Texniki təsərrüfat şöbəsi.

Şöbə Lənkəran Dövlət Universitetinin Elmi Şurasının 12 iyul 2016-cı il tarixli iclasında təsdiq edilmişdir.Şöbənin fəaliyyətinin əsas məqsədi Universitetin texniki siyasətini, inkişaf perspektivlərini və texniki cəhətdən yenidən qurulmasını müəyyən etmək, onun texniki xidmətinə, təsərrüfat, mədəni-məişət işlərinə bilavasitə rəhbərliyi həyata keçirməkdir.

Şöbənin müdiri: Məmmədov Nurəli Hacıbaba oğlu

1955-ci ildə Lənkəran şəhərində anadan olmuşdur.1962—72 ci illərdə Lənkəran şəhər 2 saylı tam orta məktəbini bitirmişdir.1973-ci ildə Azərbaycan İnşaat mühəndisləri İnstitutuna qəbul olunmuş 1978-ci ildə oranı bitirmişdir.1982-84-cü illərdə hərbi xidmətdə olmuşdur.Lənkəran şəhər sovetində Əsaslı tikinti şöbəsinin müdiri, 1998-2021-ci ilin oktyabrına qədər Lənkəran Kommunal müəssisələr kombinatının rəisi vəzifəsində çalışmışdır.2021-ci ilin noyabrından hal-hazıra kimi Lənkəran Dövlət Universitetində Təsərrüfat şöbəsinin müdiri vəzifəsində çalışır.Evlidir, bir övladı var.

Bölmə əməkdaşları haqqında :

Əliyev Məmmədağa Nəcəfəli oğlu

1951-ci ildə Lənkəran rayon Aşağı –Nüvədi kəndində anadan olmuşdur.1957-ci ildə qəsəbə 8 illik məktəbinin birinci sinfinə daxil olmuşdur. 1966-cı ildə Lənkəran şəhər 1 saylı orta məktəbinin 9-cu sinfinə daxil olmuşdur.1973-cü ildə D.Bünyadzadə adına Xalq Təsərrüfatı İnstitutunun maliyyə-statistika fakültəsinin maliyyə-kredit şöbəsini əyani formada bitirmişdir. 1973-cü ildə Dövlət bankının Lənkəran şöbəsində iqtisadçı vəzifəsində çalışmışdır. Lənkəran şəhər Maliyyə şöbəsində müxtəlif vəzifələrdə çalışmışdır. 2005-ci ildən Lənkəran Dövlət Universitetində Anbardar vəzifəsində çalışır.

Ailəlidir üç övladı var.

Əsgərov Afəq Rəşid oğlu

1961-cı ildə Lənkəran şəhər Gərmətük qəsəbəsində anadan olmuş, 1969-79-cu ildə orta məktəbi bitirmişdir.1983-cü ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirib, Aqrar Sənaye Kombinatının İnzibati Təsərrüfat Şöbəsinin müdiri ,2004-cü ildə Bakı şəhər Ticarət və Xidmət Departamentində baş məsləhətçi vəzifəsində çalışmışdır.2019-cu ilin iyul ayından Lənkəran Dövlət Universitetində Texniki təhlükəsizlik üzrə mütəxəssis vəzifəsində çalışır.

Ailəlidir, iki övladı var.

Xanışov İlkin Məmmədrəhim oğlu

1974 ildə Lənkəran rayonu Sutəmurdov kəndində anadan olmuşdur. 1991-ci ildə Sutəmurdov Məktəbini bitirmiş , 1991-ci ildə Kommersiya texnikumuna daxil olmuş 1996- ci ildə bitirmişdir. Müxtəlif sahələrdə sahibkar kimi çalışmışdır.2012-ci ildən hal hazıra kimi Lənkəran Dövlət Universitetində komendant vəzifəsində işləyir.

Evlidir iki övladı var.

Həsənzadə Vüsalə Fərahim qızı

1985-ci ildə Lənkəran şəhərində anadan olmuş, 1990-cı ildə 2 saylı orta məktəbə daxil olmuş və 2000 –ci ildə bitirmişdir. 2001-ci ildə Lənkəran şəhər Humanitar Kollecə daxil olmuş və 2004-cü ildə Kolleci bitirmişdir. 2005-ci ildən hal hazıra kimi Lənkəran Dövlət Universitetinin 2 saylı tədris korpusunda komendant vəzifəsində çalışır.

Axundov Mübariz Qurban oğlu

1959 cu ildə Lənkəran şəhərində anadan olmuşdur.1967-ci ildə Lənkəran şəhər 3 saylı orta məktəbdə oxumuş 76-ci ildə həmin məktəbi bitirmişdir. Hərbi xidmətdən sonra 1984-cü ildə Azərbaycan İnşaat Unstitutuna daxil olmuş 1990-cı ildə Hidromeliorasiya fakultəsini bitirmişdir. Uzun müddət Lənkəran şəhər Konserv kombinatında iqtisadçı vəzifəsində çalışmışdır.01 may 2019-cu ildən hal hazıra kimi Lənkəran Dövlət Universitetində 5mərtəbəli tədris və yataqxana binasının komendantı vəzifəsində çalışır.

Evlidir iki övladı var.

Alxasov Samir Müseyib oğlu

1979 –cu ildə Lənkəran şəhərində anadan olmuş 1985-ci ildə Lənkəran şəhər Xarici dillər təmayüllü qimnaziyaya daxil olmuş və 1996-cı ildə Gimnaziyanı bitirmişdir.Həmin ildə Lənkəran Dövlət Universitetinin İqtisadiyyat Fakultəsinə daxil olmuş və 2000-ci ildə bitirmişdir, Uzun müddət Yanğından mühafizə Cəmiyyətində təlimatçı işləmişdir. 2016-cı ildən Lənkəran Dövlət Universitetində Texniki təhlükəsizlik üzrə mütəxəssis, 2019-cu ilin avqust ayından Təmir işləri üzrə mühəndis vəzifəsində çalışır, 4 saylı korpusun (qızlar yataqxanası) komendantı vəzifəsini icra edir.

Ailəlidir iki övladı var.

E-mail ünvanı Samiralxasov 313@ mail.ru

Quliyev Tofiq Fətda oğlu

1962-ci ildə Lənkəran şəhər Port-İliç qəsəbəsində anadan olmuş,1981-ci ildə orta məktəbi bitirmişdir.1984-1990-cı illərdə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun “Maşınqayırma” fakultəsini bitirmişdir.Lənkəran şəhər Cihazqayırma zavodunda texnoloq,Qızılağac Dövlət Qoruğunda sahə rəisi, Bakı Şin zavodunun Marsoda yerləşən Lənkəran filialında baş mühəndis və 2019-cu il sentyabr ayından Lənkəran Dövlət Universitetində komendant, 2020-ci ildən hal hazıra kimi Turizm təcrübə bazasının müdiri vəzifəsində çalışır.

Ailəlidir, iki övladı var.

Lənkəran şəhər H.Aslanov xiyabanı -50 ( indeks 4200 ), 25-5-06-92, faks 25-5-25-86.


Lənkəran Dövlət Universiteti 2001/2018 | Web design: Əlizadə Məhəmməd