İnformasiya-Kommunikasiya və Kitabxana Mərkəzi




Lənkəran Dövlət Universitetinin İnformasiya-Kommunikasiya və Kitabxana Mərkəzi Universitetin əsas struktur bölmələrindən olub, tədris, elmi-tədqiqat və təlim-tərbiyə prosesinin informasiya və informasiya-kommunikasiya təminatını həyata keçirən, biliyi, elmi, mədəniyyəti yeni metodlarla təbliğ edən, çap məhsullarını və elektron resursları toplayıb mühafizə edən, onların sistemli ictimai istifadəsini təşkil edən, cəmiyyətin intellektual və mənəvi potensialının inkişafına xidmət göstərən sosial institutdur.

Mərkəz Universitetin fəaliyyəti dövründə “Kompyuter Mərkəzi”, “İnformasiya Texnologiyaları Mərkəzi” “İnformasiya Kommunikasiya Texnologiyaları Mərkəzi” və “Elmi Kitabxana" kimi fəaliyyət göstərmiş, Universitet Elmi Şurasının 08 iyun 2016-cı il tarixli qərarına əsasən “İnformasiya-kommunikasiya və kitabxana mərkəzi" kimi yenidən təşkil olunmuşdur.

Mərkəz özündə 2 struktur bölməni – İnformasiya və kommunikasiya texnologiyaları, Kitabxana bölmələrini birləşdirir.

Mərkəzin yaxın strateji məqsədləri:

1. Avtomatlaşdırılmış Təhsil Sisteminin qurulması:

1.1. Ümumi informasiya bankı alt sistemi;

1.2. Yoxlama, qiymətləndirmə və keçid alt sistemi;

1.3. Təlim/tədris alt sistemi;

1.4. Təhsil standartları alt sistemi;

1.5. Təhsilin Avtomatlaşdırılmış İdarəetmə Sistemi.

2. Elektron kitabxana sisteminin yaradılması.

3. Distant təhsil sisteminin yaradılması və tətbiqi.

4. İdarəetmə fəaliyyətinin avtomatlaşdırılması:

4.1. Kadr potensialının elektron məlumat bazası;

4.2. İnzibati-təsərrüfat və Maliyyə və mühasibat sistemlərinin avtomatlaşdırılması;

4.3. Elektron sənəd dövriyyəsi sisteminin yaradılması və tətbiqi.


İnformasiya-Kommunikasiya və Kitabxana Mərkəzinin direktoru,

baş müəllim Ənvər Şahqubadbəyli.


19 noyabr 1961-ci ildə Biləsuvar rayonunda doğulmuşdur.

1990-cı ildə N.Q.Çernışevski adına Saratov Dövlət Universitetini (Rusiya Federasiyası) Tətbiqi riyaziyyat ixtisası üzrə bitirib. 1990/1993-cü illərdə dövlət təyinatına əsasən SSRİ Müdafiyə Nazirliyinin “Znamya Truda” elmi-istehsalat birliyində mühəndis-proqramçı vəzifəsində çalışıb. 1993-cü ildə Lənkəran Dövlət Universitetində və Respublika Müəllimləri Təkmilləşdirmə İnstitutunun Lənkəran filialında saathesabı üzrə İnformatika müəllimi kimi fəaliyyət göstərib. 1994-cü ildən başlayaraq Lənkəran Dövlət Universitetində müxtəlif vəzifələrdə işləyib.

Hazırda LDU İnformasiya-Kommunikasiya və Kitabxana Mərkəzinin direktoru, Riyaziyyat və informatika kafedrasının baş müəllimidir.

Dissertasiya işinin mövzusu: Yeni İnformasiya Sistemlərinin inteqral və diferensial tənliklərin həllinə tətbiqi (Ali riyaziyyatın materialları nümunəsində).

Elektron Universitet layihəsinin rəhbəri,

baş müəllim Mayis Eyniyev.


29 aprel 1975-ci ildə Lənkəran rayonunda doğulub.

1997 ci ildə Lənkəran Dövlət Universitetini Riyaziyyatçı və riyaziyyat müəllimi ixtisası üzrə bitirib. Əmək fəaliyyətinə 1998-ci ildən Lənkəran Dövlət Universitetində riyaziyyatçı-proqramçı kimi başlayıb, 2005-ci ilədək Təhsil Texnologiyaları və İnformasiya Texnologiyaları mərkəzlərinin rəhbəri, eyni zamanda LDU-nun İnformasiya Texnologiyaları kafedrasının baş müəllimi vəzifələrində çalışıb. 2005-ci ilin aprel ayından QSC “Bank-Standard” KB-da müxtəlif məsul vəzifələrdə işləyib.

2016-cı ilin oktyabr ayından Lənkəran Dövlət Universitetində İnformasiya-kommunikasiya və Kitabxana mərkəzi üzrə “Elektron Universitet” layihəsinin rəhbəri və Texnologiya və texniki fənnlər kafedrasının baş müəllimi kimi fəaliyyət göstərir və aşağıdakı fənnləri tədris edir:

- Proqramlaşdırma dilləri

- Proqramlaşdırmanın əsasları

- Verilənlərin strukturu və alqoritmlər

- Alqoritimlər nəzəriyyəsi

- Web proqramlaşdırılması və layihələndirilməsi

- Müasir proqramlaşdırma dilləri

- Verilənlərin strukturu və verilənlər bazası sistemləri

Kitabxana bölməsinin rəhbəri Elazə Əhmədova.


Lənkəran şəhərində doğulub. Bakı Dövlət Universitetinin Kitabxanaçılıq-informasiya fakultəsini bitirib. Təcrübəli mütəxəssis Elazə Əhmədova uzun müddət LDU Elmi Kitabxanasının direktoru kimi fəaliyyət göstərib. Hazırda İKTK mərkəzinin nəzdində Kitabxana bölməsinin rəhbəri vəzifəsində çalışıır. O, 1999-cu ildə qeyri-hökumət təşkilatlarının universitetlər arasında keçirtdiyi qrant müsbiqəsində iştirak edərək “Poliqrafiya və nəşriyyat işi” layihəsinin qalibi olub. Ayrı-ayrı illərdə universitet rəhbərliyinin, 2006-cı ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin fəxri fərmanı ilə təltif edilib.

İnformasiya Texnologiyaları bölməsinin rəhbəri, müəllim Nicat Qədirov.


16 dekabr 1974-cü ildə Lənkəran rayonunda doğulmuşdur.

1997 ci ildə Lənkəran Dövlət Universitetini Riyaziyyatçı və riyaziyyat müəllimi ixtisası üzrə bitirmişdir. Əmək fəaliyyətinə 1998-ci ildən Lənkəran Dövlət Universitetində mühəndis-proqramçı kimi başlamış, eyni zamanda LDU-nun İnformasiya Texnologiyaları kafedrasının müəllimi vəzifəsində çalışmışdır. 2004-cü ildən 2018-ci ilin aprel ayınadak Rusiya Federasiyasının Sankt Peterburq şəhərində informasiya texnologiyalarının tətbiqi sahəsində fəaliyyət göstərmişdir.

2018-ci ilin aprel ayından Lənkəran Dövlət Universitetində İnformasiya-kommunikasiya və Kitabxana mərkəzinin İnformasiya Texnologiyaları bölməsinin rəhbəri və Texnologiya və texniki fənnlər kafedrasının müəllimi kimi fəaliyyət göstərir.

İnternet resurslar iş üzrə mütəxəssis, Həbib Abdullayev

19 may 1989-cu ildə Lənkəran şəhərində anadan olmuşdur. 2005-ci ildə Lənkəran Dövlət Universitetinin ”İstehsal və xidmət sahələrinin iqtisadiyyatı və idarə edilməsi” ixtisasına qəbul olmuşdur. Əmək fəaliyyətinə 2010-cu ildən başlamışdır. 2020-cu ildən Lənkəran Dövlət Universitetində İnternet resurslar iş üzrə mütəxəssis vəzifəsində çalışır. Ailəlidir,2 övladı var.

Mühəndis-proqramçı Cavidan Elnur oğlu Babazadə

29 yanvar 1997-ci ildə Lənkəran şəhərində doğulub. 2014-cü ildə Lənkəran şəhər 4 saylı tam orta məktəbini bitirib. Həmin il Lənkəran Dövlət Universitetinin Kompüter elmləri ixtisasına qəbul olunub. 2018/2019-cu ildə Azərbaycan Respublikasının Silahlı qüvvələrində xidmət edib. Ordudan tərxis olunduqdan sonra Lənkəran Dövlət Universitetinə texnik vəzifəsinə qəbul olunub. 2021-ci ildən informasiya-Komunikasiya və Kitabxana mərkəzi üzrə mühəndis-proqramçı vəzifəsində çalışır.

e-ünvan: b_cavidan97@mail.ru

Operator, Arzu Nuruzadə


Nuruzadə Arzu Əli qızı 04 may 1996-cı il tarixində Lənkəran şəhərində anadan olmuşdur.2002-ci ildə Lənkəran Şəhər R. Bədəlov adına 9 saylı tam orta məktəbə qəbul olmuşdur. Məktəbdə oxuduğu müddətdə çoxlu uğurları olmuşdur. 2010, 2011, 2012-ci illərdə Amerika Hüuqşünaslar Asosasiyasının “Onlayn Canlı hüquq” Proqramında iştirak etmişdir.

2013-cü ildə məktəbi əla qiymətlərlə bitirmişdir.Elə həmin il Lənkəran Dövlət Universitetinin “Təbiyyyat” fakultəsinin “Riyaziyyat və informatika müəllimliyi” ixtisasına qəbul olmuşdur. 2016-cı ildə “Müasir elmin aktual problemləri” Respublika Elmi Praktik konfransında iştirak etmişdir . 1 tezis müəllifidir .2017-ci ildə həmin ixtisası bitirmişdir. 2019-cu ildə Lənkəran Dövlət Universitetinin “İnformatika fənninin tədrisi metodikası və metodologiyası” ixtisaslaşması üzrə magistraturaya qəbul olmuşdur. Hal-hazırda Lənkəran Dövlət Universitetində operator vəzifəsində işləyir.

Elektron kitabxana üzrə mütəxəssis, Məhəmməd Əlizadə


9 iyul 1992-ci ildə Lənkəran şəhərində doğulmuşdur.

2014-cü ildə Azərbaycan Müəllimlər İnstitutunu Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası üzrə bitirmişdir. Əmək fəaliyyətinə 2016-cı ildən Lənkəran Dövlət Universitetində başlamışdır.

2019-cu ildən Elektron kitabxana üzrə mütəxəssis vəzifəsində çalışır.

Əlaqə vasitələri:

Telefon: (+994)025 255 17 97, daxili nömrə: 111

Elektron ünvan: iktkm@lsu.edu.az

Faks nömrəsi: (+994)025 255 27 86

Ünvan: Lənkəran şəhəri, General Həzi Aslanov xiyabanı - 50.


Lənkəran Dövlət Universiteti 2001/2018 | Web design: Əlizadə Məhəmməd