2018-2019-cu tədris ilində yenidən qurulan Lənkəran Dövlət Universiteti Tələbə Elmi Cəmiyyətinin hal-hazırda strukturu:
Samir Salayev - Lənkəran Dövlət Universiteti üzrə sədr
09 fevral 1988-ci ildə Lənkəran rayonunun Moğonojoba kəndində anadan olmuşdur. 1994-cü ildə Şürük kənd orta məktəbinin birinci sinfinə daxil olmuş və 2005-ci ildə təhsilini müvəffəqiyyətlə bitirmişdir. 2005-ci ildə Lənkəran Dövlət Universitetinin Coğrafiya ixtisasına qəbul olmuş, 2009-cu ildə bakalavr pilləsini fərqlənmə diplomu ilə bitirərək, Lənkəran Dövlət Universitetinin magistratura şöbəsinin “Fiziki coğrafiya” ixtisaslaşması üzrə təhsil almışdır. 2018-ci ildə Lənkəran Dövlət Universitetinin “Fiziki coğrafiya və biocoğrafiya, torpaq coğrafiyası, ladşaftların geokimyası və geofizikası” ixtisası, fəlsəfə doktoru üzrə doktoranturaya qəbul olmuşdur. Lənkəran rayon Tükəvilə kənd tam orta məktəbində “Coğrafiya müəllimi” vəzifəsində və tədris mərkəzində Coğrafiya fənni üzrə repititor müəllim və fənn kurikulumunun praktik tətbiqi üzrə təlimçi kimi çalışmışdır. Hal-hazırda Universitetin “Coğrafiya və onun tədrisi metodikası” kafedrasında müəllim kimi çalışır. Elmi işi ilə əlaqədar çap olunmuş 7 elmi məqalə və tezisin müəllifidir.
Elektron poçt ünvanı: sinaq2016@gmail.com
Şəfa Bağırova – “İqtisadiyyat və idarəetmə” fakültəsi üzrə sədr:
1987-ci ildə Neftçala rayonu Astanlı kəndində anadan olmuşdur. 2005-2009-cu illər Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Riyaziyyat” ixtisasında bakalavr təhsili almışdır. 2009-cu Lənkəran Dövlət Universitetinin “Diferensial tənliklər” ixtisası üzrə magistraturaya qəbul olmuşdur. 2011-ci ildə magistraturanı bitirib Lənkəran Dövlət Universitetinin “Ekonometriya; iqtisadi statistika” ixtisası üzrə doktoranturaya qəbul olmuşdur. “Çox-sektorlu iqtisadi artım modelinin optimal idarə olunması” mövzusunda dissertasiyası üzərində işləyir. 2010-2012-ci illərdə Lənkəran Dövlət Universitetində laborant və elmi işçi kimi çalışmışdır. 2013-2018-ci illərdə AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda elmi işçi kimi fəaliyyət göstərmişdir. 2018-ci ildən Lənkəran Dövlət Universitetinin “İqtisadiyyat və innovativ idarəetmə” kafedrasında 1,0 ştat baş müəllim vəzifəsində çalışır. “Ekonometrika” fənnini tədris edir.
Elektron poçt ünvanı: shefa.baqirova@mail.ru
Tale Ələskərzadə - “Aqrar və mühəndislik” fakültəsi üzrə sədr:
05 iyun 1994-cü ildə Lənkəran rayonunun Viyən kəndində anadan olmuşdur. 2016-cı ildə Lənkəran Dövlət Universitetinin bakalavr pilləsi üzrə “Riyaziyyat və informatika müəllimliyi” ixtisasını, 2018-ci ildə isə Azərbaycan Texniki Universitetinin migistratura pilləsi üzrə “Kompüter sistemlərinin və şəbəkələrinin proqram təminatı” ixtisaslaşmasını fərqlənmə diplomu ilə bitirmişdir. Hal-hazırda Lənkəran Dövlət Universitetinin müəllimi və “Kompyuter elmləri” ixtisası üzrə doktorantıdır. Elmi işi ilə əlaqədar çap olunmuş 2 tezisin müəllifidir.
Elektron poçt ünvanı: aleskerov2006@gmail.com
Qalib Əmənov – “Tarix, coğrafiya və incəsənət” fakültəsi üzrə sədr:
17 sentyabr 1975-ci ildə Lerik rayonunun Nücü kəndində anadan olmuşdur. 2003-cü ildə Lənkəran Dövlət Universitetinin Təbiyyat fakültəsinin “Coğrafiya” ixtsasının bakalavr pilləsini, 2005-ci ildə isə magistartura pilləsi üzrə “İqtisadi və sosial coğrafiya” ixtisasını fərqlənmə diplomu ilə bitirmişdir. 2005-ci ildə Lənkəran Dövlət Universitetində kiçik elmi işçi, elmi işçi, dekan müavini vəzifələrində işləmişdir. Hazırda “Coğrafiya və onun metodikası” kafedrasının müəllimi kimi fəaliyyət göstərir. 2011-ci ildən AMEA-nın H.Ə.Əliyev adına Coğrafiya İnsititutunun dissertantıdır. Qarabağ müharibəsi veteranıdır.
Elektron poçt ünvanı: 75winner@mail.ru
Qafarlı Asiman – “Filologiya və ibtidai təhsil” fakültəsi üzrə sədr
1995-ci ildə Neftçala rayon 1-ci Qaralı kəndində anadan olmuşdur. 2014-cü ildə Qədimkənd kənd tam orta məktəbini bitirmiş və elə həmin ildə Lənkəran Dövlət Universitetinin “İbtidai sinif müəllimliyi” ixtisasına qəbul olunmuşdur. 2018-ci ildə həmin ixtisas üzrə bakalavr səviyyəsini bitirmişdir. 2018-2020-ci illərdə Lənkəran Dövlət Universitetində "İbtidai sinifdə tədrisin metodikası və metodologiyası" ixtisaslaşması üzrə magistr səviyyəsini uğurla başa vurmuşdur. 2021-ci ildən Lənkəran Dövlət Universitetinin "Filologiya və ibtidai təhsil kafedrası"nda müəllim kimi fəaliyyət göstərir. 3 elmi əsərin (tezisin) müəllifidir.
qafarli3550@gmail.com
Şəbnur Əlizadə - Təbiyyat fakültəsi üzrə sədr
1996- ci il fevralın 13-də Lənkəran rayonun Aşağı Nüvədi qəsəbəsində anadan olub. 2013-cü ildə Lənkəran rayonun Aşağı Nüvədi qəsəbə tam orta məktəbinin 11-ci sinfi ni bitirib və həmin ildə LDU-nun “Kompüter elmləri” ixtisasına daxil olub. 2017-ci ildə bakalavr təhsilini fərqlənmə diplomu ilə bitirdikdən sonra LDU-nun magistratura şöbəsinin “Riyaziyyatın tədrisi metodikası və metodologiyası” ixtisasına daxil olub. 2019-cu ildə əla qiymətlərlə magistr təhsilini bitirmişdir. Hal-hazırda Lənkəran Dövlət Universitetinin “Riyaziyyat və informatika” kafedrasının müəllimi və “Diferensial tənliklər” ixtisası üzrə doktorantıdır. 4 elmi məqalə və tezisin müəllifidir.
Elektron ünvanı: nur.elizade622@gmail.com