Maliyyə və mühasibat şöbəsi Lənkəran Dövlət Universitetinin sturuktur bölməsidir və səlahiyyət bölgüsünə görə Universitetin rektoruna tabe olub, cari məsələlərin həllini təsərrüfat işləri və iqtisadi məsələlər üzrə prorektorla koordinasiya edir. Universitetin fəaliyyətə başladığı dövrdən şöbə “Mühasibat şöbəsi” kimi yaradılmış, Universitet Elmi Şurasının 08 iyun 2016-cı il tarixli qərarına əsasən “Maliyyə və mühasibat” şöbəsi kimi yenidən təşkil olunmuşdur.
Maliyyə və mühasibat şöbəsidə büdcədən maliyyələşən idarə, müəssisə və təşkilatların “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununa və digər normativ-hüquqi aktlara uyğun uçot işləri aparılır. Universitetin mühasibatlığı xərclər smetalarının icrasına, müəssisələr arası hesablamalara, pul vəsaitlərinin və maddi qiymətlilərin saxlanılmasına, öhtəliklərin icrasına və digər maliyyə-təsərrüfat faktlarının düzgünlüyünə daimi nəzarəti təmin edir.
Maliyyə və mühasibat şöbəsi professor-müəllim heyətinə, inzibati idarəetmə heyətinə və tələbələrə əmək haqqı və təqaüdlərin hesablanması və ödənilməsində ən müasir metodları tətbiq edir. Mühasibat uçotu maksimum avtomatlaşdırılaraq uçot məlumatlarının etibarlığını və dəqiqliyini yüksək səviyyədə aparır. Ölkədə təhsilin inkişafı ilə bağlı olan iqtisadi mexanizmlərin, o cümlədən Azərbaycan Respublikasının Prezidenti 2010-cu il 10 fevral tarixli 220 saylı fərmanına və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 120 saylı qərarına əsasən Azərbaycan Respublikasında ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizmi universitetdə səmərəli tətbiq olunur.
Maliyyə və mühasibat şöbəsinin strukturu və işçilərinin sayı Rektor tərəfindən müəyyən və təsdiq edilir. Şöbənin fəaliyyətinə şöbə müdiri (baş mühasib) rəhbərlik edir. Şöbə müdiri şöbənin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir, tabeliyində olan əməkdaşlar arasında iş bölgüsü aparır, onların fəaliyyətini əlaqələndirir, onların əmək və icra intizamına riayət etmələrinə nəzarət edir, şöbə üzrə müzakirə edilməli məsələləri müəyyən edir və bu barədə təkliflərini Universitetin rəhbərliyinə təqdim edir.
Maliyyə və mühasibat şöbəsinin fəaliyyətinin əsas məqsədi Universitet tərəfindən həyata keçirilən bütün maliyyə əməliyyatlarının mühasibat üçotu hesabında (həmçinin mühasibat üçotu registrlərində) düzgün əks etdirilməsini, ona nəzarəti, operativ məlumatların əks etdirilməsini, mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsini təmin etməklə mühasibat üçotu və hesabatının məlumatları üzrə Universitetin maliyyə-təsərrüfat fəaliyyətinin təhlilini həyata keçirməkdir. Hazırda Maliyyə və mühasibat şöbəsində 9 əməkdaş fəaliyyət göstərir.
Benifisiarın Bankı: |
“Kapital Bаnк” ASC Lənkəran filialı |
Filialın kodu: |
200383 |
VÖEN: |
9900003611 |
SWİFT kod: |
АIIBАZ2Х |
Müxbir hesab: |
AZ37NABZ01350100000000001944 |
Benifisiarın adı: |
LƏNKƏRAN DÖVLƏT UNİVERSİTETİ |
Hesab № |
AZ97AIIB33080019443870045138 |
VÖEN: |
2600135481 |
Maliyyə və mühasibat şöbəsinə Rzazadə Rəşad İdrət oğlu rəhbərlik edir. O, 20 iyun 1988-ci ildə Lerik rayonun Şinəband kəndində anadan olmuşdur. 1996-cı ildə Lerik rayonu Şinəband kənd əsas məktəbin 1-ci sinfinə daxil olmuş, 2006-ci ildə Lerik rayonu 4 saylı orta məktəbi bitirmişdir. 2006-cı ildə Lənkəran Dövlət Universitetinin “İqtisadiyyat və texnologiya” fakültəsinin “Biznesin təşkili və idarə edilməsi” ixtisasına daxil olmuş, 2010-cu ildə həmin ixtisası fərqlənmə diplomu ilə bitirmişdir. Elə həmin il Universitetin “İstehsal və xidmət sahələrinin iqtisadiyyatı və idarə edilməsi” ixtisaslaşması üzrə magistr pilləsinə daxil olmuşdur. 2010-2011-ci illərdə həqiqi hərbi xidmətdə olmuşdur. Hərbi xidməti bitirdikdən sonra magistratura təhsilini qiyabi davam etdirməklə Lənkəran Dövlət Universitetində “Riyazi-iqtisadi təhlilin və iqtisadi inkişafın problemləri” elmi tədqiqat laboratoriyasında mühəndis-iqtisadçı vəzifəsində işləyib, 2012-ci ildən Universitetin Mühasibat şöbəsində əvvəl mühasib və aparıcı mühasib vəzifələrində çalışmışdır. 02 sentyabr 2013-cü il tarixindən Universitetin baş mühasibi, 2016-cı ildən maliyyə və mühasibat şöbəsinin müdiri (baş mühasib) vəzifəsində çalışır.
12 dekabr 2013-cü il tarixində “Mühasibatlıq və auditin avtomatlaşdırılmasının əsasları və iqtisadi səmərəliliyinin qiymətləndirilməsi” mövzüsunda dissertasiya işini müdafiə edərək magistr diplomu almışdır. 2014-cü ildə Ekonometrika ixtisası üzrə Lənkəran Dövlət Universitetinin Dissertanturasına qəbul olunmuş və 2017-ci ildə bitirmişdir. Hal-hazırda fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün “Təhsil sistemində mühasibatlıq və audit işinin avtomatlaşdırılmış rejimdə qurulmasının informasiya təminatının və təhlükəsizliyinin iqtisadi səmərəliliyinin qiymətləndirilməsi” mövzüsünda dissertasiya işi üzərində çalışır. Həmçinin 2013-cü ildən Universitetdə “İqtisadiyyat və menecment” kafedrasında 0.5 ştat müəllim kimi fəaliyyət göstərmiş və 16 sentyabr 2019-cu il tarixindən “İqtisadiyyat və innovativ” kafedrasında 0.5 ştat baş müəllim vəzifəsində çalışır.
Nəcəfli Elvin Hüseynağa oğlu 19 noyabr 1991-ci ildə Lənkəran şəhərində anadan olmuşdur. 1998-ci ildə Lənkəran şəhər T.Bayraməlibəyov adına 2 saylı tam orta məktəbə daxil olmuşdur. 2009-cu ildə Lənkəran şəhər XDT Gimnaziya məktəbini bitirmiş, elə həmin ildə Lənkəran Dövlət Universitetinin “İqtisadiyyat və idarəetmə” fakültəsinin “Biznesin təşkili və idarə edilməsi” ixtisasına daxil olmuşdur. 2013-cü ildə Lənkəran Dövlət Universitetini bitirdikdən sonra hərbi xidmətə çağrılmış və 2014-cü ildə həqiqi hərbi xidmətini başa vurmuşdur. 2018-ci ildə Lənkəran Dövlət Universitetinin “Turizm və sosial-mədəni servis xidməti” ixtisaslaşmasına qəbul olmuş və 2020-ci ildə həmin ixtisaslaşma üzrə məzun olaraq magistr adını qazanmışdır. 2016-cı ildən Lənkəran Dövlət Universitetinin Maliyyə və mühasibat şöbəsində iqtisadçı kimi fəaliyyətə başlamış, sonra böyük iqtisadçı və hazırda Maliyyə və mühasibat şöbəsinin müdir müavini vəzifəsində çalışır.
Əliyeva Aybəniz Əliş qızı 26 avqust 1957-ci ildə Masallı rayonunda anadan olmuşdur. 1964-cü ildə Lənkəran şəhər 1 saylı orta məktəbin 1-ci sinfinə daxil olmuş və 1974-cü ildə orta məktəbi bitirmişdir. 1975-ci ildə Bakı Maliyyə-kredit texnikomunun mühasibat uçotu ixtisasına daxil olmuş və 1977-ci ildə təhsilini başa vurmuşdur. 1977-ci ildən Lənkəran Aqrar-sənaye birliyində mühasib və iddiaçı mühasib işləmişdir. 1984-cü ildən Lənkəran Tara müəssisəsində 1997-ilin aprelinə kimi mühasib vəzifəsində işləmiş, 1997-ci ilin noyabr ayından Lənkəran Dövlət Universitetində işə qəbul edilmiş və hal-hazırda “mühasib” vəzifəsində işləyir.
Talıbzadə Aysel Cahangir qızı 01 avqust 1995-ci ildə Lənkəran rayonu Kosalar kəndində anadan olmuşdur. 2001-ci ildə Lənkəran rayonu Kosalar kənd ümumi orta məktəbinə daxil olub və 2012-ci ildə Şürük kənd tam orta məktəbini bitirmişdir. 2012/2016-cı illərdə Lənkəran Dövlət Universitetinin “Mühasibat uçotu və audit” ixtisasının bakalavr səviyyəsində, 2018/2020-ci illərdə Lənkəran Dövlət Universitetinin “Maliyyə menecmenti” ixtisaslaşmasının magistr səviyyəsində təhsil almışdır. 27 dekabr 2016-cı il tarixindən Lənkəran Dövlət Universitetində “mühasib” vəzifəsində işləyir.
Həsənzadə Şəhriyar Bəxtiyar oğlu 28 fevral 1995-ci ildə Lənkəran rayonu Şürük kəndində anadan olmuşdur. 2001-ci ildə Lənkəran rayonu Şürük kənd tam orta məktəbin 1-ci sinfinə daxil olmuş, 2012-ci ildə Şürük kənd tam orta məktəbi bitirmişdir. 2012-ci ildə Lənkəran Dövlət Universitetinin “İqtisadiyyat və idarəetmə” fakültəsinin “Mühasibat uçotu və audit” ixtisasına daxil olub və 2016-cı ildə həmin ixtisas üzrə məzun olaraq bakalavr adını qazanmışdır. 2018-ci ildə hərbi xidmətə çağırılmış və 2019-cu ildə həqiqi hərbi xidməti başa vurmuşdur. 2019-cu ildə Mühasibatlıq və 1C proqramı üzrə təlimlərdə iştirak etmiş və bu barədə diplom əldə etmişdir. 16 iyun 2020-ci il tarixindən Lənkəran Dövlət Universitetinin “Maliyyə və mühasibat” şöbəsində “mühasib” vəzifəsində işləyir.
Hüseynzadə Mehdi Elçin oğlu 12 iyun 1997-ci ildə Lənkəran şəhərində anadan olmuşdur. 2003-cü ildə Lənkəran şəhər Xarici Dillər Təmayüllü Gimnaziya məktəbinə daxil olmuş və 2014-cü ildə həmin orta məktəbi bitirmişdir. 2014-cü ildə Lənkəran Dövlət Universiteti İqtisadiyyat və idarəetmə fakültəsinin əyani şöbə üzrə “İqtisadiyyat” ixtisasına qəbul olmuşdur. 2018-ci ildə universiteti bitirib bakalavr adını qazandıqdan sonra hərbi xidmətə çağırılmış və 2019-cu ildə həqiqi hərbi xidməti başa vurmuşdur. 2020-ci il fevralın 16-da Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi Dövlət Qulluğu imtahanında yüksək nəticə göstərərək BB2 sertifikatına layiq görülmüşdür. 04 avqust 2020-ci il tarixindən Lənkəran Dövlət Universitetinin “Maliyyə və mühasibat” şöbəsində “mühasib” vəzifəsində işləyir.
Hacızadə İlkana Nəsib qızı 26 sentyabr 1999-cu ildə Astara rayonunda anadan olmuşdur. 2005-ci ildə Lənkəran şəhər XDT Gimnaziya məktəbinə daxil olmuşdur. 2016-cı ildə Lənkəran şəhər XDT Gimnaziya məktəbini bitirmiş, elə həmin ildə Lənkəran Dövlət Universitetinin “İqtisadiyyat və idarəetmə” fakültəsinin “İqtisadiyyat” ixtisasına daxil olub, 2020-ci ildə həmin ixtisas üzrə məzun olaraq bakalavr adını qazanmışdır. Tələbəlik illərində Elmi fəaliyyətlə bağlı Elmi konfranslarda iştirak etmiş və fərqlənmə sertifikatı ilə təltif edilmişdir. Eyni zamanda “1C və Mühasibatlığın əsasları” təlimlərində iştirak etmiş və bu sahədə diplom əldə etmişdir. 01 sentyabr 2020-ci il tarixindən Lənkəran Dövlət Universitetinin “Maliyyə və mühasibat şöbəsi”ndə “mühasib” vəzifəsində işləyir.
Məhərrəmli Tərlan Məzahir oğlu 01 yanvar 1996-cı ildə Yardımlı rayonun Zevin kəndində anadan olmuşdur. 2002-ci ildə Yardımlı rayon Zevin kənd tam orta məktəbinə daxil olmuş, 2013-cu ildə həmin orta məktəbi bitirmişdir. 2014-cü ildə hərbi xidmətə çağırılmış və 2015-ci ildə həqiqi hərbi xidməti başa vurmuşdur. 2016-cı ildə Lənkəran Dövlət Universitetinin “İqtisadiyyat və idarəetmə” fakültəsinin “Mühasibat uçotu və audit” ixtisasına daxil olub, 2020-ci ildə həmin ixtisas üzrə məzun olaraq bakalavr adını qazanmışdır. Lənkəran Dövlət Universitetinin Maliyyə və mühasibat şöbəsində 04 avqust 2020-ci il tarixində statist kimi fəaliyyətə başlamış, daha sonra 01 sentyabr 2020-ci il tarixindən “iqtisadçı” vəzifəsində işləyir.
Əzizzadə Əziz Sənan oğlu 1995-ci il 20 fevral tarixində Lənkəran rayonun Havzava kəndində anadan olmuşdur. 2001-ci ildə Havzava kənd A.Əliyev adına tam orta məktəbinə daxil olmuş və 2012-ci ildə Çay Fabriki qəsəbəsi H.Hüseynov adına tam orta məktəbi bitirmişdir. 2013-cü ildə Lənkəran Dövlət Universitetinin “İqtisadiyyat və idarəetmə” fakültəsinin “Mühasibat uçotu və audit” ixtisasına daxil olub, 2017-ci ildə həmin ixtisas üzrə məzun olmuşdur. 2018-ci ildə Lənkəran Dövlət Universitetinin “Xidmət sferasında mühasibat uçotu və audit” ixtisaslaşmasına qəbul olmuşdur. 2020-ci ildə həmin ixtisaslaşma üzrə təhsilini başa vuraraq magistr adını qazanmışdır. Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyi tərəfindən (BMqT) Amerika İnkişaf Agentliyinin (USAID) maliyyə dəstəyi ilə “Dayanıqlı naminə ictimai fəaliyyət” layihəsi çərçivəsində Modul-1 proqramı üzrə “Peşəkar mühasibatlıq və vergi mütəxəssisi hazırlanma” və “İngilis dili” proqramında uğurla iştirak etmişdir. Təlimin sonunda “Azərbaycan Respublikasının Auditorlar Palatası”nın sertifikatı və “General English” sertifikatı ilə təltif olunmuşdur. İxtisas sahəsi ilə bağlı 2 (iki) tezisin müəllifidir. 14 sentyabr 2020-cı il tarixindən Lənkəran Dövlət Universitetinin “Maliyyə və mühasibat şöbəsi”ndə “iqtisadçı” vəzifəsində çalışır.