"Aqrar və mühəndislik" fakültəsi

“Aqrar və mühəndislik” fakültəsi Lənkəran Dövlət Universitetinin 04.07.2016- cı il tarixli 1/58 saylı əmri ilə yaradılmışdır. Fakültənin nəzdində 2 kafedra- “Texnologiya və texniki fənlər”, “Baytarlıq və aqrar fənlər” kafedraları fəaliyyət göstərir. Fakültədə 653 tələbə təhsil alır. Fakültədə informasiya texnologiyaları, qida texnologiyası, aqrokimya, torpaqşünaslıq, bitki mühafizəsi, seleksiya və toxumçuluq, heyvan anatomiyası və zoogigiyena istiqamətləri üzrə tədqiqatlar aparılır. Fakültədə Kompüter mühəndisliyi, Qida məhsulları mühəndisliyi, Ekologiya mühəndisliyi, Torpaqşünaslıq və aqrokimya, Aqronomluq, Baytarlıq, Meşəçilik, İnformasiya texnologiyaları ixtisasları üzrə bakalavr, Qida məhsulları mühəndisliyi (Meyvə-tərəvəz məhsullarının saxlanılması və emalı) ixtisası üzrə magistr mütəxəssisləri hazırlanır. Fakültəyə aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Balayar Şahbazov rəhbərlik edir.

“Aqrar və mühəndislik” fakültəsində mütəxəssis hazırlığı aşağıdakı istiqamətlər üzrə aparılır:

Bakalavriat səviyyəsi:

Kompüter mühəndisliyi

Qida məhsulları mühəndisliyi

Ekologiya mühəndisliyi

Torpaqşünaslıq və aqrokimya

Aqronomluq (əyani və qiyabi)

Baytarlıq

Meşəçilik (əyani və qiyabi)

İnformasiya texnologiyaları

Magistratura səviyyəsi:

Qida məhsulları mühəndisliyi (Meyvə-tərəvəz məhsullarının saxlanılması və emalı)

“Aqrar və mühəndislik” fakültəsində 2 kafedra fəaliyyət göstərir:

“Texnologiya və texniki fənlər” kafedrası

“Baytarlıq və aqrar fənlər” kafedrası

Fakültə dekanı haqqında.

Fakültənin dekanı Şahbazov Balayar Xanqulu oğlu 10.01.1958 - ci ildə Lerik rayonunun Sors kəndində anadan olmuşdur. 1981-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun “Aqronomluq” ixtisasını “fərqlənmə” diplomu ilə bitirib alim aqronom ixtisasına yiyələnmişdir. 1982-ci ildən Elmi Tədqiqat Tərəvəzçilik İnstitutunun Lənkəran Zona Təcrübə stansiyasında kiçik elmi işçi, böyük elmi işçi, laboratoriya müdiri vəzifəsində işləmişdir. 1988-ci ildən 1998-ci ilə kimi stansiyada Həmkarlar Təşkilatının sədri kimi ictimai iş aparmışdır. 1996-cı ildə namizədlik disertasiya işini müdafiə etmiş, 2002-ci ildə isə dosent elmi adını almışdır.1998-ci ilin sentyabr ayından Lənkəran Dövlət Universitetində müəllim, 1999-cu ilin iyul ayından 2007-ci ilin may ayına kimi magistratura və aspirantura işləri üzrə məsul şəxs eyni zamanda 2002-2007-ciillərdə “Coğrafiya və ekologiya” kafedrasının müdiri vəzifəsində işləmişdir. 2005-2006-cı illərdə Lənkəran Dövlət Universitetində elmi işlər üzrə prorektor vəzifəsində, 2007-2009-cu illərdə Təbiyyat fakültəsinin dekanı, 2009-2016-cı illərdə “Coğrafiya və ekologiya” kafedrasının müdiri vəzifəsində, 2016-cı ilin sentyabr ayından “Aqrar və mühəndislik” fakültəsinin dekanı vəzifəsində çalışır. 2002-ci ildə gənc alimlər arasında keçirilən müsabiqədə “Beynəlxalq vektor”un qalibi olmuşdur. 70 çox elmi məqalənin, o cümlədən 4 dərs vəsaiti, 1 monoqrafiya, 1 metodiki iş, 6 fənn proqramının müəllifidir.

balayar.shahbazov58@mail.ru

Fakültənin əməkdaşları :

Mirzəyev Ruslan Zahid oğlu - 24.11.1992-ci ildə Ukraynada anadan olmuşdur. 2009-cu ildə Lənkəran Rayon Kərgəlan kənd orta məktəbini bitirmişdir. 2009-cu ildə Lənkəran Dövlət Universistetinin “İqtisadiyyat və idarəetmə” fakültəsinə “Ekologiya” ixtisası üzrə bakalavriat səviyyəsinə qəbul olmuş, 2013-cü ildə bitirmişdir. 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “İnzibati idarəetmə” fakültəsinə “Ekoloji təhlükəsizliyin informasiya sistemləri” ixtisası üzrə qəbul olmuş, 2016-cı ildə “Fərqlənmə” diplomu ilə bitirmişdir.2016-cı ildən Lənkəran Dövlət Universitetində müəllim, “Tədrisin təşkili və Əlavə təhsil bölməsi”nin rəhbəri vəzifələrində çalışmışdır. Hal-hazırda “Aqrar və mühəndislik” fakültəsində dekan müavini vəzifəsində çalışır. 2016—cı ildən “Ekologiya” ixtisası üzrə Lənkəran Dövlət Universitetinin doktorantıdır. “Lənkəran-Astara iqtisadi rayonunda Ekoloji və Aqroparkların yaradılmasının elmi təhlili” mövzusunda tədqiqat işi aparır. 10 məqalə, 7 tezisin müəllifidir.

ruslan.mirzeyev01@mail.ru

Ələskərov Nadir Hüseyn oğlu 14.07.1960-ci ildə Bakı şəhərində anadan olmuşdur.1977-ci ildə Lənkəran şəhər 1-saylı orta məktəbi bitirmişdir. 1981-ci ildə Sankt Peterburq şəhərində Elektro-texnika institununa daxil olmuşdur.1987-ci ildə Elektro-texnika institunun “Elektron hesablama maşınları” ixtisasinı bitirmişdir.1987-ci ildə təyinatla Kosmik Tədqiqatlar Elmi İstesalat birliyində işə başlamışdır. 1992-ci ildən 1996-cı ilə kimi Lənkəran Pedaqoji texnikumunda müəllim işləmiş, 1997-ci ildən Lənkəran Dövlər Universitetində müəllim, baş-müəllim vəzifəsində çalışır. Hal hazırda “Aqrar və mühəndislik” fakültəsində Sosial işlər üzrə dekan müavini vəzifəsində işləyir. Lənkəran Dövlət Universitetinin doktorantıdır. 1 dərs vəsaiti,6 məqalə, 3 tezisin müəllifidir.

nadir.alaskarov@gmail.com

Fakültənin ünvanı: Lənkəran şəhəri, Fizuli küçəsi- 170a, 1 saylı tədris korpusu

Telefon: (+994) 025 255 04 25

Faks nömrəsi: (+994) 025 255 27 86

Fakültə haqqında məlumatları dos. Balayar Şahbazov təqdim etmişdir.


Lənkəran Dövlət Universiteti 2001/2018 | Web design: Əlizadə Məhəmməd