“Kimya və fizika” kafedrası haqqında məlumat

Kafedranın fəaliyyətinin əsas istiqamətləri kimi ali təhsilin bakalavriat pilləsi üzrə “Kimya və biologiya müəllimliyi”, “Fizika müəllimliyi”, “Ekologiya” ixtisasları, magistratura pilləsində “Kimya müəllimliyi” ixsisasları üzrə yüksək təhsil və mənəvi keyfiyyətlərə malik bacarıqlı mütəxəssislərin yetişdirilməsi və bunun üçün “Kimya və fizika” kafedrasının rəhbərliyi və əməkdaşları tərəfindən təhsilin sistemli və elmi əsaslarla tədrisinə imkan verən yeni proqram, metodiki vəsaitlər, dərs vəsaitləri və dərsliklərin hazırlanması, həmçinin günün tələblərinə cavab verən yüksək keyfiyyətdə səmərəli və effektiv müasir təhsil sistemin qurulması proseslərini mükəmməl bir şəkildə həyata keçirilməsi birmənalı şəkildə qarşıya əsas məqsəd və vəzifə olaraq qoyulmuşdur.

Son beş ildə kafedra əməkdaşları Respublika və xarici ölkələrin elmi jurnallarında 70-dən çox elmi məqalə nəşr etdirmişlər və elmi-tədqiqat işlərinin nəticələri qənaətbəxş hesab edilə bilər. Kafedranın əməkdaşları daim öz elmi və tədris biliklərini yüksəltmək üzərində çalışır, tədrisin metodikası, psixologiyası problemləri üzrə fundamental elmi məqalə və tezislər nəşri gündəmdə saxlayır.

Kafedrada ali təhsilin bakalavriat pilləsində “Təbiyyat” fakültəsində “Kimya və biologiya müəllimliyi”, “Fizika müəllimliyi”, “Texnologiya müəllimliyi” “Ekoloyia” ixtisasları, həmçinin “Aqrar və mühəndislik” fakültəsində “Aqronomluq” “Meşəçilik” “Baytarlıq”, “Qida məhsulları, torpaqşünaslıq və aqrokimya” ixtisasları üzrə kadrların yetişdirilməsində əsaslı rol oynayaraq bu ixtisaslar üzrə bakavriat pilləsində kimya və fizika fənlərinin tədrisi həyata keçirilir.

Bundan başqa kafedrada həmçinin magistrarura səviyyəsində “Kimya fənninin tədrisi metodikası və metodologiyası” ixtisaslaşması istiqamətində mütəxəsislər təhsil alır.

Bakalavr pilləsi üzrə ixtisaslar:

1. “Kimya və biologiya müəllimliyi”

2. “Fizika müəllimliyi”

3. “Ekologiya”

Magistr pilləsi üzrə:

“Kimyanın fənninin tədrisi metodikası və metodologiyası”.

Bakalavr pilləsində “Kimya və bilogiya” müəllimliyi və “Ekologiya” ixtisasları və“Aqrar və mühəndislik” fakültəsində ixtisaslar üzrə aşağıdakı fənlər tədris olunur:

I. KİMYA İSTIQAMƏTLİ FƏNLƏRİN SİYAHISI:

1. Kimya -1

2. Kimya -2

3. Ekoloji kimya

4. Fiziki kimya, üzvi kimya

5. Qeyri-üzvi kimya-1

6. Qeyri-üzvi kimya-2

7. Analitik kimya-1

8. Analitik kimya-2

9. Üzvi kimya-1

10. Üzvi kimya-2

11. Fiziki kolloid kimya-1

12. Fiziki kolloid kimya-2

13. Kimyanın tədrisi metodikası

14. Həyat fəaliyyətinin kimyəvi əsasları

15. Yüksək molekullu birləşmələr kimyası

16. S/f.Ümumi kimyanın tədisinin məktəb kursu

17. S/f. Üzvi kimyanın tədisinin məktəb kursu

18. S/f. Qeyri-üzvi kimyanın tədrisinin məktəb kursu

19. Kimya texnologiyası

20. Ümumi və qeyri-üzvi kimya

II. FİZİKA İSTİQAMƏTLİ FƏNLƏRİN SİYAHISI:

1. Fizika

2. Fizika-1

3. Fizika-2

4. Ümumi fizika

5. Ümumi fizika-1

6. Ümumi fizika-2

7. Tətbiqi mexanika

8. Elektrotexnika

9. Dövrələr nəzəriyyəsi

10. Radiotexnika

11. Molekulyar fizika

12. Mexanika

13. Klassik mexanika

14. Elektronikanın əsasları

MAGİSTRATURA PİLLƏSİNDƏ “KİMYA MÜƏLLIMLİYİ” İXTİSASI ÜZRƏ AŞAĞIDAKI FƏNLƏR TƏDRİS OLUNUR:

1.Məktəb kimya kursunun elmi əsasları

2. S/Fkimyanın tədrisində nəzəri və eksperimental tədqiqatlar texnologiyası

3. Kimya və eksperimentlərin aparılma texnikası

4. AMTMOF (kimyadan şagird nailiyyətlərinin qiymətləndirilməsi)

5. Üzvi kimyanın tədrisi metodikası

6. Üzvi sintez kursunun elmi əsasları

7. Kimyanın tədrisi metodikasının müasir problemləri

8. Kimyanın tədrisinin tarixi və metodologiyası

9. Kimya fənninin ali məktəbdə tədrisi metodikası

10. Kimyadan çətinləşdirilmiş məsələlərin həlii

11. Məktəb kimyasında İKT-dən istifadə

12. Kimya dərslərində interaktiv təlim

Kafedra müdiri haqqında.

Dos. İsa Şahruddin oğlu Hüseynov

2017-ci ilin sentyabr ayından Lənkəran Dövlət Universitetinin “Təbiyyat” fakültəsinin “Kimya və biologiya” müəllimliyi kafedrasının dosenti vəsifəsinə işə qəbul olunmuşdur. 70-dən yuxarı elmi əsərin, o cümlədən, 65-dan çox məqalə və məruzələrin, 1 müəlliflik şəhadətnaməsi, 2 milli patent və 1 Avrasiya patentinin müəllifidir. Elmi əsərləri ölkəmizin və bir sıra xarici ölkələrin elmi nəşrlərində dərc olunmuşdur.

2016-cı ildə AMEA akad.Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun elmlər doktorluğu hazırlığı üzrə doktoreanturanı btirmişdir.

2017-18 ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Ümumi və ali təhsil müəssisəsi əməkdaşlığı üzrə pilot layihənin tətbiqi” ilə bağlı layihəsi əsasında Yardımlı rayonunda “Master" dərslər aparmışdır.

Hazırda LDU-nun “Kimya və fizika” kafedrasının müdri vəzifəsini daşıyır.

E-mail ünvanı: isabey57@gmail.com

Kafedra əməkdaşları haqqında.

Gülbəniz Allahverdi qızı Qədirova - kimya üzrə fəlsəfə doktoru, dosent

2001-ci ildən Lənkəran Dövlət Universitetində müəllim işləyir. 30-dan çox elmi əsər, 1 dərs vəsaiti və 2 proqramın müəllifidir. 2018-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Ümumi və ali təhsil müəssisəsi əməkdaşlığı üzrə pilot layihənin tətbiqi” ilə bağlı layihəsi əsasında Yardımlı və Astara rayonlarında “Master" dərslər aparmışdır.

E-mail ünvanı: gadirova@gmail.com

Elnur Əhmədağa oğlu Dadaşov – fizika üzrə fəlsəfə doktoru, b/m.

2017-ci ildən Lənkəran Dövlət Universitetinin “Kimya və fizika” kafedrasında işləyir. 15-dən çox elmi əsərin və 2 dərs vəsaitinin müəllifidir. 2017-18-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Ümumi və ali təhsil müəssisəsi əməkdaşlığı üzrə pilot layihənin tətbiqi” ilə bağlı layihəsi əsasında Yardımlı və Astara rayonlarında “Master" dərslər aparmışdır.

E-mail ünvanı: elnurdadashov82@mail.ru

Nizami Əlisahib oğlu Əkbərov- kimya üzrə fəlsəfə doktoru, dosent.

2019-ci il sentyabr ayından Lənkəran Dövlət Universitetinin “Kimya və fizika” kafedrasında 0.5 ştat dosent vəzivəsində işləyir. 21 dərs vəsaiti, 170 elmi əsər, o cümlədən 13 müəlliflik şəhadətnaməsi və patentin müəllifidir.

E-mail ünvanı:adpu-kimya@mail.ru

Mehman Təyyar oğlu Abbasov- kimya üzrə fəlsəfə doktoru, dosent

2018-ci ilin sentyabr ayından Lənkəran Dövlət Universitetinin “Kimya və fizika” kafedrasında 0.5 ştat dosent vəzifəsində işləyir. 41 elmi əsərin müəllifidir.

Xalıqov Akif Sahib oğlu- pedaqogika üzrə fəlsəfə doktoru, müəllim

2019-cu ilin sentyabr ayından LənkəranDövlət Universitetinin “Kimya və fizika kafedrasında 0.5 ştat müəllim kimi çalışır. 7 elmi əsərin müəllifidir.

Sevda Aydın qızı Bağırova - laboratoriya müdiri

2017-ci ilin aprel ayından Lənkəran Dövlət Universitetində 0.5 ştat kimya müəllimi və kimya laboratoriyasının müdri kimi çalışır. 10-dan çox elim əsərin müəllifidir. Hal-hazırda kimyadan dərs vəsaitinin hazırlanması və dissertasiya işinin tamamlanması üzərində çalışır.

E- mail ünvanı: sevabaqirova@mail.ru

Yasəmən Mövlan qızı Rəsulova - müəllim

2018-ci ildən Lənkəran Dövlət Universitetinin “Kimya və fizika” kafedrasında 0,5 ştat müəllim kimi çalışır.

E-mail ünvanı: yasemen-resulova@mail.ru

Kafedranın yerləşdiyi poçt ünvanı, telefonları, elektron ünvanı, faks nömrəsi

Kafedranın ünvanı :Lənkəran şəhəri, H.Z.Tağıyev küçəsi, 3 saylı korpus

Telefon:

Elektron ünvanı: Lsu.edu.az

Faks nömrəsi:

Kafedra haqqında məlumatları Dos. İsa Hüseynov təqdim etmişdir.


Lənkəran Dövlət Universiteti 2001/2018 | Web design: Əlizadə Məhəmməd