçılıq üzrə qiyabi təhsil almışdır. Qiyabi təhsil aldığı zaman Lerik Partiya Komitəsində siyasi maarif kabinetində çalışıb. 1987-2000-ci illərdə Lənkəran MKS-in 78 saylı filialında baş kitabxanaçı vəzifəsində işləmişdir. 2000-ci ildən Lənkəran Dövlət Universitetində müxtəlif vəzifələrdə-kitabxanada şöbə müdiri, kadrlar şöbəsinin müdiri vəzifələrində işləmişdir. 08.06.2016-cı il tarixindən İnsan resursları və kargüzarlıq şöbəsində “Kadrlar üzrə mütəxəssis” vəzifəsində çalışır.
Sadıxov Sadıq Paşa oğlu 1977-ci ildə Lənkəran şəhərində anadan olmuşdur. 1984-cü ildə Lənkəran şəhəri 4-saylı orta məktəbinin birinci sinifinə daxil olmuşdur. Sonradan təhsilini davam etdirmək üçün 1991-ci ildə Bakı şəhər, Cəmşid Naxçıvanski adına hərbi liseyinə daxil olub oranı 1994-cu ildə bitirmişdir. 1994-1998 ci illərdə Bakı şəhər “Bakı Ali Birləşmiə Komandanlıq Məktəbinin”, Sərhəd Qoşunları fakultəsində oxumuşdur. 1998-ci ildə hərbi məktəbini bitirdikdən sonra həmən ildən başlayaraq Sərhəd Qoşunlarında həqiqi hərbi xidmətini Xudat sərhəd dəstəsində leytenant rütbəsində başlamışdır. 1998-2018 ci illər ərzində Azərbaycanın müxtəlif rayonlarında təyin edilmiş vəzifələrdə xidmətini davam etdirmişdir.
19 Fevral 2018-ci ildə Sərhəd Qoşunlarının sıralarından polkovnik-leytenant rütbəsində həqiqi hərbi xidmətindən Silahlı Qüvvələrinin ehtiyatına buraxılmışdır,2020-ci ildən Lənkəran Dövlət Universitetində "məxfi sənədlərlə iş üzrə mütəxəssis" vəzifəsində çalışır, ailəlidir, iki övladı var.
23.06.1977-ci il tarixində Bakı şəhərində anadan olmuşdur. 1984 cu ildə Lənkəran şəhər V.Əliyev adına 4 nömrəli orta məktəbinə daxil olmuş, 1994 cü ildə həmin məktəbi bitirib Azərbaycan Texniki Universitetinə daxil olmuşdur. 1998 ci ildə universiteti bitirmişdir. sentyabr 1998 ci ildən Lənkəran Dövlət Universitetinin Biologiya kafedrasında Laborant kimi işə qəbul olunmuşdur. 2003 cü ildə AzTU –nin Magistratura şöbəsini fərqlənmə diplomu ilə bitirmişdir. Hal hazırda universitetdə “Arxiv işi üzrə mütəxəssis”vəzifəsində işləyir.
Əliyeva Günel Əlisahib qızı 29 avqust 1983-cü il Lənkəran şəhərində anadan olmuşdur. 1990-cı ildə orta təhsilə H. Aslanov adına Lənkəran şəhər 3 saylı tam orta məktəbində başlamış və 2001-ci ildə fərqlənmə ilə bitirmişdir. Eyni ildə “Lənkəran Dövlət Universiteti”nin “Tətbiqi riyaziyyat” ixtisası üzrə universitetə daxil olmuş və 2005-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirmişdir. 2005-ci ilin avqust ayında QSC “Bank Standard” KB-nin “Lənkəran filialı”nın “Ümumi şöbə”sinin referenti kimi əmək fəaliyyətinə başlamış, 2006-cı ildən 2017-ci ilə kimi isə həmin bankın “Müştərilərə xidmət”, “Uçot-əməliyyat şöbə”lərinin mütəxəssisi kimi çalışmışdır. 2017-2019 illərdə iş təcrübəsini “Amrahbank” ASC-də “Fərdi müştərilərə xidmət” şöbəsində mütəxəssis kimi davam etdirmişdir.
2020-ci ilin mart ayından etibarən “Lənkəran Dövlət Universiteti”nin “Elm şöbəsi”ində doktorantura və dissertantura işləri üzrə mütəxəssis vəzifəsinə təyin olunmuşdur. Hal hazırda universitetdə “Dəftərxana işləri üzrə mütəxəssis” vəzifəsində işləyir.
Ailəlidir, iki övladı var.
1995-ci il 15 sentyabr tarixində Lənkəran şəhərində anadan olmuşdur. 2002-ci ildə Həzi Aslanov adına Lənkəran şəhər 3saylı məktəbə daxil olmuş, 2013-cu ildə həmin məktəbi bitirmişdir. 2013-cu ildə Lənkəran Dövlət Universitetinin “İbtidai sinif müəllimliyi” ixtisasına daxil olmuş və 2017ci ildə bitirmişdir. 2018-ci ildən Lənkəran Dövlət Universitetində işləyir. Hal-hazırda İnsan resursları və kargüzarlıq şöbəsində “Kargüzar” vəzifəsində çalışır.
10 noyabr 1995-ci ildə Lənkəran şəhərində anadan olmuşdur. 2000-ci ildə Bakı şəhər Yasamal rayon 286 saylı orta məktəbə daxil olmuş, 2010-2015-ci ildə Lənkəran Dövlət Humanitar Kollecində təhsil almışdır. 22.02.2016-ci ildən Lənkəran Dövlət Universitetində çalışır. Hal-hazırda İnsan Resursları və Kargüzarlıq Şöbəsində “Kargüzar” vəzifəsində çalışır.
Əsədova Xuraman Mirzəhüseyn qızı 1965-ci ildə Lənkəran rayon Kirov qəsəbəsində anadan olmuşdur. 1972-ci ildə Lənkəran şəhər 9 saylı orta məktəbə daxil olub və həmin məktəbi 1982-ci ildə bitirmişdir. 1992-ci ildə Lənkəran şəhər Tədris kurs kombinatı nəzdində “Mühasibatlıq” kursuna daxil olmuş və 1993-cu ildə bitirmişdir. 2002-ci ildə Lənkəran Dövlət Universitetində operator vəzifəsində işləyib.Hal-hazırda Lənkəran Dölət Universitetində “Kuryer” vəzifəsində çalışır.
1956-ci il 10 mart tarixində Lənkəran rayonu Şağlaküçə kəndində anadan olmuşdur. 1961-ci ildə Lənkəran rayonu Şağlaküçə kənd orta məktəbinin 1-ci sinfinə daxil olmuş, 1970-ci ildə Binə qəsəbəsində 1saylı texniki peşə məktəbini bitirmişdir. 1998-ci ildən hal-haziradək Lənkəran Dövlət Universitetində “Fotoqraf” vəzifəsində çalışır.
Əlaqə vasitələri:
Telefon:
Elektron ünvan:
Faks nömrəsi: (+994)025 255 27 86
Ünvan: Lənkəran şəhəri, General Həzi Aslanov xiyabanı - 50.