Lənkəran Dövlət Universiteti İnformasiya - Kommunikasiya və Kitabxana Mərkəzinin Kitabxana bölməsi

Kitabxana universitetin strukturunda mühüm bölmə olaraq təhsil və informasiya funksiyalarını yerinə yetirən bölmə kimi tədris prosesini, müəllim və tələbələri kitabxananın fondunda olan ədəbiyyat və başqa materiallarla təmin etməklə universitetin kadr hazırlığında yaxından iştirak edir. Kitabxanada oxuculara kitab və digər sənədlərlə xidmət işi Abonement və Oxu zallarında həyata keçirilir. Burada universitetin professor və müəllim, inzibati idarə heyətinə, tələbə, magistr və doktorantlara elmi işlə məşğul olan digər əməkdaşlara xidmət edilir. Bundan başqa universitetin 1 və 2 saylı tədris korpuslarında da ixtisaslaşmış oxu zalları fəaliyyət göstərir.

Lənkəran Dövlət Universitetinin Elmi kitabxanası 1992-ci ildən, universitet yarandığı tarixdən təşkil olunmağa başladı. Burada kitabxananın yaranması işi, fəaliyyəti, oxuculara xidmət eyni zamanda həyata kecirilirdi. Artıq 1993 – cü ilin yanvar ayında dərslər başlanarkən kitabxana fondunda xeyli kitab toplanmışdı. Fondun təşkil olunmasında universitetin profilinə uyğun olaraq alınan kitablarla yanaşı Bakı Dövlət Universiteti kitabxanasının, Lənkəranda yerləşən kitabxanaların da müəyyən xidmətləri olmuşdur. Bir vaxt 1680 nüsxə kitab, bir oxu zalı, abonement və bir əlavə otaqla fəaliyyətə başlayan Lənkəran Dövlət Universitetinin kitabxanasında indi artıq, oxu zalları, geniş fondlar, kompyüter otağı və elektron kitabxana fəaliyyət göstərir.

Kitabxana bölməsinin rəhbəri.

Əhmədova Elazə Məmməd qızı

Əhmədova Elazə Məmməd qızı. 1982 - ci ildə Baki Mədəni – Maarif texnikumunun kitabxanaçılıq ixtisasıını, 1992-ci ildə isə Bakı Dövlət Universitetinin Kitabxanaşünaslıq - biblioqrafiya fakultəsini bitirmişdir. 1982-ci ildən başlayaraq Lənkəran Şəhər Komsomol Komitəsində əvvəl statist 1989-cu ildən uçot bölmə müdiri vəzifəsində işləmişdir. 1992-ci ildən Lənkəran Dövlət Universitetində kitabxanaçı, böyük kitabxanaçı, 1996-cı ildən kitabxananın direktoru vəzifəsində işləmişdir 1999-cu ildə qeyri-hökumət təşkilatlarının universitetlər arasında keçirtdiyi qrand müsbiqəsində iştirak edərək “Poliqrafiya və nəşriyyat işi”layihəsinin qalibi olaraq universitetin kitabxanasına ilk kompyüteri gətirməyə nail olmuşdur. Ayrı-ayrı illərdə universitet rəhbərliyi, 2006-cı ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən fəxri fərmanla təltif edilmişdir.

elar20@mail.ru

Bölmə əməkdaşları haqqında.

Biblioqraf Axundova Ruhiyyə İbrahim qızı

1993- 1995 - ci ildə Əhməd Cavad adına Baki Mədəni – Maarif texnikumunda təhsil almışdır.

2002-cü ildən Lənkəran Dövlət Universitetinin Elmikitabxanasında biblioqraf vəzifəsində çalışır.

ruhiyesemedova2004@gmail.com

Kitabxanaçı Zeynəb Tahirova Məhərrəm qızı

1991-1993-cü illərdə Bakı Plan-İqtisad texnikumunda təhsil almışdır.

2003-cü ildən Lənkəran Dövlət Universitetinin kitabxanasında kitabxanaçı vəzifəsində çalışır.

zeyneb@lsulibrary.com

Kitabxanaçı Məmmədova Ziyafət Rəcəb qızı

1987-1989-cu illərdə N.K.Krupskaya adına Bakı Mədəni - Maarif texnikumunda təhsil almışdır.

2002-ci ildən Lənkəran Dövlət Universitetin kitabxanasında kitabxanaçı vəzifəsində çalışır.

ziyafet@lsulibrary.com

Kitabxanaçı Məmmədova Şəmidə Əlyar qızı

1997- 2000 –ci illərdə Astara Pedaqoji texnikumunda təhsil alməşdır.

2017 – ci ildən Lənkəran Dövlət Universitetinin Kitabxanasında kitabxanaçı vəzifəsində çalışır.

shemide@lsulibrary.com

Kitabxanaçı Məmmədova Bəsirə Məhərrəm qızı

2007-ci ildə Lənkəran Dövlət Universitetinin Humanitar fakultəsini tarix ixtisası üzrə təhsil almışdır.

2016-cı ildən Lənkəran Dövlət Universitetində kitabxanaçı vəzifəsində çalışır.

besire@lsulibrary.com

Bölmənin yerləşdiyi poçt ünvanı, elektron ünvanı, faks nömrəsi.

Ünvan: AZ-4200, Lənkəran şəhəri, General Həzi Aslanov xiyabanı, 50.

E-mail: info@lsulibrary.com

Telefonlar: (+994) 025 255 10 37, 025 255 17 97;

Faks: (+994) 025 255 27 86.

Bölmə haqqında məlumatları Əhmədova Elazə təqdim etmişdir.


Lənkəran Dövlət Universiteti 2001/2018 | Web design: Əlizadə Məhəmməd