Lənkəran Dövlət Universitetində qızlar və oğlanlar üçün hər çür şəraiti olan müasir tipli 2 tələbə yataqxanası, 1 turizm tədris bazası və onun nəzdində otel fəaliyyət göstərir. 2019-cu ildə inşa olunmuş qızlar üçün yataqxana 160 yerlik, 2023-cü ildə əsaslı təmirdən sonra istifadəyə verilmiş oğlanlar üçün yataqxana 250 yerlikdir. LDU-nun qonaqları üçün nəzərdə tutlmuş “Dəniz Otel” (Sea Hotel) 20 yerlikdir.
Yataqxanalarda otaqlar 2-3 nəfərlikdir. Yataqxana binaları fasiləsiz elektrik enerjisi, isti və soyuq su, yüksək sürətli internetlə təchiz edilmiş, bütün otaqlarda ayrıca soyuducular qoyulmuş, mərtəbələrdə oxu zalı və tələbələrin asudə vaxtının səmərəli təşkili məqsədi ilə televizor və digər müvafiq avadanlıqla təchiz olunmuş istirahət otaqları fəaliyyət göstərir. Otaqların hər birinin ayrıca sanitar qovşağı vardır.
Ünvanlar: Lənkəran şəhəri, Hacı Zeynalabdin Tağıyev küçəsi - 118, 3 saylı tədris korpusu, qızlar yataqxanası.
Lənkəran şəhəri, Əli Məmmədov küçəsi - 40, 2 saylı tədris korpusu, oğlanlar yataqxanası.
Lənkəran rayonu, Sütəmutdov kəndi, “Dəniz Otel” (Sea Hotel), qonaqlar üçün otel