“İqtisadiyyat və innovativ idarəetmə” kafedrası haqqında məlumat

1.Kafedranın tam hüquqi adı - “İqtisadiyyat və innovativ idarəetmə”

2. Kafedranın qısa yaranma və inkişaf tarixi - 28.09.2018-ci il tarixli 1/83 saylı əmr əsasında “İqtisadiyyat və marketinq” və “Biznes və idarəetmə” kafedraları bazası əsasında “İqtisadiyyat və innnovativ idarəetmə” kafedrası yaranmışdır.

3. Kafedranın əsas elmi və pedoqoji fəaliyyət göstəriciləri - Kafedranın professor- müəllim heyəti milli iqtisadiyyatın aktual problemləri üzrə tətbiqi xarakterli tədqiqat işləri aparır, elmi konfranslarda iştirak edir, elmi moniqrafiyalar, dərs vəsaitləri və fənnn proqramları çap etdirirlər. Kafedra intensiv olaraq istər respublika, istərsə də onun hüdudlarından kənarda “İqtisadiyyat”, “Biznesin idarə edilməsi”, “Marketinq”, “Turizm işinin təşkili” və “Beynəlxalq ticarət və logistika” ixtisasları üzrə mütəxəssis hazırlığını həyata keçirən bir sıra təhsil müəssisələri, eləcə də şirkət və firmalarla əməkdaşlıq formalarını inkişaf etdirir.

Kafedranın professor-müəllim heyəti bir i.e.d., professordan, dörd dosentdən, iki i.ü.f.d, baş müəllimdən, 4 baş müəllimdən, 10 müəllimdən ibarətdir.

4. Kafedra üzrə ixtisaslaşmaların siyahısı - “İqtisadiyyat və innovativ idarəetmə” kafedrası “İqtisadiyyat”, “Biznesin idarəedilməsi”, “Marketinq”, “Turizm işinin təşkili” və “Beynəlxalq ticarət və logistika” ixtisasları üzrə bakalavr; “İqtisadiyyatın tənzimlənməsi”, “Turizm və sosial-mədəni servis xidməti” ixtisasları üzrə magistr təhsil səviyyələrinə görə ixtisaslaşmışdır.

5.Əsas dərslərin siyahısı

5.1.Bakalavr təhsil aldığı dövrdə qeyd edilən istiqamətlər üzrə ümumpeşə hazırlığı fənləri ilə yanaşı aşağıdakı fənlər üzrə fundamental hazırlıq keçir:

5.1.1.“İqtisadiyyat” ixtisasi üzrə:

İqtisadiyyata giriş;

Mikroiqtisadiyyat;

Makroiqtisadiyyat;

Ekonometrika;

Menecment;

Beynəlxalq iqtisadiyyat;

İnkişaf iqtisadiyyatı;

Azərbaycan iqtisadiyyatı;

Rəqamsal iqtisadiyyat;

Ətraf mühitin iqtisadiyyatı;

Iqtisadi fikir tarixi;

Əməyin iqtisadiyyatı;

Karyera planlaşdırılması;

Yuşmşaq bacarıqlar (Sofi skills);

Sərt bacarıqlar ( Hard skills);

Davranış iqtisadiyyatı;

Marketinq;

İnstitusional iqtisadiyyat;

Iqtisadi hüquq;

Regional iqtisadiyyat;

Iqtisadi siyasət;

Firmanın iqtisadiyyat;

Beynəlxalq makroiqtisadiyyat

5.1.2.“Biznesin idarə edilməsi” ixtisasi üzrə:

İqtisadiyyata giriş;

Mikroiqtisadiyyat;

Makroiqtisadiyyat;

Ekonometrika;

Menecment;

Biznesin əsasları;

Təşkilatı davranış;

İnsan resurslarının idarə edilməsi;

Marketinq;

Əməliyyatların idarə edilməsi;

Biznes strategiyası;

Beynəlxalq biznes;

Karyera planlaşdırılması;

Yuşmşaq bacarıqlar (Sofi skills);

Sərt bacarıqlar ( Hard skills);

İnstitusional iqtisadiyyat;

Reklam işi;

Biznesin infrastrukturu;

Biznesin idarə edilməsi;

Firmanın iqtisadiyyatı;

Kiçik və orta sahibkarlıq subyektlərinin idarə edilməsi;

Biznesin təhlükəsizliyi;

Biznesdə risklərin idarə edilməsi

5.1.3.”Marketinq” ixtisasi üzrə:

İqtisadiyyata giriş;

Mikroiqtisadiyyat;

Makroiqtisadiyyat;

Ekonometrika;

Menecment;

Marketinq;

İstehlakşı davranışları;

Marketinq tədqiqatları;

Strateji marketinq;

Satışın idarə edilməsi;

Pərakəndə ticarət marketinqi;

Karyera planlaşdırılması;

Yuşmşaq bacarıqlar (Sofi skills);

Sərt bacarıqlar ( Hard skills);

Rəqəmsal marketinq;

İnstitusional iqtisadiyyat;

Beynəlxalq marketinq;

Biznesin əsasları;

Marketinqin kommunuikasiya sistemi;

Firmanın iqtisadiyyatı;

Brendin idarə ediməsi;

Müştəri əlaqələrinin idarə edilməsi (CRM).

5.1.4.”Beynəlxalq ticarət və logistika” ixtisasi üzrə:

İqtisadiyyata giriş;

Mikroiqtisadiyyat;

Makroiqtisadiyyat;

Ekonometrika;

Menecment;

Marketinq;

Biznesin əsasları;

Beynəlxalq iqtisadiyyat;

Logistikanın əsasları;

Beynəlxalq ticarət;

Beynəlxalq nəqliyyat əməliyyatları;

Təchizat zəncirinin idarə edilməsi;

Beynəlxalq biznes;

Beynəlxalq ticarət hüququ;

Karyera planlaşdırılması;

Yuşmşaq bacarıqlar (Sofi skills);

Sərt bacarıqlar ( Hard skills);

İnstitusional iqtisadiyyat;

Beynəlxalq marketinq;

Biznesin idarə edilməsi;

Reklam işi;

Tədarükat və bölüşdürücü logistika;

Ehtiyatların idarə edilməsi;

Qlobal logistika və təchizat sistemi

5.1.5. “Turizm işinin təkili” ixtisası üzrə:

Mikroiqtisadiyyat;

Makroiqtisadiyyat;

Turizmə giriş;

Menecmentin əsasları;

Marketinqin əsasları;

Turizmdə nəqliyyat;

Turizm məhsulunun hazırlanması;

Turizm siyasəti və planlaşdırılmaqsı;

Dayanıqlı turizm;

İnsan resurslarının idarə edilməsi;

Destinasiyaların idarə edilməsi;

Qonaqpərvərlik sahəsinin idarə edilməsi;

Turizm hüququ;

Turizmdə vasitəçilər;

Sosial tədqiqatlara giriş;

Keyfiyyət əsaslı tədqiqat metodları;

Kəmiyyət əsaslı tədqiqat metodları;

Bronlaşdırma sistemləri;

Turizm davranışı psixologiyası;

Biznesin əsasları;

Turizmin infrastrukturu;

Beynəlxalq iqtisadiyyat;

Turizmdə ekoloji menecment;

Servis fəaliyyəti;

Turizmdə reklam işinin təşkili;

Otel menecmenti

Tutizmin iqtisadiyyatı

5.2. Magisrtatura – ali təhsil sistemində müstəqil səviyyə olmnaqla aşağıdakılara imkan verir:

konkret elm və praktika sahəsində yüksək ixtisaslı kadrlar hazırlamaq;

peşəkar təhsil vermək məqsədi ilə fərdi tələbatları nəzərə almaq və onların səmərəli formada ödənilməsini həyata keçirmək.

Kafedranın professor- müəllim heyəti bu vəzifələrin yerinə yetirilməsində aktiv iştirak edir. Magistr hazırlığı eimi-praktiki işlərlə yanaşı,eyni zamanda pedoqoji fəaliyyətidə nəzərdə tutut.

Magistratura səviyyəsində magistrlərə aşağıdakı fənlər tədris olunur:

5.2.1. “İqtisadiyyatın tənzimlənməsi” ixtisası üzrə:

Ali makroiqtisadiyyat;

Ali mikroiqtisadiyyat;

Tədqiqat metodları;

Milli iqtisadiyyatın inkişaf problemləri;

Dövlətin iqtisadi siyasəti;

İqtisad elmini müasir problemləri;

Makroiqtisadi tənzimlənmə;

İqtisadi inkişaf və iqtisadi artım;

Milli iqtisadi təhlükəsizlik;

Ətraf mühitin iqtisadiyyatı;

Azərbaycan iqtisadiyyatının strateji yol xəritəsi.

5.2.2. “Turizm və sosial-mədəni servis xidməti” ixtisası üzrə:

Turizmin, turizm sənayesinin müasir problemləri;

Mehmanxana və restoranların personallarının menecmenti;

AMTMOF (Ekskursiya fəaliyyətinin əsasları);

Regional turizmin inkişafı və idarə olunması;

Turizmin təşkili və idarə olunması;

Turizmin, turizm sənayesinin tarixi və metodologiyası;

Turizm və marketinq və onun əsas istiqamətləri;

Turizmdə menecmentin üsulları və idarəçilik qərarları;

Beynəlxalq turizm;

İstehlakçı davranışının idarə edilməsi;

Turizmdə innovativ layihələrin idarə edilməsi.

5.2.3. “Biznesin təşkili və idarə edilməsi” ixtisası üzrə:

Biznesdə strateji iadrə etmə;

Müasir idarəetmə nəzriyyələri;

Biznesin mqüasir problemləri;

Bines etikası və korporativ sosial məsuliyyət;

Strateji marketinq menecment;

İstehlakçı davranışları;

Risklərin idarə edilməsi;

Beynəlxalq münasibətlər və beynəlxalq biznes.

6.Kafedra üzrə mühazirə mətnləri və fənn sillabusları elektron formada hər bir müəllimin elektron poçtunda yerləşdirilmişdir.

Kafedra müdiri haqqında.

Prof. İmanov Telman İman oğlu

1961-ci ildə Biləsuvar (kecmiş Puşkin) rayonunun Əskərabad kəndində anadan olmuşdur. 1977-ci ildə D.Bünyatzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstituna daxil olmuş,1982-ci ildə oranı müvəffəq qiymətlərlə bitirmişdir. 1982-1995-ci illərdə kecmiş Dövlət Maddi-Texniki Təchizat Komitəsində müxtəlif vəzifələrdə çalışmışdır. 1995-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin İxtisaslaşmış Elmi Şurasında namizədlik dissertasiyası müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsinə layiq görülmüşdür (Azərbaycan Respublikası AAK-nın 27.12.1995-ci il, Pr.55).1995-2000-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində baş müəllim vəzifəsində calışıb. 2002-2005-ci illərdə Respublikada ilk olaraq yaradılan “Logistika” kafedrasına rəhbərlik edib. 2003-cü ildə nəşr olunan “Marketinqin əsasları” adlı metodiki vəsaitin, 2005-ci ildə isə “Logistika” adlı 2-cilidli dərsliyin müəllifidir.2008-ci ildə “İstehsal vasitələri bazarı: problemlər və perspektivlər” adlı monoqrafiyası nəşr olunub. Azərbaycan Respublikası Prezidenrti yanında AAK-02.04.2004-cü il (Pr.11) tarixli qərarı ilə dosent adına layiq görülmüşdür. 2016-cı ildə Azərbaycan Respublikası Prezidenrti yanında AAK-nın 22.01.2016 cı il (Pr.02) tarixli qərarı ilə doktorluq dissertasiyasını uğurla müdafiə edərək iqtisad elmləri doktoru adını almışdır. 2005-ci ildən 2018-ci ilin iyununa kimi Azərbaycan Dövlət İqtisad Universitetində “Marketinq” kafedrasının müdiri olub. “Marketinq”, “Logistika”,“Bazar infrastrukturu”, “Təchizat zəncirində ehtiyatların idarə edilməsi” və s. fənləri tədris edib. 2018-ci ildə “İnnovativ iqtisadiyyatda məhsullar bazarının infrastruktur təminatı: inkluziv inkişafın struktur-analitik aspektləri” adlı monoqrafiyası nəşr olunub. 100-ə yaxın elmi məqalələrin, 30-a yaxın fənn proqramlarının müəllifi olmaqla yanaşı, marketinq sahəsində 40 çap vərəqinə yaxın xarici ədəbiyyatları azərbaycan dilinə tərcümə etmişdir. Ailəlidir, iki övladı var.

Elektron ünvanı: telman.adiu@gmail.com

8.Kafedra əməkdaşları:

İqtisad elmləri namizədi, dosent Paşayev Tofiq Novruz oğlu

1953-cü ildə Lənkəran rayonununda anadan olmuşdur. 1970-ci ildə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun İnşaat fakultəsinin “Sənaye və mülki tikinti” ixtisasına daxil olmuş, 1975-ci ildə oranı bitirmişdir. 2003-cü ildə iqtisad elmləri namizədi alimlik dərəcəsini, 2010-cu ildə isə dosent elmi adını almışdır. Xarici ölkələrdə keçirilən elmi-praktik konfransların iştirakçısıdır. 12 elmi məqalənin, 15 tezisin, 5 fənn proqramı və 2 metodik vəsaitin müəllifidir. 1996-cı ildə Lənkəran Özəl Universitetində tam ştat müəllim, 1997-cı ildən Lənkəran Dövlət Universitetində tam ştat baş müəllim kimi pedaqoji fəaliyyətə başlamış, 2005-ci ildən 2017-ci ilin iyul ayına kimi “İqtisadiyyat və marketinq” kafedrasının müdir əvəzi işləmiş və hal-hazırda “İqtisadiyyat və innovativ idarəetmə” kafedrasında dosent vəzifəsində çalışır. “Mikroiqtisadiyyat”, “Makroiqtisadiyyat” və “İqtisadi fikir tarixi” kimi fənləri tədris edir. Ailəlidir, beş övladı var.

Elektron ünvanı: tofiq53 @ mail.ru

İqtisad elmləri üzrə fəlsəfə doktoru, dosent Zamanov Fizuli Mirzəmməd oğlu

1971-ci ildə Lənkəran rayonunun Marso kəndində ziyalı ailəsində anadan olmuşdur. 1992-ci ildə Azərbaycan Kooperasiya Universitetinin “ASK sahələrin iqtisadiyyatı və idarə edilməsi” ixtisasına qəbul olmuş və həmin universiteti fərqlənmə diplomu ilə bitirmişdir. 2012-ci ildə “Aqrar sahədə elmi-texniki potensialdan istifadənin təkmil-ləşdirilməsi” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək iqtisad üzrə fəlsəfə doktoru alimlik adına layiq görülmüşdür. 40 elmi məqalə və 1 tədris metodiki vəsaitin, tezislərin və bir çox fənn proq-ramlarının müəllifidir. 2018-ci ilin fevral ayında dosent vəzifəsinə layiq görülmüşdür. Hal-hazırda “İqtisadiyyat və innovativ idarəetmə” kafedrasında 1.0 ştat dosent vəzifəsində çalışır. “Ərtaf mühitin iqtisadiyyatı”,“İnsan resurslarının idarə edilməsi”,“Otel menecmenti”, ”Menecment” və s.fənləri tədris edir. Ailəlidir,iki övladı var.

Elektron ünvanı: fizuliz @ list.ru

İqtisad elmləri namizədi, dosent Qarayev Natiq Ənvər oğlu

1962-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1979-ci ildə Azərbaycan Dövlət Universitetinə daxil olmuş, 1984-cü ildə oranı müvəffəq qiymətlərlə bitirmişdir. 1984-1986-cı illərdə Bakımetrotikinti İdarəsi nəznində Hesablama Mərkəzində çalış-mışdır.1986-1991-ci illərdə keçmiş Dövlət Plan Komitəsinin nəznində İnformasiya-Hesablama Mərkəzində mütəxəssis vəzifəsində çalışmışdır. 1989-1992-ci illərdə AMEA-nın Kibernetika İnstitutunun Doktoranturasında oxumuşdur və 1992-ci ildə iqtisad elmləri namizədi elmi dərəcəsi almışdır.1991-1994-cü illərdə Azərbaycan Respublikasının Təhsil Nazirliyində Təhsil Alan Gənc-lərin Elmi-Texniki Yaradıcılığı üzrə Respublika Şurasında məsul katib vəzifəsində çalışmışdır, 1994-1999-cu illərdə “Esperanto” şirkətinin marketinq üzrə direktor müavini işləmişdir. 1999-2001-ci illərdə Baki Biznes Universitetindı dekan vəzifəsində çalışmışdır.2001-2007-ci illərdə Azər-baycan Dövlət İqtisad Universitetində “Biznesin təşkili” kafedrasının baş müəllimi, 2007-2014-cü illərdə Azər-baycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının elmi katibi, dekanı, ”Dövlət idarəetməsi və menecment” kafedrasının müdürü vəzifəsində işləmişdir. 2014-2019-cu illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Magistratura Mərkəzinin direktor müavini, “Menecment” kafedrasının dosenti, “Rus İqtisad Məktəbinin” dosenti, ADİU-nun Dərbənd filialının tədris işləri üzrə direktor müavini vəzifəsindi çalışıb. Hal-hazırda Lənkəran Dövlət Universitetinin “İqtisadiyyat və innovativ idarəetmə” kafedrasının əməkdaşıdır, “Biznesin əsasları” dərsliyinin, “Biznesdə kontrollinq”, ”Dövlət idarəçilik nəzəriyyəsi” dərs vəsaitinin hazırlamasında yaxından iştirak edib. “Kommersiya fəaliyyətinin əsasları”, “Turizm məhsulunun hazırlanması”, “Ali mikroiqtisadiyyat, “Bronlaşdırma sistemləri”, “Biznesin təhlükəsizliyi”,“Biznesin infrastrukturu” və “Biznesin idarə edilməsi” kimi tədris edir. Ailəlidir.Bir övladı var.

Elektron ünvanı: natiq_qarayev@rambler.ru

İqtisad elmləri üzrə fəlsəfə doktoru, dosent Əhmədova Turanə Vahid qızı

1983- ildə Qazax şəhərində anadan olmuşdur.2004-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Kommersiya” fakültəsinin “Birja fəaliyyəti və fond bazarı” ixtisası üzrə bakalavr təhsili almış , 2008-ci ildə isə həmin ixtisas üzrə magistraturanı fərq-lənmə diplomu ilə bitirmişdir. 2004-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin böyük labo-rantı vəzifəsində çalışmşdır. 2006-cı ildən 2017-ci ilə qədər “Marketinq” kafedrasında “Marketinq”, “Marketinq tədqiqatları” və s. fənnlərdən saat hesabı qaydada dərs aparmışdır.

2011-ci ildə doktoranturaya qəbul olmuş və 29 iyun 2016-cı ildə Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdindəki D 02.051 Dissertasiya Şurasında 5308.01-“Ümumi iqtisadiyyat” ixtisası üzrə “İstehsal vasitələri bazarının infrastrukturunun formalaşması xüsusiyyətləri və inkişaf prob-emləri” adlı dissertasiya işini müdafiə edərək, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən iqtisadiyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır (25 aprel 2017-ci il, protokol №09-K, FD №10452).

Elmin İnkişaf Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən Qrant layihələrinin icrasında iştirakçı qismində iştirak etmişdir.Respublika və beynəlxalq ölkələrin nüfuzlu jurnallarında iqtisadi yönümlü məqalələr - 30-dan çox məqalə və tezisin (o cümlədən, Thomson, Scopus, Web of Science indeksli beynəlxalq jurnallar) məllifidir.

2018-ci ildə “Innovativ iqtisadiyyatda məhsullar bazarının infrastruktur təminatı: inkluziv inkişafın struktur-analitik aspektləri” adlı monoqrafiyası nəşr olunmuşdur (həmmüəllif prof.T.İ. İmanov).

İştirak etdiyi tədbirlərin siyahısı (son dövr):

1. “Elm aylığı”çərçivəsində gənc tədqiqatçılar arasında keçirilən məqalə müsabiqəsi (sertifikat). UNEC-2017.

2. Milli Marketinq Forumu 2018. Marketinq Air, Facemark.az; Marketinq Azərbaycan

3. “Digital marketing” section of the “Digital brain” Bakı 2018

4. “Neuromarketing” section of the “Digital brain”Bakı 2018

5. 37th İnternational Scientific Conference on Economic and Social Development- “Socio Economic Problems of Sustainable Development” Baku, 14-15 february 2019

6. “İSO: 9001-2015 Quality Management Systems” .17.10.2019.

7. “Marka yaratma strategiyası” Respunlika daxil təlim. 21.08.2020.

Bakalavr pilləsində “Marketinq”, “Biznesin təşkili”, “Menecment”, “Logistika” “Strateji marketinq”, “Marketinq tədqiqatları”,“Beynəlxalq marketinq” və “Biznesin idarə edilməsi”, Magistratura pilləsində isə “Tətbiqi marketinq tədqiqatları”, “Biznesin idarə edilməsinin müasir problemləri” fənnlərini tədris edir. Ailəlidir. Bir övladı var.

Elektron ünvanı: turanaxmedov@mail.ru

İqtisad elmləri üzrə fəlsəfə doktoru, baş müəllim Talıbov Ceyhun Şahmar oğlu

1972-ci ildə Masallı rayonunda anadan olmuşdur.1988-ci ildə Azərbaycan Texniki Universitetinə daxil olmuş, 1993-ci ildə oranı müvəffəq qiymətlərlə bitirmişdir.2004-cü ildə Rusiya Federassiyasında hüquqşünaslıq üzrə Maqistr dərəcəsin almışdır. 2005-ildən Shahkmar LTD (TİR 075\074) Beynəlxalq yükdaşımalar şirkətinin icraçı direktoru və direktoru, 2012-ci ildən SOCAR Nəqliyyat darəsinin İdarəetmə aparatında böyük mühəndis vəzifə-lərində çalışmışdır.

2017-ci ildə Azərbaycan Texniki Universitetinin İxtisaslaşmış Elmi Şurasında “Tez xarab olan kənd təsərrüfatı məhsullarının beynəlxalq avtomobil daşımaları prosesinin səmərəliliyinin müasir loqistik üsullarla yüksəldilməsi” mövzusunda dissertasiya işini müdafiə edərək Azərbaycan Respublikası AAK-nın 06.07.2017-ci il tarixli qərarı ilə (FD 10642) texnika üzrə fəlsəfə doktoru alimlik dərəcəsinə layiq görülmüşdür.2012-ci ildən pedaqoji fəaliyyətlə başlamış və Bakı Mühən-dislər Universitetində 0,5 ştat dosent vəzifəsində və UNEC də mühazirəçi kimi “ Logistika, təchizat zəncirinin idarə edilməsi”, “Logistik risklərin idarə edilməsi”, “Oсновы логистики, Мултимо-дальные транспортные сиситемы və s. fənlərin tədris edir. 2016-cı ildən Təhlükəli yüklərin daşınması üzrə təlimçilərin hazırlanması üzrə beynəlxalq sertifikaltı instruktordur (Certificate ID ACACOADR75108104.Transport of Dangerous Goods by Road-İnstructor qualification Head İRU Academy, Switserland ).

Azərbaycan Respublikasının Strateji Yol Xəritəsinin (logistika və ticarəti bölməsi) hazırlan-masında ekspert kimi iştirak etmişdir. Azərbaycan Dövlət İqtisad Universitetinİn Beynəlxalq Magistratura və Doktorantura Mərkəzidə Logistika və marketing üzrə İxtisaslaşdırılmış Elmi Şuranın sədridir. 2018-2020 illərdə Logistika sahəsi üzrə 13 maqistrin elmi rəhbəri olmuşdur. Bir praktiki dərs vəsaitinin və bir idarəetmə sistemi - rəhbər sənədin, 7 - si xaricdə nəşr olunmaqla 21 elmi məqalənin müəlfidir. “Beynəlxalq iqtisadiyyat”, “Logistika” və “Risklərin idarəedilməsi” və s. fənləri tədris edir. Ailələlidır iki övladı var.

Elektron ünvanı: ceyhuntalıbov17@gmail.com

Baş müəllim Məcidova Səadət Mirağa qızı

1970-ci ildə Lənkəran şəhərində anadan olmuşdur. 1977-ci ildə Lənkəran şəhər 2 saylı orta məktəbə daxil olmuş və 1987-ci ildə bitirmişdir. 1987-ci ildə Baki Maliyyə-İqtisad texnikumuna daxil olmuş və 1990-cu ildə bitirmişdir. 1988-ci ildən 2002-ci ilə kimi Lənkəran Qaz İstismar İdarəsində statistik, hesabdar, mühasib və kadrlar üzrə müfəttiş vəzifə-lərində işləmişdir. 1999-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinə qiyabi şöbəyə daxil olmuş və 2004 cü ildə həmin universitetin “İstehsal və xidmət sahələrinin iqtisadiyyatı və idarə edilməsi ixtisası” üzrə bakalavr dərəcəsi almaqla bitirmişdir. 2004-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinə Magistratura pilləsinə qiyabi şöbəyə daxil olmuş və 2007-ci ildə həmin universitetin “Mühəndis iqtisadiyyatı və idarəetmə” ixtisası” üzrə magistr dərəcəsi almışdır. Azərbaycan Dövlət İqtisad Universitetinin dissertantıdır. Əmək fəaliyyətini 2004-cü ildən 2013 ilə kimi Azərbaycan Dövlət İqtisad Universitetində lobarant, həmin ildən hal-hazıra kimi müəllim kimi fəaliyyət göstərir. 2018-ci il sentyabr ayınnan isə Lənkəran Dövlət Universitetinin “İqtisadiyyat və innovativ idarəetmə” kafedrasında 0,5 ştat müəllim kimi çalışır. “Azərbaycan iqtisadiyyatı” və “Firmanın iqtisadiyyatı” fənlərini tədris edir. Ailəlidir.

Elektron ünvanı:seadet.5@mail.ru

Baş müəllim Səlimov Hikmət Firdovsi oğlu

14 sentyabr 1982-ci ildə Lənkəran şəhərində anadan olmuş-dur. 2000-ci ildə Lənkəran Dövlət Universitetinin “İstehsal və xidmət sahələrinin iqtisa-diyyatı və idarə edilməsi” ixtisasına daxil olmuş, 2004-cü ildə həmin ixtisası fərqlənmə diplomu bitirmişdir. 2004-cü ildə Lənkəran Dövlət Universitetinin “İstehsal və xidmət sahələrinin iqtisadiy-yatı və idarə edilməsi” ixtisası üzrə magistr təhsilini davam etdirmişdir.2006-cı ildə magistr pilləsini fərqlənmə diplomu ilə bitirmişdir. 15 sentyabr 2016-cı il tarixindən Lənkəran Dövlət Universitetinin “İqtisadiyyat və menecment” kafedrasında müəllim vəzifəsində işləməyə başlamışdır. 2017-ci ildə Lənkəran Dövlət Universitetinin “Sahə iqtisadiyyatı” ixtisası üzrə doktoranturaya pilləsinə daxil olmuşr və “Lənkəran iqtisadi regionunun aqrar-emal sferasında marketinq fəaliyyətinin formalaş-ması” mövzusunda dissertasiya üzərində işləyir. Altı məqalənin və yeddi tezisin müəllifidir.2017-ci ildən Lənkəran Dövlət Universitetində “İqtisadiyyat və innovativ idarəetmə” kafedrasında tam ştat müəllim vəzifəsində çalışır. 30 aprel 2019-cu il tarixindən “Sosial məsələlər üzrə dekan müavini” vəzifəsində və eyni zamanda 16 sentyabr 2019-cu il tarixindən baş müəllim vəzifəsində çalışır. “Azərbaycan iqtisadiyyatı”, “Firmanın iqtisadiyyatı”, “Xidmət sahələrinin iqtisadiyyatı”, “Dünya iqtisadiyyatı” və “Marketinq" fənlərini tədris edir. Ailəlidir, iki övladı var.

Elektron ünvanı: hikmat. salimov@bk.ru

Baş müəllim Rəşad Rzazadə İdrət oğlu

20 iyun 1988-ci ildə Lerik rayonun Şinəband kəndində anadan olmuşdur. 2006-cı ildə Lənkəran Dövlət Universitetinin “İqtisadiyyat və texnologiya” fakültəsinin “Biznesin təşkili və idarə edilməsi” ixtisasına daxil olmuş, 2010-cu ildə həmin ixtisası fərqlənmə diplomu ilə bitirmişdir. Elə həmin il Universitetin “İstehsal və xidmət sahələrinin iqtisa-diyyatı və idarə edilməsi” ixtisası üzrə magistr pilləsinə daxil olmuşdur. 2013-ci ildə Lənkəran Dövlət Universitetinin “Ekonometriya” ixtisası üzrə dissertanturaya qəbul olmuşdur. “Təhsil siste-mində mühasibatlıq və auditin avtomatlaşdırılmış rejimdə qurulması informasiya və təhlükəsiz-liyinin iqtisadi səmərəliliyinin qiymətləndirilməsi” mövzusunda dissertasiyası üzərində işləyir. 2011-ci ildə Lənkəran Dövlət Universitetində mühəndis iqtisadçı,2012-ci ildə mühasib,2013-cü ildə baş mühasib vəzifələrində işləmiş. Hal-hazırda universitetinin “Maliyyə və mühasib” şöbəsinin müdiri, eyni zamanda “İqtisadiyyat və innovativ idarəetmə” kafedrasında 0,5 ştat baş müəllim vəzifəsində çalışır. “İqtisadiyyatın tənzimlənməsi”, “Mikroiqtisadiyyat”,“Dünya iqtisadiyyatı” və “Makroiqtisadiyyat” fənlərini tədris edir. Ailəlidir. Bir övladı var.

Elektron ünvanı: rashad.rzazada @ mail.ru

Baş müəllim Bağırova Şəfa Vaqif qızı

1987-ci ildə Neftçala rayonu Astanlı kəndində anadan olmuş-dur.2005-2009-cu illər Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Riyaziyyat” ixtisasında bakalavr təhsili almışdır.2009-cu Lənkəran Dövlət Universitetinin “Diferensial tənliklər” ixtisası üzrə magistraturaya qəbul olmuşdur. 2011-ci ildə magistraturanı bitirib Lənkəran Dövlət Univer-sitetinin “Ekonometriya; iqtisadi statistika” ixtisası üzrə doktoranturaya qəbul olmuşdur. “Çox-sektorlu iqtisadi artım modelinin optimal idarə olunması” mövzusunda dissertasiyası üzərində işləyir. 2010-2012-ci illərdə Lənkəran Dövlət Universitetində laborant və elmi işçi kimi çalışmışdır. 2013-2018-ci ildə AMEA-nın İnformasiya Texnologi-yaları İnstitutunda elmi işçi kimi fəaliyyət göstərmişdir. 2018-ci ildən Lənkəran Dövlət Universitetinin “İqtisadiyyat və innovativ idarəetmə” kafedrasında 1,0 ştat baş müəllim vəzifəsində çalışır. “Ekonometrika” fənnin tədris edir. Ailəlidir, iki övladı var.

Elektron ünvanı: shefa.baqırova@mail.ru

Baş müəllim Eminov Mirsahib Mirmöhsüm oğlu

05.08.1989 ildə Naxçıvan MR, Şərur rayonunda anadan olmuşdur. İbtidai təhsilinə 1996-cı ildə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 26 saylı tam orta məktəbdə başlayıb, 2007-ci ildə həmin məktəbdən məzun olmuşdur.2007-2011-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində, “İqtisadiyyatın hüquqi tənzimlənməsi” ixtisası üzrə bakalavr pilləsini bitirmişdir. 2012-2014-cü illərdə Türkiyə Cumhuriyyəti, Hacettepe Universitetində “İqtisadiyyat” ixtisası üzrə magistr təhsili almışdır. Hal-hazırda UNEC-in “Dünya İqtisadiyyatı” ixtisası üzrə dissertantıdır. Eyni ildən etibarən UNEC-in “Beynəlxalq İqtisadiyyat” kafedrasında, DGKA-da, Lənkəran Dövlət Universitetində “İqtisadiyyat və innovativ idarəetmə” kafedrasında 0,5 ştat baş müəllim vəzifəsində, Magistratura.az və Prestij-S kurslarında müəllim vəzifəsində çalışır. “Mikroiqtisadiyyat”, “Dünya iqtisadiyyatı”, “Makroiqtisadiyyat”,“İqtisadiyyat” və “Azərbaycan iqtisadiyyatı” fənlərin tədris edir.

Elektron ünvanı: mirsahib.emin@gmail.com

Baş müəllim Əsgərli Rəşad Əlihüseyn oğlu

01.07.1979-cu ildə Lənkəran şəhərində anadan olmuşdur. 1986-cı ildə Şirvan şəhərində 10 saylı orta məktəbə daxil olmuş, 1996-cı ildə həmin məktəbi müvəffəqiyətlə bitirmişdir. 1996-2000-ci illədə Azərbaycan Respublikası Nazirlər Kabineti Nəzdində Azərbaycan Xalq Təsərrüfatını İdarəetmə İnstitutunun “Biznesin təşkili və idarə edilməsi, menecer,” ixtisası üzrə bakalavr dərəcəsi almışdır. 2000-2002 ci illərdə Azərbacan Dövlət İqtisad Universitetinin “Biznesin təşkili və idarə edilməsi,” ixtisası üzrə magistr dərəcəsi almışdır. Hal-hazırda “İqtisadiyyat və innovativ idarəetmə” kafedrasında 0.5 ştat baş müəllim vəzifəsində işləyir. “Dayanqılı turizm”, “Turizmin iqtisadiyyatı”, “Kommersiya fəaliyyətinin əsasları” və “Sosial sahələrin iqtisadiyyatı” fənlərin tədris edir. Ailəlidir, iki övladı var.

Elektron ünvanı: asgerli.rashad@gmail.com

Baş müəllim Axundov Firdovsi Allahverdi oğlu

01.10.1954-cü ildə Lənkəran şəhərində müəllim ailəsində anadan olmuşam. 1970-ci ildə Lənkəran 1 saylı orta məktəbini,1975-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Əmtəəşünaslıq fakultəsini bitirərək mühəndis-texnoloq ixtisası almışdır. 1975-1976-ci illərdə Neftçala rayonunda fəhlə təhcizatı idarəsində texnoloq vəzifəsində çalışmışdır. 1976-1978-ci illərdə Rusiya Federasiyasının Murmansk vilayətinin Severomorsk şəhərində hərbi xidmətdə keçmişdir.

1979-1985-ci illərdə Lənkəran şəhər Komsomol Komitəsinin II və I katibi vəzifələrində çalışıb, 1986-1988-cı illərdə Bakı Ali Partiya Məktəbində idarəçilik sahəsində təhsil alıb. 1988-1991-ci ilin Lənkəran şəhər Partiya Komitəsində təlimatçı vəzifəsində fəaliyyət göstərib.1991-2006-cı illərdə Lənkəran şəhər İcra hakimiyyətində məsləhətçi, baş məsləhətçi və ərazi idarəetmə orqan-ları ilə iş üzrə şöbənin müdiri vəzifələrində işləmişdir. 2008-2018-ci illərdə ilin dekabr ayınadək İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Lənkəran nümayəndəliyinin rəhbəri, 2019-cu ilin avqust ayından hazırki dövrədək İqtisadiyyat Nazirliyinin kiçik və orta sahibkarlığın inkişafı ağentliyində Lənkəran iqtisadi regionu üzrə xidməti müqavilə əsasında təlimçi-ekspert işləmişdir. Hal-hazırda “İqtisadiyyat və innovativ idarəetmə” kafedrasında 0,5 ştat baş müəllim vəzifəsində çalışır. “Aqrar iqtisadiyyat”,“Baytarlıq işinin təşkili və iqtisadiyyatı” və “Meşə təsərrüfatının iqtisadiyyatı və təşkili” fənlərini tədris edir.

Elektron ünvanı: a.fir.akf@mail.ruf

Müəllim Xankişiyev Fərid Xanbaba oğlu

14.10.1990-cı ildə Bakı şəhərində anadan olmuşdur. 1996-cı ildə orta məktəbə daxil olmuş, 2007-ci ildə məktəbi bitirmişdir.Həmin ildə Azərbaycan Dövlət Neft Akademiyasının “Beynəlxalq iqtisadi münasibətlər və menecment” fakultəsinə daxil olmuş və 2011-ci ildə ali təhsilini əla qiymətlərlə bitirmiş, elə həmin ili Azərbaycan Dövlət Neft Akade-miyasının “İnnovasiya strategiyasının təşkili” fakultəsinə daxil olmuş, 2015-ci ildə oranı qırmızı diplomla bitirmişdir. 2011-2012-ci illərdə hərbi xidmətdə olmuşdur.2016-cı ildən 2018-ci ilədək Bakı Biznes Universitetində laborant və müəllim vəzifəsində çalışıb. 2017-ci ildə “Sahə iqtisadiy-yatı” ixtisası üzrə Odlar Yurdu Universitetinin doktorantura şöbəsinə daxil olmuşdur. “Neft-kimya sənayesində fərdi sahibkarlıq fəaliyyətinin iqtisadi səmərliliyinin yüksəldilməsi yolları” mövzusun-da dissertasiyaı üzərində işləyir. 2018-ci ildən Lənkəran Dövlət Universitetinin “İqtisadiyyat və innovativ idarəetmə” kafedrasının 1,0 ştat müəllim vəzifəsində çalışır. Eyni zamanda 29 aprel 2019-cu il tarixində “İqtisadiyyat və innovativ idarəetmə” kafedrasının kafedra müdirinin müavini vəzifəsinə təyin edilmişdir. “İqisadi hüquq”, “Korporativ idarəetmə”, “Menecment”, “Turizmdə ekoloji menecment” və “Turizmdə nəqliyyat xidməti” fənlərini tədris edir.

Elektron ünvanı: ferid_khan@mail.ru

Müəllim Rəcəbov Fəxrəddin Musa oğlu

17.12.1950-ci ildə Lənkəran rayonunun Veravul kəndində anadan olmuşdur. 1967-ci ildə Azərbaycan Politexnik İnstitutunun Texnologiya fakül-təsinə qəbul olunmuş, 1972-ci ildə ali məktəbdə təhsilini tamalayıb “mühəndis-texnoloq” ixtisasını almışdır. 1974-1980-ci illərdə Lənkəran 34 saylı peşə məktəbində “tərbiyəçi-müəllim” vəzifəsində çalışmışdır.1986-1996-cı illərdə Yerli Sənaye Nazirliyi Lənkəran istehsal kombinatında baş mühəndis, direktor vəzifələrində işləmişdir. 1996-2016-cı illərdə DGK-nin müxtəlif strukturlarında ərazi terminalı üzrə şöbə rəisi, bəyanetmə üzrə mütəxəssis, böyük inspektor, baş inspektor vəzifələrində xidmət etmiş, 14.06.2006-cı il tarixində DGK-nin “Gömrük orqanlarında xidmətə görə” döş nişanı və 30.01.2012-ci il tarixində “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi-nin 20 illiyi (1992-2012)” Azərbaycan Respublikasının Yubiley Medalı ilə təltif olunmuşdur. Hal-hazırda Lənkəran Dövlət Universitetində “İqtisadiyyat və innovativ idarəetmə” kafedrasında 1,0 ştat müəllim vəzifəsində çalışır. “Ətraf mühitin iqtisadiyyatı”, “Turizmin iqtisadiyyatı”, “Servis fəaliyyəti”, “Logistika” və “Biznesin əsasları” fənlərin tədris edir. Ailəlidir, iki övladı var.

Elektron ünvanı: recebovfaxraddin@gmail com

Müəllim Rzalı Şəmsi Pərviz oğlu

05.08.1994-cü ildə Biləsuvar rayonunun Çinarlı kəndində anadan olmuşdur. 2011-ci ildə Bakı Özəl Türk Liseyi Lənkəran Filialından məzun olmaqla orta təhsilini tamamlamışdır. 2011-2015-ci illər ərzində Türkiyə Respublikasının “T.C Kırıkkale” Universitetində “İqtisadiyyat” ixtisası üzrə bakalavr təhsili almışdır. 2015-ci ildə “T.C Kırıkkale” Universitetinin “Sosial Elmlər İnstitutu”nun “İqtisadiyyat” ixtisası üzrə magistratura təhsilinə başlamış və 2019-cu ildə Prof. Mehmet DİKKAYA rəhbərliyində “Enerji Təklif Təhlükəsizliyi Konteksində Azərbaycan və Avropa İttifaqı Əlaqələri” mövzusunda magistr dissertasiyanı uğurla tamamlamışdır. Bundan əlavə magistr təhsili dövründə 2017-2018 tədris ilində “ERASMUS+” xaricdə təhsil və mübadilə proqramı ilə Polşa Respublikasında “WSB in Poznan” Universitetinin “Menecment” ixtisası üzrə təhsil almışdır. Türkiyə Respublikasında dərc edilən beş elmi tezisin, bir məqalənin yazarı və iki kitabın həmmüəlifidir. Hal hazırda “T.C Bursa Uludağ” Universitetinin “Sosial Elmlər İnstitutunda” Dos.M. Ozan BAŞKOL rəhbərliyində “İqtisadiyyat” ixtisası üzrə doktorantura təhsilini davam etdirməklə yanaşı, Lənkəran Dövlət Universitetində müəllim vəzifəsində çalışır. “Beynəlxalq iqtisadiyyat”, “Karyera planlaşması”, “İqtisadiyyatın tənzimlənməsi” və “Dünya iqtisadiyyatı” fənlərini tədris edir. Ailəlidir.

Elektron ünvanı: shamsi.rzali@ gmail.com

Müəllim Rəhimli Həsən Hüseyn oğlu

1993-cü ildə Lənkəran şəhərində anadan olmuşdur. 2014-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetində “Marketinq” ixtisası üzrə bakalavr pilləsini, 2017-ci ildə isə “Kommersiya fəaliyyəti” ixtisası üzrə magistr pilləsini fərqlənmə diplomu ilə bitirmişdir. 2018-ci ilin fevral ayında Lənkəran Dövlət Universitetində “Sahə iqtisadiyyatı” ixtisası fəlsəfə doktoru proqramı üzrə doktorantura pilləsinə (dissertant) qəbul olmuşdur. “Ali təhsil sektorunda universitet-biznes-dövlət əlaqələri və onun tənzimlənməsi istiqmətləri” mövzusunda dissertasiya üzərində işləyir. 2017-2018-ci ildən Lənkəran Dövlət Universitetinin mətbəəsində cildçi, daha sonra “İqtisadiyyat və idarəetmə” fakultəsində baş laborant vəzifələrində işləmiş, 17.09.2018-ci il tarixindən etibarən isə “İqtisadiyyat və innovativ idarəetmə” kafedrasında müəllim vəzifəsində çalışır. Kafedra üzrə elmi-tədqiqat işlərinin planına uyğun olaraq “Əhalinin həyat məmnuniyyətinin iqtisadi, psixoloji və etik aspektləri: rifah halının təhlilinə interdissiplinar yanaşma” mövzusunda elmi tədqiqat aparır. Əsas elmi maraq dairəsinə davranış iqtisadiyyatı (həmçinin neyroiqtisadiyyat), iqtisadiyyatın fəlsəfi və etik (əxlaqi) problemləri daxildir. Fəlsəfə, ümumi psixologiya, iqtisadi psixologiya və iqtisadi etika üzrə beynəlxalq və respublika əhəmiyyətli sertifikatlaşmış kursları bitirmişdir. Kafedra nəzdində fəaliyyət göstərən “Gənc iqtisadçılar klubu”nun rəhbəri və “İqtisadi araşdırmalar laboratoriyası”nın üzvüdür. “İqtisadiyyata giriş”, “Mikroiqtisadiyyat”, “Makroiqtisadiyyat”, “İqtisadi fikir tarixi”, “İnstitusional iqtisadiyyat” və “Biznes etikası və sosial məsuliyyət” fənlərini tədris edir.

Elektron ünvanı: rahimli.h@hotmail.com

Müəllim Tağızadə Murad Allahyar oğlu

1991-ci ildə Lənkəran şəhərində anadan olmuşdur. 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının "İnzibati idarəetmə" ixtisasına qəbul olunmuş, 2012-ci ildə həmin ixtisası fərqlənmə diplomu ilə bitirmişdir. 2012-2014-cü illərdə Bakı Mühəndislik Universitetində "İdarəetmədə informasiya sistemləri" ixtisası üzrə təhsil almışdır. Universiteti bitirdikdən sonra bank və biznes sektorunda çalışmışdır. 15.09.2020-ci il tarixindən etibarən “İqtisadiyyat və innovativ idarəetmə” kafedrasında 1.0 ştat müəllim vəzifəsində çalışır. “Makroiqtisadiyyat”, “İqtisadiyyata giriş”, “Biznesin infrastrukturu”, “Biznesin idarə edilməsi” və “Menecment” fənlərini tədris edir.

Elektron ünvanı: tagizadam@gmail.com

Müəllim Bayramov Namiq Loğman oğlu

30.01.1980-ci ildə Bakı şəhərində anadan olmuşdur. 2001-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini marketinq ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. 2001-2003-cü illərdə təhsilini eyni universitetdə, eyni ixtisas üzrə magistraturada davam etdirmişdir. 2003-cü ildə “Marketinq sistemində qiymət siyasətinin elmi-nəzəri əsasları” mövzu-sunda magistr dissertasiyasını uğurla müdafiə edərək magistr dərəcəsi almışdır. 2004-cü ildən etibarən satış və marketinq kommunikasiyaları sahəsində praktik fəaliyyətlə məşğul olmuşdur və hazırda da həmin sahədə çalışır. Azərbaycanın aparıcı marketinq şirkətlərindən biri olan “Yello Advertising”-in həmtəsisçisidir. 2005-2006-cı tədris ilində Azərbaycan Dövlət İqtisad Universite-tində pedaqoji fəaliyyətlə məşğul olmuş, “Marketinqin idarə edilməsi” və “Beynəlxalq marketinq” fənlərini tədris etmişdir. 2019-cu ildən Lənkəran Dövlət Universitetinin doktorantıdır. “Maliyyə resurslarının marketinq idarəedilməsi və onun təkmilləşdirlməsi istiqamətləri” mövzusunda doktor-luq dissertasiyası üzərində işləyir. Hal-hazırda Lənkəran Dövlət Universitetində “İqtisadiyyat və innovativ idarəetmə” kafedrasında 0,5 ştat müəllim vəzifəsində çalışır. “Marketinq”, “Marketinq tədqiqatları”, “Marketinqin kommunikasiya sistemi” və “Marketinqin idarə edilməsi” fənlərini tədris edir. Ailəlidir, iki övladı var.

Elektron ünvanı: namigbay@gmail.com

Müəllim İsalı Səddam Eldəniz oğlu

1995-ci ildə Şəmkir şəhərində anadan olmuşdur. İbtidai təhsilinə 2001-ci ildə Şəmkir şəhəri, N.Nərimanov adına tam orta məktəbdə başlayıb, 2012-ci ildə həmin məktəbdən məzun olmuşdur. 2012-2016-cı illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin “Beynəlxalq iqtisadi münasibətlər” fakültəsinin “Dünya iqtisadiyyatı” ixtisası üzrə bakalavr pilləsini bitirmişdir. 2016-2018-ci illərdə Bakı Mühəndislik Universitetinin “İqtisadiyyat və idarə-etmə” fakültəsinin “Beynəlxalq iqtisadi münasibətlər” ixtisası üzrə magistr təhsili almışdır. 2016-2020-ci illərdə Magistratura.az Təhsil Mərkəzində müəllim vəzifəsində çalışıb. Hal-hazırda Lənkə-ran Dövlət Universitetində “İqtisadiyyat və innovativ idarəetmə” kafedrasında 0,5 ştat müəllim vəzifəsində çalışır. “Makroiqtisadiyyat”, “Mikroiqtisadiyyat, “Beynəlxalq iqtisadiyyat” və ”Dünya iqtisadiyyatı” fənlərin tədris edir. Ailəlidir, bir övladı var.

Elektron ünvanı: seddam.isali124@gmail.com

Müəllim Məmmədov Murad Rahim oğlu

26.03.1992 ci ildə Lənkəran rayonunda anadan olmuşdur. 2008 ci ildə tam orta məktəbini bitirmiş, həmin il Lənkəran Dövlət Universitetinin “İstehsal və xidmət sahələrinin iqtisadiyyatı və idarə edilməsi” ixtisasına qəbul olmuşdur. 2012-ci ildə həmin universiteti bitirmişdir. 2012-2013-cü illərdə ordu sıralarında hərbi xidmətdə olmuşdur. 2013-cü ildə Lənkəran Dövlət Universitetinin “İstehsal sferasında mühasibat uçotu və audit” ixtisaslaşması üzrə magistratura pilləsinə qəbul olmuşdur. 2018 ci ildə “Sahə iqtisadiyyatı” ixtisası üzrə Lənkəran Dövlət Universitetinin doktorantura şöbəsinə daxil olmuşdur. “Azərbaycanda qeyri-neft sektorunun diversifikasiyası və onun inkişaf istiqamətləri” mövzusunda dissertasiyaı üzərində işləyir. 2013-2015-ci illərdə Lənkəran Dövlət Universitetində iqtisadçı vəzifəsində,2015-2017-ci illərdə bank sektorunda işləmişdir. 2017-ci ildən Lənkəran Dövlət Universitetində tyutor vəzifəsində işləyir. 2019-cu ildən “İqtisadiyyat və innovativ idarəetmə” kafedrasında saat hesabı qaydada dərs aparır. “İnsan resurslarının idarə edilıməsi” və “Ətraf mühitin iqtisadiyyyatı” fənlərini tədris edir.

Elektron ünvanı: muradmemmedov817@mail.ru

Kafedranın yerləşdiyi poçt ünvanı, telefonları, elektron ünvanı, faks nömrəsi

Kafedranın ünvanı :Lənkəran şəhəri Füzuli küçəsi 170 a I tədris korpusu.

Telefon: 025 255 31

Elektron ünvanı: lsu.edu.az

Faks nömrəsi: 5-25-88

Kafedra haqqında məlumatları Prof. İmanov Telman təqdim etmişdir.


Lənkəran Dövlət Universiteti 2001/2018 | Web design: Əlizadə Məhəmməd