"Təbiyyat" fakültəsi

“Təbiyyat” fakütəsi Lənkəran Dövlət Universitetinin ən böyük fakültələrindən biridir. Fakültə 1992-ci ildən fəaliyyət göstərir. Müxtəlif dövrlərdə fakültədə geniş profilli mütəxəssislər hazırlanmışdır. Fakültənin nəzdində hal-hazırda üç kafedra – “Riyaziyyat və informatika” , “Kimya və fizika”, “Biologiya və ekologiya” kafedraları fəaliyyət göstərir. Fakültədə riyaziyyat, kimya, biologiya, ekologiya istiqamətində fundamental və regional əhəmiyyətli tədqiqatlar aparılır. Fakültədə “Riyaziyyat və informatika müəllimliyi”,“Kimya və biologiya müəllimliyi”,“Riyaziyyat müəllimliyi”,“Fizika müəllimliyi”,“Texnologiya müəllimliyi”, “Ekologiya” ixtisasları üzrə bakalavr, “Riyaziyyatın tədrisi metodikası və metodologiyası”, “İnformatika fənninin tədrisi metodikası və metodologiyası”, “Biologiya fənninin tədris metodikası və metodologiyası”, “Kimya fənninin tədrisi metodikası və metodologiyası”,“Ətraf mühitin mühafizə metodları və bərpası”, “Texnologiya fənninin tədrisi metodikası və metodologiyası” ixtisasları üzrə magistrlər hazırlanır. Doktorantura pilləsi üzrə isə “Diferensial tənliklər” (riyaziyyat istiqamətində) ,“Kompüter elmləri”, “Analitik kimya”, Üzvi kimya”, “Ekologiya” və “Geoekologiya” ixtisasları üzrə mütəxəssislər hazırlanır. Fakültəyə dosent Paşayev Nahid Cəlil oğlu rəhbərlik edir.

Təbiyyat fakültəsində aşağıdakı istiqamətlərdə mütəxəssis hazırlanır:

Bakalavriat səviyyəsi:

Riyaziyyat və informatika müəllimliyi

Kimya və biologiya müəllimliyi

Riyaziyyat müəllimliyi

Fizika müəllimliyi

Texnologiya müəllimliyi

Ekologiya

Magistratura səviyyəsi:

Riyaziyyatın tədrisi metodikası və metodologiyası

İnformatikanın tədrisi metodikası və metodologiyası

Biologiya fənninin tədrisi metodikası və metodologiyası

Kimya fənninin tədrisi metodikası və metodologiyası

Ətraf mühitin mühafizə metodları və bərpası

Texnologiya fənninin tədrisi metodikası və metodologiyası

Fizika fənninin tədrisi metodikası və metodologiyası

Doktorantura:

Diferensial tənliklər

Kompüter elmləri

Analitik kimya

Üzvi kimya

Ekologiya

Geoekologiya

Genetika

Mikrobiologiya

Təbiyyat fakültəsində 3 kafedra fəaliyyət göstərir:

“Riyaziyyat və informatika” kafedrası

“Kimya və fizika” kafedrası

“Biologiya və ekologiya” kafedrası

Fakültənin dekanı Paşayev Nahid Cəlil oğlu

Paşayev Nahid Cəlil oğlu –Riyaziyyat üzrə fəlsəfə doktoru, dosent. 1964-cü ildə Lənkəran rayonunun Gərmətük qəsəbəsində anadan olmuşdur. BDU-nin “Tətbiqi-riyaziyyat” fakültəsini bitirmişdir. 1999-cu ildən Lənkəran Dövlət Universitetində müəllim, baş müəllim, dosent, dekan müavini, inzibati təsərrüfat işləri üzrə prorektor, riyaziyyat və informatika kafedrasının müdiri vəzifəsində çalışmışdır. 2010-cu ildə LDU-nun “Diferensial tənliklər” ixtisasının doktorantı olmuşdur. 2014-cü ildə “Diferensial tənliklər” ixtisası üzrə riy.ü.f.d. elmi adı və 2015-ci ildən isə “Diferensial tənliklər” ixtisası üzrə dosentdir. 04 oktyabr 2024-cü il tarixindən Təbiyyat fakültəsində dekan vəzifəsində çalışır. 53 elmi məqalə- tezis 1 metodik vəsait, 3 dərs vəsaiti və 3 fənn proqramının müəllifidir. Bir sıra qrant layihələrində iştirak etmişdir.

E-mail: n.pashayev@lsu.edu.az

Fərzullazadə Abid Qalib oğlu

Fərzullazadə Abid Qalib oğlu – riyaziyyat üzrə fəlsəfə doktoru, baş müəllim. 09.06.1995-ci ildə anadan olmuşdur. 2012-ci ildə Lənkəran rayon Havzava kənd tam orta məktəbini bitirib, Lənkəran Dövlət Universitetinin bakalavriat səviyyəsi üzrə Riyaziyyat və informatika müəllimliyi ixtisasına qəbul olmuş və 2016-cı ildə bitirmişdir. Həmin il də LDU-nun magistratura səviyyəsi üzrə Riyaziyyat ixtisasının Riyazi analiz ixtisaslaşmasına qəbul olmuş və magistraturanı fərqlənmə diplomu ilə bitirmişdir. 2018-2022-ci illərdə Diferensial tənliklər ixtisası üzrə doktorantura təhsili almışdır. Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının 30 iyun 2025-ci il tarixli qərarı ilə ona riyaziyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmişdir.

Əmək fəaliyyətinə 2018-ci ildə LDU-da Elm şöbəsində Doktorantura və dissertantura işləri üzrə mütəxəsis olaraq başlamışdır. Hazırda Təbiyyat fakültəsinin tədris işləri üzrə dekan müavini vəzifəsində çalışır. Həmçinin 2019-cu ildən Riyaziyyat və informatika kafedrasının müəllimi, 2025-ci ildən isə baş müəllimidir.

20 elmi məqalə və tezisin müəllifidir.

E-mail: a.farzullazade@lsu.edu.az

Elnur Əhmədağa oğlu Dadaşov 1982-ci ildə Astara rayonunun Siyakü kəndində anadan olmuşdur. 1999-cu ildə Bakı Dövlət Universitetinin Fizika ixtisasına daxil olmuşdur. 2003-cü ildə bakalavr, 2005-ci ildə magistr dərəcəsi almışdır. 2007-2011-ci illərdə “Nəzəri fizika ” ixtisası üzrə doktorantura təhsili almışdır. Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının 26 sentyabr 2012-ci il tarixli qərarı ilə ona “2212.01-Nəzəri fizika” ixtisası üzrə fizika üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilib. 2017-ci ildən Lənkəran Dövlət Universitetinin Texnologiya və texniki fənlər kafedrasında, 2018-ci ildən Kimya və fizika kafedrasında, 2025-ci ildən Fizika, kimya və biologiya kafedrasında müəllim kimi işləyir.

20 məqalə və tezisin, 3 dərs vəsaitinin, 1 fənn proqramının müəllifidir.

2025-ci ilin sentyabr ayından Təbiyyat fakültəsinin sosial məsələlər üzrə dekan müavinidir.

E-mail: edadashov@lsu.edu.az

İbadzadə Gülay Şahin qızı-14 oktyabr 2001-ci ildə Lənkəran rayonunun Yuxarı Nüvədi kəndində anadan olmuşdur. 2018-ci ildə Lənkəran Dövlət Universitetinin İqtisadiyyat və İdarəetmə fakültəsinin İqtisadiyyat ixtisasına qəbul olunmuşdur. 2022-ci ildə həmin ixtisası bakalavr pilləsi üzrə bitirmişdir. 01 iyun 2025-ci il tarixindən Təbiyyat fakültəsində laborant vəzifəsində çalışır.

Fakültənin ünvanı: Lənkəran şəhəri , H.Z.Tağıyev küçəsi -118 , 3 saylı tədris korpusu.

Telefon: (+994) 025 254 39 94

Elektron ünvanı: tebiyyat@lsu.edu.az

Faks nömrəsi: +994-0-25-25-5-27-86

Fakültə haqqında məlumatları dos. Paşayev Nahid təqdim etmişdir.


Lənkəran Dövlət Universiteti 2001/2018 | Web design: Əlizadə Məhəmməd