“Texnologiya və texniki fənlər” kafedrası haqqında məlumat

“Texnologiya və tekniki fənlər” kafedrası 30 iyun 2017-cı ildən fəaliyyət göstərir. Kafedranın yaradılmasında məqsəd Dövlət Proqramına uyğun olaraq qida məhsullarının istehsalını və istehlakını daha da yaxşılaşdırmaq, informasiya texnologiyaları istiqamətində savadlı və peşəkar mütəxəssislər hazırlamaqdır. Kafedra 050642“ Qida məhsulları mühəndisliyi” və 050631 “ Kompüter mühəndisliyi”, 050655”İnformasiya texnologiyaları” ixtisaslarında bakalavr və magistr pillələlərində kadr hazırlığı ilə məşğul olur. 2017 - ci ildən başlayaraq kafedrada “Lənkəran-Astara bölgəsində çay bitkisi və subtropik meyvələrin becərilməsində və emalında müasir texnoloji yeniliklərin tətbiqi istiqamətləri” mövzusunda elmi-tədqiqat işinin aparılması planlaşdırılmışdır.

2019/2020-ci tədris ilində “Texnologiya və texniki fənlər” kafedrasında 16 əməkdaş çalışır. Onlardan 2 nəfəri elmlər doktoru, professor, 4 nəfər fəlsəfə doktoru, dosent, 5 nəfəri b/m, 5 nəfəri isə müəllimdir. Kafedrada müntəzəm olaraq elmi seminarlar, açıq dərslər təşkil olunur.Kafedraya texnika üzrə fəlsəfə doktoru, dosent Nuriyev Əsəd Nuri oğlu rəhbərlik edir.

Kafedrada əsasən aşağıdakı fənlər tədris olunur:

1. Qida məhsulları texnologiyasının prosses və aparatlar

2. S/f(Çay və onun emalı)

3. Qida sənayesi müəssisələrində istehsalın təşkili

4. Qida istehsalı texnologiyasının əsasları

5. Sahə müəssisiələrin avadanlıqları

6. Qida fiziologiyası

7. Ərzaq məhsullarının əmtəəşünaslığı və ekspertizası

8. Qida məhsullarının soyudulması texnologiyası

9. Mikrobiologiya, sanitariya və gigiyena

10. Çörək məhsullarının istehsalı texnologiyası

11. Qidaların kimyası

12. Yeni formalı qida məhsullarının texnologiyası

13. Alkoqolsuz içkilərin istehsal texnologiyası

14. Qida məhsullarının texnologiyası nəzəri əsasları

15. Elektrotexnika

16. Veb proqramlaşdırılması və layihələndirilməsi

17. Əməliyyatlar sistemi və komputer arxitekturası

18. Formal dillər və avtomatlar nəzəriyyəsi

19. Veb texnologiyası

20. Kompüter arxitekturası

Magistratura üzrə :

1. Qida məhsulları mühəndisliyinin müasir problemləri

2. Qida məhsulları mühəndisliyinin tarixi və metodologiyası

3. AMTMOF (Elmi –tədqiqatın əsasları və patentşünaslıq)

4. Elmdə və təhsildə kompüter texnologiyaları

Kafedranın müdiri:

Texnika elmləri üzrə fəlsəfə doktoru, dosent Nuriyev Əsəd Nuri oğlu

1953-cu ildə Lənkəran rayonunun Şiləvar kəndində anadan olmuşdur. 1969- cu ildə şəhər 3 saylı orta məktəbini bitirmişdir. 1972- ci ildə Bakı Yeyinti Senaye texnikomunun əyani şöbəsi üzrə “Şərabçılığın texnologiyası” ixitisasını, 1979- cu ildə isə Krasnodar Poltexnik İnstitutunun əyani şöbəsinin “Texnololgiya” fakültəsini bitirərək Qida məhsulları istiqamətində mühəndis texnoloq ixtisasına yiyələnmişdir. 1989- cu ildə Moskva Yeyinti Sənayesi İnstitutunun Qida məhsulları istiqamətində təkmilləşdirmə kursunu bitirmişdir. Şahmat üzrə SSRİ idman ustalığına namizəd və şahmat təlimatçısı kursunu bitirmişdir. 1994- cu ildən Lənkəran Dövlət Universitetində ayrı-ayrı vaxtlarda müəllim, baş müəllim, kafedra müdirinin müavini, dekan müavini, dekan vəzifələrində çalışmışdır. 2004- cu ildə texniki elmləri üzrə fəlsəfə doktoru, 2013 –cu ildə dosent elmi adını almışdır. 1 dərs vəsaitinin , 6 fənn proqramının, 1 metodiki vəsaitin müəllifidir. 50-dən çox elmi məqalələri Universitetin, Respublika və Beynəlxalaq konfransların elmi əsərlərin məcmüələrində çap olunmuşdur. Hazırda “Texnologiya və texniki fənlər” kafedrasının müdiridir.

E-ünvan: asad.nuriyevlankaran@mail.ru

Prof.Məhərrəmov Mikayıl Əkbər oğlu. 1950- ci ildə Tovuz rayonunda anadan olmuşdur. 1967- ci ildə orta məktəbi, 1974-cü ildə Azərbaycan Politexnik İnstitutunu bitirmişdir. 1990-cı ildə texnika elmlər üzrə namizədlik, 2009-cu ildə doktorluq dissertasiyasını müdafiə etmişdir. 1996-cı ildə dosent elmi adı almışdır.2017-ci ildən Lənkəran Dövlət Universitetinin rektorun muşaviri, həmçinin texnologiya və texniki tənlər kafedrasının dosentir. 2018-ci ildən həmin kafedranın professorudur.150-dən çox elmi məqalənin o cümlədən 3 monoqrafiya, 2 dərsliyin müəllifidir.

Email: mikayilbyst@mail.ru

Prof.Salmanov Məmməd Əhəd oğlu. 1955-ci ildə Az.Kənd Təsərrüfatı İnstitutunu bitirmişdir. 1960-cı ildə biologiya elmlər namizədi, 1983-cü ildə isə biologiya elmləri doktoruq elmi adı müdafiə etmişdir. 1996-cı ildə professor elmi adına layiq görülmüşdü, AMEA-nın həqiqi üzvüdür. 350 elmi əsərin, o cümlədən 3 dərslik, 8 monoqrafiyanın müəllifidir. Email: msalmanov@mail.ru

Dos.Nəzərova Nigar Hacıkişi qızı. 2000-ci ildə LDU-nun Qida mühəndisliyi istiqamətində magistraturanı fərqlənmə diplomu ilə bitirrmişdir. 2012-ci ildə AMEA Torpaqşünaslıq və Aqrokimya institunda “Mineral və üzvi gübrələrin zəif düşmüş çay plantasiyalarının məhsuldarlığına təsiri” mövzusunda dissertasiya işini müdafiə etmiş və 14 fevral 2014-cü il Ali Attestasiya Kommisiyasının qərarı ilə aqrar elmlər üzrə fəlsəfə doktoru elmi adını, 26 iyul 2017-ci tarixində aqrokimya ixtisası üzrə dosent elmi adını almışdır. 10 tezis, 26 elmi məqalənin, 1 dərs vəsaitinin, 1 metodik vəsaitin, 3 fənn proqramının müəllifidir.

Email: Nnigar00@mail.ru

Dos.Əliyev Rəşad Fəxrəddin oğlu. 1974-cü ildə Lənkəran rayonunun Şağlaser kəndində ziyalı ailəsində anadan olmuşdur. Dosent, coğr.üzrə fəl.doktorudur. 2006-cı ildə “Təbiyyat” fakültəsinin dekan müavini, 2007-2008-ci illərdə “Coğrafiya və ekologiya” kafedrasının müdiri, 2008-2012-ci illərdə “Təbiyyat” fakültəsinin dekanı, 2012-2016-cı illərə qədər isə “İqtisadiyyat və idarəetmə” fakültəsinin dekan və dekan əvəzi vəzifələrində çalışmışdır. Hazırda “Texnologiya və texniki fənlər” kafedrasının tam ştat, dossentidir. Ailəlidir. İki övladı var.

Dos.Mürsəliyev Oqtay Qulu oğlu: 1947-ci ildə anadan olmuşdur. “Azərbaycan Neft və Kimya İnstitutu”nun “İstehsal proseslərinin avtomatlaşdırılması üzrə mühəndis elektromexanik” ixtisas üzrə təhsil almışdır. 1991 –ci ildə namizədlik dissertasiyasını müdafiə etmişdir. 60 elmi-metodik əsərin (bunlardan doqquzu elmi ixtira, on beşi dərs vəsaitidir) müəllifidir. Hazırada ”Texnologiya və texniki fənlər” kafedrasının tam ştatlı dosentidir.

Müəllim Quliyev Vaqif Şahverən oğlu. 1982-ci ildə Vladimirski Politexnik İnstitutunu bitirmişdir.1987-ci ildən 1992- cilə kimə Lənkəran Şəhər Gənclər Təşkilatında şöbə müdiri vəzifəsində çalışıb. 1992-ci ildən 1997-ci ilə kimi Lənkəran Aqrar Sənaye və Çay Birliklərində mühəndis vəzifəsində çalışmışdır. 2016-cı ildən Lənkəran Dövlət Universitetinin Texnologiya və texniki fənlər kafedrasında müəllim kimi fəaliyyət gösterir. Eyni zamanda Lənkəran Dövlət Universitetinin Həmkarlar İttifaqı təşkilatının sədridir.

Email: VaqifQuliyev-0808@ mail.ru

B/m.Ələskərov Nadir Hüseyn oğlu. 14 iyul 1960-cı ildə anadan olmuşdur. Sankt-Peterburq şəhərində Elektrotexnika institutun “Elektron hesablayıcı maşınları” fakültəsinin “Kompüter mühəndisi’ ixtisasını bitirmişdir. “Lənkəran regionunda sosial-iqtisadi və demoqrafik inkişafın modelləşdirilməsi” mövzusunda dissertasiya işi üzərində çalışır. Aqrar və mühəndislik fakültəsində dekan müavinidir. Texnologiya texniki fənlər kafedrasının baş müəllimidir.Ailəlidir. İki övladı var.

Müəllim Gənciyev Yadigar Fərmail oğlu. 01 sentyabr 1959-cu ildə anadan olub. 1980-ci ildə “V. İ. Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutu”nun “Hərbi hazırlıq və “Bədən tərbiyəsi” müəllimliyi ixtisasını bitirmişdir.1998-ci ildən 2016- cı ilə qədər Astara Pedaqoji Kollecində Mülki müdafiə fənnini tədris etmişdir. 2016- cı ildən Lənkəran Dövlət Universitetinin Texnologiya vəı texniki fənlər kafedrasının müəllimidir.

Dos.Əliyev Rəşad Fəxrəddin oğlu. 1974-cü ildə Lənkəran rayonunun Şağlaser kəndində ziyalı ailəsində anadan olmuşdur. Dosent, coğr.üzrə fəl.doktorudur. . 2006-cı ildə “Təbiyyat” fakültəsinin dekan müavini, 2007-2008-ci illərdə “Coğrafiya və ekologiya” kafedrasının müdiri, 2008-2012-ci illərdə “Təbiyyat” fakültəsinin dekanı, 2012-2016-cı illərə qədər isə “İqtisadiyyat və idarəetmə” fakültəsinin dekan və dekan əvəzi vəzifələrində çalışmışdır. Hazırda “Texnologiya və texniki fənlər” kafedrasının tam ştat, dossentidir. Ailəlidir. İki övladı var.

Müəllim Calalov Azər Aydın oğlu: 1978- ci ildə Lənkəran rayonunun Haftoni qəsəbəsində anadan olmuşdur. 1995- ci ilə Haftoni qəsəbə orta məktəbini bitirmişdir. 1999- cu ildə Lənkəran Dövlət Universitetinin “Subtropik bitkilərin texnologiyası” ixtisasını bakalavr pilləsi üzrə, 2016- cı ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Qida təhlükəsizliyi” ixtisasında magistr pilləsi üzrə bitirmişdir. 2004-2018- ci illərdə “Tərəvəzçilik Elmi Tədqiqt İnstitunun” Lənkəran Zona Təcrübə Stansiyasında böyük elmi işçi vəzifəsində çalışmışdır. Hal- hazırda Lənkəran Dövlət Universitetində laboratoriya müdiri və 0.5 ştat müəllimdir. TETİ-nin doktorantıdır. 3 elmi məqalənənin müəllifidir.

Müəllim Ələskərzadə Tale Təvəkkül oğlu: 05 iyun 1994- cü ildə Lənkəran rayonunun Viyən kəndində anadan olmuşdur. 2016-cı ildə Lənkəran Dövlət Universitetinin bakalavr pilləsi üzrə “Riyaziyyat və informatika müəllimliyi” ixtisasını, 2018-ci ildə isə Azərbaycan Texniki Universitetinin migistratura pilləsi üzrə “Kompüter sistemlərinin və şəbkələrinin proqram təminatı” ixtisaslaşmasını fərqlənmə diplomu ilə bitirmişdir. 2018-ci ilin sentyabr ayından kafedrada 0.5 ştat müəllim olaraq çalışır. Lənkəran Dövlət Universitetinin “Aqrar və mühəndislik” fakültəsi üzrə Tələbə Elmi Cəmiyyətin sədridir. 2 tezisin müəllifidir.

Kafedranın ünvanı: Lənkəran şəhər fizuli küçəsi 178.

Telefon: (2525) 50425 dax 110.

Elektron ünvanı: texnologiya2019@gmail.com

Faks nömrəsi: (+994) 5-25-88

Kafedra haqqında məlumatları Dos.Əsəd Nuriyev təqdim etmişdir.


Lənkəran Dövlət Universiteti 2001/2018 | Web design: Əlizadə Məhəmməd