1. İdarəetmə və kargüzarlıq işlərində və tədris prosesində istifadə olunan İKT avadanlığının normal istismarını təmin etmək məqsədi ilə, avadanlığın daimi profilaktikasını aparır, qarşıya çıxan problemlərin, nasazlıqların operativ aradan qaldırılması üçün müvafiq tədbirlər həyata keçirir, ehtiyac olduğu halda kompyuterlərin proqram təminatının bərpası və yenilənməsi, kompyuterlərdə saxlanılan qiymətli informasiyaların təhlükəsizliyinin təmin olunması və kompyuterlərin müvafiq qaydalara uyğun istismarını təmin edir;
2. Universitetin Elektron Təhsil Şəbəkəsinin daimi işlək vəziyyətdə olmasını, İnzibati binada və tədris korpuslarındakı iş otaqlarında, kitabxanada, laboratoriya və mərkəzlərdə istifadə olunan bütün elektron qurğularınuniversitet daxili lokal şəbəkəyə qoşulması, onların geniş zolaqlı internet xəttinə çıxışının təmin edilməsini və şəbəkənin saz vəziyyətdə saxlanılmasını təmin etmək üçün müvafiq tədbirlər görür;
3. Universitetdə təhsil alan tələbələrin, fəaliyyət göstərən professor-müəllim heyətinin və bütün digər LDU əməkdaşlarının və tədris olunan fənnlərin və s. elektron bazalarının yaradılmasını və daimi müşaiyyətini, təsərrüfat və maliyyə fəaliyyətinin avtomatlaşdırılmasını və bu sistemlərə nəzarəti həyata keçirir;
4. Tədrisin keyfiyyətinin daha da yüksəldilməsi və tədris prosesinin idarə olunmasını yaxşılaşdırmaqdan ötrü yaradılmış elektron jurnal layihəsinin daimi yenilənməsi və təkmilləşdirilməsi sahəsində işləri davam etdirir;
5. Universitetin http://www.lsu.edu.az domen adlı veb səhifəsi məzmun və texnoloji baxımdan daimi yeniləşdirilməsini təmin edir;
5. Universitet Kitabxana mərkəzinin elektronlaşdırılması məqsədilə yaradılmış https://www.lsulibrary.com/ domen adlı elektron kitabxana layihəsinin daimi yenilənməsi və təkmilləşdirilməsini həyata keçirir
6. Universitetdə fəaliyyət göstərən informatika-tədris laboratoriyalarının işinin normal təşkili məqsədi ilə müvafiq kafedra və dekanlıqlarla sıx əlaqədə çalışır və laboratoriyalarda istifadə olunan kompyuterlərin və digər elektron qurğuların texniki cəhətdən saz vəziyyətdə olması və onların proqram təminatının daimi yenilənməsi üçün uyğun tədbirlər həyata keçirir;
və s.