"Aqrar və mühəndislik" fakültəsi

“Aqrar və mühəndislik” fakültəsi Lənkəran Dövlət Universitetinin 04.07.2016- cı il tarixli 1/58 saylı əmri ilə yaradılmışdır. Fakültənin nəzdində 2 kafedra- “Texnologiya və texniki fənlər”, “Baytarlıq və aqrar fənlər” kafedraları fəaliyyət göstərir. Fakültədə 494 tələbə təhsil alır. Fakültədə informasiya texnologiyaları, qida texnologiyası, aqrokimya, torpaqşünaslıq, bitki mühafizəsi, seleksiya və toxumçuluq, heyvan anatomiyası və zoogigiyena istiqamətləri üzrə tədqiqatlar aparılır. Fakültədə Kompüter mühəndisliyi, Qida məhsulları mühəndisliyi, Ekologiya mühəndisliyi, Torpaqşünaslıq və aqrokimya, Aqronomluq, Baytarlıq, Meşəçilik, İnformasiya texnologiyaları ixtisasları üzrə bakalavr, Qida məhsulları mühəndisliyi (Meyvə-tərəvəz məhsullarının saxlanılması və emalı) ixtisası üzrə magistr mütəxəssisləri hazırlanır. Fakültəyə aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Balayar Şahbazov rəhbərlik edir.

“Aqrar və mühəndislik” fakültəsində mütəxəssis hazırlığı aşağıdakı istiqamətlər üzrə aparılır:

Bakalavriat səviyyəsi:

Kompüter mühəndisliyi

Qida məhsulları mühəndisliyi

Ekologiya mühəndisliyi

Torpaqşünaslıq və aqrokimya

Aqronomluq (əyani və qiyabi)

Baytarlıq

Meşəçilik

İnformasiya texnologiyaları

Magistratura səviyyəsi:

Qida məhsulları mühəndisliyi (Meyvə-tərəvəz məhsullarının saxlanılması və emalı)

“Aqrar və mühəndislik” fakültəsində 2 kafedra fəaliyyət göstərir:

“Texnologiya və texniki fənlər” kafedrası

“Baytarlıq və aqrar fənlər” kafedrası

Fakültənin dekanı Şahbazov Balayar Xanqulu oğlu 10.01.1958 - ci ildə Lerik rayonunun Sors kəndində anadan olmuşdur. 1981-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun “Aqronomluq” ixtisasını “fərqlənmə” diplomu ilə bitirib alim aqronom ixtisasına yiyələnmişdir. 1982-ci ildən Elmi Tədqiqat Tərəvəzçilik İnstitutunun Lənkəran Zona Təcrübə stansiyasında kiçik elmi işçi, böyük elmi işçi, laboratoriya müdiri vəzifəsində işləmişdir. 1988-ci ildən 1998-ci ilə kimi stansiyada Həmkarlar Təşkilatının sədri kimi ictimai iş aparmışdır. 1996-cı ildə namizədlik disertasiya işini müdafiə etmiş, 2002-ci ildə isə dosent elmi adını almışdır.1998-ci ilin sentyabr ayından Lənkəran Dövlət Universitetində müəllim, 1999-cu ilin iyul ayından 2007-ci ilin may ayına kimi magistratura və aspirantura işləri üzrə məsul şəxs eyni zamanda 2002-2007-ciillərdə “Coğrafiya və ekologiya” kafedrasının müdiri vəzifəsində işləmişdir. 2005-2006-cı illərdə Lənkəran Dövlət Universitetində elmi işlər üzrə prorektor vəzifəsində, 2007-2009-cu illərdə Təbiyyat fakültəsinin dekanı, 2009-2016-cı illərdə “Coğrafiya və ekologiya” kafedrasının müdiri vəzifəsində, 2016-cı ilin sentyabr ayından “Aqrar və mühəndislik” fakültəsinin dekanı vəzifəsində çalışır. 2002-ci ildə gənc alimlər arasında keçirilən müsabiqədə “Beynəlxalq vektor”un qalibi olmuşdur. 70 çox elmi məqalənin, o cümlədən 4 dərs vəsaiti, 1 monoqrafiya, 1 metodiki iş, 6 fənn proqramının müəllifidir.

balayar.shahbazov58@mail.ru

Fakültənin əməkdaşları :

Mirzəyev Ruslan Zahid oğlu - 24.11.1992-ci ildə Ukraynada anadan olmuşdur. 2009-cu ildə Lənkəran Rayon Kərgəlan kənd orta məktəbini bitirmişdir. 2009-cu ildə Lənkəran Dövlət Universistetinin “İqtisadiyyat və idarəetmə” fakültəsinə “Ekologiya” ixtisası üzrə bakalavriat səviyyəsinə qəbul olmuş, 2013-cü ildə bitirmişdir. 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “İnzibati idarəetmə” fakültəsinə “Ekoloji təhlükəsizliyin informasiya sistemləri” ixtisası üzrə qəbul olmuş, 2016-cı ildə “Fərqlənmə” diplomu ilə bitirmişdir.2016-cı ildən Lənkəran Dövlət Universitetində müəllim, “Tədrisin təşkili və Əlavə təhsil bölməsi”nin rəhbəri vəzifələrində çalışmış, hal-hazırda “Aqrar və mühəndislik” fakültəsində dekan müavinidir. Lənkəran Dövlət Universitetinin doktorantıdır. 10 məqalə, 7 tezisin müəllifidir.

ruslan.mirzeyev01@mail.ru

Fakültənin ünvanı: Lənkəran şəhəri, Fizuli küçəsi- 170a, 1 saylı tədris korpusu

Telefon: (+994) 025 255 04 25

Faks nömrəsi: (+994) 025 255 27 86

Fakültə haqqında məlumatları

dos. Balayar Şahbazov təqdim etmişdir.

Facebook Youtube


Lənkəran Dövlət Universiteti 2001/2018 | Web design: Əlizadə Məhəmməd