Rəsulova Yasəmən Mövlam qızı 30.01.1980-ci ildə Kürdəmir rayonunda anadan olub. 1986-1997-ci illərdə Kürdəmir rayonunun Dəyirmanlı kəndinin 1saylı məkrəbində təhsil almısdır. 2000-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin bakalavriat səviyyəsi üzrə Fizika ixtisasına qəbul olmuş və 2004-cu ildə ADPU-nu həmin ixtisas üzrə bitirmişdir. 2017-ci ildə magistratura səviyyəsi üzrə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət qulluğunun təşkili və idarə edilməsi” ixtisasını bitirmişdir. 2018-ci ildə “Sosial pedaqogika” üzrə doktoranturaya qəbul olmuşdur.
Hal-hazırda Təcrübə, potensial inkişaf və karyera bölməsinin rəhbəri vəzifəsində çalışır.
yasemenresulova80@mail.ru
Ağazadə Əfsanə Əbülfət qızı 03.10.1995-ci ildə Lənkəran rayonunun Şıxəkəran kəndində anadan olub. 2002-2013-cü illərdə Şıxəkəran kənd tam orta məktəbində təhsil almışdır. 2013-cü ildə Xəzər Universitetinin bakalavriat səviyyəsi üzrə “İngilis dili və ədəbiyyatı” ixtisasına qəbul olmuş və 2017-ci ildə Xəzər Universitetini həmin ixtisas üzrə bitirmişdir. Hal-hazırda Tədrisin təşkili və təlim texnologiyaları mərkəzində Təcrübə, potensial inkişaf və karyera üzrə mütəxəssis vəzifəsində çalışır.
a.aghazada.95.13@list.ru
Fərəczadə Rəşad Mubariz oğlu 21.09.1995-ci il tarixində Lənkəran şəhərində anadan olub. 2001-2012-ci illərdə Lənkəran şəhər 6 saylı tam orta məktəb liseyində təhsil almışdır. 2012-ci ildə Lənkəran Dövlət Universitetinin bakalavriat səviyyəsi üzrə “Mühasibat uçotu və audit” ixtisasına qəbul olmuş və 2016-cı ildə LDU-nu həmin ixtisas üzrə bitirmişdir. 2017-ci ildə LDU-nun magistratura səviyyəsi üzrə “Maliyyə” ixtisasının “Maliyyə menecmenti” ixtisaslaşmasına qəbul olmuş və magistraturanı fərqlənmə ilə bitirmişdir.
Əmək fəaliyyətinə 2016-cı ildən Lənkəran Dövlət Humanitar Kollecində başlamışdır.
Hal-hazırda Tədrisin təşkili və təlim texnologiyaları mərkəzində Təcrübə, potensial inkişaf və karyera bölməsi üzrə tyutor vəzifəsində çalışır.
Ailəlidir, iki övladı vardır.
fereczade.r@mail.ru
Çunayev Məhəmməd Məhəməli oğlu 21.05.1992-ci ildə Balakən rayon Qaysa kəndində anadan olub. 1998- ci ildə Balakən rayon Qaysa kənd tam orta məktəbinin 1-ci sinfinə daxil olub. 2009-cu ildə orta məktəbi bitirərək Azərbaycan Müəllimlər İnstitutunun Zaqatala filialının “Tarix və Coğrafiya müəllimliyi” ixtisasına qəbul olub. 2014-cü ildə MİQ imtahanı ilə Şamaxı rayon Nüydü kənd tam orta məktəbində Coğrafiya müəllimi kimi işə başlamışdır.
2017-ci ildə Lənkəran Dövlət Universitetinin magistratura səviyyəsinin “Coğrafiya fənninin tədrisi metodikası və metodologiyası” ixtisasına qəbul olmuş və 2019-cu ildə məzun olmuşdur. 2019-cu ilin sentyabr ayından etibarən Lənkəran Dövlət Universitetində tyutor vəzifəsində çalışır.
maga.chunaev@mail.ru