Maliyyə idarəetməsi və audit kafedrası Lənkəran Dövlət Universiteti rektorunun 28 sentyabr 2018-ci il tarixli 1/83 nömrəli əmrinə əsasən fəaliyyət göstərir.
Kafedranın əsas elmi və pedaqoji fəaliyyət istiqamətləri:
- Maliyyə idarəetməsi və audit kafedrası Lənkəran Dövlət Universitetinin əsas tədris elm struktur bölməsi olub, bir neçə yaxın fənlər üzrə tədris, metodiki, elmi-tədqiqat, elmi-pedaqoji və elmi işçilərin hazırlanması və təhsilalanlar arasında tərbiyə işlərini həyata keçirir.
- Maliyyə idarəetməsi və audit kafedrası maliyyə və mühasibat üzrə ixtisaslı kadrların hazırlanması ilə parallel “İqtisadiyyat” istiqaməti üzrə “Regional iqtisadiyyatın sosial-iqtisadi inkişaf problemləri” mövzusunda elmi tədqiqat işlərini davam etdirir.
Kafedra üzrə ixtisaslaşmaların siyahısı:
- Maliyyə idarəetməsi və audit kafedrası bakalavriat səviyyəsi üçün “Maliyyə”, “Mühasibat uçotu və audit” ixtisasları üzrə, magistratura səviyyəsi üçün “Maliyyə” ixtisası “Maliyyə menecmenti” və “Maliyyə bazarları”, “Mühasibat uçotu və audit” ixtisasının “Xidmət sferasında mühasibat uçotu və audit” və “İstehsal sferasında mühasibat uçotu və audit” ixtisaslaşmaları üzrə mütəxəssislərin hazırlığı və elmi işlərin yerinə yetirilməsi ilə məşğul olur. Kafedrada Fəlsəfə doktoru üzrə doktorantura və dissertanturaya qəbul planı vardır. Hal-hazırda kafedrada Fəlsəfə doktoru üzrə doktorantura səviyyəsində “Daxili fiskal siyasət və dövlət maliyyəsi” ixtisasında mütəxəssis hazırlığı həyata keçirilir.
Kafedra üzrə tədris olunan əsas fənlər:
Bakalavr üzrə:
1. Maliyyə
2. Maliyyə və investisiyalar
3. Maliyə nəzarəti və audit
4. Maliyyə bazarları
5. Mühasibat uçotu
6. Büdcə və xəzinə uçotu
7. Audit
8. Bank işi
9. Pul və banklar
10. Vergi inzibatçılığı
11. Vergilər və vergitutma
12. Sığorta işi
13. Statistika
14. Maliyyə uçotu
15. İdarəetmə uçotu
16. Mühasibat və mühasibat məsələləri
17. Maliyyə hesabatlarının təhlili
18. Maliyyə hesabatlarının beynəlxalq standartları
19. Maliyyə təhlili
20. İdarəetmə təhlil
21. Layihə menecmenti
22. Qiymət və qiymətləndirmə
23. S/f (Büdcə sistemi)
24. S/f (Beynəlxalq valyuta - kredit münasibətləri)
25. S/f (İnvestisiya fəaliyyəti və innovasiya siyasəti)
26. ASK-nın iqtisadiyyatı, sahibkarlıq və mühasibat uçotu
27. Karyera planlaması
28. Yumşaq bacarıqlar
29. Biznes riyaziyyatı
Magistratura üzrə:
1. Maliyyənin müasir problemlri
2. Mühasibat uçotu və auditin müasir problemlri
3. İstehsal müəssisələrində mühasibat uçotu
4. Daxili audit və risklərin idarə olunması
5. Maliyyə menecmenti
6. Maliyyə və vergi uçotu
7. Qida müəssisələrində mühasibat uçotu
8. Müəssisələrdə vergiqoyma
9. Böhranlı müəssisələrin maliyyə sabitləşməsi problemləri
10. Maliyyə - kredit sistemi təşkilatlarının vergiyə cəlb edilməsi
11. Müasir maliyyə kredit institutlarının fəaliyyət istiqamətləri
12. Bank riskləri və onların idarə olunması
13. Pul kredit tənzimlənməsinin nəzəri və praktiki aspektləri
14. Vergi siyasətini konseptual əsasları və praktiki aspektləri
15. Maliyyə menecmentinin informasiya və analitik təminatı
16. Müəssisədə idarəetmə uçotu
İqtisad elmləri namizədi, dosent Bədəlov Əlixan Mehman oğlu
1967-ci ildə Lənkəran rayonunun Şağlakücə kəndində ziyalı ailəsində anadan olmuşdur. 1984-cü ildə Lənkəran rayonunun Şağlakücə kənd orta məktəbini bitirmişdir. 1985-1987-ci illərdə Latviyada Baltik Hərbi Dəniz Donanmasında hərbi xidmətdə olmuşdur. 1987-ci ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Uçot-iqtisad fakültəsinin “Təsərrüfat fəaliyyətinin təhlili” ixtisasına qəbul olmuşdur. 1992-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetində iqtisadçı ixtisası alaraq ali təhsilini müvəffəqiyyətlə bitirmişdir. 1992-1998-ci illərdə Lənkəran “Aqrokoop” Tədarük Ticarət Birliyində mühasib, böyük mühasib və baş mühasib vəzifələrində işləmişdir. 1998-2001-ci illərdə saat hesabı müəllim, 1,0 ştat müəllim və 2002-ci ildən Lənkəran Dövlət Universitetinin Elmi Şurasında müsabiqədən keçərək 1,0 ştat baş müəllim vəzifəsində fəaliyyət göstərmişdir. 1999-2001-ci illərdə “İqtisadiyyat və idarəetmə” kafedrasında kafedra müdürinin müavini vəzifəsində, 2001-2005-ci illərdə isə İqtisadiyyat fakültəsinin dekan müavini vəzifəsində işləmişdir. 08 iyun 2007-ci il tarixində 08.00.05- “Xalq təsərrüfatının iqtisadiyyatı və idarə edilməsi (regional iqtisadiyyat)” ixtisası üzrə “Regional nəqliyyat xidmətinin təşkilinin təkmilləşdirilməsi və səmərəliliyinin yüksəldilməsi istiqamətləri (Lənkəran regionu timsalında)” mövzusunda dissertasiya işini müdafiə etmiş və ona iqtisad elmləri namizədi alimlik dərəcəsi verilməsi haqqında qərar qəbul edilmişdirdir. 2008-ci ildə ona Azərbaycan Respublikası Prezidenti Yanında AAK-nın qərarı ilə iqtisad elmləri namizədi alimlik dərəcəsi verilmişdir. 2008-2012-ci illərdə İqtisdiyyat və idarəetmə fakültəsində dekan vəzifəsini icra etmişdir. 2012-ci ildə “İqtisadiyyat və aqrotexnologiya” kafedrasında dosent vəzifəsini tutmaqla bağlı müsabiqədə iştirak etmək üçün İqtisdiyyat və idarəetmə fakültəsinin dekanı vəzifəsindən öz xahişi ilə çıxmış və Lənkəran Dövlət Universitetinin Elmi Şurasında müsabiqədən keçərək 1,0 ştat dosent vəzifəsini tutmuşdur. 2014-cü idən Azərbaycan Respublikası Prezidenti Yanında AAK-nın qərarı ilə ona dosent adı verilmişdir. 2015-2016-cı illərdə “İqtisadiyyat və aqrotexnologiya” kafedrasında kafedra müdüri vəzifəsini icra etmişdir. 2016-cı ildən öz xahişi ilə “İqtisadiyyat və aqrotexnologiya” kafedra müdiri vəzifəsindən çıxmışdır. 2016-2018-ci illərdə “Maliyyə, mühasibat və audit” kafedrasında 1,0 ştat dosent vəzifəsində çalışmışdır. 2018-ci ildə “Maliyyə idarəetməsi və audit” kafedrasında 1,5 ştat dosent vəzifəsində işləmişdir. 26 noyabr 2018-ci il tarixindən “Maliyyə idarəetməsi və audit” kafedrasının müdiri vəzifəsini tutmaq üçün müsabiqədən keçdiyinə görə 0,5 ştat dosent saxlanılmaqla “Maliyyə idarəetməsi və audit” kafedrasına müdir təyin olunmuşdur. AMEA İqtisadiyyat İnstitutunun dokturantıdır. Apardığı elmi tədqiqat işlərinin nəticələri respublikada və xaricdə nəşr olunmuş elmi əsərlərdə öz əksini tapmışdır. İşlədiyi dövr ərzində respublikada və xaricdə çap olunan 90-dan çox elmi əsərlərin, o cümlədən, 17 fənn proqramı, 3 metodik göstəriş və 2 dərs vəsaitinin müəllifidir.
alixan.badalov@mail.ru
İqtisad elmləri namizədi, dosent Əliyeva Gülbəniz Tofiq qızı
26 avqust 1967-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1984-cü ildə M. Əzizbəyov adına Azərbaycan Neft və Kimya institutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) mühəndis iqtisad fakültəsinə daxil olmuş, 1989-cu ildə institutu fərqlənmə diplomu ilə bitirmişdir. 1995-ci ildə 080005-“Xalq təsərrüfatının və onun sahələrinin iqtisadiyyatı, planlaşdırılması və idarə edilməsinin təşkili” ixtisası üzrə namizədlik dissertasiyasını müdafiə etmişdir. Həmin ildən Azərbaycan Elmlər akademiyası İqtisadiyyat İnstitutunun “Sahibkarlıq və antiinhisar” şöbəsində baş elmi işci vəzifəsində çalışmışdır. 01.09.2001-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin “Beynəlxalq iqtisadi münasibətlər” kafedrasının müəllimi,01.09.2003-cü ildən həmin kafedranın baş müəllimi, 27.05.2005-ci ildən həmin kafedranın dosenti kimi fəaliyyət göstərmişdir. 2009-2014-cü illər ərzində “Beynəlxalq iqtisadi münasibətlər” fakültəsinin qiyabi şöbəsinin dekan müavini vəzifəsində işləmişdir. 2016-cı ildən UNEC-in “Beynəlxalq İqtisadiyyat” kafedrasının dosenti kimi çalışmışdır. 2017-ci ildə Lənkəran Dövlət Universitetinin “İqtisadiyyat və marketinq” kafedrasının müdiri vəzifəsinə seçilmişdir. 2018-ci ildən “İqtisadiyyat və idarəetmə” fakültəsinin dekanıdır. İyun 2005-ci ildə təsdiq edilmiş “Müasir şəraitdə sənayenin rəqabət qabiliyyətinin yüksəldilməsi problemləri” mövzusunda doktorluq dissertasiyasını başa çatdırmışdır. Hal-hazırki vaxta qədər iqtisadiyyatın ayrı-ayrı sahələrinə dair yazılmış 50-dən artıq tezis və məqalənin, 1 metodik vəsait, monoqrafiya, 3 proqram və 1 kitabın (Dünya iqtisadiyyatı, tərcümə) müəllifidir.
gulbeniz_aliyeva@mail.ru
İqtisad elmləri namizədi, dosent Əsgərova Reyhan Vaqif qızı
Reyhan Vaqif qızı Əsgərova 1972-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1979-cu ildən 1989-cu ildə Bakı şəhəri H.Cavid adına 132 saylı orta məktəbdə oxuyub bitirmişəmdir.
1991-ci ildə Azərbaycan Dövlət İqtisad İnstitutuna daxil olmuş və 1996-cı ildə Azərbaycan Dövlət İqtisad Universitetini qiyabi şöbə “Maliyyə” ixtisasını bitirmişdir.
Milli Münasibətlər İnstitutunda xəzinədar, “Viləşbank” kommersiya bankında iqtisadçı vəzifələrində çalışmışdır.
2001-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin iqtisadi informatika laboratoriyasinda laborant, böyük laborant və kiçik elmi işçi vəzifəsində işləmişdir. 2001-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin “Bank işi və pul tədavülü” (hazırda “Maliyyə və maliyyə institutları”) kafedrasına dissertant təsdiq edilmiş və 2002-ci ilin sentyabr ayından həmin kafedrada müəllim vəzifəsində çalışmışdır. Işlədiyi müddət ərzində tədqiqatçı və müəllim kimi respublikada və ölkədən kənarda keçirilən müxtəlif elmi-praktik konfrans və seminarlarda, elmi diskussiyalarda iştirak etmişdir. Həmçinin ictimai işlərdə də fəal iştirak etmişdir. Belə ki, Universitet üzrə qadınlar Şurasının sədr müavini, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Azərbaycan Dövlət İqtisad Universiteti üzrə ilk təşkilat komitəsinin sədri vəzifələrində çalışmışdır.
2005-ci ildən 2011-ci ilə kimi Azərbaycan Dövlət İqtisad Universitetinin “Kredit-İqtisad” fakültə elmi şurasının elmi katibi vəzifəsində çalışmışdır.
2007-ci il 4 iyun tarixli (protokol №20-k) Azərbaycan Respublikası Prezidenti Yanında Ali Attestasiya Komissiyasının qərarı ilə iqtisad elmləri namizədi alimlik dərəcəsi almışam.
2007-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin qrifləri əsasında “Pul, kredi və banklar” adlı dərslik kitabı və 2009-cu ildə isə “Bank işi” adlı (prof. Ş.Abdullayevlə birgə müəlliflik hüququ ilə) dərsliyi çap edilmişdir.
2012-ci ildə Azərbaycan Respublikası Prezidenti Yanında Ali Attestasiya Komissiyasının qərarı ilə Azərbaycan Dövlət İqtisad Universitetinin “Bank işi” kafedrası üzrə dosent elmi dərəcəsi almışdır.
2013-cü il 25 fevraldan 2016-cı il 11 iyul ayına kimi Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə və mühasibat” fakültəsində dekan müavini vəzifəsində çalışmışdır.
2015-ci il 16 dekabrda YAP Səbail rayon ADİU ərazi ilk təşkilatının İdarə Heyətinin üzvü seçilmişdir.
2017-ci il 10 martdan Lənkəran Dövlət Universitetinin “İqtisadiyyat və menecment” kafedrasına dosent vəzifəsinə təyin edilmişdir. 2017-ci il 01 apreldən həmin Universitetin “Biznes və idarəetmə” kafedrasina müdir vəzifəsinə təyin edilmişdir. 2017-ci il 05 iyul tarixindən 2018-ci il 01.yanvara kimi “İqtisadiyyat və idarəetmə” fakültəsində dekan vəzifəsində calışmışdır.
Evlidir, 2 övladı var.
Hal-hazırda “Maliyyə idarəetməsi və audit” kafedrasının 0,5 ştat dosentidir.
reyhan-askerova@mail.ru
İqtisad üzrə fəlsəfə doktoru, dosent Mirzəyev Natiq Sərhad oğlu
25 avqust 1971-ci il tarixində Lənkəran rayonunun Girdəni kəndində anadan olmuşdur. 1988-ci ildə Girdəni kənd orta məktəbini bitirib K.A.Timiryazev adına Moskva Kənd Təsərrüfatı Akademiyasının “ASK sahələrinin iqtisadiyyatı, təşkili və idarə edilməsi” ixtisasına daxil olmuşdur. 1993-cü ildə ali məktəbi bitirib, iqtisadçı-təşkilatçı ixtisasını almışdır. 1995-ci il 21 yanvar tarixində Lənkəran Dövlət Universitetinin “İqtisadiyyat, kənd təsərrüfatı və texnologiya” kafedrasında baş laborant vəzifəsinə təyin olunmuşdur. 1995/1996-cı tədris ilindən başlayaraq müəllim, baş müəllim, dekan müavini, kafedra müdirinin müavini vəzifələrində çalışmışdır. 2015-ci il aprel ayının 24-də “Taxılçılığın inkişafında sahibkarlıq subyektlərinin rolunun artırılması” mövzusunda dissertasiya işini müvəffəqiyyətlə müdafiə edərək, iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. 2 monoqrafiya, 2 metodik vəsait, 7 fənn proqramı və 60-dan çox məqalə və tezislərin müəllifidir. Məqalələri Rusiya, Polşa, Türkiyə, Belorusiya, Ukraynanın elmi jurnallarında dərc olunmuşdur. “Maliyyə menecmenti” və “Biznes etikası və sosial məsuliyyət” adlı dərs vəsaitlərinin həmmüəllifidir.2016-cı və 2017-ci illərdə Rusiya Federasiyasının Samara şəhərində keçirilən Beynəlxalq Konfransda iştirak etmiş və sertifikata layiq görülmüşdür. 9 sentyabr 2016-cı il tarixindən Lənkəran Dövlət Universitetinin “Maliyyə, mühasibat və audit” kafedrasının müdiri vəzifəsinin icra olunması ona tapşırılmışdır. LDU üzrə 27 dekabr 2016-cı il tarixli 4/178 saylı əmrə əsasən Universitetin Elmi Şurasında müsabiqədən keçdiyinə görə dossent vəzifəsinə seçilmişdir. 18 aprel 2018-ci il tarixində Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən dosent elmi adı təsdiq olunmuşdur. Lənkəran Dövlət Universitetinin 09 fevral 2017-ci il tarixdən “Maliyyə, mühasibat və audit” kafedrasının müdiri vəzifəsinə təyin olunmuşdur. Rektorun LDU üzrə 1/83 saylı 28 sentyabr 2018-ci il tarixli əmrinə əsasən İqtisadiyyat və idarəetmə fakültəsində “Maliyyə, mühasibat və audit” kafedrası ləğv edilmişdir. Hal-hazırda “Maliyyə idarəetməsi və audit” kafedrasının 1,0 ştat dosentidir.
mirzoev.n@mail.ru
İ.ü.f.d., baş müəllim Ələkbərov Rövşən Elmidar oğlu
03 noyabr 1973-cü ildə Bakı şəhərində anadan olmuşdur.1990-cı ildə Moskva Kooperativ İnstitutunun Bakı filialının “Mühasibat uçotu, nəzarət və təsərrüfat fəaliyyətinin təhlili” fakültəsinə daxil olmuş, 1994-cü ildə Azərbaycan Kooperasiya Universitetini bitirmişdir. 1995-1997 ci illərdə Azərbaycan Respublikasının Ordu Sıralarında Hərbi xidmətdə olmuşdur. 1997-ci ildə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondundu Xətai rayon şöbəsinə müfəttiş vəzifəsinə təyin edilmişdir. 2005-ci ildə Bakı şəhəri Hüquqi şəxslərlə iş departamentinə məsləhətçi vəzifəsinə keçirilmişdir. 2007-ci ildə DSMF Nəsimi rayon şübəsinə sektor müdiri vəzifəsinə təyin edilmişdir. 2012-ci ildə Azərbaycan Kooperasiya Universitetinin doktorantura şöbəsinə daxil olmuşdur. 2018-ci ilin may ayında ona İqtisad üzrə fəlsəfə doktoru elmi dərəcə diplomu təqdim edilmişdir. 2016-cı ildən hal hazırki dövrə qədər Masallı Rayon Statistika İdarəsində baş mühasib vəzivəsində calışır. Hal-hazırda kafedrada 0.5 ştat baş müəllim vəzifəsində çalışır. 14 elmi məqalənin müəllifidir.
rovsen1234@bk.ru
İ.ü.f.d., baş müəllim Quliyev Ülvi Fərman oğlu
15 yanvar 1982-ci ildə Lənkəran şəhərində anadan olmuşdur. 2003-cü ildə Azərbaycan Dövlət İqtisad Universitenin “Ümumi iqtisadiyyat” fakültəsinin “Beynəlxalq İqtisadi Münasibətlər” ixtisasını bitirmişdir. 2005-ci ildə Lənkəran Dövlət Universitetinin “ İstehsal və xidmət sahələrinin iqtisadiyyatı və idarəetməsi” ixtisası üzrə magistr dərəcəsi almışdır. 2016-cı ildə “Aqrar sənaye müəssisələrində marketinqin regional problemləri və onların həlli yolları” mövzusunda dissertasiya işini müdafiə edərək iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. Əmək fəaliyyətinə 2002-ci ildən başlayaraq müxtəlif beynəlxalq şirkətlərdə mühasib, baş mühasib, satınalma departamentinin müdiri vəzifəsində çalışmışdır. Hal-hazırda Facility Menegment Group şirkətində Mal-materiallar ehtiyatları üzrə menecer vəzifəndə işləyir. 2015/2016-cı illərdə Azərbaycan Texniki Universitetində saat hesabı müəllim kimi fəaliyyət göstərmişdir. 12 elmi məqalənin müəllifidir. 2020/2021-ci tədris ilindən “Maliyyə idarəetməsi və audit” kafedrasında 0.5 ştat baş müəllim vəzifəsində çalışır.
guliyev.ulvi@gmail.com
Baş müəllim Tağızadə Səriyyə Cəfər qızı
15 noyabr 1962-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1985-ci ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun “Uçot-iqtisad” fakültəsinin “Mühasibat uçotu və təssərrüfat fəaliyyətinin təhlili” ixtisasını bitirmişdir. 1998-ci ildən müəllim, baş müəllim kimi fəaliyyət göstərir.2016-cı ilin avqust ayından “İqtisadiyyat və idarəetmə fakültəsində” dekan müavini vəzifəsində çalışır. 1 dərs vəsaiti, 1 metodik göstəriş, 9 fənn proqramı və 24 elmi məqalənin müəllifidir.
tagizadesariyya@gmail.com
Müəllim Bayramov Murad Barat oğlu
1981-ci ildə Lənkəran şəhərində anadan olmuşdur. 2003-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə-kredit” ixtisasının bakalavr pilləsini bitirmişdir. 2004-cü ildə Qafqaz Universitetinin magistratura pilləsinin “Biznesin təşkili və idarəedilməsi” fakultəsinə daxil olub və 2009-cu ildə bitirmişdir. 2016-cı ildə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi nəzdində Tədris Mərkəzinin “İqtisadiyyat” fakültəsinin doktoranturasına daxil olmuşdur. Hal-hazırda kafedranın tam ştat müəllimidir.
bizimmurad@yahoo.com
Müəllim Hüseynli Nuran Miraqil oğlu
1986-cı ildə Lənkəran şəhərində anadan olmuşdur. 2010-cı ildə Koopersiya universitetinin“Maliyyə və kredit”ixtisasını bitirmişdir. 2015-ci ildə İqtisad Universitinin “MBA Marketinq” ixtisasını bitimişdir. 2010-2017-ci illərdə Ş.İmaməliyev adına “Respublika Taun əleyhinə” stansiyasının Lənkəran şöbəsində computer-operator vəzifəsində işləmişdir. 2015- 2016 ci illərdə “Viza kredit BOKT MMC”nin Lənkəran filialında kredit mütəxəssisi vəzifəsində çalışmışdır. 2018-ci ildən ADAU-nun “Ümumi iqtisadiyyat” ixtisası üzrə dissertantıdır. Hal-hazırda kafedranın tam ştat müəllimidir.
nurangaga@yahoo.com
Baş müəllim Mustafayev Vaqif Rəis oğlu
1960-cı ildə Lənkəran şəhər Parakənd kəndində anadan olmuşdur. 1977-ci ildə Xalq Təsərüfatı İnsitutuna daxil olmuşdur. 1982-ci ildə Lənkəran rayon Məlumat Hesablama mərkəzində mühəndis işləmişdir. 1987-ci ildə Lənkəran rayon Statistika idarəsində büro müdiri işləmişdir. 1982-ci ildə həmin idarənin rəis müavini 2003-cü ildə isə rəisi təyin olunmuşdur. Hal-hazırda kafedrada 0.5 ştat baş müəllim vəzifəsində çalışır.
vaqif.mustafayev.1960@mail.ru
Müəllim İsayev Vasif İsmayıl oğlu
1974-cü ildə Lənkəran şəhərində anadan olmuşdur. 1998 ci-ildə Azərbaycan Dövlət İqtisad İnstitunun “Mühasibat uçotu,nəzarət və təsərrqfat fəaliyyətinin təhlili” fakültəsinin qiyabi şöbəsini bitirmişdir. 1995-1996 –cı illər T.Vəliyev adına Mədəniyyət evində elektrik, 1996-1997-ci illərdə Lənkəran şəhər Mədəniyyət şöbəsində mühasib, 1997-1998- ci illərdəTarix və Mədəniyyət abidələrinin baş mühafizakarı, 1998-2000-ci illərdə Lənkəran şəhər Mədəniyyət şöbəsində baş mühasib, 2006-2008-ci illərdə Lənkəran Dövlət Universitetində baş mühasibin səlahiyyətlərini icra edən müavin, 2008-2012-ci illərdə Lənkəran Dövlət Universitetində baş mühasib, 2013-2016-ci illərdə Aztol Telecom MMC-nin cənub üzrə nümayəndiliyinin rəhbəri vəzifələrində çalışmışdır. 2016-ci ildən hal- hazıra qədər Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Lənkəran Dövlət Aqrar İnkişaf Mərkəzində baş məsləhətçi-mühasib vəzifəsində çalışır.Hal-hazırda kafedrada 0.5 ştat müəllim vəzifəsində çalışır.
vasif.isayev74@mail.ru
Müəllim Abbasov Rövşən Pamir oğlu
1987-ci ildə Bakı şəhərində anadan olmuşdur. 2008-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin bakalavr pilləsini, 2012-ci ildə isə həmin Universitetin magistr pilləsini bitirmişdir. 2009-cu ildən “Bakı Biskvit Fabriki” MMC-də mühasib kimi əmək fəaliyyətinə başlamışdır. Daha sonra 2011/2012-ci illərdə Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində “AMO” Fruit LLC-də baş mühasib/baş maliyyə inzibatçısı vəzifələrində çalışmışdır. 2013-2017-ci illərdə “Unibank” KB ASC-də baş mühasib, əməliyyat üzrə şöbə müdiri vəzifələrində işləyib. 2017–ci ildən həmin bankda filial direktoru vəzifəsində işləyir. Fəaliyyəti dövründə bir çox maliyyə və bank sferasına aid təlimlərdə, konfranslarda həm iştirakçı, həm də təlimçi kimi çıxış edib. Hal-hazırda “Lənkəran Dövlət Universiteti”nin “Maliyyə idarəetməsi və audit” kafedrasında saathesabı dərs deyən müəllim kimi çalışır
rovshan.abbasov2@gmail.com
Müəllim Fərəczadə Rəşad Mubariz oğlu
21.09.1995-ci ildə Lənkəran şəhərində anadan olmuşdur. 2001-2012-ci illərdə Lənkəran şəhər 6 saylı tam orta məktəb liseyində təhsil almışdır. 2012-ci ildə Lənkəran Dövlət Universitetinin bakalavriat səviyyəsi üzrə “Mühasibat uçotu və audit” ixtisasına qəbul olmuş və 2016-cı ildə LDU-nu həmin ixtisas üzrə bitirmişdir. 2017-ci ildə LDU-nun magistratura səviyyəsi üzrə “Maliyyə” ixtisasının “Maliyyə menecmenti” ixtisaslaşmasına qəbul olmuş və magistraturanı fərqlənmə ilə bitirmişdir. Əmək fəaliyyətinə 2016-cı ildən Lənkəran Dövlət Humanitar Kollecində başlamışdır. 2017-ci ildən hal-hazırkı dövrədək Lənkəran Dövlət Universitetinin Tədrisin təşkili və təlim texnologiyaları mərkəzində Təcrübə, potensial inkişaf və karyera bölməsində işləyir. 2019/2020-ci tədris ilindən “Maliyyə idarəetməsi və audit” kafedrasında saathesabı müəllimi kimi fəaliyyət göstərir.
fereczade.r@mail.ru
Müəllim Əhədova Nübar Adil qızı
1985-ci ildə Lənkəran rayonu Gərmətük qəsəbəsində anadan olmuşdur. 1991/2002 - ci illərdə Gərmətük qəsəbə tam orta məktəbini, 2002/2006-cı illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Ümumi İqtisadiyyat fakültəsinin Maliyyə-Kredit ixtisasında əyani bakalavr pilləsində təhsil almışdır. 2006/2008 - ci illərdə maliyyə, bank sferasına aid bir sıra kurs, təlimlərdə təcrübə keçmişdir. 2008/2010 -cu illərdə FİNKA Azerbaijan QBKT - nın Lənkəran filialında maliyyə xidmətləri assistenti, 2010/2016 - cı illərdə “Unibank” KB ASC - də aparıcı mütəxəssis, baş mütəxəssis vəzifələrində çalışmışdır. 2018/2020-ci illərdə Lənkəran Dövlət Universitetinin İqtisadiyyat və İdarəetmə fakültəsinin Maliyyə ixtisasında magistr pilləsində təhsil almışdır. 2020/2021-ci tədris ilindən Lənkəran Dövlət Universitetində tyutor vəzifəsində çalışmaqla “Maliyyə idarəetməsi və audit” kafedrasında saathesabı müəllimi kimi fəaliyyət göstərir.
Kafedranın yerləşdiyi poçt ünvanı, telefonları, elektron ünvanı, faks nömrəsi
Kafedranın ünvanı :Lənkəran şəhəri, Fizuli küçəsi-170 a, 1 saylı tədris korpusu.
Telefon: 5-31-91, daxili nömrə: 112
Elektron ünvanı: Lsu.edu.az
Faks nömrəsi: 5-25-88
Kafedra haqqında məlumatları Dos. Bədəlov Əlixan təqdim etmişdir.