Sosial məsələlər


Sosial məsələlər üzrə prorektorun illik iş PLANI - 2019-2020

İsmayılova Xalidə Xalid qızı (Xalidə Xalid)

1965-ci il dekabrın 24-də Lənkəran şəhərində ziyalı ailəsində anadan olub.

1973-1983- cü illərdə Lənkaran şəhər 9 saylı orta məktəbdə təhsil alıb.

O, 1984-1989-cu illərdə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət (indiki ADMİU) Mədəni-Maarif fakültəsində (qiyabi) təhsil alıb.

1983-1987-ci illərdə Lənkəran Rayon Yerli Radio Verilişləri Redaksiyasında diktor,

1986-1994-cü illərdə Lənkəran Uşaq Rəssamlıq Məktəbində müəllim,

1994-1998-ci illərdə Lənkəran şəhər 4 saylı orta məktəbində müəllim,

1998-1999-cu illərdə Lənkəran Dövlət Universitetində müəllim və "Pedaqogika və psixologiya" kafedrasının müdirinin müavini,

1999-2000-ci illərdə isə Lənkəran Dövlət Universitetində Mətbuat və İnformasiya xidmətinin rəhbəri vəzifələrində çalışıb.

2000-2002-ci illərdə AMEA-sı Beynəlxalq Münasibətlər İnstitutunda "Elmi araşdırmaların tərtibi və nəşri" qrupunda,

2002-2003-cü illərdə isə AMEA-nın Fəlsəfə və Hüquq İnstitutu, Milli münasibətlər İnstitutu və İctimai- Siyasi Hüquqi Tədqiqatlar İnstitutunun bazasında yaradılan AMEA Fəlsəfə və Siyasi Hüquqi Tədqiqatlar İnstitutunun "Elmi araşdırmaların tərtibi və nəşri" şöbəsində,

2003-2014-cü illərdə isə AMEA Nizami adına Ədəbiyyat İnstitunun "Cənubi Azərbaycan ədəbiyyatı", "Xarici ölkələr ədəbiyyatı və ədəbi əlaqələr", "Türk xalqları ədəbiyyatı" şöbələrində elmi işçi vəzifəsində çalışıb.

AMEA Nizami adına Ədəbiyyat İnstitutunun dissertantidir.

"Şəhriyarın "Heydərbabaya salam" poeması və türk xalqları ədəbiyyatı" mövzusunda namizədlik dissertasiyası üzərində çalışır.

Elmi məqalələri respublikanın, eləcə də Türkiyənin, Özbəkistanın, Qazaxıstanın elmi dərgilərində dərc olunub. Azərbaycanda, Türkiyədə, Özbəkistanda elmi simpozyum və konfranslarda dəfələrlə iştirak edib.

M.H.Şəhriyarın "Heydərbabaya salam" poemasının türk xalqları ədəbiyyatındakı təsiriylə bağlı 4 cildlik kitab üzərində çalışır.

2007-ci ildə tanınmış türkiyəli alim Yusif Gədiklinin "Şəhriyar və bütün türkcə şeirləri" monoqrafiyasını Azərbaycan türkcəsinə uyğunlaşdırıb.

Əsər həmin ildə Türkiyə səfirliyinin dəstəyi ilə kitab halında çap olunub.

2014-cü ildə "Avropa.az" xəbər portalının baş redaktoru, 2015-ci ilin yanvar ayından isə Azərbaycan Reklamçılar İttifaqında Mətbuat və İnformasiya xidmətinin rəhbəri vəzifələrində çalışıb.

1979-cu ildən (hələ orta məktəbdə oxuduğu dövrlərdə) yerli və respublika mətbuatında məqalələri çap olunub.

1983-cü ildən isə bədii və publisistik yazıları ilə Azərbaycanın tanınmış mətbu orqanlarında "Kommunist", " Ədəbiyyat və İncəsənət", "Azərbaycan gəncləri", "Sovet kəndi", "İnşaatçı"."Azərbaycan müəllimi", Vətən Cəmiyyətinin "Odlar Yurdu" , eləcə də digər qəzet və jurnallarda çap olunub.

2000-2007-ci illərdə "Respublika", "Azərbaycan müəllimi", 2000-2013-cü illərdə isə "Azərbaycan Ordusu" qəzetlərinin müxbiri olub.

Xalidə Xalid 2019-cu ilin mart ayından Lənkəran Dövlət Univeristetində sosial məsələlər üzrə mütəxəssis, eləcə də bu tədris ilindən universitetin tarix fakültəsində müəllim kimi də fəaliyyət göstərir.

2000-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin, 2015-ci ildən isə Türkmən Ədəbiyyatçı və Yazarlar Birliyinin üzvüdür (Erbil-İrak)

Xalidə Xalid həmçinin, “İnform.Media Qrup” MMC-nin baş direktoru, İnform.az saytının da rəhbəridir.

İctimai-siyasi fəaliyyətə böyük maraq göstərən X.Xalid 1999-cu ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

İki övladı var.

Zülfiqarov Tahir Paşa oğlu

1957-ci ilin yanvarın 29-da Lənkəran şəhərində anadan olmuşdur. 1974-cü ildə İmişli rayonu 34 nömrəli dəmiryol orta məktəbinin 10-cu sinfini bitirmişdir. 1979-cu ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini tarixçi, tarix və ictimaiyyət müəllimi ixtisası üzrə bitirmişdir. 1979-cu ildən 1986-CI ilədək Lənkəran şəhər 3 nömrəli orta məktəbində tarix və ictimaiyyət müəllimi, 1986-1987-ci illərdə həmin məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini, 1987-1988-ci illərdə Lənkəran Şəhər Təhsil Şöbəsində məktəb inspektoru, 1988-1999-cu illərdə Lənkəran şəhər 3 nömrəli orta məktəbində direktor, 1999-2003-cü illərdə Lənkəran şəhər 1 nömrəli orta məktəbində təlim-tərbiyə işləri üzrə direktor müavini, 2003-2016-cı illərdə Lənkəran Şəhər İcra Hakimiyyətində əvvəlcə təhsil, səhiyyə və mədəniyyət şöbəsində, sonra isə ictimai-siyasi və humanitar məsələlər şöbəsində baş məsləhətçi və şöbə müdirinin müavini – dini qurumlarla işin təşkilatçısı vəzifələrində işləmişdir. 1-ci dərəcəli dövlət qulluqçusudur.

1981-1984-cü illərdə Lənkəran Musiqi Texnikumunda, 19992006-cı illərdə Lənkəran Dövlət Humanitar Kollecində ikinci iş yeri kimi ixtisası üzrə dərs demiş, müəllim, direktor müavini və direktor kimi Azərbaycan Müəllimlər İnstitutunda ixtisasartırma kurslarında olmuşdur.

2003-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür, ehtiyatda olan zabitdir, ailəlidir, 2 övladı vardır.


Lənkəran Dövlət Universiteti 2001/2018 | Web design: Əlizadə Məhəmməd