İnsan Resursları və kargüzarlıq şöbəsi




İnsan resursları və kargüzarlıq şöbəsi Lənkəran Dövlət Universitetinin struktur bölməsidir və Universitetin rektoruna tabedir. Universitetin fəaliyyətə başladığı dövrdən şöbə “Kadrlar şöbəsi” kimi yaradılmış, Universitet Elmi Şurasının 08 iyun 2016- cı il tarixli qərarına əsasən “İnsan resursları və kargüzarlıq” şöbəsi kimi yenidən təşkil olunmuşdur.

Şöbə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikası Prezidentinin Fərman və Sərəncamlarını, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərar və Sərəncamlarını, Azərbaycan Respublikasının Əmək Məcəlləsini, Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimatı, Azərbaycan Respublikasının müvafiq qanunlarını və normativ-hüquqi aktlarını, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Əsasnaməsini, Nazirliyin Kollegiyasının qərarlarını, Azərbaycan Respublikası Təhsil Nazirinin əmr və sərəncamlarını, Universitetin Nizamnaməsini və onun fəaliyyətini tənzimləyən digər normativ-hüquqi aktları, habelə bu Əsasnaməni rəhbər tutur. Şöbənin strukturu və işçilərinin sayı Rektor tərəfindən müəyyən və təsdiq edilir. Rektor tərəfindən səlahiyyət verilmiş şəxs istisna olmaqla, digər şəxslərin şöbənin fəaliyyətinə müdaxilə etməsinə yol verilmir. Şöbənin fəaliyyətinə şöbə müdiri rəhbərlik edir.

Şöbə müdiri şöbənin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir, tabeliyində olan əməkdaşlar arasında iş bölgüsü aparır, onların fəaliyyətini əlaqələndirir, onların əmək və icra intizamına riayət etmələrinə nəzarət edir, şöbə üzrə müzakirə edilməli məsələləri müəyyən edir və bu barədə təkliflərini Universitetin rəhbərliyinə təqdim edir, şöbədə kargüzarlıq işlərinin aparılmasını və məxfilik rejimini təmin edir .

Şöbənin fəaliyyətinin əsas məqsədi universiteti vaxtında, vəzifəyə uyğun, layiqli və peşəkar kadrlarla təmin etmək, universitetdə daim komanda ruhunun saxlanılmasına, maddi, mənəvi və sosial tələbatların ödənilməsi yolu ilə əməkdaşların motivasiyasının yaxşılaşdırılmasına, onların məhsuldarlığının artırılmasına, universitetə bağlılığına nail olmaq, kargüzarlıq və arxiv işlərini mövcud qayda və təlimatlara uyğun düzgün və normal təşkil etmək və Universitetin fəaliyyətinin hüquqi təminatını həyata keçirməkdir.

E-mail: office@lsu.edu.az

Əlaqə telefonları: (+994) 025 25 5 01 53

(+994) 025 25 5 03 40


Rektor köməkçisi, İnsan Resursları və Kargüzarlıq Şöbəsinin müdiri vəzifəsini icra edən -

Məmmədzadə Aygün Malik qızı


Məmmədzadə Aygün Malik qızı 1984-cu il 10 may tarixində Lənkəran şəhərində anadan olmuşdur. 1990-2001-ci illərdə Lənkəran şəhər 10 saylı orta məktəbdə təhsil almışdır. 2005-ci ildə Lənkəran Dövlət Universitetinin Riyaziyyat və informatika ixtisasının bakalavr pilləsini, 2009-cu ildə isə Lənkəran Dövlət Universitetinin Diferensial tənliklər istiqaməti üzrə magistratura səviyyəsini fərqlənmə ilə bitirmişdir. 2006-2017 illərdə Lənkəran şəhər 10 saylı tam orta məktəbində riyaziyyat və informatika fənlərini tədris etmişdir. 10.02.2017-ci il tarixdə Lənkəran Dövlət Universitetində Elm və Beynəlxalq əlaqələr şöbəsində Elmi işlər üzrə aparıcı mütəxəssis, 10.10.2017-ci il tarixdə isə Elm və Beynəlxalq əlaqələr şöbəsində Elm bölməsinin rəhbəri vəzifələrində çalışmışdır. 04.01.2018-ci il tarixdən Rektor köməkçisi vəzifəsində çalışır.

Eyni zamanda 04.01.2019-cu il tarixdən İnsan Resursları və kargüzarlıq şöbəsinin müdiri vəzifəsinin icra edir.

A.Məmmədzadə 06.02.2018-ci il tarixdən LDU-nun Diferensial tənliklər istiqaməti üzrə dissertantıdır. Həmçinin, Universitetin Riyaziyyat və informatika kafedrasının 0.5 ştat müəllimidir. Bir sıra Beynəlxalq və Respublika elmi konfranslarının iştirakçısı olub, 17 elmi məqalə və tezisin müəllifidir.

mammadzada.aygun@mail.ru



Hüquqşünas - Novruzov Cavanşir Xəlil oğlu


Novruzov Cavanşir Xəlil oğlu 1954-cu il 10 yanvar tarixində Astara rayonu Şahağacı kəndində anadan olmuşdur.1960-1970-ci illərdə Astara rayonu Şahağacı kənd tam orta məktəbdə təhsil almışdır.1970-1971-ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinin eyani şöbəsində təhsil almışdır.1972-1973-cü illərdə Bakı şəhəri 1 saylı Texniki peşə məktəbini fərqlənmə diplomu ilə bitirmişdir. 1973-1975-ci illərdə hərbidə olmuşdur. 1976-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin hazırlıq şöbəsində təhsil almış, 1977-1982-ci illərdə həmin universitetinin Hüquq fakultəsində təhsil almışdır. 1982-1983-cu illərdə DİN-nin Əlibayramlı Şəhər Polis şöbəsində müstəntiq vəzifəsində işləyib.1983-1986-ci illərdə Astara Nəqliyyat Müəssisəsində hüquqşunas vəzifəsində,1987-1988-ci illərdə Astara rayonun 26 Bakı Komissarı sovxozunda hüquq məsləhətçisi vəzifəsində işləyib.1988-2012-ci illərdə DİN-nin müxtəlif polis şöbələrində müstəntiq,baş müstəntiq və rəis müavini vəzifələrində işləyib.2016-ci ildən Lənkəran Dövlət Universitetində çalışır.14.03.2016-ci il tarixində “Tarix və fəlsəfə” kafedrasında saathesabı müəllim,21.11.2016-ci ildən hal-hazırədək İnsan Resursları və Kargüzarlıq Şöbəsində “Hüquqşünas” vəzifəsində işləyir.

Kadrlar üzrə mütəxəssis - Şükürova İradə Atəş qızı


15.07.1963-cü ildə Lerik rayonu Göydərə kəndində anadan olmuşdur. 1970-1980-ci illərdə Lerik 1 saylı qəsəbə orta məktəbində oxumuşdur. 1980-1986-cı illərdə Bakı Dövlət Universitetində Kitabxanaçılıq üzrə qiyabi təhsil almışdır. Qiyabi təhsil aldığı zaman Lerik Partiya Komitəsində siyasi maarif kabinetində çalışıb. 1987-2000-ci illərdə Lənkəran MKS-in 78 saylı filialında baş kitabxanaçı vəzifəsində işləmişdir. 2000-ci ildən Lənkəran Dövlət Universitetində müxtəlif vəzifələrdə-kitabxanada şöbə müdiri, kadrlar şöbəsinin müdiri vəzifələrində işləmişdir. 08.06.2016-cı il tarixindən İnsan resursları və kargüzarlıq şöbəsində “Kadrlar üzrə mütəxəssis” vəzifəsində çalışır.

Dəftərxana işləri üzrə mütəxəssis - Məmmədova Elay Sücaddin qızı


1997-ci il 28 sentyabr tarixində Rusiya Federasiyasının Tambov şəhərində anadan olmuşdur. 2009-cu ildə Astara rayonu Pensər kəndinə gəlmiş və orta təhsilini Astara rayon Pensər kənd 2 saylı tam orta məktəbdə davam etdirmişdir. 2015-ci həmin məktəbi bitirib Bakı Dövlət Universitetinin “Riyaziyyat müəllimliyi” ixtisasının əyani şöbəsinə daxil olmuşdur. 2019-cu ildə universiteti bitirmişdir. Həmin ildən Lənkəran Dövlət Unuversitetində işləyir. Hal-hazırda İnsan Resursları və Kargüzarlıq Şöbəsində “Dəftərxana işləri üzrə mütəxəssis” vəzifəsində çalışır.

Məxfi sənədlərlə iş üzrə mütəxəssis - Kazimov Qadir Kərim oğlu


Kazımov Qadir Kərim oğlu 1953-cü ildə Lənkəran şəhərində anadan olmuşdur.1971-1973-cu illərdə Sovet ordusunda hərbi xidmətdə olmuşdur. 1975-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetin Filologiya fakültəsinə daxil olmuş və 1980-ci ildə bitirmişdir. 1981-1985-ci illərdə Lənkəran şəhər Maarif Şöbəsinə rus dili və ibtidai hərbi hazırlıq üzrə metodist vəzifəsində çalışmışdır. 1985-1989-cu illərdə Lənkəran Şəhər Hərbi Komissarlığında Hərbi hazırlıq metodisti vəzifəsində işləmişdir. 1994-cu ildə Milli ordu sıralarına çağırılmış və 2000-ci ildə ordu sıralarından istifaya təxris olunmuşdur. 2003-2016-ci ilədək Lənkəran Dövlət Universitetində Xüsusi Şöbə müdiri vəzifəsində çalışıb.2016-ci ildən hal-hazıradək İnsan Resursları və Kargüzarlıq şöbəsində “Məxfi sənədlərlə iş üzrə mütəxəssis” vəzifəsində işləyir.

Arxiv işi üzrə mütəxəssis - Əhmədova Sevda Ənvər qızı


23.06.1977-ci il tarixində Bakı şəhərində anadan olmuşdur. 1984 cu ildə Lənkəran şəhər V.Əliyev adına 4 nömrəli orta məktəbinə daxil olmuş, 1994 cü ildə həmin məktəbi bitirib Azərbaycan Texniki Universitetinə daxil olmuşdur. 1998 ci ildə universiteti bitirmişdir. sentyabr 1998 ci ildən Lənkəran Dövlət Universitetinin Biologiya kafedrasında Laborant kimi işə qəbul olunmuşdur. 2003 cü ildə AzTU –nin Magistratura şöbəsini fərqlənmə diplomu ilə bitirmişdir. Hal hazırda universitetdə “Arxiv işi üzrə mütəxəssis”vəzifəsində işləyir.

Kargüzar - Talışlı Mirfatimə Mirmurtuza qızı


1995-ci il 15 sentyabr tarixində Lənkəran şəhərində anadan olmuşdur. 2002-ci ildə Həzi Aslanov adına Lənkəran şəhər 3saylı məktəbə daxil olmuş, 2013-cu ildə həmin məktəbi bitirmişdir. 2013-cu ildə Lənkəran Dövlət Universitetinin “İbtidai sinif müəllimliyi” ixtisasına daxil olmuş və 2017ci ildə bitirmişdir. 2018-ci ildən Lənkəran Dövlət Universitetində işləyir. Hal-hazırda İnsan resursları və kargüzarlıq şöbəsində “Kargüzar” vəzifəsində çalışır.

Kargüzar - Fərəcli Firuzə Musa qızı

10 noyabr 1995-ci ildə Lənkəran şəhərində anadan olmuşdur. 2000-ci ildə Bakı şəhər Yasamal rayon 286 saylı orta məktəbə daxil olmuş, 2010-2015-ci ildə Lənkəran Dövlət Humanitar Kollecində təhsil almışdır. 22.02.2016-ci ildən Lənkəran Dövlət Universitetində çalışır. Hal-hazırda İnsan Resursları və Kargüzarlıq Şöbəsində “Kargüzar” vəzifəsində çalışır.

Kargüzar - Ağayeva Mətanət Nahid qızı

1998-ci il 1 may tarixində Lənkəran rayonu Kərgəlan kəndində anadan olmuşdur. 2004-cu ildə Lənkəran şəhər V.Əliyev adına 4 nömrəli məktəbin 1-ci sinfinə daxil olmuş 2015-ci ildə həmin məktəbi bitirmişdir. Həmin ildə Lənkəran Dövlət Universitetinin Xarici dil (ingilis dili) müəllimliyi ixtisasına daxil olmuş və 2019-cu ildə bitirmişdir.2019-cu ildə Lənkəran Dövlət Universitetin “Dilşünaslıq” ixtisası üzrə magistr pilləsinə daxil olmuşdur.

Hal-hazırda bitirib Lənkəran Dövlət Universitetində İnsan Resursları və Kargüzarlıq şöbəsində 0.5 ştat “Kargüzar” vəzifəsində çalışır.

Kargüzar - Həsənova Nüfər Füzuli qızı


Həsənova Nüfər Füzuli qızı 1997-ci il 29 yanvar tarixində Rusiya Federasiyası Tolyati şəhərində anadan olmuşdur. 1999-cu ildə Lerik rayon Monidigah kəndində kəndinə gəlmiş və 2003-cu ildə Lerik rayon Monadigah kənd tam orta məktəbinə daxil olmuşdur. 2014-cu ildə həmin məktəbi bitirmiş Lənkəran Dövlət Universitetinin “Riyaziyyat və informatika müəllimliyi” ixtisasının əyani şöbəsinə daxil olmuşdur. 2019-cu ildə bitirib Lənkəran Dövlət Universitetinin “Riyaziyyatın tədrisi metodikası”ixtisası üzrə magistr pilləsinə daxil olub. Elmi fəaliyyətlə bağlı Elmi konfranslarda iştirak edib. Hal-hazırda İnsan Resursları və Kargüzarlıq şöbəsində 0.5 ştat “Kargüzar” vəzifəsində çalışır.

Kuryer - Əsədova Xuraman Mirzəhüseyn qızı

Əsədova Xuraman Mirzəhüseyn qızı 1965-ci ildə Lənkəran rayon Kirov qəsəbəsində anadan olmuşdur. 1972-ci ildə Lənkəran şəhər 9 saylı orta məktəbə daxil olub və həmin məktəbi 1982-ci ildə bitirmişdir. 1992-ci ildə Lənkəran şəhər Tədris kurs kombinatı nəzdində “Mühasibatlıq” kursuna daxil olmuş və 1993-cu ildə bitirmişdir. 2002-ci ildə Lənkəran Dövlət Universitetində operator vəzifəsində işləyib.Hal-hazırda Lənkəran Dölət Universitetində “Kuryer” vəzifəsində çalışır.

Fotoqraf - Bədəlov Əyyar Canəli oğlu

1956-ci il 10 mart tarixində Lənkəran rayonu Şağlaküçə kəndində anadan olmuşdur. 1961-ci ildə Lənkəran rayonu Şağlaküçə kənd orta məktəbinin 1-ci sinfinə daxil olmuş, 1970-ci ildə Binə qəsəbəsində 1saylı texniki peşə məktəbini bitirmişdir. 1998-ci ildən hal-haziradək Lənkəran Dövlət Universitetində “Fotoqraf” vəzifəsində çalışır.

Əlaqə vasitələri:

Telefon:

Elektron ünvan:

Faks nömrəsi: (+994)025 255 27 86

Ünvan: Lənkəran şəhəri, General Həzi Aslanov xiyabanı - 50.


Lənkəran Dövlət Universiteti 2001/2018 | Web design: Əlizadə Məhəmməd