"Tarix-coğrafiya və incəsənət" fakültəsi

“Tarix-coğrafiya və incəsənət” fakültəsi LDU rektorunun 4/39 nömrəli əmri ilə 3 iyul 2020-ci il tarixində “Humanitar” fakültənin əsasında yaradılmışdır. Fakültənin nəzdində 3 kafedra – “Tarix və onun tədrisi metodikası”, “Coğrafiya və onun tədrisi metodikası” və “Pedaqogika, psixologiya və incəsənət fənləri” kafedraları fəaliyyət göstərir. Fakültədə bakalavr səviyyəsi üzrə ”Tarix müəllimliyi”, “Coğrafiya müəllimliyi”, “Tarix və coğrafiya müəllimliyi”, “Təsviri incəsənət müəllimliyi”, “Musiqi müəllimliyi” və “Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması” ixtisasları, magistr səviyyəsi üzrə isə “Tarix fənnin tədrisinin metodikası və metodologiyası”, “Coğrafiya fənnin tədrisinin metodikası və metodologiyası” və “Təhsildə qiymətləndirmə və monitorinq” ixtisaslaşmaları, doktorantura səviyyəsi üzrə “Vətən tarixi”, “Sosial pedaqogika” ixtisasları üzrə mütəxəsislər hazırlanır.

Fakültəyə tarix üzrə fəlsəfə doktoru, dos. Kamal Fətulla oğlu Mahmudov rəhbərlik edir.

Fakültədə fəaliyyət göstərən kafedralar

1. Tarix və onun tədrisi metodikası

2. Coğrafiya və onun tədrisi metodikası

3. Pedaqogika, psixologiya və incəsənət fənləri

Fakültədə aşağıdakı istiqamətlərdə mütəxəssis hazırlanır

1. Tarix müəllimliyi

2. Coğrafiya müəllimliyi

3. Tarix və coğrafiya müəllimliyi

4. Təsviri incəsənət müəllimliyi

5. Musiqi müəllimliyi

6. Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması

Magistratura səviyyəsi üzrə:

1. Tarix fənnin tədrisinin metodikası və metodologiyası

2. Coğrafiya fənnin tədrisinin metodikası və metodologiyası

3. Təhsildə qiymətləndirmə və monitorinq

Doktorantura səviyyəsi üzrə:

Vətən tarixi

Sosial pedaqogika

Fakültə dekanı haqqında.

Fakültə dekanı tarix üzrə fəlsəfə doktoru, dosent Mahmudov Kamal Fətulla oğlu 21.10.1965-ci ilə Lənkəran şəhərində anadan olmuşdur. 1994-cü ildə Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirərək “Tarixçi və tarix müəllimi” ixtisasına yiyələnmişdir. 2014-cü ildə Bakı Dövlət Universitetində “XX əsrin 50-ci illərinin ikinci yarısında Azərbaycanda sosial-iqtisadi prosesslər” mövzusunda dissertasiya işini müdafiə edərək tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. 1998-ci ildən Lənkəran Dövlət Universitetində müəllim, baş müəllim, dekan müavini, vəzifələrində işləmişdir. 08 may 2018-ci ild’n “Humanitar” fakültənin dekanıdır. 30-dan çox elmi məqalə və tezisləri Universitetin, Respublikanın və Beynəlxalq konfransların materiallarında çap olunmuşdur. Kamal Mahmudov Mədəniyyətşünaslıq istiqaməti üzrə elmi-tədqiqat işi aparır. 3 fənn proqramı, 30-dan artıq elmi məqalə və tezisin, 1 dərs vəsaitinin müəllifidir.

Kamal-1965@mail.ru

Fakültənin əməkdaşları :

Tədris işləri üzrə dekan müavini, tarix üzrə fəlsəfə doktoru, baş müəllim Bayramov Müşfiq Cabir oğlu - 1976-ci il dekabrın 10-da Lənkəran rayonunun Vilvan kəndində anadan olmuşdur. 2004-cü ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsinin bakalavr səviyyəsini, 2006-cı ildə isə Bakı Dövlət Universitetinin “Arxeologiya və etnoqrafiya” ixtisaslaşması üzrə magistratura pilləsini fərqlənmə diplomu ilə bitirmişdir. 2015-ci ilin may ayında Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutununda arxeologiya ixtisası üzrə “Azərbaycanın orta əsr kənd tipli yaşayış yerləri (IX-XIII əsrin əvvəlləri) mövzusunda tarix elmləri üzrə fəlsəfə doktoru dissertasiyasını müdafiə edərək tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. Lənkəran Dövlət Universitetində tyutor, elmi katib, müəllim, baş müəllim, LDU Həmkarlar İttifaqı Komitəsinin sədri vəzifələrində çalışmışdır. 09 aprel 2018-ci il tarixindən Humanitar fakültənin dekan müavini vəzifəsində çalışır. Müşfiq Bayramov 25-dən çox elmi məqalənin 14 tezisin və 4 proqramın, 1 dərs vəsaitinin müəllifidir.

mushfiq76@mail.ru

Babazadə Zöhrə Ceyhun qızı 31 iyul 1997-ci ildə Lənkəran şəhərində anadan olmuşdur. Orta təhsilini 2003-2007-ci illərdə Lənkəran şəhər 7 saylı tam orta məktəbdə, 2007-2014-cü illərdə Lənkəran şəhər 10 saylı tam orta məktəbdə almışdır. 2014-cü ildə Lənkəran Dövlət Universitetinin bakalavr üzrə “İbtidai sinif müəllimliyi” ixtisasına qəbul olmuş, 2018-ci ildə həmin ixtisası bitirmişdir. 2020-ci ilin fevral ayından Lənkəran Dövlət Universitetində operator-kargüzar vəzifəsində çalışır.

z.babazade97@mail.ru


Lənkəran Dövlət Universiteti 2001/2018 | Web design: Əlizadə Məhəmməd