Elm və tədqiqat işləri şöbəsinin müdiri vəzifəsini icra edən: Ülkər Babayeva

Babayeva Ülkər Allahyar qızı – 1992-ci ildə Lənkəran rayonunun Türkəkəran kəndində ziyalı ailəsində anadan olmuşdur. 2009-cu ildə Lənkəran şəhər 7 saylı tam orta məktəbi bitirmiş, Lənkəran Dövlət Universitetinin “Coğrafiya müəllimliyi” ixtisasına qəbul olunmuşdur. 2013-cü ildə bakalavr səviyyəsi üzrə təhsilini başa vurmuş, həmin il Lənkəran Dövlət Universitetinin “Azərbaycanın fiziki coğrafiyası” ixtisaslaşması üzrə magistr səviyyəsinə qəbul olunmuşdur. 2016-cı ildə magistr səviyyəsi üzrə təhsilini başa vurmuş, həmin il Lənkəran Dövlət Universitetinin “Geoekologiya” ixtisaslaşması üzrə doktorantura səviyyəsinə qəbul olunmuşdur. Təhsil aldığı müddətdə “Tarix və onun tədrisi metodikası” kafedrasının laborantı, Elm və tədqiqat işləri şöbəsinin elmi işlər üzrə mütəxəssisi, daha sonra böyük mütəxəssisi vəzifəsində çalışmışdır. Hazırda Lənkəran Dövlət Universitetinin Elm və tədqiqat işləri şöbəsinin müdiri vəzifəsini icra edir. Həmçinin “Biologiya və Ekologiya” kafedrasının müəllimi və doktorantıdır. 21 elmi əsərin müəllifidir.

Ailəlidir, bir övladı var.

Elm və tədqiqat işləri şöbəsinin magistratura işləri üzrə mütəxəssisi: Abid Fərzullazadə

Fərzullazadə Abid Qalib oğlu 09.06.1995-ci ildə Lənkəran rayonunun Havzava kəndində anadan olmuşdur. 2012-ci ildə Havzava kənd tam orta məktəbini bitirmişdir. 2012-ci ildə Lənkəran Dövlət Universitetinin “Riyaziyyat və informatika müəllimliyi” ixtisasına daxil olmuş və 2016-cı ildə bitirmişdir. Həmin ildə Lənkəran Dövlət Universitetinin “Riyazi analiz” ixtisaslaşması üzrə magistraturasına daxil olmuş və 2018-ci ildə magistraturanı fərqlənmə diplomu ilə bitirmişdir. 10 elmi əsərin müəllifidir. Hal-hazırda Lənkəran Dövlət Universitetinin Riyaziyyat və informatika kafedrasının müəllimi və Differensial tənliklər ixtisası üzrə doktorantıdır.

Qrif işləri üzrə mütəxəssis: Əliyev Tofiq

Əliyev Tofiq Rahim oğlu 20.10 1998-ci ildə Bakı şəhərində anadan olmuşdur. 2015-ci ildə Bakı şəhəri Nərimanov rayonu 43 saylı Məktəb Lisey Kompleksini bitirmişdir. 2015-ci ildə Sumqayıt Dövlət Universitetinin Tarix Müəllimliyi ixtisasına daxil olmuş, 2019-cu ildə bitirmişdir. 2020-ci ildən Lənkəran Dövlət Universitetinin Elm və tədqiqat işləri şöbəsində Qrif işləri üzrə mütəxəssis vəzifəsində çalışır.


Lənkəran Dövlət Universiteti 2001/2018 | Web design: Əlizadə Məhəmməd