“Texnologiya və texniki fənlər” kafedrası haqqında məlumat

“Texnologiya və tekniki fənlər” kafedrası 30 iyun 2017-cı ildən fəaliyyət göstərir. Kafedranın yaradılmasında məqsəd Dövlət Proqramına uyğun olaraq qida məhsullarının istehsalını və istehlakını daha da yaxşılaşdırmaq, informasiya texnologiyaları istiqamətində savadlı və peşəkar mütəxəssislər hazırlamaqdır. Kafedra 050642“ Qida məhsulları mühəndisliyi” və 050631 “ Kompüter mühəndisliyi”, 050655”İnformasiya texnologiyaları” ixtisaslarında bakalavr və magistr pillələlərində kadr hazırlığı ilə məşğul olur. 2017 - ci ildən başlayaraq kafedrada “Lənkəran-Astara bölgəsində çay bitkisi və subtropik meyvələrin becərilməsində və emalında müasir texnoloji yeniliklərin tətbiqi istiqamətləri” mövzusunda elmi-tədqiqat işinin aparılması planlaşdırılmışdır.

Hazırda kafedrada 18 əməkdaş çalışır. Bunlardan 1 nəfər elmlər doktoru professor, 3 nəfər fəlsəfə doktoru dosent. 3 nəfəri baş müəllim, 10 nəfər müəllim və 1 nəfər isə laborantdır. Kafedraya biologiya üzrə fəlsəfə doktoru dosent Əliyev Elvin Ərkan oğlu rəhbərlik edir.

Kafedrada əsasən aşağıdakı fənlər tədris olunur:

1. Qida məhsulları texnologiyasının prosses və aparatlar

2. S/f(Çay və onun emalı)

3. Qida sənayesi müəssisələrində istehsalın təşkili

4. Qida istehsalı texnologiyasının əsasları

5. Sahə müəssisiələrin avadanlıqları

6. Qida fiziologiyası

7. Ərzaq məhsullarının əmtəəşünaslığı və ekspertizası

8. Qida məhsullarının soyudulması texnologiyası

9. Mikrobiologiya, sanitariya və gigiyena

10. Çörək məhsullarının istehsalı texnologiyası

11. Qidaların kimyası

12. Yeni formalı qida məhsullarının texnologiyası

13. Alkoqolsuz içkilərin istehsal texnologiyası

14. Qida məhsullarının texnologiyası nəzəri əsasları

15. Elektrotexnika

16. Veb proqramlaşdırılması və layihələndirilməsi

17. Əməliyyatlar sistemi və komputer arxitekturası

18. Formal dillər və avtomatlar nəzəriyyəsi

19. Veb texnologiyası

20. Kompüter arxitekturası

Magistratura üzrə :

1. Qida məhsulları mühəndisliyinin müasir problemləri

2. Qida məhsulları mühəndisliyinin tarixi və metodologiyası

3. AMTMOF (Elmi –tədqiqatın əsasları və patentşünaslıq)

4. Elmdə və təhsildə kompüter texnologiyaları

Kafedra müdiri haqqında.

Elvin Ərkan oğlu Əliyev. 01 yanvar 1989 - cu il tarixində Astara rayonun Vaqo kəndində ziyalı ailəsində anadan olmuşdur. 2006 – cı ildə Astara rayonu Z.Əhmədzadə adına 2 saylı Pensər kənd tam orta məktəbini bitirdikdən sonra Türkiyə Respublikasının Kars Kafkas Dövlət Üniversitetinə daxil olmuş və 2010 - cu ildə Univesitetin Biologiya bölümündən fərqlənmə ilə məzun olmuşdur. Həmin il Türkiyə Respublikası Atatürk Üniversiteti Tibb Fakultəsinə daxil olmuş və 2012 - ci ildə Tibbi biokimya ixtisası üzrə “Tiroid xəstəliyi” mövzusunda magistratura işini müdafiə etmişdir. 2012 - ci ildə Atatürk Üniversiteti Tibb Fakultəsinin doktoranturasına daxil olmuş və 2015 - ci ildə Tibbi biokimya ixtisası üzrə “İnsan bədxassəli xərçəng xəstəliyi” mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək Fəlsəfə Doktoru (Ph.D) alimlik elmi dərəcəsi almışdır. Uzun müddət Türkiyə Respublikasının Universitet və xəstəxanalarında ixtisası üzrə fəaliyyət göstərmiş, Atatürk Üniversiteti Tibb Fakultəsi Tibbi Biokimya kafedrasında teorik və pratik dərslər tədris etmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Sağlam Ailə” Tibb mərkəzində, Milli Elmlər Akademiyası Genetika İnstitutunun İnsan genetikası bölməsinin rəhbəri vəzifəsində, Lənkəran Dövlət Üniversitetinin Elmi Katibi vəzifəsində çalışmış, 2018-ci ildə Universitetin Elm şöbəsinin müdiri vəzifəsinə təyin edilmişdir. Elvin Əliyev dünyanın aparıcı jurnallarında bir sıra elmi-metodik işlər dərc etmiş və əsərlərinə, Amerika, İtalya, İspanya, İngiltərə, Almanya, Fransa kimi ölkələrdən 100-ə yaxın istinad verilmişdir. Xərçəng xəstəliyi istiqamətində Elmlər Doktorluğu proqramı üzrə tədqiqat aparan Əliyev, hal-hazırda "Tədqiqat işləri və innovasiyalar üzrə prorektor" vəzifəsini icra edir və Universitetin “Biologiya və tibbi biliklər” kafedrasının dosentidir. Ailəlidir, 2 övladı var.

Prof.Məhərrəmov Mikayıl Əkbər oğlu. 1950- ci ildə Tovuz rayonunda anadan olmuşdur. 1967- ci ildə orta məktəbi, 1974-cü ildə Azərbaycan Politexnik İnstitutunu bitirmişdir. 1990-cı ildə texnika elmlər üzrə namizədlik, 2009-cu ildə doktorluq dissertasiyasını müdafiə etmişdir. 1996-cı ildə dosent elmi adı almışdır.2017-ci ildən Lənkəran Dövlət Universitetinin rektorun muşaviri, həmçinin texnologiya və texniki tənlər kafedrasının dosentir. 2018-ci ildən həmin kafedranın professorudur.150-dən çox elmi məqalənin o cümlədən 3 monoqrafiya, 2 dərsliyin müəllifidir.

Email: mikayilbyst@mail.ru

Dos.Əliyev Rəşad Fəxrəddin oğlu. 1974-cü ildə Lənkəran rayonunun Şağlaser kəndində ziyalı ailəsində anadan olmuşdur. Dosent, coğr.üzrə fəl.doktorudur. 2006-cı ildə “Təbiyyat” fakültəsinin dekan müavini, 2007-2008-ci illərdə “Coğrafiya və ekologiya” kafedrasının müdiri, 2008-2012-ci illərdə “Təbiyyat” fakültəsinin dekanı, 2012-2016-cı illərə qədər isə “İqtisadiyyat və idarəetmə” fakültəsinin dekan və dekan əvəzi vəzifələrində çalışmışdır. Hazırda “Texnologiya və texniki fənlər” kafedrasının tam ştat, dossentidir. Ailəlidir. İki övladı var.

Dos.Nəzərova Nigar Hacıkişi qızı. 2000-ci ildə LDU-nun Qida mühəndisliyi istiqamətində magistraturanı fərqlənmə diplomu ilə bitirrmişdir. 2012-ci ildə AMEA Torpaqşünaslıq və Aqrokimya institunda “Mineral və üzvi gübrələrin zəif düşmüş çay plantasiyalarının məhsuldarlığına təsiri” mövzusunda dissertasiya işini müdafiə etmiş və 14 fevral 2014-cü il Ali Attestasiya Kommisiyasının qərarı ilə aqrar elmlər üzrə fəlsəfə doktoru elmi adını, 26 iyul 2017-ci tarixində aqrokimya ixtisası üzrə dosent elmi adını almışdır. 10 tezis, 26 elmi məqalənin, 1 dərs vəsaitinin, 1 metodik vəsaitin, 3 fənn proqramının müəllifidir.

Email: Nnigar00@mail.ru

Dos. Ağayev Samid Tofiq oğlu: 16 mart 1961-ci ildə Qəbələ rayonun Mirzəbəyli kəndində anadan olmuşdur.1996-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasında təhsilini başa vuraraq “Mühəndis-İqtisadçı” ixtisası almışdır. 2005-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasında “Sahibkarlıq fəaliyyətində maliyyə menecmentinin təşkili və onun təkmilləşdirilməsi yolları” Mövzusunda “Xаlq təsərrüfatının və оnun sahələrinin iqtisadiyyatı, planlaşdırılması və idarə edilməsinin təşkili” ixtisası üzrə namizədlik dissertasiyasını müdafiə etmişdir. 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Atestasiya Komsissiyasının müvafiq qərarı ilə iqtisad üzrə “Fəlsəfə-Doktoru” elmi dərəcə almışdır. 2020-ci ilin İyul ayından Azərbaycan Respublikası Qida Təhlükəsizlik Agentliyinin Lənkaran regional bölməsinin rəisi vəzifəsində işləyir. 2020-ci ilin oktyabr ayından Lənkaran Dövlət Universitetinin “Texnologiya və texniki fənlər” kafedrasında 0.5 ştat dostent müəllim kimi fəaliyyət göstərir. 15 elmi əsərin müəllifidir.

Ailəlidir,dörd övladı var.

Email: agayevsamid61@gmail.com

B/m.Ələskərov Nadir Hüseyn oğlu. 14 iyul 1960-cı ildə anadan olmuşdur. Sankt-Peterburq şəhərində Elektrotexnika institutun “Elektron hesablayıcı maşınları” fakültəsinin “Kompüter mühəndisi’ ixtisasını bitirmişdir. “Lənkəran regionunda sosial-iqtisadi və demoqrafik inkişafın modelləşdirilməsi” mövzusunda dissertasiya işi üzərində çalışır. Aqrar və mühəndislik fakültəsində dekan müavinidir. Texnologiya texniki fənlər kafedrasının baş müəllimidir.Ailəlidir. İki övladı var.

Baş müəllim Mayis Eyniyev. 29 aprel 1975-ci ildə Lənkəran rayonunda doğulub.

1997 ci ildə Lənkəran Dövlət Universitetini Riyaziyyatçı və riyaziyyat müəllimi ixtisası üzrə bitirib. Əmək fəaliyyətinə 1998-ci ildən Lənkəran Dövlət Universitetində riyaziyyatçı-proqramçı kimi başlayıb, 2005-ci ilədək Təhsil Texnologiyaları və İnformasiya Texnologiyaları mərkəzlərinin rəhbəri, eyni zamanda LDU-nun İnformasiya Texnologiyaları kafedrasının baş müəllimi vəzifələrində çalışıb. 2005-ci ilin aprel ayından QSC “Bank-Standard” KB-da müxtəlif məsul vəzifələrdə işləyib.

2016-cı ilin oktyabr ayından Lənkəran Dövlət Universitetində İnformasiya-kommunikasiya və Kitabxana mərkəzi üzrə “Elektron Universitet” layihəsinin rəhbəri və Texnologiya və texniki fənnlər kafedrasının baş müəllimi kimi fəaliyyət göstərir.

Baş müəllim Asəf Ağacəfər oğlu Dəmirov 1960-cı ilin yanvar ayının 1-də Xaçmaz rayonu Aşağı-Zeyid kəndində müəllim ailəsində anadan olmuşdur.

1982-ci ildə Azərbaycan Dövlət Universitetinin “Tətbiqi riyaziyyat “ fakültəsini bitirmişdir.

2014-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya və Geofizika İnstitu-tunun 2525.01 - “Neft və qaz yataqlarının işlənməsi və istismarı” ixtisası üzrə fəlsəfə doktoru hazırlığı üzrə dissertantı olmuş və dissertasiya işini müdafiə etmişdir. 11 məqalə və tezisin müəl¬lifidir.

Hal-hazırda Lənkəran Dövlət Universitetinin “Texnologiya və texniki fənlər” kafedrasında baş müəl¬lim vəzifəsində işləyir.

Baş müəllim Calalov Azər Aydın oğlu: 1978- ci ildə Lənkəran rayonunun Haftoni qəsəbəsində anadan olmuşdur. 1995- ci ilə Haftoni qəsəbə orta məktəbini bitirmişdir. 1999- cu ildə Lənkəran Dövlət Universitetinin “Subtropik bitkilərin texnologiyası” ixtisasını bakalavr pilləsi üzrə, 2016- cı ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Qida təhlükəsizliyi” ixtisasında magistr pilləsi üzrə bitirmişdir. 2004-2018- ci illərdə “Tərəvəzçilik Elmi Tədqiqt İnstitunun” Lənkəran Zona Təcrübə Stansiyasında böyük elmi işçi vəzifəsində çalışmışdır. Hal- hazırda Lənkəran Dövlət Universitetində laboratoriya müdiri və 0.5 ştat müəllimdir. TETİ-nin doktorantıdır. 3 elmi məqalənənin müəllifidir.

Müəllim Quliyev Vaqif Şahverən oğlu. 1982-ci ildə Vladimirski Politexnik İnstitutunu bitirmişdir.1987-ci ildən 1992- cilə kimə Lənkəran Şəhər Gənclər Təşkilatında şöbə müdiri vəzifəsində çalışıb. 1992-ci ildən 1997-ci ilə kimi Lənkəran Aqrar Sənaye və Çay Birliklərində mühəndis vəzifəsində çalışmışdır. 2016-cı ildən Lənkəran Dövlət Universitetinin Texnologiya və texniki fənlər kafedrasında müəllim kimi fəaliyyət gösterir. Eyni zamanda Lənkəran Dövlət Universitetinin Həmkarlar İttifaqı təşkilatının sədridir.

Email: VaqifQuliyev-0808@ mail.ru

Müəllim Gənciyev Yadigar Fərmail oğlu. 01 sentyabr 1959-cu ildə anadan olub. 1980-ci ildə “V. İ. Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutu”nun “Hərbi hazırlıq və “Bədən tərbiyəsi” müəllimliyi ixtisasını bitirmişdir.1998-ci ildən 2016- cı ilə qədər Astara Pedaqoji Kollecində Mülki müdafiə fənnini tədris etmişdir. 2016- cı ildən Lənkəran Dövlət Universitetinin Texnologiya vəı texniki fənlər kafedrasının müəllimidir.

Müəllim Nicat Qədirov.

16 dekabr 1974-cü ildə Lənkəran rayonunda doğulmuşdur.

1997 ci ildə Lənkəran Dövlət Universitetini Riyaziyyatçı və riyaziyyat müəllimi ixtisası üzrə bitirmişdir. Əmək fəaliyyətinə 1998-ci ildən Lənkəran Dövlət Universitetində mühəndis-proqramçı kimi başlamış, eyni zamanda LDU-nun İnformasiya Texnologiyaları kafedrasının müəllimi vəzifəsində çalışmışdır. 2004-cü ildən 2018-ci ilin aprel ayınadak Rusiya Federasiyasının Sankt Peterburq şəhərində informasiya texnologiyalarının tətbiqi sahəsində fəaliyyət göstərmişdir.

2018-ci ilin aprel ayından Lənkəran Dövlət Universitetində İnformasiya-kommunikasiya və Kitabxana mərkəzi üzrə mühəndis proqramçı və Texnologiya və texniki fənnlər kafedrasının müəllimi kimi fəaliyyət göstərir.

Müəllim Ələskərzadə Tale Təvəkkül oğlu: 05 iyun 1994- cü ildə Lənkəran rayonunun Viyən kəndində anadan olmuşdur. 2016-cı ildə Lənkəran Dövlət Universitetinin bakalavr pilləsi üzrə “Riyaziyyat və informatika müəllimliyi” ixtisasını, 2018-ci ildə isə Azərbaycan Texniki Universitetinin migistratura pilləsi üzrə “Kompüter sistemlərinin və şəbkələrinin proqram təminatı” ixtisaslaşmasını fərqlənmə diplomu ilə bitirmişdir. 2018-ci ilin sentyabr ayından kafedrada 0.5 ştat müəllim olaraq çalışır. Lənkəran Dövlət Universitetinin “Aqrar və mühəndislik” fakültəsi üzrə Tələbə Elmi Cəmiyyətin sədridir. 2 tezisin müəllifidir.

Müəllim Nəsirov Azər Natiq oğlu: 1996-cı ildə Masallı rayonunun Xıl kəndində anadan olmuşdur. 2013-cu ildə Xıl kənd tam orta məktəbini bitirmişdir. 2017-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin «Qida məhsulları mühəndisliyi» ixtisasını bakalavr üzrə. 2019-cu ildə Azərbaycan Kooperasiya Universitetinin «İstehlak mallarının ekspertizası və marketinqi» ixtisasında magistr pilləsi üzrə bitirmişdir. 2020-ci ilin Sentyabr ayından Lənkəran Dövlət Universitetinin «Texnologiya və texniki fənlər» kafedrasının müəllimidir. 4 məqalənin müəllifidir.. Email azernesirov456@gmail.com

Məlikzadə Tural Tofiq oğlu. 28 noyabr 1997-cı ildə Lənkəran şəhərində anadan olmuşdur. 2018 ci ildə Lənkəran Dövlət Universitetinin Təbiyyat fakültəsinin “Kompüter Elmləri’ ixtisasını bitirmişdir. 2018-2020 ci illərdə Lənkəran Dövlət Universiteti Təbiyyat fakültəsi “ İnformatikanın tədrisi metodikası və metodologiyası “ ixtisası üzrə magistr təhsili almışdır. 2018 ci ildən MAKA XKTB- da “Mühəndis proqramlaşdırıcı” vəzifəsində çalışır. Texnologiya texniki fənlər kafedrasının müəllimidir.

Kafedranın ünvanı: Lənkəran şəhər fizuli küçəsi 178.

Telefon: (2525) 50425 dax 110.

Elektron ünvanı: texnologiya2019@gmail.com

Faks nömrəsi: (+994) 5-25-88

Kafedra haqqında məlumatları dosent Elvin Əliyev təqdim etmişdir.


Lənkəran Dövlət Universiteti 2001/2018 | Web design: Əlizadə Məhəmməd