Lənkəran Dövlət Universitetinin Mülki Müdafiə qərargahı 21 sentyabr 1999-cu ildə dinc dövrdə və ya müharibə dövründə əhalinin və ərazinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə yaradılmışdır.
Lənkəran Dövlət Universitetində Mülki Müdafiə tədbirlərinin yerinə yetirilməsi üzərinə əsas diqqət, obyektdə baş verə biləcək təbii xarakterli, texnogen və s. mənşəli fövqəladə hadisələrin qarşısının alınması üzrə profilaktik tədbirlərin həyata keçirilməsinə, mülki müdafiə əmlakının qorunmasına, saxlanmasına, obyektin 1mərtəbəsinin fövqəladə hallarda işçilərin mühafizəsi üçün sığınacaq kimi istifadə olunmasına, obyektdə işləyən bütün işçilərinin həyatlarının qorunması üzrə görülən tədbirləri gücləndirmək. LDU-nun professor –müəllim heyəti, işçilər və tələbələrin təhlükəsizliyinin təmin edilməsi, baş verə biləcək fövqəladə hadisələrin qarşısının alınması və nəticələrinin aradan qaldırılması məqsədilə Mülki Müdafiə qüvvələrinin hazırlığına ciddi nəzarət etmək. Mülki Müdafiə qüvvələrinin müasir standartlara cavab verən avadanlıqlarla (kompüter, rabitə və s) təmin olunmasını daim nəzarətdə saxlamaq. Hər il tədbirlər planı hazırlayıb və Fövqəladə hallar Nazirliyinin yerli təşkilatları ilə razılalaşdırılaraq təsdiqləmək. Universitetdə Mülki Müdafiə qüvvələrinin rəhbər heyətinin Mülki Müdafiə qüvvələrinin və Mülki Müdafiə qüvvələrinə daxil olmayan işçilərin hazırlığı. Mülki Müdafiənin təmin edilməsi haqqında, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 sentyabr 1998-ci il tarixi, 193 saylı Qərarının tələblərinə və hər il üçün hazırlanmış Mülki Müdafiə tədbirlər planına əsasən təlim, məşq və məşğələlər həyata keçirmək .
Lənkəran şəhər .H.Aslanov xiyabani - 50. Tel-25-5-06-92. Faks 25-5-27-86.