“Xarici dillər” kafedrası haqqında məlumat

“Xarici dillər və Tərcümə” kafedrası Lənkəran Dövlət Universitetinin ən böyük kafedralarından biridir və 1992-ci ildən fəaliyyət göstərir. Kafedrada 050103-İngilis dili müəllimliyi və 050203-Tərcümə (İngilis dili) ixtisasları üzrə bakalavr və 060103-Xarici dilin tədrisinin metodikası və metodologiyası üzrə magistr təhsil səviyyələrinə görə ixtisaslaşmışdır. Hazırda kafedrada 21 əməkdaş çalışır. Onlardan 1 nəfər fil.e.d.,professor (0,5 ştat), 1 nəfər fil.ü.f.d., dosent (1,0 ştat), 9 nəfər baş müəllim (1,0 ştat), 9 nəfər (1,0 ştat) müəllim, 1 nəfər (0,5 ştat) müəllimdir. Kafedrada İngilis dili müəllimliyi və Tərcümə (İngilis dili) ixtisasları üzrə kadrlar hazırlanır və aşağıda göstərilən üç istiqamət üzrə elmi-tədqiqat işləri aparılır:

1. Tərcümə məsələləri,

2. Dilçiliyin müqayisəli tipologiyası,

3. Xarici dilin tədrisinin müasir problemləri.

Kafedra üzrə ixtisaslaşmalar:

Bakalavr pilləsi üzrə:

1. 050103- Xarici dil (İngilis dili) müəllimliyi

2. 050203-Tərcümə (İngilis dili)

Magistratura üzrə

3. 060103-Xarici dilin tədrisi metodikası və metodologiyası

Doktorantura və dissertantura üzrə

4. 5714.01– “Müqayisəli-tarixi və müqayisəli-tipoloji dilçilik”

5. 570701-“Slavyan dilləri”

6. 5718.01 “Dünya ədəbiyyatı”

7. 5708.01”German dilləri”

Kafedra üzrə tədris olunan əsas dərslərin siyahısı:

Bakalavr səviyyəsi üzrə:

1. Xarici dilin kommunikativ fonetikası

2. Xarici dil bacarıqları-1, 2, 3, 4, 5, 6

3. Xarici dilin kommunikativ qrammatikası-1, 2

4. Xarici dilin tədrisi metodikası-1-2

5. Xarici dilin fonetikası-3

6. Xarici dildə oxu və nitq 3-4

7. Xarici dildə oxu və nitq 5-6

8. Xarici dildə oxu və nitq-7

9. Oxuyub anlama və yazı-3-4

10. Xarici dildə işgüzar və akademik kommunikasiya-(ingilis dili)1, 2

11. Xarici dildə işgüzar və akademik kommunikasiya-(rus dili)1, 2

12. İngilis ədəbiyyatı

13. Xarici dilin leksikologiyası

14. Xarici dilin üslubiyyatı

15. Ardıcıl tərcümə və qeydgötürmə texnikası

16. Sənədləşmə və terminologiya

17. Kompüter tərcümə proqramları

18. Tərcümə və müqayisəli üslubiyyat

19. Yazılı mətnin şifahi tərcüməsi

20. Tərcümə nəzəriyyəsi

21. Tərcümə və mədəniyyətlərarası ünsiyyət

22. Peşəkar tərcümənin əsasları

23. Ölkəşünaslıq

24. İşgüzar xarici dil

25. Ölkəşünaslıq və mədəniyyətlərarası ünsiyyət

26. Yazılı mətnin şifahi tərcüməsi

27. İctimai siyasi mətnlərin tərcüməsi

28. Şifahi tərcümə

29. Yazılı tərcümə

30. S/f (Ümumtəhsil sistemində innovasiya)

31. S/f (İngilis dilinin mətbuat dili)

32. S/f. (Mətbuat mətnlərinin tərcüməsi)

33. S/f (Beynəlxalq qurumlar)

35. S/f. (Elmi mətnlərin tərcüməsi)

36. S/f. (Hüquqi və inzibati sənədlərin tərcüməsi)

37. S/f. (Tibbi mətnlərin tərcüməsi)

38. S/f. (Morfoloji təhlil)

39. S/f. (İqtisadi mətnlərin tərcüməsi)

40. S/f. (Bədii tərcümə)

41. S/f. (Tərcümə)

42. S/f (Fonetik təhlil)

43. S/f (İngilis dilində ev oxusu)

44. S/f (Akademik yazı və oxu)

45. S/f (Ümumtəhsil kurikulumun əsasları)

Magistratura səviyyəsi üzrə:

1. Müqayisəli tipologiya

2. Praqmatikanın əsasları

3. XDT-nin linqvo-didaktik problemləri

4. Dil təlimi materialları və qiymətləndirilməsi

5. Xarici dillərdə hazırlığın tarixi və metodologiyası

6. Xarici dillərdə hazırlığın müasir problemləri

7. Dilin mənimsənilməsi və diskurs təhlil

8. Xarici dil (ingilis dili)

9. S/f.Kommunikativ dil təlimi

10. S/f.Semantik təhlil

Kafedra müdiri haqqında.

Əkbərov Haşım Lələxan oğlu, baş müəllim. 1966-cı il avqust ayının 26-da Lənkəran rayonunun Cil kəndində anadan olmuşdur. 1991-ci ildə SSRİ-nin 50-illiyi adına Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun (indiki ADU) “İngilis dili və ədəbiyyatı” fakültəsini bitirmişdir. 1995-ci ildən kafedrada çalışır. Haşım Əkbərov 2009-cu ildə Amerika Təhsil Şurasının keçirdiyi “Universitet Müəllimlərinin İnkişaf Proqramı” (JFDP-USA) proqramının qalibi olmuş (2009/2010) və ABŞ-ın Kanzas ştatının Kanzas Universitetində “Tətbiqi dilçilik” və Uayominq ştatının Uayominq Universitetində isə “Amerikaşünaslıq” fakültəsində təhsil almış, sertifikatlar və “Qran Pri” mükafatına layiq görülmüşdür. 2002, 2003, 2004-cü illərdə üç il ardıcıl olaraq “Təhsildə Yüksək Mükafat” (TEA-USA) proqramının mükafatçısı olmuş və sertifikatlarını almışdır. 2011 və 2012-ci illərdə TEMPUS (Almaniya, İngiltərə), ESFIDIP, IANUS və ERASMUS MUNDUS (Avropa) layihələri çərçivəsində Böyük Britaniya, İtaliya, Almaniya universitetlərində, o cümlədən ölkəmizdə keçirilən treninq və beynəlxalq konfranslarda iştirak etmişdir. 2012-ci ildə Böyük Britaniyanın Esseks Universitetində Beynəlxalq Akademiyanın məzunu olmuş və sertifikatını almışdır. 2007/2010-cu illərdə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun aspiranturasını bitirmişdir. 2014/2016-cı illərdə isə Rumıniyanın İasse (Yaşş) şəhərində Aleksandru İoan Kuza Universitetində doktorantura təhsilini başa vurmuşdur. Beynəlxalq impakt faktorlu jurnallarda və həmçinin “google scholar”da məqalələri çap olunmuşdur. “İngilis dilinin leksikologiyası”, “İngilis dilinin tədrisi metodikası”, “Praqmatikanın əsasları”, “Kommunikativ dil təlimii”, “Semantik təhlil” kimi fənləri tədris edir. 39 elmi məqalə və tezislərin, 2 proqramın və 1 metodik vəsaitin müəllifidir.

Elektron ünvanı: hashim.akbar@mail.ru

Kafedra əməkdaşları haqqında.

Tahirov İlham Mikayıl oğlu, filologiya üzrə elmlər doktoru, professor. 8 iyun 1963-cü ildə Masallı rayonunun Miyankü kəndində anadan olmuşdur. SSRİ-nin 50 illiyi adına Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun (indiki ADU) ingilis dili fakültəsinin əyani şöbəsini fərqlənmə diplomu ilə bitirib (1986). Yardımlı rayonunun Hamarkənd kənd orta məktəbində müəllim işləmişdir (1986-1990). AMEA Nəsimi adına Dilçilik İnstitutunun əyani aspirantı olub (1990-1993). “Azərbaycan dili” ixtisası üzrə namizədlik (1994), “Dil nəzəriyyəsi” ixtisası üzrə doktorluq (2008) dissertasiyasını müdafiə etmişdir. Filologiya elmləri doktoru (2008), professordur (2019). AMEA Nəsimi adına Dilçilik İnstitutunda Ümumi dilçilik və dil əlaqələri şöbəsində kiçik elmi işçi, elmi işçi kimi çalışmışdır (1993-1996). AMEA Nəsimi adına Dilçilik İnstitutunun elmi katibi (1996-2013), institutun Qədim dillər və mədəniyyətlər şöbəsinin müdiri (2013-2014), Qədim dillər və mədəniyyətlər şöbəsində (2014-2016) və Hind-Avropa dilləri şöbəsində baş elmi işçi (2016-2019) kimi fəaliyyət göstərmişdir. 2019-cu ildən Dilçilik İnstitutunun Hind-Avropa dilləri şöbəsinin müdiridir. Ümumi dilçilik, dil nəzəriyyəsi, dillərarası əlaqələr, funksional-semantik sahə, dialekt leksikası, toponimika, dil əlaqələri, qədim dillər və mədəniyyətlərin tədqiqi məsələlərinə həsr olunmuş 6 monoqrafiya və kitabın, 5 proqram, 100-dən çox məqalə və tezisin, dilçilik, hüquq, beynəlxalq hüquq və siyasətin fəlsəfəsinə dair ingilis və rus dillərindən tərcümə etdiyi 8 kitabın müəllifi və redaktorudur. Elmi rəhbərliyi ilə 8 nəfər fəlsəfə doktoru, 2 nəfər elmlər doktoru dissertasiyası müdafiə etmişdir. AMEA Nəsimi adına Dilçilik İnstitutu Elmi Şurasının və Dissertasiya Şurasının, AMEA Rəyasət Heyətinin nəzdində Respublika Elmi Tədqiqatların Təşkili və Əlaqələndirilməsi Şurasının Humanitar elmlər üzrə problem şurasının üzvüdür. 2014-cü ildən Lənkəran Dövlət Universitetində “Müqayisəli tipologiya”, S/f (Semantik təhlil), “Xarici dilin leksikologiyası, “Xarici dillərin tədrisinin linqvo-didaktik problemləri” fənlərindən mühazirələr oxuyur, magistrant və doktorantlara rəhbərlik edir.

Elektron ünvanı: ilham_tahir@rambler.ru

Cavadova Yeganə Həmdulla qızı, fil.ü.fəl.dok., dosent. 1966-cı il yanvar ayının 4-də Lənkəran rayonunun Liman şəhərində anadan olub. 1986/1991-ci illərdə SSRİ-nin 50 illiyi adına Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunda (indiki ADU) ali təhsil almışdır. 1996/2016-cı illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetində “Əcnəbi Dillər” kafedrasında baş müəllim kimi işləmişdir. Eyni zamanda 2015-ci ildən Lənkəran Dövlət Universitetində 0,5 ştat müəllim, 2018-ci ilin sentyabrından isə 1.0 (tam) ştat müəllimi kimi fəaliyyət göstərir. “Xarici dildə hazırlığın tarixi və metodologiyası”, “Dilin mənimsənməsi və diskurs təhlil”, “Xarici dillərdə hazırlığın müasir problemləri”, “Ölkəşünaslıq və mədəniyyətlərarası ünsiyyət”, “Xarici dildə oxu və nitq”, “Xarici dil bacarıqları”, “Müqayisəli tipologiya” kimi fənləri tədris edir. 17 elmi məqalənin müəllifidir.

Elektron ünvanı: yegames@mail.ru

Abdullayeva Asudə Nəriman qızı, baş müəllim. 1955-ci il iyun ayının 12-də Lənkəran rayonunun Veravul kəndində anadan olmuşdur. 1978-ci ildə SSRİ-nin 50-illiyi adına Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun (indiki ADU) “İngilis dili” fakültəsini bitirmişdir. 1997-ci ildən Lənkəran Dövlət Universitetində işləyir. 2002-ci ildə ABŞ Təhsil Şurası və Azərbaycan Təhsil Nazirliyinin birgə keçirdiyi “Təhsildə Yüksək Mükafat Proqramının” (TEA) mükafatçısı olmuşdur. 2008-ci ildə isə Amerika Təhsil Şurasının keçirdiyi “Universitet Müəllimlərinin İnkişaf Proqramı” müsabiqəsinin qalibi olmuş və 2008/2009 –cu illərdə Kanzas ştatının Kanzas Universitetində və Ohaya ştatının Yanqstaun Dövlət universitetində mübadilə proqramında iştirak etmişdir. 2009-cu ildə Harvard Universitetinin Ədəbiyyat və Müqayisəli Ədəbiyyat Kafedrasının keçirdiyi konfransda iştirak etmişdir. Asudə Abdullayeva TEA, JFDP, TEMPUS, ESFIDIP və IANUS Proqramları çərçivəsində bir sıra inkişaf etmiş ölkələrdə – ABŞ, İngiltərə, Yunanıstan, Rumıniya və İtaliyada tanınmış universitetlərdə mübadilə proqramlarında iştirak etmişdir. A.Abdullayeva 20 beynəlxalq və respublika daxili təhsil müəssisələrinin sertifikatları ilə mükafatlandırılmışdır. “Akademik yazı və oxu”, “Xarici dildə işgüzar və akademik kommunikasiya (ingilis dili)”, “Şifahi tərcümə” fənlərini tədris edir. 15-dən çox elmi məqalənin və 4 metodik vəsaitin, 3 proqramın müəllifidir.

Elektron ünvanı: asuda.lsu@gmail.com

Heydərov Rafael Kəlbi oğlu, baş müəllim. 1954-cü il may ayının 12-də Lənkəran rayonunun Boladi kəndində anadan olmuşdur. 1975–ci ildə SSRİ-nin 50 illiyi adına Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun (indiki ADU) “İngilis dili” fakültəsini bitirmişdir. 2001-ci ildən kafedrada çalışır. Rafael Heydərov TEMPUS layihəsi çərçivəsində Böyük Britaniya, Almaniya universitetlərində, o cümlədən ölkəmizdə keçirilən treninqlərdə və beynəlxalq konfranslarda iştirak etmişdir. “Fonetik təhlil”, “Xarici dilin kommunikativ fonetikası”, “Morfoloji təhlil”, “Xarici dildə işgüzar və akademik kommunikasiya” fənlərini tədris edir. 15 elmi məqalənin və 4 tezisin müəllifidir.

Elektron ünvanı: heyderovrafael@gmail.com

Məhərrəmova Şəfəq Əhməd qızı, baş müəllim. 1957-ci il avqustun 5-də Lənkəran şəhərində anadan olmuşdur. 1975–ci ildə SSRİ-nin 50 illiyi adına Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun (indiki ADU) “İngilis dili” fakültəsinə qəbul olunmuş 1980-ci ildə isə həmin ali məktəbi bitirərək ingilis dili müəllimi ixtisasına yiyələnmişdir. 1998-ci ilə qədər Bakı şəhərinin 84, 7 və 264 №-li tam orta məktəblərində ingilis dili müəllimi kimi çalışmışdır. 1998-ci ildən Azərbaycan Texniki Universitetinin “Xarici dillər” kafedrasında müəllim kimi fəaliyyətə başlamış və 2018-ci ilə qədər bu kafedrada müəllim və baş müəllim vəzifələrində çalışmışdır. 2018-ci ildən Lənkəran Dövlət Universitetinin “Xarici dillər və tərcümə” kafedrasının baş müəllimi vəzifəsində çalışır. “Xarici dildə işgüzar və akademik kommunikasiya” fənnini tədris edir. Ali məktəblərdə xarici dillərin tədrisinin müxtəlif problemlərinə həsr olunmuş 25 elmi işin müəllifi, “Azərbaycanca-türkcə-rusca-ingiliscə qida və iaşə terminləri lüğəti” kitabının həmmüəllifi, bir sıra beynəlxalq və respublika elmi konfranslarının iştirakçısıdır.

Elektron ünvanı: shafagmaharramova@mail.ru

Bünyadova Aynur Siyavuş qızı, baş müəllim. 1975-ci il avqust ayının 13-də Lənkəran şəhərində anadan olmuşdur. 1997-ci ildə Azərbaycan Dillər Universitetini bitirib. 1998–ci ildən kafedrada çalışır. 2018-ci ildən “Müqayisəli-tarixi müqayisəli tipoloji dilçilik” ixtisası üzrə “Azərbaycan və ingilis dillərində hava və su komponentli frazeoloji birləşmələr” adlı dissertasiya mövzusu üzərində çalışır. “Xarici dil bacarıqları”, “Akademik yazı və oxu”, “İngilis dilinin mətbuat dili”, “Xarici dildə işgüzar və akademik kommunikasiya” fənlərini tədris edir. O, TEMPUS və ERASMUS-MUNDUS, ESFIDIP, USAİD, Mevlana layihələri çərçivəsində Böyük Britaniya, İtaliya, Fransa, Avstriya, Türkiyə Cümhuriyyəti universitetlərində, o cümlədən ölkəmizdə keçirilən treninq, təlim və beynəlxalq konfranslarda iştirak etmişdir. 20 məqalə və tezis, 1 metodik vəsait və 4 proqramın müəllifidir. Elektron ünvanı: aynour13@mail.ru

Mehdiyeva Aysel Sehran qızı, baş müəllim. 1986-cı il oktyabr ayının 30-da Lənkəran şəhərində anadan olmuşdur. 2007-ci ildə Lənkəran Dövlət Universitetinin “İngilis dili və ədəbiyyatı müəllimliyi” ixtisasını fərqlənmə diplomu, 2009-cu ildə isə həmin universitetin magistratura şöbəsinin Dilşünaslıq istiqaməti üzrə “Xarici dil (ingilis dili)” ixtisasını fərqlənmə diplomu ilə bitirmişdir. 2009-cu ildən Lənkəran Dövlət Humanitar Kollecində ingilis dili müəllimi kimi fəaliyyətə başlamış, 2014/2016-cı illərdə Lənkəran Dövlət Humanitar Kollecində Tədris hissə müdiri vəzifəsində çalışmışdır. 2016-cı ildən kafedrada çalışır. 2018-ci ildə Lənkəran Dövlət Universitetinin Dissertantura şöbəsinin “Müqayisəli-tarixi və müqayisəli tipoloji dilçilik” ixtisasına qəbul olunmuş və “Azərbaycan və ingilis dillərində məkan metaforaları” adlı dissertasiya mövzusu üzrə çalışır. “Xarici dildə işgüzar və akademik kommunikasiya”, “Xarici dil bacarıqları”, “İqtisadi mətnlərin tərcüməsi”, “İngilis dilində ev oxusu” fənlərini tədris edir. Ölkəmizdə keçirilən bir neçə treninq və konfranslarda iştirak etmişdir. 18 məqalə, bir neçə tezis və 2 proqram müəllifidir.

Elektron ünvanı: mysel@yahoo.com

Ağayeva Zülfiyyə Xanoğlan qızı, baş müəllim. 1964-cü il fevral ayının 8-də Lerik rayonunda anadan olub. 1986-cı ildə M.F.Axundov adına APRDƏ İnstitutunu (indiki BSU) bitirib. 1994-cü ildən kafedrada çalışır. “Xarici dildə işgüzar və akademik kommunikasiya” (rus dili)” fənnini tədris edir. 2018-ci ildən baş müəllim vəzifəsində çalışır. 2022-ci ildən “Filologiya və İbtidai Təhsil fakültəsi”nin tədris işləri üzrə dekan müavinidir. O, bir çox elmi konfrans, təlim və simpoziumlarda fəal iştirak edib. 16 elmi məqalə və tezisin, 1 proqramın müəllifidir.

Elektron ünvanı: zulfiyye.agayeva1964@mail.ru

Fərəməzov Azər Surətulla oğlu, baş müəllim. 1966-cı il mart ayının 22-də Astara rayonunun Təngərüd kəndində anadan olub. 1991-ci ildə SSRİ-nin 50-illiyi adına Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun (indiki ADU) İngilis dili və alman dili müəllimi ixtisasını bitirib. 1991-ci ildən 2003-cü ilədək Astara rayonunun bir sıra orta məktəblərində ingilis dili fənnini tədris etmişdir. 2003-cü ildə Lənkəran rayonunun Şürük kəndində ABŞ-ın “Project Harmony” təşkilatında məktəbdə əlaqələndirmə proqramında Layihə koordinatoru vəzifəsində çalışmışdır. 2004-2016-cı illərdə Astara Pedaqoji Kollecində ingilis dili müəllimi vəzifəsində çalışmışdır. 2007-ci il 27-29 sentyabrda Amerikanın “USAİD” təşkilatının “Liderlik, nüfuz və təşkilati quruculuğa giriş” mövzusunda təlimdə iştirak etmiş, daha yüksək bal toplayıb kursu uğurla başa çatdırmış və sertifikatını almışdır. 2013-cü il 3-6 aprel tarixlərində Kiyevdə Beynəlxalq Konfransda iştirak etmişdir. “Qeyri-ixtisas tələbələrinə ingilis dilinin öyrədilməsində müsbət motivasiyaları formalaşdırmaq” adlı elmi məqaləsi 2015-ci ildə Kiyev Milli Akademiyasında çap olunub. 2014-cü ildən “Xarici dildə işgüzar və akademik kommunikasiya” fənnini tədris edir. O, 6 elmi məqalənin müəllifidir. 2019-cu ildən “German dilləri” ixtisası üzrə dissertantdır.

Elektron ünvanı: faramazovazer@mail.ru

Əliyeva Sevər Eynəli qızı, müəllim. 1978-ci il noyabr ayının 14-də Lənkəran rayonunun Darquba kəndində anadan olmuşdur. 2001-ci ildə Lənkəran Dövlət Universitetinin İngilis dili və ədəbiyyatı ixtisası üzrə bakalavr pilləsini bitirib. 2008-ci ildə Azərbaycan Dillər Universitetinin Roman-German Filologiyası fakültəsinin Xarici Ölkələr Ədəbiyyatı ixtisasi üzrə magistr dərəcəsi almışdır. 2004/2014-cü illərdə Azərbaycan Dillər Universitetində Magistratura şöbəsində və Kurikulum və Keyfiyyətə Nəzarət Departamentində inspektor vəzifəsində çalışmışdır. 2016-cı ildən kafedrada çalışır. 2019-cu ildə LDU-nun Doktorantura şöbəsinin “Müqayisəli-tarixi və müqayisəli tipoloji” dilçilik ixtisasına qəbul olmuşdur. “Xarici dil bacarıqları”, “Xarici dildə işgüzar və akademik kommunikasiya”, “Ölkəşünaslıq” kimi fənləri tədris edir. 10 elmi məqalənin və bir proqramın müəllifidir. Elektron ünvanı: sevarnurullayeva@mail.ru

Məmmədova Günel Elmir qızı, müəllim. 1991-ci il avqust ayının 14-də Şuşada anadan olmuşdur. 2012-ci ildə Azərbaycan Dillər Universitetinin “İngilis dili” fakültəsini bitirmişdir. 2013-cü ildə magistratura təhsilini Azərbaycan Dövlət Pedaqoji Universitetinin “İbtidai təhsilin tədrisi metodikası və metodologiyası” ixtisası üzrə davam etdirmişdir. 2016-cı ildə Lənkəran Dövlət Universitetində tyutor kimi işə başlayıb. 6 sentyabr 2017-ci ildən “Xarici dillər və Tərcümə” kafedrasında ingilis dili müəllimi kimi fəaliyyət göstərir. 2018-ci ildə LDU-nun Doktorantura şöbəsinin “Müqayisəli-tarixi və müqayisəli tipoloji dilçilik” ixtisasına qəbul olunmuşdur. 2022-ci ilin oktyabr ayından Universitetin Beynəlxalq Əməkdaşlıq Şöbəsində Tələbə-Müəllim mübadiləsi üzrə mütəxəssis və hal-hazırda isə həmin şöbənin müdir müavinidir. “Xarici dildə işgüzar və akademik kommunikasiya” fənnini tədris edir. O, 20 məqalə və tezisin müəllifidir.

Elektron ünvanı: gunel2017m@gmail.com

Əliyev İlqar Tahir oğlu, baş müəllim. 1981-ci il iyul ayının 5-də Lənkəran şəhərində anadan olub. 2003-cü ildə Lənkəran Dövlət Universitetinin İngilis dili və ədəbiyyatı ixtisası üzrə bakalavr pilləsini bitirib. 2003/2005-ci illərdə Lənkəran Dövlət Universitetinin magistr pilləsində “Dilşünaslıq” üzrə təhsilini davam etdirmişdir. 2014-cü ildən Lənkəran Dövlət universitetində çalışır. 2019-cu ildə “Dünya ədəbiyyatı” ixtisası üzrə LDU-nun dissertantura şöbəsinə qəbul olmuşdur. “Xarici dildə işgüzar və akademik kommunikasiya” və “Xarici dilin kommunikativ qrammatikası” fənlərini tədris edir. 4 elmi məqalənin 2 tezisin müəllifidir.

Elektron ünvanı: ilqar-500@mail.ru

Məmmədova Günay Rüstəm qızı, müəllim. 1986-cı il fevral ayının 23-də Lənkəran şəhərində anadan olmuşdur. 2007-ci ildə Lənkəran Dövlət Universitetinin “İngilis dili və ədəbiyyatı müəllimliyi” ixtisasını fərqlənmə diplomu, 2009-cu ildə Azərbaycan Dillər Universitetinin Magistratura şöbəsinin Dilşünaslıq istiqaməti üzrə “Xarici dil (İngilis dili)” ixtisasını fərqlənmə diplomu ilə bitirmişdir. 2013-2019-cu illərdə Azərbaycan Universitetində, 2019-2020-ci illərdə Qərbi–Kaspi Universitetində ingilis dili müəllimi vəzifəsində çalışmışdır. 2020-ci ildən Lənkəran Dövlət Universitetində fəaliyyət göstərir. “Xarici dildə oxu və nitq”, “Akademik yazı və oxu”, “Tərcümə”, “Xarici dildə işgüzar və akademik kommunikasiya (ingilis dili)” fənlərini tədris edir. Ölkəmizdə keçirilən bir neçə treninq və konfranslarda iştirak etmişdir. 4 elmi məqalənin müəllifidir.

Elektron unvanı: gunay.gurbanova34@gmail.com

Manafova Tünzalə Cəlal qızı, müəllim. 1972-ci ildə Lənkəran rayonunun Gərmətük qəsəbəsində anadan olub. 1989-cu ildə Gərmətük qəsəbə orta məktəbini, 1994-cü ildə isə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun “Fransız dili” fakültəsinin fransız-ingilis dili ixtisasını bitirmişdir. 1994-cü ildə Lənkəran şəhər 4 saylı orta məktəbdə işləyib. 2002-ci ildən Lənkəran Dövlət Universitetində çalışır. “Xarici dildə işgüzar və akademik kommunikasiya (ingilis dili)” fənnini tədris edir. 2019-cu ildə Lənkəran Dövlət Universitetinin Dissertantura şöbəsinin “Müqayisəli-tarixi və müqayisəli tipoloji dilçilik” ixtisasına qəbul olmuşdur. 6 elmi məqalənin müəllifidir. Elektron ünvanı: tunzale.manafova.72@mail.ru

Möhsümzadə Möhsüm Əlisahib oğlu, müəllim. 1993-cü il mart ayının 29-da Lənkəran şəhərində anadan olub. 2014-cü ildə Qərb Universitetinin “Qərb dilləri” fakültəsini bitirmişdir. 2015/2017-ci illərdə Bakı Slavyan Universitetinin magistr pilləsində “Tərcümə” ixitsası üzrə təhsilini davam etdirmişdir. 2019-cu ildən Lənkəran Dövlət Universitetində çalışır. “Sənədləşmə və terminologiya”, “Tibbi mətnlərin tərcüməsi”, “Yazılı tərcümə”, “Kompüter tərcümə proqramları”, “Tərcümə və müqayisəli üslubiyyat”, S/f (Bədii tərcümə), S/f (İngilis dilinin mətbuat dili), S/f (Beynəlxalq qurumlar), S/f (Hüquqi və inzibati mətnlərin tərcüməsi) fənlərini tədris edir. Bir elmi məqalə və iki tezisin müəllifidir.

Elektron ünvanı: mohsum.mohsumzada@gmail.com

Cəfərova Həbibə Malik qızı, müəllim. 1973-cü il avqust ayının 9-da Lənkəran rayonunun Parakənd qəsəbəsində anadan olmuşdur. 1992-ci ildə Lənkəran Dövlət Üniversitetinin “Rus dili və ədəbiyyatı” fakültəsinə “Filoloq: rus dili və ədəbiyyatı müəllimi” ixtisası üzrə qəbul olunmuş, 1996-cı ildə LDU-nun bakalavr və 1998-ci ildə isə magistr pilləsini bitirmişdir. 2017-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin doktorantura şöbəsinə “Dünya ədəbiyyatı” ixtisasına qəbul olunmuş, 2020-ci ildə isə Azərbaycan Dövlət Pedaqoji Universitetinin doktoranturasını bitirmişdir. 2020-ci ildən Lənkəran Dövlət Universitetinin “Xarici dillər və tərcümə” kafedrasında çalışır. “Xarici dildə işgüzar və akademik kommunikasiya” (rus dili)” fənnini tədris edir. Xaricdə və ölkəmizdə keçirilən beynəlxalq konfranslarda iştirak etmişdir. 8 məqalə və tezisin müəllifidir.

Elektron ünvanı: habiba.djafarova@mail.ru

Mirzəyeva Ülviyyə Əlihüseyn qızı, müəllim. 22 aprel 1982-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1999-cu ildə Bakı Slavyan Universitetinə daxil olmuş, 2003-cü ildə “Filologiya” fakültəsinin “Rus dili və ədəbiyyatı” ixtisasını bakalavriatura səviyyəsi üzrə bitirmişdir. 2003/2005-ci illərdə Bakı Slavyan Universitetinin magistratura səviyyəsinin “Filologiya” istiqaməti üzrə “Rus dili və ədəbiyyatının tədrisi metodikası və metodologiyası” ixtisasını “Fərqlənmə” diplomu ilə bitirmişdir. 2016-cı ildən Bakı Slavyan Universitetinin doktorantıdır. 2018-ci ildən Lənkəran Dövlət Universitetində “Beynəlxalq Əməkdaşlıq” şöbəsində “Tələbə-müəllim mübadiləsi” üzrə mütəxəssis və hal-hazırda isə “Beynəlxalq dil mərkəzinin rəhbəri və Lənkəran Amerika guşəsinin koordinatorudur. Eyni zamanda “Xarici dillər və tərcümə” kafedrasında müəllim kimi fəaliyyət göstərir. “Xarici dildə işgüzar və akademik kommunikasiya” (rus dili)” fənnini tədris edir. 5 tezis və 6 məqalə müəllifidir.

Elektron ünvanı: demand_girl@mail.ru

Ağayev Müqəddin İmanverdi oğlu, müəllim. 16 yanvar 1962-ci ildə Lənkəran rayonunun Gərmətük qəsəbəsində anadan olmuşdur. 1988-ci ildə M.F.Axundov adına Rus dili və ədəbiyyatı İnstitutunu fərqlənmə diplomu ilə bitirmişdir. 1988/1994-cü illərdə Lənkəran rayonu Vel və Gərmətük məktəblərində müəllim kimi çalışmışdır. 2018-ci ildən Lənkəran Dövlət Universitetində çalışır. 2023-cü ildən “Filologiya və İbtidai Təhsil fakültəsi”nin sosial məsələləri üzrə dekan müavinidir. “Xarici dildə işgüzar və akademik kommunikasiya” (rus dili)” fənnini tədris edir. 2019-cu ildə Lənkəran Dövlət Universitetinin Doktorantura şöbəsinin “Slavyan dilləri” ixtisasına qəbul olmuşdur. 12 elmi məqalənin müəllifidir.

Elektron ünvanı: muqaddin@fnwb.ru

İbrahimova Cəmilə Məzahir qızı, müəllim. 1992-ci il 23 noyabrda Lənkəran rayonunun Türkəkəran kəndində anadan olmuşdur. 2010-cu ildə Lənkəran Dövlət Universitetinin “Xarici dil müəllimliyi (ingilis dili)” ixtisasına qəbul olunmuşdur. 2014-cü ildə həmin ixtisas üzrə bakalavr səviyyəsini bitirmişdir. 2017-2019-cu illərdə Lənkəran Dövlət Universitetində “Xarici dilin tədrisi metodikası və metodologiyası” ixtisaslaşması üzrə magistr təhsilini fərqlənmə ilə başa vurmuşdur. 2014-2021-ci illərdə Lənkəran Dövlət Universitetində laborant və operator-kargüzar vəzifələrində çalışmışdır. 2020-2021-ci tədris ilindən Lənkəran Dövlət Universitetinin “Xarici dillər və tərcümə” kafedrasında İngilis dili müəllimi kimi fəaliyyət göstərir. “Xarici dildə işgüzar və akademik kommunikasiya-1-2” fənnini tədris edir. Lənkəran Dövlət Universitetində “Filologiya və ibtidai təhsil” fakültəsi üzrə Tələbə Elmi Cəmiyyətinin sədri, LDU Həmkarlar İttifaqı Komitəsinin katibidir. 4 elmi məqalə və tezisin müəllifidir.

Elektron ünvanı: jameliaa@mail.ru

Ağazadə Şəfa Əliziya qızı, müəllim. 1996-cı il iyulun 17-də Lənkərən rayonunun Veravul kəndində anadan olmuşdur. 2014-cü ildə Lənkərən Dövlət Universitetinin “Tərcümə” ixtisasına qəbul olunmuşdur. 2018-ci ildə həmin ixtisas üzrə bakalavr səviyyəsini bitirmişdir. 2020-2022-ci illərdə LDU-nun “Xarici dilin tədrisi metodikası və metodologiyası” ixtisaslaşması üzrə magistr təhsilini müvəffəqiyyətlə başa vurmuşdur. 2019-cu ildə Lənkəran Tibb Kollecində İngilis dili müəllimi kimi işə başlamışdır. 2022-ci ildə LDU-nun nəzdində Sosial və Aqrar–Texnoloji Kollecdə İngilis dili müəllimi kimi çalışmışdır. 2022-ci ilin sentyabrından isə Lənkəran Dövlət Universitetində müəllim kimi fəaliyyət göstərir. “Xarici dildə işgüzar və akademik kommunikasiya -1-2 (ingilis dili)” fənnini tədris edir. Respublikanın bir neçə elmi və praktik konfransında və treninqlərdə iştirak etmişdir. 2 tezis müəllifidir.

Elektron ünvanı: shafaagazadeh96@gmail.com

Kafedranın yerləşdiyi poçt ünvanı, telefonları, elektron ünvanı, faks nömrəsi

Kafedranın ünvanı: Lənkəran şəhəri, Əli Məmmədov küçəsi 40, 2 saylı korpus.

Telefon: 4-35-69, daxili nömrə: 105

Elektron ünvanı: lsu.edu.az

Faks nömrəsi: 5-25-88

Kafedra haqqında məlumatları baş müəllim Haşım Əkbərov təqdim etmişdir.


Lənkəran Dövlət Universiteti 2001/2018 | Web design: Əlizadə Məhəmməd