Elmi Xəbərlər (Humanitar elmlər seriyası ISSN 2617-8036) jurnalı çap üçün orijinal elmi məqalələri; icmal məqalələri; qısa elmi xəbərləri qəbul edir. Təqdim edilən məqalələrin mövzusu jurnalın Elm Sahələri bölməsində verilən elmi əhatə dairəsində olmalıdır.
Təqdim edilən məqalə başqa jurnalda çap olunmamalı və ya digər jurnallara çap üçün göndərilməməlidir. Əsas tələb onun yüksək elmi meyarlara (aktuallıq, elmi yenilik və s.) uyğunluğudur. Müəllif son 10 ilin nəşrlərinə istinadlara üstünlük verməlidir.
Məqalənin həcmi xülasə, açar sözlər, cədvəllər, şəkillər və ədəbiyyat siyahı daxil olmaqla 6-18 səhifə aralığında olmalıdır.
Məqalələr azərbaycan, ingilis və rus dillərində qəbul edilir.
Məqalənin hazırlanma qaydaları:
Məqalənin mətni A4 formatında, Microsoft Word redaktorunda tərtib olunmalıdır.
Səhifə parametrləri: soldan - 2.5 sm, sağdan – 2.5 sm, aşağıdan – 2 sm, yuxarıdan – 2 sm.
Şrift: Times New Roman, Ölçü: 12, Sətir aralığı: 1.3, Abzas: 1.25.
Müəlliflər məqalələri hazırlamaq üçün MS Word ŞABLON faylı yükləməli və istifadə etməlidirlər.
Məqalənin başlığı:
Məqalənin başlığı qısa və informativ olmalıdır.
Xülasə və açar sözlər:
Xülasədə baxılan məsələ, istifadə edilən metodlar və ən mühüm nəticələr verilməlidir. Məqalənin xülasəsinə görə oxucu tədqiqatın mahiyyətini anlamalıdır. Xülasənin həcmi məqalənin növündən asılı olaraq 100-250 söz aralığında olmalıdır.
Müəlliflər 3-dən 6-a qədər açar söz təqdim etməlidirlər.
Məqalənin başlığı, müəlliflərin adı, soyadı, xülasə və açar sözlər məqalənin yazıldığı dildən asılı olaraq üç dildə (azərbaycan, rus və ingilis dillərində) əlavə olunmalıdır.
Şəkillər və cədvəllər:
Şəkillər ardıcıl olaraq nömrələnməlidir. Şəkilaltı yazıda 15-dən artıq söz olmamalıdır. Şəkillər üçün PNG və JPEG formatları uyğun hesab edilir. Bütün şəkillər mətnin sonunda deyil, onun müvafiq yerlərində yerləşdirilməlidir.
Cədvəllər ardıcıl olaraq nömrələnməlidir. Cədvəlin adında və orada verilən abriviaturaların izahında 15-dən artıq söz olmamalıdır. Bütün cədvəllər mətnin sonunda deyil, onun müvafiq yerlərində yerləşdirilməlidir. Bütün cədvəllərə məqalənin mətnində müraciətlər olmalıdır.
Ədəbiyyat siyahısı:
Ədəbiyyat siyahısı əlifba sırası ilə olmalıdır və yalnız mətndə istinad olunan və artıq çap olunmuş əsərləri əhatə etməlidir. Ədəbiyyat siyahısı üçün APA (Essentials APA Style) sistemindən istifadə edilməlidir. Siyahıya məqalənin mövzusuna aid ən yeni istinadlar daxil edilməlidir.
Mətndə istinadların verilməsi: İstinadlar mətndə kvadrat mötərizədən istifadə etməklə verilir. Ədəbiyyat siyahısındakı bütün mənbələrə mətndə istinad edilməlidir.
Məqalələr TƏQDİMAT MƏKTUBU ilə birlikdə elmi_meqale@lsu.edu.az elektron ünvanına göndərilməlidir. Müəlliflər Tədqimat məktubunu yükləyib istifadə edə bilərlər.