“İbtidai təhsil və məktəbəqədər təlim” kafedrası haqqında məlumat

“İbtidai təhsil və məktəbəqədər təlim” kafedrası Lənkəran Dövlət Universiteti üzrə 24 avqust 2016-cı il tarixli 1/83 saylı əmrlə müvafiq ixtisaslar üzrə mütəxəssis hazırlığını təmin etmək məqsədilə yaradılmışdır. Kafedra “İbtidai sinif müəllimliyi”, “Məktəbəqədər təlim və tərbiyə”, “Təsviri incəsənət müəllimliyi” ixtisasları üzrə bakalavr, “İbtidai sinifdə təlimin metodikası və metodologiyası” ixtisaslaşması üzrə magistr təhsil səviyyələrinə görə ixtisaslaşmışdır. 2019/2020-cu tədris ilində “İbtidai təhsil və məktəbəqədər təlim” kafedrasında 11 əməkdaş çalışır. Onlardan 1 nəfəri filologiya üzrə elmlər doktoru, professor, 2 nəfəri filologiya üzrə fəlsəfə doktoru, dosent, 1 nəfər riyaziyyatın tədrisi metodikası üzrə fəlsəfə doktoru, dosent, 7 nəfəri isə müəllimdir. Kafedraya filologiya elmləri namizədi, dosent Əliyev Ayəddin Baldadaş oğlu rəhbərlik edir.

Kafedranın əsas elmi və pedaqoji fəaliyyət istiqamətləri:

- İbtidai sinifdə tədrisin nəzəri-metodiki istiqamətləri.

- Məktəbəqədər təlimin elmi-metodiki istiqamətləri.

Kafedra üzrə ixtisaslaşmaların siyahısı:

- 050118. İbtidai sinif müəllimliyi (bakalavr);

- 050120. Məktəbəqədər təlim və tərbiyə (bakalavr);

- 050117. Təsviri incəsənət müəllimliyi (bakalavr);

- 060115. İbtidai sinifdə təlimin metodikası və metodologiyası (Magistratura)

Kafedra üzrə tədris olunan əsas fənlər:

Bakalavr üzrə:

1. Ana dili

2. Ana dilinin tədrii metoodikası

3. Azərbaycan dili

4. Azərbaycan dili və nitq mədəniyyəti

5. Uşaq ədəbiyyatı

6. İfadəli oxu

7. Orfoqrafiya təliminin metodikası

8. S/F. İbtidai sinifdə rabitəli nitqin inkişafı təlimi

9. Riyaziyyatın ibtidai kursunun nəzəri əsasları

10. Riyaziyyatın ibtidai kursunun tədrisi metodikası

11. S/f.Əsas həndəsi anlayışların öyrənilməsi

12. İnklüziv təhsil

13. Ümumtəhsil kurikulumunun əsasları

14. S/f.Məktəbəqədər təhsil müəssisələrində pedaqoji innovasiya və texnologiyalar

15. Məktəbəqədər pedaqogika

16. S/f.Pedaqoji etika və etik davranış

17. S/f.Məktəbəqədər tərbiyə müəssisələri xalq pedaqogikasında

18. S/f.Uşaq bağçalarında bayram şənlikləri və tədbirlərin keçirilməsi

19. S/f.Məktəbəqədər yaşlı uşaqların mədəni asudə vaxtının təşkili

20. Məktəb təliminə hazırlığın əsasları

21. S/f.Tərbiyə işinin təşkili metodikası

22. S/f.Tərbiyəçi müəllimin peşə ustalığının əsasları

23. S/f.Məktəbəqədər təhsil müəssisələrində rəhbərlik

24. İbtidai təhsilin pedaqogikası

25. Fiziki tərbiyə və onun tədrisi metodikası

26. Uşaq baxçasında fiziki tərbiyə

27. Musiqi və onun tədrisi metodikası

28. Təsviri sənət və onun tədrisi metodikası

29. Texnologiya və onun tədrisi metodikası

30. Rəsm

31. Boyakarlıq

Magistratura üzrə:

1. Ana dilinin tədrisi metodikasının aktual problemləri

2. Linqvistik təhlil və onun aparılması metodikası

3. İbtidai siniflərdə lüğət ehtiyatının zənginləşdirilməsi metodikası

4. Riyaziyyatın ibtidai kursunun nəzəri əsaslarının aktual problemləri

5. Tip məsələlərin həlli metodikası

6. Riyaziyyatın tədrisi metodikasının aktual problemləri

Kafedra müdiri haqqında.

Dos. Əliyev Ayəddin Baldadaş oğlu

Filologiya elmləri namizədi, dosent. 1959-cu ildə Lənkəran rayonunun Lüvəsər kəndində anadan olmuşdur. 1976-cı ildə Lənkəran şəhər 1 saylı orta məktəbini, 1980-ci ildə isə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki Azərbaycan Pedaqoji Universiteti) filologiya fakültəsini bitirmişdir. Lənkəranın müxtəlif orta məktəblərində Azərbaycan dili və ədəbiyyatı müəllimi işləmişdir. 1993-cü ildə Lənkəran Dövlət Universitetinə dəvət olunmuş, müxtəlif vaxtlarda elmi katib, tədris şöbəsinin müdiri və kafedra müdiri vəzifələrində çalışmışdır. 2016-cı ildin avqustundan “İbtidai təhsil və məktəbəqədər təlim” kafedrasının müdiridir. 2007-ci ildə "F.H.Naxçıvaninin "əs-Sihah əl-əcəmiyyə" əsərinin leksik və qrammatik xüsusiyyətləri" mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri namizədi elmi dərəcəsini almışdır. Ayəddin Əliyev eyni zamanda jurnalist kimi fəaliyyət göstərmiş, "Elin səsi" qəzetinin baş redaktoru olmuşdur. Publisistik məqalələri "Lənkəran", “Azadlıq”, "Elin səsi", “Aşkarlıq” və "Prizma" qəzetlərində çap edilmişdir. 1 monoqrafiya, 1 dərs vəsaiti, 2 metodik vəsait, 8 fənn proqramının, 50-yə yaxın publisistik, 20-dən artıq elmi məqalənin müəllifidir.

ayeddin59@mail.ru

Kafedra əməkdaşları haqqında.

Prof.Ağazadə Yədulla Bəbir oğlu

Filologiya üzrə elmlər doktoru, professor.1 iyul 1950-ci ildə Lənkəran şəhərində anadan olmuşdur. 1967-ci ildə Lənkəran şəhər internat orta məktəbini (hazırda gimnaziya), 1975-ci ildə Azərbaycan Dövlət Universitetinin (hazırda Bakı Dövlət Universiteti) filologiya fakültəsini bitirmişdir. 1971-ci ildən pedaqoji fəaliyyətə başlamış, orta ümumtəhsil məktəblərində müəllim, baş müəllim, tədris işləri üzrə direktor müavini və orta məktəb direktoru vəzifələrində işləmişdir. İşlədiyi müddət ərzində qabaqcıl iş təcübəsi bəyənilmiş, rayonda yayılmışdır.1992-ci ildən Lənkəran Dövlət Universitetində çalışır. LDU-da işlədiyi müddət ərzində kafedra müdiri, fakültə dekanı vəzifələrində işləmiş, 2016-2018-ci illərdə Lənkəran Dövlət Universitetinin tədqiqat işləri və innovasiyalar üzrə prorektor vəzifəsini icra etmişdir. 1998 və 2015-ci ildə “İlin Ən yaxşı müəllimi” müsabiqəsinin qalibi olmuşdur. 1998-ci ildə “Teymur bəy Bayraməlibəyovun folklorşünaslıq fəaliyyəti ” mövzusunda namizədlik, 2013-cü ildə “Azərbaycan ədəbiyyatında satirik poeziyanın təşəkkülü və inkişafı” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. Y.B.Ağazadə 1 dərsliyin, 2 dərs vəsaitinin, 8 metodik göstərişin, 5 fənn proqramının, 80-dən artıq elmi, ədəbi-tənqidi, publisistik məqalənin, 4 monoqrafiyanın, 2 bədii – publisistik kitabın müəllifidir. 2006-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

y.ağazade@ mail.ru

Dos.Feyziyeva Ruxsara Mirzə qızı

Filologiya üzrə fəlsəfə doktoru, dosent. 1963-cü ildə Lənkəran şəhərində anadan olmuşdur. 1986-cı ildə Azərbaycan Pedaqoji İnstitutunun filologiya fakültəsini bitirmişdir. 1986-cı ildən 1993-cü ilədək Lənkəran rayonunun Parakənd kənd orta məktəbində Azərbaycan dili və ədəbiyyatı müəllimi kimi əmək fəaliyyətinə başlamışdır.1993-cü ildə Lənkəran Dövlət Universitetinə dəvət olunmuş, müxtəlif vaxtlarda müəllim, baş müəllim və kafedra müdirinin müavini vəzifələrində çalışmışdır. 2012-ci ildə "Tarixi romanların dilində dialekt leksikası" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək fəlsəfə doktoru alimlik dərəcəsini almışdır. 2 proqram və 17 elmi məqalənin müəllifidir.

Dos.İsmayılov Arif İbrahim oğlu

Pedaqoji elmlər namizədi, dosent. 1951-ci ildə Lənkəran rayonunda anadan olmuşdur. 1967-ci ildə orta məktəbi qızıl medalla, 1972-ci ildə Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini əla qiymətlərlə bitirmişdir. Uzun illər Lənkəran rayonunun müxtəlif orta məktəblərində müəllim, direktor, şəhər Təhsil şöbəsində metodist vəzifələrində işləmişdir. Məktəb direktoru işləyərkən iş təcrübəsi bir neçə dəfə Respublika və rayon məktəbləri arasında qabaqcıl iş təcrübəsi kimi yayılmağa tövsiyə olunmuş və yüksək qiymətləndirilmişdir. «Respublika Pedaqoji mühazirəçilər» müsabiqəsinin I dərəcəli diplomuna layiq görülmüşdür.1996-cı ildə “Orta ümumtəhsil məktəbləri şagirdlərinin riyaziyyat və fizikadan nəzəri biliklərinin kənd təsərrüfatına tətbiqi üzrə işin sistemi” mövzusunda dissertasiya müdafiə edərək fəlsəfə doktoru elmi dərəcəsi almışdır. 2007-ci ildən Lənkəran Dövlət Universitetində işləyir.Eyni zamanda Bakı Qızlar Universitetinin «Riyaziyyat, informatika və təbiət fənləri» kafedrasının dosentidir.40-dan artıq elmi-metodik əsərin müəllifidir.

Əsədli Adil Beytulla oğlu

1954-cü il iyulun 21-də Lənkəran şəhərində anadan olub. 1980-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini, 1986-cı ildə N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun “Bədii qrafika” fakültəsini bitirmişdir. Əmək fəaliyyətinə Lənkəran şəhər 10 saylı orta məktəbində rəsm-rəsmхət müəllimi kimi başlamışdır. 1986-cı ildən Lənkəran Şəhər Uşaq Rəssamlıq Məktəbinin direktoru vəzifəsində çalışır. 50 kitabın rəssamı olan Adil Əsədlinin əsərləri ABŞ, İngiltərə, Fransa, Türkiyə, Rusiya, İran, Polşa, Gürcüstan və başqa ölkələrin şəxsi kolleksiyalarında saxlanılır. A.Əsədlinin indiyədək 4 fərdi sərgisi təşkil olunub, müxtəlif beynəlxalq və respublika miqyaslı sərgilərdə iştirak edib, dəfələrlə mükafatlara layiq görülüb. Adil Əsədli Beynəlxalq “Dədə Qorqud” mükafatı, “Ustad sənətkar” mükafatları laureatı, Azərbaycan Respublikasının Fəxri Mədəniyyət işçisi, Azərbaycan Rəssamlar İttifaqının və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. Onun əsərləri dəfələrlə Azərbaycan Rəssamlar İttifaqının fəxri fərmanına layiq görülüb. Rəssam 1 monoqrafiyanın, 1 dərs vəsaitinin, 900-dən artıq qrafik, 800-dən artıq rəngkarlıq əsərinin müəllifidir.

Nağıyeva Zenfira Şuriyə qızı

1955-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1972-ci ildə Bakı şəhəri 62 saylı orta məktəbi, 1974-cü ildə Bakı Məktəbəqədər Pedaqoji Texnikumunu, 1982-ci ildə isə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki Azərbaycan Pedaqoji Universiteti) Məktəbəqədər fakültəsini bitirmişdir. 1977-ci ildən 2018-ci ilədək Lənkəran şəhər 15 saylı körpələr evi-uşaq bağçasında tərbiyəçi və metodist vəzifələrində işləmişdir.2017-ci ildən Lənkəran Dövlət Universitetində əvvəlcə saathesabı, hazırda isə tam ştatlı müəllim vəzifəsində çalışır. 1 tezisin müəllifidir.

Rzayev Şahvələd Murad oğlu

1953-cü ildə Lənkəran rayonunun Zövlə kəndində anadan olmuşdur. 1969-cu ildə Bakı şəhər 1 saylı Fizika-riyaziyyat və Kimya-biologiya təmayüllü “respublika internat məktəbini, 1976-cı ildə Azərbaycan Pedaqoji İnstitutunun “Ümumi Texniki Fənlər və fizika” fakültəsini bitirmişdir.1976-cı ildən Lənkəran rayonunun bir sıra məktəblərində ixtisası üzrə müəllim işləmişdir. 1987-ci ildən Müəllimləri Təkmilləşdirmə İnstitutunun Lənkəran filialında metodist, baş metodist, təbiət elmləri tədris-metodika kabinetinin rəhbəri və filialın müdiri vəzifələrində çalışmışdır. Müəllimlərin yaradıcılıq sərgisində iştirakıına görə iki dəfə Təhsil Nazirliyinin Fəxri Fərmanı ilə təltif olunmuşdur. 2008-ci ildən 2017-ci ilədək Lənkəran Dövlət Universitetində akademik məsləhətçi işləmişdir.1 proqram, 2 məqalə və 1 tezisin müəllifidir.

Həsənova Könül Yaşar qızı

9 iyul 1970-ci ildə Lənkəran şəhərində anadan olmuşdur. 1987-ci ildə Lənkəran şəhər 4 saylı orta məktəbi, 1992-ci ildə isə Bakı Dövlət Universitetinin “Mexanika-riyaziyyat” fakültəsini riyaziyyat və riyaziyyat ixtisası üzrı bitirmişdir. Əmək fəaliyyətinə Lənkəran şəhər 4 saylı orta məktəbində riyaziyyat müəllimi kimi başlamışdır. 2012-ci ildən “Cənub” Televiziya Şirkətində redaktor vəzifəsində çalışır.

Mahmudova Məlahət Nəriman qızı

1964-cü ildə Lənkəran şəhərində anadan olmuşdur. 1983-cü ildə Lənkəran Musiqi məktəbini, 1995-ci ildə N.Tusi adına Pedaqoji Universtetinin Musiqi fakültəsini bitirmişdir. Lənkəran Dövlət Humanitar Pedaqoji Kollecinin Musiqi şöbəsində müəllim işləyir. 2000-ci ildən Lənkəran Dövlət Universtetində “Musiqi və onun tədrisi metodikası” fənnini tədris edir.

Paşayev Vüqar Yaqub oğlu

1973-cü ildə Lənkəran şəhərində anadan olmuşdur. 1994-cü ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunun (indiki Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası) idman fakültəsini bitirmişdir. 2003-cü ildən Lənkəran Dövlət Universitetində çalışır.Universitetdə məşqçilik fəaliyyəti ilə yanaşı, “Fiziki tərbiyə və onun metodikası” fənnini tədris edir. 1 proqram və 3 məqalənin müəllifidir.

Məmmədova Nərmin Hamlet qızı

1986-cı il iyul ayının 10-da Lənkəran şəhərində anadan olmuşdur. 2004-cü ildə Lənkəran şəhər xarisi dillər təmayüllü gimnaziyanı, 2008-ci ildə Lənkəran Dövlət Universitetini Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası üzrə bakalavr, 2010-cu ildə isə LDU-da Dilşünaslıq – Azərbaycan dili istiqaməti üzrə magistraturanı qırmızı diplomlarla bitirmişdir.Hazırda LDU-nun doktorantıdır. “Qızıl qələm” media mükafatı laureatıdır. 2 metodik vəsait, 4 məqalə, 6 tezisin müəllifidir.

Kafedranın yerləşdiyi poçt ünvanı, telefonları, elektron ünvanı, faks nömrəsi

Kafedranın ünvanı :Lənkəran şəhəri, H.Abdullayev küçəsi 19, 2 saylı korpus.

Telefon: 4-35-69, daxili nömrə: 105

Elektron ünvanı: Lsu.edu.az

Faks nömrəsi: 5-25-88

Kafedra haqqında məlumatları Dos. Əliyev Ayəddin təqdim etmişdir.


Lənkəran Dövlət Universiteti 2001/2018 | Web design: Əlizadə Məhəmməd