“Tarix və onun tədrisi metodikası” kafedrası haqqında məlumat

“Tarix və onun tədrisi metodikası” kafedrası Lənkəran Dövlət Universiteti üzrə 24 avqust 2016-cı il tarixli 1/83 saylı əmrlə müvafiq ixtisaslar üzrə mütəxəssis hazırlığını təmin etmək məqsədilə yaradılmışdır. “Tarix və onun tədrisi metodikası” kafedrası 050114-Tarix və coğrafiya müəllimliyi, 050113-Tarix müəllimliyi, 050301- Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması ixtisasları üzrə bakalavr, 060111-Tarixin tədrisi metodikası və metodologiyası ixtisası üzrə magistr, “Vətən tarixi” və “Ümumi tarix” istiqamətində doktorantura və dissertantura təhsil səviyyəsinə görə ixtisaslaşmışdır. 2019/2020-ci tədris ilində “Tarix və onun tədrisi metodikası” kafedrasında 17 əməkdaş çalışır, onlardan:

1 nəfəri tarix elmləri doktor, professor, 7 nəfəri tarix elmləri namizədi, dosent, 2 nəfəri tarix elmləri üzrə fəlsəfə doktoru, baş müəllim, 2 nəfəri baş müəllim, 5 nəfəri isə müəllimdir.

Kafedra üzrə tədris olunan əsas fənlər:

Bakalavr üzrə:

1. Azərbaycan tarixi

2. Müasir tarix

3. Şərqi Avropa xalqları tarixi

4. Asiya və Afrika ölkələri tarixi

5. Türk xalqları tarixi

6.Osmanlı tarixi

7.. Qafqaz xalqları tarixi

8. Yeni tarix

9. Arxeologiya

10. Qədim dünya tarixi

11. Orta əsrlər tarixi

12. Tarixin tədrisi metodikası

13. Tarix fənnin təderisində fəal təlim metodları metodikası

12. Azərbaycan tar.təd.mək.kursu

13. Azərbaycan tarixinin mənbəşünaslığı və tarixşünaslığı

14. Numizmatika

15. Etnoqrafiya

16. Arxivşünaslıq

17. Muzeyşünaslıq

18. Dünya muzeyləri

19. Muzey işinin təşkili və idarə olunması

20. Mədəniyyət və incəsənət sahələrinin marketinqi

21. Muzeydən kənar tarixi və mədəniyyət abidələrinin mühafizəsi və istismarı

22.Muzey mənbəşunaslığı

Magistratura üzrə:

1. Məktəblərdə Azərbaycan tarixinin tədrisi metodikası

2. AMTMOF (Tarix dərs. tədrisində tarixə köməkçi fənlərin rolu)

3. Tarixin tədrisinin təşkili

4.Qədim dövr və orta əsrlər tarixinin tədrisi metodikası

5. Tarixin tədrisi metodologiyanın elmi-nəzəri əsasları

6.S.F.(Tarixin tədrisi prosesində əyanilik və onun vasitələri)

7. Tarix fənninin tədrisi metodikasının müasir problemləri

8. Yeni və müasir tarixin tədrisi metodikası

9. Tarix fənninin tədrisi metodikasının tarixi və metodologiyası

10. S.F.(Azərbaycan tarixinin tədrisində vətən tarixşünaslığından istifadə

Kafedra müdiri haqqında.

Dos. İbadov Rakif Hüseyn oğlu

İbadov Rakif Hüseyn oğlu, Tarix elmləri namizədi, dosent, 1955-ci ildə Lənkəran rayonunun Boladi kəndində anadan olmuşdur. 1977-1982-ci illərdə Azərbaycan Dövlət Universitetinin Tarix ixtisasında təhsil almışdır. Universiteti bitirdikdən sonra Lənkəran rayon Nərminabad qəsəbə və Boladı kənd məktəblərində müəllim və direktor müavini vəzifələrində çalışmışdır. 1994-cü ildən Lənkəran Dövlət Universitetində elmi və pedaqoji fəaliyyəti davam etdirərək kafedra müdiri, dekan, elmi katib, tərbiyəvi işlər üzrə prorektor vəzifələrində çalışmışdır. 2005-ci ildə tarix elmləri üzrə namizədlik dissertasiyasını müdafiə etmişdir. 30-a yaxın elmi məqalənin, 1 dərs vəsaiti və 1 fənn proqramının müəllifidir.

Hazırda “H.Əliyev və Azərbaycan Respublikasının Cənub-Şərq bölgəsinin sosial iqtisadi inkişafı”(1969-2003-cü illər) mövzusunda doktorluq elmi işi üzərində işləyir.

e-mail adresi: rakif_ibadov@mail.ru

Kafedra əməkdaşları haqqında.

Professor. Məmmədov Arif Məhəmməd oğlu. Tarix elmləri doktoru , professor. Məmmədov Arif Məhəmməd oğlu 25 fevral 1961-ci ildə Goranboy rayonu Qızılhacılı qəsəbəsində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Bakı Dövlət Universitetinin Tarix fakültəsinə qəbul olunmuş, universiteti bitirdikdən sonra elmi fəaliyyətini Arxeologiya istiqamətində davam etdirərək “Gəncəbasar IV – XIII əsrlərdə (tarixi-arxeoloji tədqiqat” adlı dissertasiya işini müdafiə edərək Tarix elmləri namizədi adını almışdır. Bərdədə aparılmış arxeoloji qazıntıların nəticələri orada 3000 illik şəhər mədəniyyətinin olduğunu sübuta yetirmişdir. Gəncədə aparılan arxeoloji qazıntılar nəticəsində Antik və İlk orta əsr şəhər yeri müəyyənləşdirilmişdir. Salyanda aparılmış arxeoloji qazıntılar nəticəsində Muğan – Babazanlı abidəsinin 2800 illiyi müəyyənləşdirilmişdir. Apardığı elmi-arxeoloji tədqiqatlar nəticəsində “Qoşqarçay və İncəçay hövzəsinin tarixi-arxeoloji tədqiqi (III – XVII əsrlər)” adlı dissertasiya işini müdafiə edərək Tarix elmləri doktoru adına layiq görülmüşdür.

Azərbaycan Dövlət Neft Akademiyasında (1989-1994), Azərbaycan Dövlət Pedaqoji Universitetində (1995-2004), Azərbaycan Müəllimlər İnstitutu Sumqayıt filialında (2004-2014) pedaqoji fəaliyyət göstərmişdir. 2018/2019-cu tədris ilində Lənkəran Dövlət universitetinin “Tarix və onun tədrisi metodikası” kafedrasında kafedra müdiri vəzifəsində çalışmışdır, hal-hazırda 0,5 ştat professor kimi fəaliyyət göstərir.

Dos. Baxşıyev Əliağa Arif oğlu,

10 fevral 1941-ci ildə Astara rayonunun Motlayataq kəndində anadan olmuşdur. 1964-1968-ci illərdə Azərbaycan Dövlət Universiteti Tarix fakültəsinin əyani şöbəsində təhsil almışdır. 1968-1974-cü illərdə Astara rayonu Siyəkü kəndində tarix müəllimi işıəmişdir. 1974-cü ildən ADU-nun Tarix fakültəsinin Azərbaycan tarixi kafedrasında laborant, baş laborant, müəllim, baş müəllim və dosent vəzifələrində çalışmışdır. 1998-2012-ci illərdə Lənkəran Dövlət Universitetinin “Tarix və fəlsəfə” kafedrasına rəhbərlik etmiş, 2012- 2016-cı illərdə kafedrada dosent vəzifəsində çalışmış, 2016-2018-ci illərdə yenidən “Tarix və onun tədrisi metodikası” kafedrasının müdiri vəzifəsində işləmişdir. Dos.Ə.A.Baxşıyev 3 dərs vəsaiti, 1 proqram, 19 elmi məqalənin müəllifidir.

2006-cı ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin fəxri fərmanı ilə, 2019-cu ildə isə fəxri müəllim nişanı ilə təltif edilmişdir.Azərbaycan tarixinin tarixşünaslığı istiqamətində elmi – tədqiqat işini davam etdirir.

e-mail adresi: aliaga_arif@ mail.ru

Dos.Mahmudov Kamal Fətulla oğlu. Tarix üzrə fəlsəfə doktoru, dosent.1965-ci ildə anadan olmuşdur. 1994-cü ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsinin “Tarixçi və tarix müəllimi” ixtisasını bitirmişdir. 2014-cü ildə “XX əsrin 50-ci illərinin ikinci yarısında Azərbaycanda sosial-iqtisadi proseslər” mövzusunda dissertasiya işini müdafiə edərək tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi. 2018-ci ildə dosent elmi adı almışdır. 1998-ci ildən Lənkəran Dövlət Universitetinin “Tarix və fəlsəfə” kafedrasında müəllim, baş müəllim vəzifəsində fəaliyyət göstərmişdir. 1999-2006-cı illərdə Lənkəran Dövlət Universitetindədekan müavini vəzifəsində çalışmışdır. 2016-cı ildən “Humanitar fənlər” kafedrasında çalışmışdır. Eyni zamanda 2016-cı ildən Humanitar fakültənin dekanı vəzifəsini icra etmiş, 2018-ci ildə həmin fakültənin dekanı vəzifəsinə seçilmişdir. Kafedrada Mədəniyyətşünaslıq istiqaməti üzrə elmi-tədqiqat işi aparır. 3 fənn proqramı, 30-dan artıq elmi məqalə və tezisin müəllifidir. “Tarix və onun tədrisi metodikası” kafedrasının dosentidir

e-mail adresi: kamal-1965@mail.ru

Dos. Pirquliyeva Qənirə Əli qızı. 1963-cü ildə Bakıda anadan olmuşdur. Ali təhsilimi Özbəkistanda Daşkənd Dövlət Universitetində təhsil almışdır. 1981-1986-cı illərdə Azərbaycan Mədəniyyət Nazirliyi nəznində İçərişəhər Dövlət İdarəsində işləmişdir. 1991-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunda qiyabi aspiranturaya daxil olmuş, həmin ildən 2013-cü ilə qədər Numizmatiuka şöbəsində baş laborantdan aparıcı elmi işçi vəzifəsinədək çalışmışdır. 1998-ci ildə namizədlik dissertasiyamı müdafiə edərək, tarix elmləri namizədi elmi dərəcəsini almış və aparıcı elmi işçi vəzifəsinə təyin olunmuşdur."Özbəkistanın numizmatikası" adlı monoqrafiyanın və100-dən artıq elmi məqalələrin, 5 monoqrafiya, 2 dərslik, 15-dən artıq tədris proqramları, 1 metodik vəsaitinin və iki kitabın həmmüəllifıdir Hazırda Bakı Dövlət Universitetinin Tarix fakültəsinin "Arxeologiya və etnoqrafiya" kafedrasının dosenti, "İçərişəhər" Dövlət Tarix memarlıq qoruğunun elm çöbəsinin baş elmi işçisidir. 2019-cu ildən Lənkəran Dövlət Universitetinin “Tarix və onun tədrisi metodikası” kafedrasında dosent vəzifəsində işləyir

e-mail adresi: p_qanira@hotmail.com

Hüseyn Fəxrəddin Şahbaz oğlu. Tarix elmləri namizədi, dosent, 1955-ci ildə Oğuz rayonunda anadan olmuşdur. 1972-ci ildə Azərbaycan Dövlət Universitutunun Şərqşünaslıq fakultəsinin fars dili şöbəsinə daxil olmuşdur.1976-cı ildə həmin fakültəni bitirmişdir. 1977-ci ildə Lənkəran rayonunun Sütəmordov kənd orta məktəbində fars dili müəllimi işləmişdir. 1994-cü ildən Lənkəran Dövlət Universitetində çalışır. 2006-cı ildə “İran-Azərbaycan siyasi münasibətləri (1991-1997)” mövzusunda dissertasiya işini müdafiə etmişdir. Hal-hazırda LDU-nun “Tarix və onun tədrisi metodikası” kafedrasında dosent vəzifəsində çalışır. “Azərbaycan Respublikasının xarici siyasətində İran İslam Respublikasının rolu və yeri” mövzusunda elmi araşdırmalar aparır. 1 dərs vəsaiti, 1 proqram və 30-a yaxın elmi məqalənin müəllifidir.

e-mail adresi: siyavar@box.az

Məcidova Leyla Qadir qızı, Tarix üzrə fəlsəfə doktoru, baş müəllim, 08.08.1976-cı ildə Lənkəran rayonunun Səpnakəran kəndində anadan olmuşdur. 1993-cü ildə Lənkəran rayonu Şürük kənd orta məktəbini bitirmişdir.1995-ci ildə Lənkəran Dövlət Universitetinin Tarix ixtisasına qəbul olmuş, qiyabi şöbədə təhsil almaqla bərabər 02.X.1995-ci ildə “Ümumi dilçilik və xarici dillər” kafedrasında laborant vəzifəsində, 25.XII.1997-ci ildən isə “Azərbaycan və ümumi tarix” kafedrasında laborant vəzifəsində çalışmışam.2000-ci ildən -2002-ci ilədək LDU-nun Magistratura pilləsində “Yeni və ən yeni tarix” ixtisası üzrə əyani təhsil almış və fərqlənmə diplomu ilə bitirmişdir. 10.VIII.2002-ci il tarixindən LDU-nun Tarix kafedrasına müəllim vəzifəsinə təyin olunmuşdur. “XIX əsrin sonu XX əsrin əvvəlləri Lənkəran qəzasının sosial iqtisadi vəziyyəti” mövzusunda tarix ixtisası üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işini müdafiə etmişdir. 1 monoqrafiyanın, 40-dan artıq tezis və məqalənin müəllifidir.

e-mail adresi: kameliya-76@mail.ru

Cəfərov Mayis Vəliməmməd oğlu. Tarix üzrə fəlsəfə doktoru, müəllim, 1968-ci ilin may ayının 22-də Lənkəran rayonun Velədi kəndində anadan olmuşdur. 1991-1996-cı illərdə M.F.Axundov adına APİ-nun əyani şöbəsinin “Rus dili və ədəbiyyatı” ixtisasını, 1993-1998-ci illərdə M.Ə.Rəsulzadə adına BDU-nun Tarix fakultəsinin qiyabi şöbəsində “Tarixçi, tarix müəllimliyi” ixtisası üzrə ali təhsil almışdır.

Əmək fəaliyyətinə 1985-ci ildən başlamış, 01.IX.1999-cu ildən Lənkəran Dövlət Universitetinin “Tarix və fəlsəfə” kafedrasında müəllim işləyir. 2016-cı ildən 2019-cu ilin sentyabrınadək AMEA-nın Lənkəran Regional Elmi Mərkəzində "Arxeologiya" şöbəsinin müdiri, elmi işlər üzrə direktor müavininin əvəzi, işləyib. 2016-cı ildə Tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün «Azərbaycan Respublikasının Cənub-Şərq regionunun numizmatik tapıntıları Azərbaycan tarixinin öyrənilməsində mənbə kimi» mövzusunda dissertasiya işini müdafiə etmişdir. Hal-hazırda «Orta əsr zərbxana şəhərləri Azərbaycan tarixinin öyrənilməsində mənbə kimi» mövzusunda doktorluq dissertasiyası üzərində çalışır. Respublikada və xaricdə nəşr olunan müxtəlif elmi-nəzəri jurnallarda Azərbaycan tarixinin problemləri ilə bağlı 24 elmi məqaləsi çap olunmuşdur.

e-mail adresi: mayis1968@mail.ru

Bayramov Müşviq Cabir oğlu. Tarix üzrə fəlsəfə doktoru, baş müəllim. 1976-cı ildə anadan olmuşdur. 2004-cü ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsinin bakalavr səviyyəsini, 2006-cı ildə isə “Arxeologiya və etnoqrafiya” ixtisası üzrə magistratura səviyyəsini fərqlənmə diplomu ilə bitirmişdir.

2015-ci ildə “Azərbaycanın orta əsr kənd tipli yaşayış yerləri (IX-XIII əsrin əvvəlləri)” mövzusunda dissertasiya işini müdafiə edərək tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülmüşdür.

2008-ci ildən Lənkəran Dövlət Universitetində baş laborant, tyutor, tədris hissəsinin inspektoru, rektor köməkçisi, elmi katib vəzifələrində çalışmışdır. Hazırda “Tarix və onun tədrisi metodikası” kafedrasında fəaliyyətini davam etdirir. 1 tədris proqramı, 25 elmi məqalə və tezisin müəllifidir.

e-mail adresi: mushfiq76@mail.ru

Məlikov Emin Nazir oğlu. 1996-cı ildə Lənkəran rayonunun Şağlaküçə kənd orta məktəbini bitirmiş elə həmin ildən Lənkəran Dövlət Universitetinin tarix ixtisasına daxil olmuşdur. O 2000-ci ildə universiteti fərqlənmə diplomu ilə bitirmiş, elə həmin ildə universitetin magistratura şöbəsinə daxil olmuşdur. 2002-ci ildə AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin aspiranturasına daxil olmuşdur. 2003-2010-cu illərdə Muzeyin “Azərbaycanın ən yeni dövr tarixini ekspozisiyası” şöbəsində elmi işçi vəzifəsində işləmişdir. 2013-cü il oktyabrın 30-da AMEA-nın A.A.Bakıxanov adma Tarix İnstitunun nəzdində ki “Disertassiya Şurasında” “Azərbaycan Tarixi Muzeyini kolleksiyaları neft sənayesi tarixinin öyrənilməsi və təbliğində mənbə kimi” adlı disertassiya müdafiə etmişdir.

Azərbayan Respublikası Prezdenti yanında Ali Attestasiya Komissiyasının 2015-ci il 9 iyun qərarı ilə ona tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmişdir.2017-ci il aprelin 1-də AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitunun elmlər doktoru üzrə disertanturasına daxil olmuş, ona “ Azərbaycan Respublikasının cənub-şərq bölgəsinin sosial-iqtisadi və mədəni inkişafı (2003-2018) adlı doktorluq disertassiyası verilmişdir. 2017-2019-ci illlərdə AMEA-nın Rəyasət Heyyətini təsdiq etdiyi “Azərbaycan Respublikasının sosial-iqtisadi inkişaf tarixi , inkişaf prinsipləri və piroritetləri qeyri-səlis metodlarla öyrənilməsi” adlı layihə üzrə elmi-tədqiqat işləri aparmışdır. 2018-ci ildən hal-hazıradək Odlar Yurdu Universitetinin hazırlıq fakültəsində və Bakı Mühəndislik Univeristetində saat hesablı Tarixi fənnini tədris etmişdir. Təhsil Nazirliyinin müvafiq əmri ilə ona “Qabaqcıl təhsil işçi”si adı verilmişdir. 2019-cu ildən “Tarix və onun tədrisi metodikası” kafedrasına müəllim təyin olunmuşdur. O bir ktiabın və 25-dən artıq elmi məqalənin müəllifidir. Yeni Azərbaycan Partiyasının üzvüdür.

e-mail adresi: eminmelikov79@gmail.com

Həşim Adil oğlu Kəlbiyev. Baş müəllim, 1957-ci il aprel ayının 18-də Lənkəran rayonunun Şilavar kəndində anadan olmuşdur. 1968-ci ildə Şilavar kənd ibtidai məktəbini, 1974-cü ildə Lənkəran şəhər 5 saylı orta məktəbini bitirmiş, 1983-cü ildə Azərbaycan Pedaqoji İnstitutunun Tarix fakültəsini bitirmişdir. Lənkəran şəhər məktəblərində müəllim və direktor müavini işləmişdir. 1992-ci ilin fevralından Lənkəran Dövlət Universitetində çalışır. Dövrü mətbuatda, elmi jurnallarda 30-a qədər məqalələri çap olunmuşdur. 6 kitabın və ali məktəb kuratoru işinə aid məqalənin müəllifidir. Hal-hazırda “Azərbaycan Respublikası Cənub-Şərq bölgəsi əhalisinin qədim və ilkin orta əsrlər tarixi” monoqrafiyası üzərində işləyir.

e-mail adresi: h.kalbiyev@ box.az

Eldar Əsəd oğlu Məmmədov. Baş müəllim, 1959-cu il iyulun 9-da Lənkəran şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1976-cı ildə Lənkəran şəhər 4 saylı məktəbin rus bölməsini bitirmişdir. Hərbi xidmətdən sonra Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinə daxil olmuşdur, Universiteti bitirdikdən sonra Lənkəran şəhər 7 saylı və 4 saylı orta məktəblərdə müəllim işləmişdir. 1997-ci ildən Lənkəran Dövlət Universitetinin Humanitar fakültəsinin Tarix və fəlsəfə kafedrasında baş müəllim kimi fəaliyyət göstərmiş, hal-hazırda Lənkəran Dövlət Universitetinin “Tarix və onun tədrisi metodikası“ kafedrasında baş müəllim kimi çalışır,1 monoqrafiyanın, 8 elmi məqalənin müəllifidir.

e-mail adresi: e.məmmədov@mail.ru

Sevdimova Məlahət Miriş qızı. Müəllim, 1980-cı ildə Lənkəran şəhərində anadan olub. 1998-ci ildə Lənkəran şəhər 1 saylı orta məktəbi, 2004-cü ildə Lənkəran Dövlət Universitetinin bakalavr səviyyəsinin “Tarix və içtimaiyyat” ixtisasını, 2007-ci ildə universitetin magistratura səviyyəsi üzrə “Yeni və ən yeni dövr Azərbaycan tarixi” ixtisaslaşmasını fərqlənmə diplomu ilə bitirmişdir. 2014-cü ildə univerisitetin “Vətən tarixi” (5503.02) ixtisası üzrə doktorantura səviyyəsinə qəbul olunmuşdur. İxtisas sahəsi ilə bağlı elmi məqalə və tezislərin müəllifidir. 2001-ci ildən Lənkəran Dövlət Universitetində müxtəlif vəzifələrdə çalışmışdır. 2017-ci ildən universitetin Elm şöbəsində “Magistratura və doktorantura bölməsi”nin rəhbəri və Tədrisin təşkili və təlim texnologiyaları mərkəzində “Tədrisin təşkili və əlavə təhsil” bölməsinin rəhbəri vəzifələrində çalışmışdır. 2019-cu ildən “Tarix və onun tədrisi metodikası” kafedrasına müəllim təyin olunmuşdur. Səmərəli fəaliyyətinə görə müxtəlif illərdə bir neçə Fəxri Fərmanla təltif olunmuşdur.

e-mail adresi: malahat-80@mail.ru

İmanlı Asif Abdulağa oğlu. Müəllim, 24 iyul 1974-cü il tarixində Lənkəran rayonu Avrora qəsəbəsində anadan olmuşdur.1991-ci ildə Avrora qəsəbə orta məktəbini bitirmiş,1993-cü ildə Lənkəran Dövlət Universitetinə daxil olub, 1997-ci ildə oranı bitirib. 1997-1999-cu illərdə LDU-nin magistraturasınada təhsil alaraq 1999-cu ilin oktyabrından 2000-ci ilin oktyabrınadək Milli Ordu sıralarında həqiqi hərbi xidmət keçmişdir. 1997-1999-cu və 2000-2006-cı illərdə Lənkəran rayonu Xanbulan kənd tam orta məktəbində tarix müəllimi, 2006-cı ilin sentyabr ayından 2008-ci ilin aprelinədək həmin məktəbdə tərbiyəvi işlər üzrə direktor müavini vəzifəsində işləmiş,2008-ci ilin aprel ayından 2013-cü ilin may ayınadək Lənkəran rayonu Parakənd kənd tam orta məktəbinin direktoru vəzifəsində fəaliyyət göstərmiş. 2013-2015-ci illərdə Lənkəran Dövlət Humanitar Kollecində, 2015-2016-cı illərdə isə Lənkəran şəhər 6 saylı liseyində tarix müəllimi vəzifəsində çalışmışdır. 2016-cı il tarixindən Lənkəran Dovlət Universitetində tarix müəllimi vəzifəsində işləyir. 28 iyun 2016-cı il tarixində Lənkəran Dövlət Universitetinin "Tarix və Fəlsəfə" kafedrasında "XVIII əsrin birinci 30 ilində Azərbaycanın sosial-iqtisadi və siyasi vəziyyəti (C.Bel və İ.Q.Gerberin əsərləri əsasında)" adlı tarix üzrə fəlsəfə doktoru dissertasiyasının müzakirəsi keçirilmişdir. 9 elmi məqalənin müəllifidir.

e-mail adresi: asif.imanli1974@mail.ru

Məlikli Nurlanə Əlirza qızı. Müəllim, 1992-ci il 10 avqust tarixində Lənkəran şəhərində anadan olmuşdur. 2009-cu ildə Lənkəran şəhər 10 saylı tam orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət İqtisad Universietinin Beynəlxalq İqtisadi Münasibətlər fakültəsinin “Beynəlxalq Münasibətlər” ixtisasına qəbul olmuşdur. 2013-cu ildə bakalavr təhsilini bitirdikdən sonra Qafqaz Universiteti İqtisadiyyat və İdarəetmə fakültəsinin “Beynəlxalq münasibətlər və Diplomatiya” ixtisası üzrə magistraturaya qəbul olmuş və 2015-ci ildə oranı bitirərək magistr dərəcəsi almışdır. 2017-ci ildə Lənkəran Dövlət Universietinin 5503.02 – “Vətən tarixi” ixtisası üzrə fəlsəfə doktoru dissertanturaya qəbul olmuşdur. Hazırda “Azərbaycan Xalq Cümhuriyyəti parlamentində regional numayəndələrin fəaliyyəti” adlı fəlsəfə doktoru dissertasiyası üzərində işləyir. 03.11.2016-20.07.2017-ci ilədək Lənkəran Dövlət Universiteti Elm və Beynəlxalq Əlaqələr şöbəsinin Magistratura və Doktorantura işləri üzrə mütəxəssisi kimi fəaliyyət göstərmişdir. 19.09.2018-ci ildən etibarən LDU “Tarix və onun tədrisi metodikası” kafedrasında 0,5 ştat müəllimdir. Bir sıra Beynəlxalq və Respublika elmi konfransların iştirakçısı olub, 20 elmi məqalə və tezisin müəllifidir.

e-mail adresi: nurlanamalikli@gmail.com

Sadıxova Reyhanə Rəfail qızı. 01 yanvar 1976-cı ildə Lənkəran şəhərində anadan olmuşdur.1983-1993-cü illərdə Lənkəran şəhər 3 saylı tam orta məktəbində və 1995-1999-ci illərdə Lənkəran Dövlət Universitetinin filologiya fakültəsində ali təhsil almışdır. 1999-cu ildə Lənkəran Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı ixtisası üzrə Magistratura şöbəsinə daxil omuş və 2001-ci ildə əla qiymətlərlə bitirmişdir. 2001-ci ildən Lənkəran 1 saylı tam orta məktəbində dil-ədəbiyyat müəllimi kimi fəaliyyətə başlamışdır. 2002-ci ildən Darquba kənd tam orta məktəbində müəllim və

2014-cü ildən Osman Mirzəyev adına qarışıq tipli uşaq evinin direktoru vəzifəsində çalışmışdır. 2016-cı ildən hal-hazıra kimi Lənkəran şəhər Heydər Əliyev Mərkəzinin direktorudur. 2019-cu ildən AMEA Məhəmməd Füzuli adına İnstitunun dissertantıdır. ”Azərbaycanın Cənub bölgəsinin mədəni-mənəvi inkişafında dövlətçilik ənənələri” (1969-2019) mövzusunda elmi iş üzərində çalışırır. Bir neçə elmi məqalənin və ”Həsrət əlindən” şeirlər kitabının müəllifidir.

-mail adresi: lankaranheydaraliyevmarkazi@mail.ru

Kafedranın yerləşdiyi poçt ünvanı, telefonları, elektron ünvanı, faks nömrəsi

Kafedranın ünvanı :Lənkəran şəhəri, H.Abdullayev küçəsi 19, 2 saylı korpus.

Telefon: 4-35-69,

Elektron ünvanı: Lsu.edu.az

Faks nömrəsi: 5-25-88

Kafedra haqqında məlumatları Dos. Baxşıyev Əliağa təqdim etmişdir.


Lənkəran Dövlət Universiteti 2001/2018 | Web design: Əlizadə Məhəmməd