Qısa yaranma və inkişaf tarixi
Maliyyə idarəetməsi və audit kafedrası Lənkəran Dövlət Universiteti rektorunun 28 sentyabr 2018-ci il tarixli 1/83 nömrəli əmrinə əsasən təsis edilmişdir. Yarandığı gündən etibarən kafedra maliyyə, mühasibat uçotu və audit sahələrində yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasını, elmi-pedaqoji fəaliyyətin inkişaf etdirilməsini və müasir iqtisadi çağırışlara cavab verən tədris mühitinin formalaşdırılmasını prioritet istiqamət kimi müəyyən etmişdir.
Kafedranın fəaliyyəti Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycan Respublikasının təhsil sahəsini tənzimləyən qanunvericilik aktlarına, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin normativ-hüquqi sənədlərinə, ali təhsil müəssisələrinin fəaliyyətini tənzimləyən normativ aktlara, universitetin Nizamnaməsinə və digər aidiyyəti hüquqi sənədlərə uyğun şəkildə həyata keçirilir.
Maliyyə idarəetməsi və audit kafedrası universitetin aparıcı tədris-elmi struktur bölmələrindən biri olmaqla, maliyyə və mühasibat uçotu sahələri üzrə tədris, metodiki, elmi-tədqiqat və elmi-pedaqoji fəaliyyətin təşkilini və koordinasiyasını həyata keçirir. Kafedra müasir təhsil texnologiyalarının tətbiqi, innovativ tədris metodlarının inkişafı, elmi potensialın gücləndirilməsi və beynəlxalq akademik təcrübənin öyrənilməsi istiqamətində ardıcıl fəaliyyət göstərir.
Kafedranın əsas məqsədi dövlət təhsil standartlarının və müasir ali təhsil məkanının tələblərinə uyğun olaraq maliyyə, mühasibat uçotu və audit sahələrində dərin nəzəri biliklərə, yüksək peşə səriştələrinə, analitik təfəkkürə və tədqiqatçılıq bacarıqlarına malik rəqabətqabiliyyətli mütəxəssislərin hazırlanmasını təmin etməkdir. Bu məqsədlə kafedra tədris, metodiki və elmi-tədqiqat fəaliyyətinin səmərəli təşkilini həyata keçirir, elmi araşdırmaların nəticələrinin tədris prosesinə inteqrasiyasını təmin edir, tələbələrin yaradıcı və tənqidi düşüncə bacarıqlarının inkişafına, eləcə də onların əmək bazarının tələblərinə uyğun peşəkar formalaşmasına xüsusi önəm verir.
Eyni zamanda, kafedra dövlət qurumları, maliyyə institutları, özəl sektor müəssisələri və digər maraqlı tərəflərlə əməkdaşlığın genişləndirilməsi, elmi-praktik əlaqələrin möhkəmləndirilməsi, akademik heyətin elmi potensialının artırılması və beynəlxalq elmi-təhsil məkanına inteqrasiyanın gücləndirilməsi istiqamətində fəaliyyət göstərir. Kafedra bu fəaliyyətləri vasitəsilə təhsilin keyfiyyətinin yüksəldilməsinə, iqtisad elminin inkişafına və regionun sosial-iqtisadi tərəqqisinə töhfə verməyi qarşısına strateji vəzifə kimi qoyur.
Maliyyə idarəetməsi və audit kafedrası yüksəkixtisaslı kadr hazırlığı ilə yanaşı, iqtisadiyyat istiqaməti üzrə aktual elmi problemlərin araşdırılmasını da fəaliyyətinin mühüm tərkib hissəsi hesab edir. Hazırda kafedrada “Regional maliyyə xidmətləri sektorunun mövcud problemləri və inkişafının əsas istiqamətləri” mövzusunda elmi-tədqiqat işləri aparılır, əldə olunan nəticələrin həm nəzəri, həm də praktiki əhəmiyyətinin artırılması istiqamətində sistemli tədbirlər həyata keçirilir.
Kafedra üzrə ixtisaslaşmalar
Maliyyə idarəetməsi və audit kafedrası ali təhsilin bütün pillələri üzrə mütəxəssis hazırlığını həyata keçirir. Bakalavriat səviyyəsində “Maliyyə” və “Mühasibat” ixtisasları üzrə təhsil proqramları reallaşdırılır. Magistratura səviyyəsində “Maliyyə” ixtisası üzrə “Maliyyə menecmenti”, “Mühasibat” ixtisası üzrə isə “Maliyyə mühasibatlığı” ixtisaslaşmaları üzrə magistr hazırlığı həyata keçirilir. Doktorantura səviyyəsində isə fəlsəfə doktoru proqramı çərçivəsində “Daxili fiskal siyasət və dövlət maliyyəsi” ixtisası üzrə yüksəkixtisaslı elmi və elmi-pedaqoji kadrların hazırlanması təmin olunur. Bu istiqamətlər üzrə həyata keçirilən tədris və elmi fəaliyyət ölkənin sosial-iqtisadi inkişaf prioritetləri və müasir əmək bazarının tələbləri nəzərə alınmaqla təşkil edilir.
İqtisad elmləri namizədi, dosent Bədəlov Əlixan Mehman oğlu
Bədəlov Əlixan Mehman oğlu 1967-ci ildə Lənkəran rayonunun Şağlaküçə kəndində ziyalı ailəsində anadan olmuşdur. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Uçot-iqtisad fakültəsini “Təsərrüfat fəaliyyətinin təhlili” ixtisası üzrə bitirmişdir.
Əmək fəaliyyətinə 1992-ci ildə başlamışdır. 1992–1998-ci illərdə Lənkəran “Aqrokoop” Tədarük-Ticarət Birliyində mühasib, böyük mühasib və baş mühasib vəzifələrində çalışmışdır.
1998–2001-ci illərdə Lənkəran Dövlət Universitetində saat hesabı müəllim və müəllim, 2002-ci ildən isə baş müəllim vəzifəsində fəaliyyət göstərmişdir.
1999–2001-ci illərdə İqtisadiyyat və idarəetmə kafedrasında kafedra müdirinin müavini, 2001–2005-ci illərdə İqtisadiyyat fakültəsinin dekan müavini vəzifələrində çalışmışdır.
08 iyun 2007-ci ildə dissertasiya işini müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsi almışdır. 2014-cü ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə dosent elmi adına layiq görülmüşdür.
2008–2012-ci illərdə İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı vəzifəsini icra etmişdir.
2015–2016-cı illərdə İqtisadiyyat və aqrotexnologiya kafedrasının müdiri vəzifəsini icra etmişdir.
2016-cı ildən Maliyyə, mühasibat və audit kafedrasında dosent vəzifəsində çalışmış, 2018-ci ildə 1,5 ştat dosent vəzifəsinə təyin edilmişdir.
26 noyabr 2018-ci ildən Lənkəran Dövlət Universitetinin Maliyyə idarəetməsi və audit kafedrasının müdiri vəzifəsində çalışır. 06 fevral 2024-cü ildə keçirilmiş seçkidə yenidən kafedra müdiri vəzifəsinə seçilmişdir.
Elmi-tədqiqat fəaliyyətinin nəticələri Azərbaycan Respublikasında və xarici ölkələrdə nəşr olunan elmi əsərlərdə öz əksini tapmışdır. Elmi-pedaqoji fəaliyyəti dövründə 4 kitab, 27 fənn proqramı, 3 metodik göstərişin və onlarla elmi məqalənin müəllifidir.
2023-cü ildə Lənkəran Dövlət Universitetinin 30 illik yubileyi münasibətilə Azərbaycan Respublikasının elm və təhsil nazirinin əmri ilə “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif edilmişdir.
Ailəlidir, 2 övladı var.
alixan.badalov@mail.ru
a.badalov@lsu.edu.az
ORCİD: 0009-0001-2722-2418
İqtisad elmləri namizədi, dosent Əliyeva Gülbəniz Tofiq qızı
İqtisad elmləri namizədi, dosent Əliyeva Gülbəniz Tofiq qızı
Əliyeva Gülbəniz Tofiq qızı 1967-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1984-cü ildə Bakı şəhərinin 7 nömrəli məktəbini qızıl medalla, 1989-cu ildə M.Əzizbəyov adına Azərbaycan Neft Kimya İnstitutunun Mühəndis-iqtisadiyyat fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.
1995-ci ildə “Bazar iqtisadiyyatı şəraitində Azərbaycanın neft maşınqayırmasında kooperasiya əlaqələrinin inkişafının səmərəliliyi” mövzusunda 08.00.05 – “Xalq təsərrüfatının və onun sahələrinin iqtisadiyyatı, planlaşdırılması və idarəedilməsinin təşkili (sənaye)” ixtisası üzrə namizədlik dissertasiyasını müdafiə etmişdir.
Əliyeva Gülbəniz Tofiq qızının 27 ildən artıq müəllimlik təcrübəsi vardır. 01 sentyabr 2001-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər və marketinq kafedrasında müəllim, 01 sentyabr 2003-cü ildən baş müəllim, 27 may 2005-ci ildən isə dosent vəzifəsində çalışmışdır.
2010–2014-cü illərdə Beynəlxalq iqtisadi münasibətlər fakültəsinin qiyabi şöbəsində dekan müavini, 2015–2016-cı illərdə fakültənin Elmi Şurasının elmi katibi vəzifələrində fəaliyyət göstərmişdir.
15 sentyabr 2016-cı ildən Beynəlxalq iqtisadiyyat kafedrasının dosenti vəzifəsində çalışmışdır.
2005-ci ilin iyun ayında “Müasir şəraitdə sənayenin rəqabət qabiliyyətinin yüksəldilməsi problemləri” mövzusunda doktorluq dissertasiyasının mövzusu təsdiq edilmiş və dissertasiya işi üzərində elmi tədqiqat aparmışdır.
Əliyeva Gülbəniz Tofiq qızı iqtisadiyyatın müxtəlif sahələrinə dair elmi-tədqiqatlar aparmış, Azərbaycan Respublikasında və xarici ölkələrdə keçirilən elmi konfrans və forumlarda fəal iştirak etmişdir. Elmi əsərləri yerli və beynəlxalq elmi nəşrlərdə dərc olunmuşdur. O, ümumilikdə 82 elmi əsərin, o cümlədən 1 dərs vəsaiti, 1 monoqrafiya, 1 metodik göstəriş, 3 tədris proqramı, 4 fənn proqramı, 72 tezis və elmi məqalənin müəllifidir.
2013-cü ildə ingilis dilində nəşr olunan beynəlxalq səviyyəli “İqtisad elmləri: nəzəriyyə və praktika” jurnalında elmi məqaləsi dərc edilmişdir.
15 iyul 2017-ci ildən 02 sentyabr 2018-ci ilədək Lənkəran Dövlət Universitetinin İqtisadiyyat və marketinq kafedrasının müdiri vəzifəsində çalışmışdır. Bu müddət ərzində kafedranın tədris-metodik fəaliyyətinin təşkilində fəal iştirak etmişdir. Magistratura pilləsi üçün “Aqrar sahədə innovasiyanın tətbiqi problemləri” və “Aqrar iqtisadiyyatın aktual problemləri”, bakalavriat pilləsi üçün “Mikroiqtisadiyyat” fənləri üzrə proqramlar hazırlanaraq nəşr edilmişdir. “Firmanın iqtisadiyyatı” adlı dərs vəsaiti və müvafiq fənn proqramı 2025-ci ildə nəşr olunmuşdur.
Respublika və beynəlxalq səviyyəli elmi-praktik konfranslarda fəal iştirak etmişdir. Lənkəran Dövlət Universitetində keçirilən respublika və beynəlxalq elmi-praktik konfranslarla yanaşı, 21 noyabr 2018-ci ildə Penza Dövlət Texnoloji Universitetində, 14–15 mart 2019-cu ildə Ukrayna Aqrar Universitetində, 23–24 may 2019-cu ildə Azərbaycan Memarlıq və İnşaat Universitetində, 2021-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetində və Mingəçevir Dövlət Universitetində, 2022-ci ildə Lənkəran Dövlət Universitetində və Samara Dövlət Universitetində keçirilmiş elmi tədbirlərdə iştirak etmişdir. Bir sıra beynəlxalq elmi-praktik konfranslarda məruzələrlə çıxış etmiş və sertifikatlarla təltif olunmuşdur.
15–17 iyun 2023-cü il tarixlərində Azərbaycan Texnologiya Universitetində (Gəncə şəhəri) Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş “Heydər Əliyevin xilaskar qayıdışı” mövzusunda elmi-praktik konfransda “Heydər Əliyevin iqtisadi inkişaf modeli” mövzusunda plenar məruzə ilə çıxış etmişdir. 08–09 dekabr 2023-cü ildə Mingəçevir Dövlət Universitetinin moderatorluğu ilə keçirilən tədbirdə “Davamlı inkişaf strategiyası və iqtisadi hədəflər” mövzusunda panel müzakirəsində iştirak etmişdir. 15–16 dekabr 2023-cü ildə Bakı şəhərində keçirilmiş Azərbaycan müəllimlərinin XVI qurultayının açılış mərasimində və müvafiq panel iclaslarında iştirak etmişdir.
03–07 dekabr 2018-ci il tarixlərində Lənkəran Dövlət Universiteti ilə Türkiyə Cümhuriyyətinin Beykent Universiteti arasında həyata keçirilən qarşılıqlı mübadilə proqramı çərçivəsində Beykent Universitetində olmuş, “Beynəlxalq iqtisadiyyat” və “Mikroiqtisadiyyat” fənlərindən mühazirələr aparmış və elmi seminarda məruzə ilə çıxış etmişdir.
01 noyabr 2019-cu ildə Mevlana mübadilə proqramı çərçivəsində Türkiyə Respublikasının Kocaeli Universitetinin İqtisadi və İdari Elmlər fakültəsinin İqtisad bölümündə “Pul nəzəriyyəsi və siyasəti”, “Beynəlxalq iqtisadiyyat”, “Xarici ticarət nəzəriyyələri”, “Avropa iqtisadiyyatı” və “Makroiqtisadiyyat” fənlərindən mühazirələr aparmış və akademik sertifikatla təltif edilmişdir.
Azərbaycan Dövlət İqtisad Universitetinin 80 illik yubileyi münasibətilə Azərbaycan Respublikası Təhsil Nazirinin 27 sentyabr 2011-ci il tarixli 11/927 nömrəli əmri ilə “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif edilmişdir. Həmçinin Azərbaycan Dövlət İqtisad Universitetinin və Lənkəran Dövlət Universitetinin rəhbərliyi tərəfindən müxtəlif mükafat və fəxri fərmanlara layiq görülmüşdür.
2022-ci ildə Lənkəran Dövlət Universitetinin 30 illik yubileyi münasibətilə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən Fəxri Fərmanla təltif edilmişdir.
03 sentyabr 2018-ci ildən İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı vəzifəsinə seçilmişdir. 2023-cü ildən keçirilmiş müsabiqənin nəticələrinə əsasən yenidən Lənkəran Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı vəzifəsində çalışır. Ailəlidir, 2 övladı var.
gulbeniz_aliyeva@mail.ru
g.aliyeva@lsu.edu.az
ORCİD: 0000-0002-1539-8926
İqtisad üzrə fəlsəfə doktoru, dosent Hüseynli İlham Qəşəm oğlu
1965-ci ildə anadan olub.
1983-cü ildə isə Bakı şəhər, 1sayli fizika-riyaziyyat təmayüllü Respublika internat məktəbini əla qiymətlərlə başa vuraraq Azərbaycan İnşaat Mühəndisləri İnstitutuna( indiki Memarlıq İnşaat Universteti) daxil olub.
1990-cı idə isə həmin İnstitutu “ Tikintinin iqtisadiyyatı və təşkili “ ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmiş və Təhsil nazirliyinin göndərişi ilə gənc mütəxəssis kimi universtetdə saxlanılaraq, elmi-pedaqoji fəaliyyətini davam etdirmişdir.
2005-ci ildə “Azərbaycan Respublikasında kiçik və orta biznesə investisiya qoyuluşunun statistik tədqiqi” mövzusunda “ Mühasibat uçotu, statistika” ixtisası üzrə dissertasiya işini müdafiə edərək “ İqtisad elimləri namizədi “ alimlik dərəcəsi almışdır.
2009-cu ildə ABŞ-ın paytaxtı Vaşinqtonda “İqtisadi Tədqiqat Mərkəzlərinin Yaradılması, Dəstəklənməsi və İdarə edilməsi” Mübadilə Proqramının məzunu olmuşdur.
Respublikada kiçik biznesin mövcud vəziy¬yətinin statistik təhlili, kiçik və orta sahibkarlığın problemləri, onların inkişafında inves¬tisiyaların rolu, kiçik sahibkarlığın statistik uçotunun və bazar subyektlərinin maliyyə sabitliyinin statistik qiymətləndirilməsi problemlərinə dair onlarla əsərin və monoqrafiyanın müəllifidir.
ABŞ, Kanada, Fransa, Avstraliya, Almaniya, Avstriya, Cexiya, Türkiyə, Brləşmiş Ərəb Əmirlikləri, Qazaxstan, Seneqal və onlarla digər ölkələrdə müxtəlif səviyyəli Beynəlxalq konfrans və seminarların iştirakçısı olmuş, məruzə və çıxışlar etmişdir.
Azərbaycan Dövlət İqtisad Univeristetinin “Riyaziyyat və statistika” kafedrasının dosentidir.
5 kitab və onlarla elmi məqalənin müəllifidir. Əsərləri dünyanın aparıcı jurnallarında dərc edilib. SCOPUS və VoS-da H-indexi 2 -dir.
2026-2027-ci tədris ilindən Maliyyə idarəetməsi və audit kafedrasında 0.5 ştat dosent vəzifəsində fəaliyyət göstərir.
ddecaz@gmail.com
huseynli.ilham@lsu.edu.az
ORCİD: 0000-0002-0764-5843
Baş müəllim Tağızadə Səriyyə Cəfər qızı
Tağızadə Səriyyə Cəfər qızı 15 noyabr 1962-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1985-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Uçot-iqtisad fakültəsinin mühasibat uçotu və təsərrüfat fəaliyyətinin təhlili ixtisasını bitirmişdir. 1998-ci ildən LDU-da müəllim, baş müəllim kimi fəaliyyət göstərir. 2016-cı ilin avqust ayından İqtisadiyyat və idarəetmə fakültəsində dekan müavini vəzifəsində çalışıb. 2023-cü ildən isə Maliyyə idarəetməsi və audit kafedrasında 1.0 ştat baş müəllim, 2025-2026-cı tədris ilindən 1.25 ştat baş müəllim vəzifəsində çalışır. İşlədiyi dövr ərzində respublikada və xaricdə çap olunan 27 elmi əsərin, o cümlədən, 1 dərs vəsaiti, 1 metodik göstəriş və 10 fənn proqramının həmmüəllifidir.
tagizadesariyya@gmail.com
s.tagizade@lsu.edu.az
ORCİD: 0009-0007-9241-759X
Baş müəllim Hüseynli Nuran Miraqil oğlu
Hüseynli Nuran Miraqil oğlu 1986-cı ildə Lənkəran şəhərində anadan olmuşdur. 2010-cu ildə Koopersiya UniversitetininMaliyyə və kredit ixtisasını, 2015-ci ildə İqtisad Universitetinin MBA Marketinq ixtisasını bitimişdir. 2010-2017-ci illərdə Ş.İmaməliyev adına Respublika Taun əleyhinə stansiyasının Lənkəran şöbəsində komputer-operator vəzifəsində işləmişdir. 2015- 2016- cı illərdə “Viza kredit BOKT MMC”nin Lənkəran filialında kredit mütəxəssisi vəzifəsində çalışmışdır. 2018-ci ildən ADAU-nun ümumi iqtisadiyyat ixtisası üzrə dissertanturaya daxil olmuş və 2022-ci ildə oranı bitirmişdir.
2017/2018-ci tədris ilindən Lənkəran Dövlət Universitetində fəaliyyət göstərmişdir. 2021/2022-ci tədris ilindən etibarən hal-hazırkı dövrədək Maliyyə idarəetməsi və audit kafedrasında keçirilən seçki nəticəsində 1,0 ştat baş müəllim vəzifəsini tutmuşdur. İşlədiyi dövr ərzində respublikada və xaricdə çap olunan 23 elmi əsərin müəllifi və həmmüəllifidir.
nurangaga@yahoo.com
n.huseynli@lsu.edu.az
ORCİD: 0000-0003-4542-7844
Baş müəllim Səfərova Ceyran Zəbi qızı
Səfərova Ceyran Zəbi qızı 18 sentyabr 1966-ci ildə Lənkəran rayonunun Xolmili kəndində ziyalı ailəsində anadan olmuşdur. 1973-1983 -ci illərdə Lənkəran rayonu Xolmili kənd orta məktəbində təhsil almışdır. 1985-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Ticarətin iqtisadiyyatı fakultəsinə daxil olmuş və 1990- cı ildə həmin ixtisası bitirmişdir. Lənkəran şəhər Qarışıq Mallar Ticarəti idarəsində kadr işləri üzrə inspektor, iqtisadçı-mühasib işləmişdir. 01.03.1994 –cü ildən 29.06.2018 –ci il tarixinə kimi Lənkəran zona baytarliq laboratoriyasında baş mühasıb kimi çalışıb. 2020-ci ildə Lənkəran şəhər Yaşıllaşdırma müəssisəsində baş mühasib, 25.07.2020-ci il tarixindən 03.12.2021- ci il tarixinə kimi Lənkəran Regional Aqrokimya laboratoriyasında baş mühasib işləmişdir.
2022-2023-cü tədris ilindən Lənkəran Dövlət Universitetinin Maliyyə idarəetməsi və audit kafedrasında saathesabı müəllim, 2023–2024-cü tədris ilindən etibarən 1,0 ştat müəllim vəzifəsində fəaliyyət göstərmişdir. 2026-cı ildən isə həmin kafedrada keçirilən seçki nəticəsində 1,0 ştat baş müəllim vəzifəsini tutmuşdur. Fəaliyyəti dövründə respublikada və xaricdə nəşr olunan 15 elmi əsərin müəllifi və həmmüəllifi olmuşdur.
ceyran.safarova1966@gmail.com
c.safarova@lsu.edu.az
ORCİD: 0009-0000-2191-4547
Baş müəllim Mustafayev Vaqif Rəis oğlu
Mustafayev Vaqif Rəis oğlu 1960-cı ildə Lənkəran rayonun Parakənd kəndində anadan olmuşdur. Azərbaycan Xalq Təsərüfatı İnstitutunu bitirmişdir. 1982-ci ildə Lənkəran rayon Məlumat Hesablama mərkəzində mühəndis işləmişdir. 1987-ci ildə Lənkəran rayon Statistika idarəsində büro müdiri kimi çalışmış, 1992-ci ildə idarənin rəis müavini, 2003-cü ildən 2026-cı ilədək rəis vəzifəsində işləmişdir. 2010-cu ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunmuşdur.
1993-2001-ci illərdə Lənkəran Dövlət Universitetində saat hesabı, 2016/2017-ci tədris ilindən hal-hazırkı dövrədək kafedrada 0.5 ştat baş müəllim vəzifəsində çalışır. İşlədiyi dövr ərzində çap olunan 8 elmi əsərin, o cümlədən, 1 fənn proqramının həmmüəllifidir.
vaqif.mustafayev.1960@mail.ru
v.mustafayev@lsu.edu.az
ORCİD: 0009-0006-2689-5182
Baş müəllim Təhməzov Murad Nazim oğlu
Təhməzov Murad Nazim oğlu 05.03.1997-ci il Cəlilabad şəhərində anadan olmuşdur. 2003-2014-cü illərdə Cəlilabad şəhər 2 saylı tam orta məktəbdə təhsil almışdır. 2015-ci ildə Lənkəran Dövlət Universitetinin bakalavriat səviyyəsi üzrə Mühasibat uçotu və audit ixtisasına qəbul olmuş və 2019-cu ildə LDU-nu həmin ixtisas üzrə bitirmişdir. 2019-cu ildə Lənkəran Dövlət Universitetinin magistratura səviyyəsi üzrə İstehsal sferasında mühasibat uçotu və audit ixtisaslaşmasına qəbul olmuş və 2021-ci ildə həmin ixtisası bitirmişdir. Hal-hazırda Lənkəran Şəhər Onkoloji Xəstəxanasında baş mühasib vəzifəsində çalışır. 2021/2022-ci tədris ilindən Lənkəran Dövlət Universitetinin Maliyyə idarəetməsi və audit kafedrasında 0.5 ştat müəllim kimi fəaliyyət göstəmişdir. 2026-cı ildən isə həmin kafedrada keçirilən seçki nəticəsində 0,5 ştat baş müəllim vəzifəsini tutmuşdur. İşlədiyi dövr ərzində respublikada və xaricdə çap olunan 14 elmi əsərin müəllifi və həmmüəllifidir.
murad.tahmazov.97@mail.ru
m.tahmazov@lsu.edu.az
ORCİD: 0009-0008-0617-9984
Müəllim Əhədova Nübar Adil qızı
Əhədova Nübar Adil qızı 1985-ci ildə Lənkəran rayonun Gərmətük qəsəbəsində anadan olmuşdur. 1991/2002 - ci illərdə Gərmətük qəsəbə tam orta məktəbini, 2002/2006-cı illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Ümumi İqtisadiyyat fakültəsinin Maliyyə-Kredit ixtisasını bitirmişdir. 2006/2008 - ci illərdə maliyyə, bank sferasına aid bir sıra kurs, təlimlərdə təcrübə keçmişdir. 2008/2010 -cu illərdə FİNKA Azerbaijan QBKT - nın Lənkəran filialında maliyyə xidmətləri assistenti, 2010/2016 - cı illərdə “Unibank” KB ASC - də aparıcı mütəxəssis, baş mütəxəssis vəzifələrində çalışmışdır. 2018/2020-ci illərdə Lənkəran Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin Maliyyə ixtisasında magistr pilləsində təhsil almışdır. 2020/2021-ci tədris ilindən Lənkəran Dövlət Universitetində tyutor vəzifəsində çalışmaqla Maliyyə idarəetməsi və audit kafedrasında saathesabı müəllim kimi fəaliyyət göstərmişdir. 2021/2022-ci tədris ilindən etibarən hal-hazırkı dövrədək Maliyyə idarəetməsi və audit kafedrasında 1.0 ştat müəllim kimi fəaliyyətə göstərir. İşlədiyi dövr ərzində respublikada və xaricdə çap olunan 16 elmi əsərin müəllifi və həmmüəllifidir.
ahadovanubar2@gmail.com
n.ahadova@lsu.edu.az
ORCİD: 0009-0004-1210-6088
Müəllim Nəcəfli Aysel Cahangir qızı
Nəcəfli Aysel Cahangir qızı 1 avqust 1995-ci ildə Lənkəran rayonunun Kosalar kəndində anadan olmuşdur. 2001-ci ildə Kosalar kənd orta məktəbinə daxil olmuş, 2010-cu ildə təhsilini Şürük kənd tam orta məktəbində davam etdirmiş və 2012-ci ildə həmin məktəbi bitirmişdir.
2012-ci ildə Lənkəran Dövlət Universitetinin “Mühasibat uçotu” ixtisası üzrə bakalavriat səviyyəsinə qəbul olmuş və 2016-cı ildə ali təhsilini müvəffəqiyyətlə başa vurmuşdur. 2018-ci ildə Lənkəran Dövlət Universitetinin “Maliyyə menecmenti” ixtisası üzrə magistratura səviyyəsinə qəbul olmuş, 2020-ci ildə magistratura təhsilini başa çatdırmışdır.
Əmək fəaliyyətinə 2016-cı ildə Lənkəran Dövlət Universitetində mühasib vəzifəsində başlamış və 2020-ci ilədək həmin vəzifədə çalışmışdır. 2020–2022-ci illərdə Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecində mühasib vəzifəsində fəaliyyət göstərmişdir.
2022–2024-cü illərdə Mədəni İrsin Qorunması, Mühafizəsi və Bərpası İdarəsində böyük məsləhətçi vəzifəsində çalışmışdır. 2024–2026-cı illərdə Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecində müəllim və mütəxəssis vəzifələrində fəaliyyət göstərmişdir.
2026-2027-ci tədris ilindən Maliyyə idarəetməsi və audit kafedrasında 1.0 ştat müəllim vəzifəsində fəaliyyət göstərir.
talibzade1995a@gmail.com
necefli.aysel@lsu.edu.az
ORCİD: 0009-0002-1792-160X
Kafedranın yerləşdiyi poçt ünvanı, telefonları, elektron ünvanı, faks nömrəsi
Kafedranın ünvanı: Lənkəran şəhəri, Fizuli küçəsi-170 a, 1 saylı tədris korpusu.
Telefon: 5-31-91, daxili nömrə: 112
Elektron ünvanı: Lsu.edu.az
maliyye_idareetme_kafedra@lsu.edu.az
Faks nömrəsi: 5-25-88
Kafedra haqqında məlumatları Maliyyə idarəetməsi və audit kafedrasın müdiri dos. Əlixan Bədəlov təqdim etmişdir.