“Coğrafiya və onun tədrisi metodikası” kafedrası haqqında məlumat

“Coğrafiya və onun tədrisi metodikası” kafedrası 1992-ci ildə “Coğrafiya və biologiya” adı altında yaranmışdır.1994-cü ildə “Coğrafiya və ekologiya” kafedrası, 1995-ci ildə “Ətraf mühitin mühafizəsi” kafedrası, kimi fəaliyyət göstərmişdir. 1997-ci ildən avqust 2020-ci ilə kimi “Coğrafiya və ekologiya” kafedrası, hazırda isə “Coğrafiya və onun tədrisi metodikası” kafedrası kimi faəliyyət göstərir.

Kafedraya 1992-1997-ci illərdə prof.Ş.Y.Göyçaylı, 1997-1998-ci illərdə prof. A.D.Aslanov, 1998-2002-ci illərdə dos.A.A.Qurbanzadə, 2002-2007-ci illərdə dos.B.X.Şahbazov, 2007-2008-ci illərdə dos.R.F.Əliyev, 2009-2016-cı illərdə dos.B.X.Şahbazov, 2017-2021-ci illərdə dos. Z.B.Ağayev rəhbərlik etmişdir. 01 noyabr 2021-ci il tarixindən kafedraya müsabiqə yolu ilə seçilmiş coğ. ü.f.d., dos.S.Q.Əzizov rəhbərlik edir.

Kafedra fəaliyyətə başladığı ilk illərdə burada elmlər doktoru, professor,elmlər namizədi dosent 2 müəllim,1laborant işləmişdir.Onların arasında akademik Məmməd Salmanov, akademik Budaq Budaqov, akademik Ramiz Məmmədov, coğ.elmləri doktorları professor Şövqi Göyçaylı, professor Maqbet Məmmədov, professor Bayram Bayramov, professor Eybalı Mehrəliyev, professor Tapdıq Həsənov, professor Hüseyn Xəlilov,professor Yaqub Qəribov, geologiya – minerologiya elmləri doktorları professor Tofiq Şahsuvarov, professor Aydın Aslanov,coğrafiya elmlər namizəndləri, dosent Ağazeynal Qurbanov, dosent Sərhəd Atakişiyev, dosent Sabir Qaramollayev, dosent Akif Mirzəzadə, dosent İldırım Məmmədov, dosent Elxan Nuriyev, dosent Telman Xəlilov, dosent Ənvər Rüstəmov, dosent Rafiq Babayev, dosent Yusif Mustafayev, dosent Nadir Mikayılov, dosent Tofiq Qurbanov, dosent Raqif Əliyev, dosent Rəşad Əliyev, k.t.e.n.,dos.Vaqif Məmmədov, k.t.e.n.dos., Hacırza Təhməzov, k.t.e.n., dos.Balayar Şahbazovz,c.e.n.,b/m Ramiq Kərimov, b/m Sənan Əzizov, b/m Telman Bayramov, müəllimlərdən Mehparə Ağasıyeva, İsmət Qasımova, Günay Kazımova, Gülnarə Məmmədova, Qorxmaz Ağayev, Kazım Əliyev, laborantlardan Gülnar Vəliyeva, Gülnarə Bayramova, Şəhla İbrahimova, Gülnar Həmidova, Hicran, Budaqova olmuşlar.Yuxarıda adları qeyd olunmuş professor müəllim heyyəti Lənkəran Dövlət Universitetində yüksək ixtisaslı elmi-pedaqoji kadrların hazırlanmasında böyük xidmətləri olmuşdur.

2011-ci ildən “Coğrafiya və ekologiya” kafedrasında 2 istiqamət (Coğrafiya və ekologiya), 2 problem (Coğrafi problemlərin həllində modelləşdirmə və Lənkəran regionunda ekoloji tarazlığın qorunması) və 2 mövzu (Lənkəran-Astara bölgəsinin sosial-iqtisadi və coğrafi xüsusiyyətləri, Lənkəran-Astara regionunda ekoloji monitorinqin təşkili) üzrə elmi-tədqiqat işləri aparılır.

Lənkəran-Astara bölgəsinin sosial-iqtisadi və coğrafi xüsusiyyətləri mövzusu üzrə 3 elmi-tədqiqat işi, Lənkəran-Astara regionunda ekoloji monitorinqin təşkili mövzusu üzrə isə 2 elmi-tədqiqat işi aparılır.

Kafedrada “Tarix və coğrafiya müəllimi” və “Coğrafiya müəllimi” ixtisasları üzrə kadr hazırlanır. Kafedra təşkil olunandan bu günə kimi təhsilin bakalavr pilləsi üzrə 1200-dən, magistatura pilləsi üzrə 70-dən artıq dissertasiya işləri yerinə yetirmişdir. Kafedrada eyni zamanda “Coğrafiya” istiqaməti üzrə “Fiziki coğrafiya”,“İqtisadi və sosial coğrafiya”,“Biocoğrafiya”, “Təbitətdən isitfadə və təbiəti mühafizə”, “Tururizm və sosial mədəni servis xidməti” ixtisasları üzrə magistr kadrları da hazırlanmışdır. Hal-hazırda magistratura pilləsi üzrə “Coğrafiya fənninin tədrisi metodikası və metodologiyası” ixtisası üzrə kadrlar hazırlanır. Hazırda kafedrada magistatura səviyyəsində I tədris ilində 5 nəfər, II tədris ilində 8 nəfər magistr dissertasiya işləri yerinə yetirilir. Kafedrada 3 fəlsəfə doktorluğu, 3 namizədlik işi yerinə yetirilmişdir. Kafedra üzrə müdafiə edən əməkdaşlar aşağıdakılardır:

1. Kərimov Ramiq Fətulla oğlu

2. Əliyev Rəşad Fəxrəddin oğlu

3. Ağayev Ziyafət Bilal oğlu

4. Əzizov Sənan Qərib oğlu

5. Məmmədova Gülnarə Şahab qızı

6. Babayeva Ülkər Allahyar qızı

Hal-hazırda kafedrada 3 doktorant və 2 dissertant təhsil alır.

Kafedra müdiri haqqında.

Coğrafiya üzrə fəlsəfə doktoru, dosent Əzizov Sənan Qərib oğlu.

senan.ezizov.1958@mail.ru

Əzizov Sənan Qərib oğlu 1958-ci ildə anadan olmuşdur. 1983-cü ildə ildə Azərbaycan Dövlət Pedoqoji İnstitutunu (indiki ADPU) “Coğrafiya” ixtisasının fərqlənmə diplomu ilə bitirmişdir. 1983-85-ci illərdə Lənkəran rayonunun Ləj kənd 8 illik məktəbində, 1985-1997-ci illərdə rayonun İstisu qəsəbə orta məktəbində coğrafiya müəllimi işləmişdir.

S.Q.Əzizov 1997-ci ildən Lənkəran Dövlət Univertitetinin “Coğrafiya və ekologiya” kafedrasında sat hesabı müəllim,1998-ci ildən müəllim,2003-cü ildən baş müəllim vəzifəsində işləyir.

2009-cu ildə “Lənkəran iqtisadi rayonu əhalisinin məskunlaşmasının idarə edilməsi və optimallaşdırılması yolları” mövzusunda dissertasiya işini müdafiyə edərək, Coğrafiya üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almışdır. Hal-hazırda isə Lənkəran Dövlət Universitetində “Coğrafiya və onun tədrisi metodikası” kafedrasının müdiri vəzifəsində çalışır. Univertitetdə işlədiyi müddətdə “Coğrafiya və ekologiya” kafedrasının müdir müavini,Təbiyyat fakültəsinin Elmi Şurasının katibi, 2011-2016-cı illərdə LDU Elmi Metodik Şuranın katibi işləmişdir.

2016-cı ildən “Coğrafiya və ekologiya” kafedrasını dosentidir.

25 noyabr 2022-ci il tarixindən “Əməkdar müəllim adı verilmişdir.

“Coğrafiya təliminin təşkili və fəal təlim metodları”, ”Coğrafiyanın tədrisi metodikasdı”, ”Əhali coğrafiyası”, ”Coğrafi biliklərin qiymətləndirilməsi”, ”CTM-in pedaqoji və psixoloji əsasları”, “S/f Coğrafiya tədrisində məzmun komponentləri” və s. fənləri tədris edir.

S.Q.Əzizov “Azərbaycan subtropik təsərrüfat tsikllərinin ərazi fünksional strukturunun coğrafiyası” kitabı,”Azərbaycanın əhalisi” metodik vəsaiti”, ”Lənkəran-Astara iqtisadi rayonunda əhalinin məskunlaşmasının nizamlanması problemləri”adlı dərs vəsaiti, 5 fənn proqramı və 70- dən çox elmi məqalə və tezisin müəllifidir. LDU-da, həmçinin digər ali məktəblərdə keçirilən Respublika və Beynəlxalq səviyyəli konfranslarda çıxış etmişdir.

Kafedra əməkdaşları haqqında

2. Coğrafiya üzrə fəlsəfə doktoru., dosent Məmmədova Gülnarə Şahab qızı

mammedova_gulnare@mail.ru

Məmmədova Gülnarə Şahab qızı 1978-ci il iyun ayının 17-də Lənkəran rayonunda anadan olmuşdur. 1999-cu ildə Lənkəran Dövlət Universitetinin «Biologiya» ixtisasını, 2001-ci ildə isə həmən universitetun magistraturasının «Biocoğafiya» ixtisasını fərqlənmə diplomu ilə bitirmişdir.

2001-ci ildən «Coğrafiya və ekologiya» kafedrasında laborant vəzifəsində əmək fəaliyyətinə başlamış və 2003-cü ildən 2013-cü ilə qədər həmin kafedrada tam ştat müəllim vəzifəsində işləmişdir.

2013-2016-cı illərdə «İqtisadiyyat və idarəetmə» fakültəsində tyutor vəzifəsində işləmişdir. 2016-cı ildən «Coğrafiya və ekologiya» kafedrasında tam ştat müəllim vəzifəsində çalışır. 2016–cı il may ayında Azərbaycan Milli Elmlər Akademiyasında Coğrafiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün 5409.01 «Geomorfologiya» ixtisasında «Kürün sol sahilinin Dördüncü dövrdəki paleoekologiyası» mövzusunda dissertasiya işini müdafiə etmişdir və 2017-ci il iyul ayında coğrafiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır. Bir dərs vəsaiti , bir fənn proqramı, 50-yə yaxın elmi məqalə və tezisin müəllifidir.

Bakalavır pilləsində “Geomorfologiya”, “Geologiya” “Biocoğrafiya” , ”S/F Azərbaycanda sanatoriya və kurort ehtiyyatları”, “Səyahət agentlikləri və tur operatorluğu”,

Magistr pilləsində “Tədqiqat üsulları”, “Coğrafiyanın tədrisi metodikasının pedaqoji və psixoloji əsasları, “Turizm və ətraf mühitin mühafizəsi”, “Biomüxtəlifliyin mühafizəsində landşaft bərpasının əhəmiyyəti”, “S/f Azərbaycanın su ehtiyatları və onun mühafizəsi” ,“Coğrafiyanın təbiət elmləri ilə əlaqəli tədrisi” bu fənləri tədris edir.

3. Baş müəllim Bayramov Telman Bəhmən oğlu

bayramov.47@mail.ru

Bayramov Telman Bəhmən oğlu 1948-ci ildə anadan olmuşdur. 1973-cü ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun coğrafiya fakültəsinə bitirmişdir. Hal-hazırda Lənkəran Dövlət Universitetinin “Coğrafiya və ekologiya” kafedrasında tam ştat baş müəllim vəzifəsində çalışır.1976-cı ildə “Azərbaycan Respublikasının qabaqcıl maarif xadimi”,1981-ci ildə“Baş müəllim”, 1986-cı ildə “Metodist müəllim”,1987-ci ildə Lomonosov adına Universitetdə yenidənqurma kursun bitirib.“Regionların iqtisadi və sosial coğrafiyası”, “Materik və okenaların fiziki coğrafiyası”, “Geodeziya, topoqarfiyanın əsasları və kartoqrafiya fənlərini tədris edir. “Böyük Qafqazın cənub yamacında faydalı qazıntı sərvətlərinin istismarının ekoloji mühitə təsiri”, “Azərbaycanın təbii sərvətlərinin paylanmasında ekosistemin tərkib hissəsi olan relyefin rolu”, “Çay dərələrini formalaşdıran əsas amillər” və s. elmi məqalələri çap olunmuşdur. (cəmi 14 məqalə və tezis)

4. Baş müəllim Əmənov Qalib Alışirin oğlu.

75winner@mail.ru

17 sentyabr 1975-ci ildə Lerik rayonunun Nücü kəndində anadan olmuşdur. 1992-ci ildə Lerik rayon Nücü kənd tam orta məktəbini bitirmişdir. 1994-1997-ci illərdə hərbi xidmət zamanı I Qarabağ müharibəsində Murovdağ uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmişdir. Qarabağ müharibəsi veteranıdır. 1999-cü illədə Lənkəran Dövlət Universitetinin “Təbiyyat” fakültəsinin “Coğrafiya” ixtsasına daxil olmuş, 2003-cü ildə bakalavr pilləsini, 2005-ci ildə isə magistartura pilləsi üzrə “İqtisadi və sosial coğrafiya” ixtisasını fərqlənmə diplomu ilə bitirmişdir. 2005-ci ildə Lənkəran Dövlət Universitetində kiçik elmi işçi, elmi işçi, dekan müavini vəzifələrində işləmişdir. 2011-ci ildən AMEA-nın H.Ə.Əliyev adına Coğrafiya İnsititutunun dissertantıdır. Hazırda “Coğrafiya və onun tədrisi metodikası” kafedrasında baş müəllim kimi fəaliyyət göstərir. Həmçinin Universitetin “Tarix coğrafiya və incəsənət” fakültəsinin Tələbə Elmi Cəmiyyətinin sədridir. 20-dən çox məqalə və tezisin müəllifidir.

5. Baş müəllim Əliyev Cavidan Rəhim oğlu

cavidan99@list.ru

09 oktyabr 1990-cı ildə Bakı şəhərində anadan olmuşdur. 2012-ci il Bakı Dövlət Universitetinin “Coğrafiya” fakültəsinin “Coğrafiyaçı, coğrafiya müəllimi” ixtisasını, 2015-ci ildə Rusiya Dövlət Hidrometeorologiya İnstitutunun “Hidrometeorologiya” ixtisası üzrə magistr təhsili pilləsini fərqlənmə diplomu ilə bitirmişdir. 2015-ci il avqust ayında Milli Hidrometeorologiya departamentində “aparıcı mühəndis sinoptik” vəzifəsində işləmişdir. 2017-ci ildən Lənkəran Dövlət Universitetinin “Coğrfaiya və onun tədrisi metodikası” kafedrasında 1,0 ştat müəllim vəzifəsində işləyir. Eyni zamanda Xəzər Universitetində saat hesabı müəllim işləyir. İndiyə qədər 3 məqalə və 3 tezisi çap olunub.

6. Müəllim Salayev Samir Mirsamid oğlu

sinaq2016@gmail.com

09 fevral 1988-ci ildə Lənkəran rayonunun Moğonojoba kəndində anadan olmuşdur. 1994-cü ildə Şürük kənd orta məktəbinin birinci sinfinə daxil olmuş və 2005-ci ildə təhsilini müvəffəqiyyətlə bitirmişdir. 2005-ci ildə Lənkəran Dövlət Universitetinin “Coğrafiya” ixtisasına qəbul olmuş, 2009-cu ildə bakalavr pilləsini fərqlənmə diplomu ilə bitirərək, Lənkəran Dövlət Universitetinin magistratura şöbəsinin “Fiziki coğrafiya” ixtisaslaşması üzrə təhsil almışdır. 2018-ci ildə Lənkəran Dövlət Universitetinin “Fiziki coğrafiya və biocoğrafiya, torpaq coğrafiyası, ladşaftların geokimyası və geofizikası” ixtisası, fəlsəfə doktoru üzrə doktoranturaya qəbul olmuşdur. Lənkəran rayon Tükəvilə kənd tam orta məktəbində “Coğrafiya müəllimi” vəzifəsində çalışmışdır.Tədris mərkəzində “Coğrafiya” fənni üzrə repititor müəllim və Fənn Kurikulumunun praktik tətbiqi üzrə təlimçi kimi fəaliyyət göstərir. 15.10.2018-ci il tarixindən Lənkəran Dövlət Universitetinin “Coğrafiya və onun tədriisi metodikası” kafedrasında 0.5 ştat müəllim, 2019 yanvarında tam ştat müəllimidir vəzifəsində çalışır. 11 məqalə və tezisin müəllifidir.

7. Müəllim Şabanov Sahil Xeyrulla oğlu

sahilsabanovx@icloud.com

26 fevral 1983-ci ildə Lənkəran şəhərində anadan olmuşdur. 2000-ci ildə Lənkəran şəhər 9 saylı tam orta məktəbi, 2004-çü ildə Lənkəran Dövlət Universitetinin “Coğrafiya” ixtisasını bitirmişdir. 2004-2006-cı illərdə Lənkəran Dövlət Universitetinin magistatura şöbəsinin “İqtisadi coğrafiya” ixtisaslaşması üzrə təhsil almışdır. 2006-2007-ci illərdə hərbi xidmətdə olmuşdur. 2007-2019-cu illərdə Respublikamızın bir çox özəl liseylərində coğrafiya müəllimi kimi çalışmışdır. 2019-cu ildən Lənkəran Dövlət Universitetində tyutor, 2021-çi il sentyabr ayından “Coğrafiya və onun tədrisi metodikası” kafedrsında 0,5 ştat müəllim vəzifəsində çalışır.

8. Babayeva Ülkər Allahyar qızı

babayevauka@gmail.com

1992-ci ildə Lənkəran rayonunun Türkəkəran kəndində ziyalı ailəsində anadan olmuşdur. 2009-cu ildə Lənkəran şəhər 7 saylı tam orta məktəbi bitirmiş, Lənkəran Dövlət Universitetinin “Coğrafiya müəllimliyi” ixtisasına qəbul olunmuşdur. 2013-cü ildə bakalavr səviyyəsi, 2016-cı ildə“Azərbaycanın fiziki coğrafiyası” ixtisaslaşması üzrə magistr səviyyəsi üzrə təhsilini başa vurmuş, həmin il Lənkəran Dövlət Universitetinin “Geoekologiya” ixtisaslaşması üzrə doktorantura səviyyəsinə qəbul olunmuşdur. Təhsil aldığı müddətdə “Tarix və onun tədrisi metodikası” kafedrasının laborantı, Elm və tədqiqat işləri şöbəsinin elmi işlər üzrə mütəxəssisi, daha sonra böyük mütəxəssisi vəzifəsində çalışmışdır. Hazırda Lənkəran Dövlət Universitetinin Elm və tədqiqat işləri şöbəsinin müdiridir. Həmçinin “Biologiya və Ekologiya” kafedrasının müəllimi və doktorantı olmuşdur. 14 oktyabr 2022-ci ildə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Lənkəran fiziki-coğrafi vilayətində təbiətdən istifadənin yaratdığı ekoloji-coğrafi problemlər və onların həlli yolları” mövzusunda təqdim edilmiş dissertasiyanı müdafiə etmiş, 30.11.2023-cü ildə coğrafiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. 2022-ci il sentyabr ayından “Coğrafiya və onun tədrisi metodikası” kafedrasının 0,5 ştat müəllimidir. 22 elmi əsərin müəllifidir.

9.Mənsimov Taleh Bilal oğlu

bilaloglutaleh@gmail.com

Mənsimov Taleh Bilal oğlu 15 avqust 1979-cu ildə Lənkəran rayonu, Boladi kəndində anadan olmuşam. 1996-cı ildə Boladi kənd (Lənkəran) 1 saylı məktəbi bitirdikdən sonra, həmin il Lənkəran Dövlət Universitetinə daxil olmuşam. 2000-ci ildə bakalavriat, 2002-ci ildə isə “İqtisadi və sosial coğrafiya” üzrə magistratura pilləsini Lənkəran Dövlət Universitetində başa vurmuşam. 2002-2005- ci illərdə Gəncə Dövlət Universitetində doktorantura pilləsində təhsilimi davam etdirmiş, 2010-cu ildə AAK-ın qərarı ilə coğrafiya üzrə Fəlsəfə Doktoru elmi dərəcəsi verilmişdir.

2000-ci ildən etibarən müxtəlif özəl lisey və gimnaziyalarda, həmçinin hazırlıq kurslarında coğrafiya müəllimi və idarəçi vəzifələrində çalışmışam. Hazırda Cənub HM-də icraçı direktor vəzifəsində işimi davam etdirirəm. 15 sentyabr 2023-cü ildən Lənkəran Dövlət Universitetinin “Coğrafiya və onun tədrisi metodikası” kafedrasının 0,5 ştat müəllimidir. 7 elmi əsərin müəllifidir.

Kafedranın yerləşdiyi poçt ünvanı, telefonları, elektron ünvanı, faks nömrəsi

Kafedranın ünvanı : Lənkəran şəhəri, Əli Məmmədov küç. 40

Telefon:

Elektron ünvanı: Lsu.edu.az

Faks nömrəsi:

Kafedra haqqında məlumatları Dos. Sənan Əzizov təqdim etmişdir.


Lənkəran Dövlət Universiteti 2001/2018 | Web design: Əlizadə Məhəmməd